frin sözü azərbaycan dilində

frin

Yazılış

  • frin • 50.0000%
  • Frin • 50.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Fringe (teleserial)
Fringe — Cey Cey Abrams, Aleks Kurtzman və Roberto Orci tərəfindən ssenariləşdirilən Amerika elm-fantastik teleserialıdır. Serialda Dövlət Təhlükəsizlik Təşkilatı (Department of Homeland Security) nəzarəti altındakı FBI-ın bir qolu olan və Boston, Massaçusets mərkəzli Fringe Bölümü izah edilməkdədir. Fringe komandası qorxunc və bütün dünyaya təsir göstərə biləcək açıqlana bilinməyən hadisələri üzə çıxarmaq üçün görülməmiş elmi üsullardan və FBI istintaq üsullarından yararlanmaqdadır. Teleserialın yaranmasında, "Lost", "The x-files", "Altered States" və "The Twilight Zone" teleseriallarından ilham alınmışdır. Teleserialın premyerası Şimali Amerikada Fox Yayım Şirkəti tərəfindən 19 Avqust 2008-ci ildə keçirilmişdir. Fringe serialı Foxun Remote-Free TV təşəbbüsünün bir hissəsi olmuşdur. Serial televiziyalardakı digər dramlara görə daha uzun çəkmişdir. Reklamlar üçün verilən ara serialın müddətini 6 dəqiqə daha uzatmışdır. Serial reklam arası verəndə ekranda reklamların nə qədər davam edəcəyini göstərən bir yazı çıxır. 1 Oktyabr 2008-ci ildə serialın birinci mövsümü 22 bölümə yüksəldildi.
Fringillidae
Vüroklar (lat. Fringillidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan fəsiləsi. == Görünüşü == Əksərən ağac həyatı keçirən qalındimdik dənyeyen quşların geniş qurupudur. Ölçüləri yarpaqgüdən qaratoyuğa qədərdir. Bədən quruluşu möhkəm, başı dəyirmi, boynu gödəkdir, dəyirmi və ya oval burun dəlikləri alına qovuşur. Buynuz burunüstlüyünün səthində 3-5 uzununa dirsək vardır. Onlar arxa tərəfdə bir-birindən ayrılır. Cücü yeyən quşlarda olduğu kimi dimdiyinin əsasında sərt qıllar yoxdur, ancaq yumşaq tüklər vardır. Rənginə görə dişilər adətən erkəklərdən fərqlənir. Çoxları yaxşı oxuyur.
Frinqilya Viqo
Frinqilya Viqo (pol. Fringilla Vigo) – Polşa yazıçısı Andjey Sapkovskinin "Cadugər" romanlar seriyasının personajı, sehrbaz qadın. == Bioqrafiya == Frinqilya Viqo Nilfqaarddan olan gənc sehrbaz, Tussent knyaginyasının qohumu, Assire var Anaqıdın ən yaxın rəfiqəsidir. Assire onu, Filippe Eylxard tərəfindən təşkil olunmuş Sehrbazlar lojasına dəvət edir. Frinqiliya qısa qara saçları və zümrüd rəngli gözləri ilə seçilir. Geralt Tussentdə olarkən Frinqiliya onu yoldan çıxararaq Lojanın binasında saxlayır. O, Geraltdan Vilqeforsun yerini öyrənməyə çalışsa da, aldadılır. Romanlar əsasında hazırlanmış oyunlarda Sehrbazlar lojasının işində iştirak etdiyinə görə Frinqiliya Nilfqaard tərəfindən əsir edilir. Sonradan Geralt, Vəhşi ov döyüşündə kömək etməsi üçün onu azad edir. == Teleseriallarda == ABŞ istehsalı olan “Cadugər” teleserialında Frinqiliya rolunu aktrisa Mimi Ndiveni canlandırır.
Microhierax fringillarius
Qaraayaq qızılquşcuq (lat. Microhierax fringillarius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin cırtdan qızılquş cinsinə aid heyvan növü.
Mixail Frinovski
Frinovski Mixail Petroviç (26 yanvar (7 fevral) 1898, Narovçat[d], Penza quberniyası[d] – 4 fevral 1940, Moskva) — Azərbaycan SSR Dövlət Siyasi İdarəsinin sədri. == Həyatı == 1898-ci ildə Penza quberniyasının (indiki Rusiya Federasiyası) Narovçat şəhərində müəllim ailəsində anadan olmuşdur. Milliyyətcə rusdur. İbtidai təhsilli, 1918-ci ildən ÜK(b)P-nin üzvü olan M.Frinovski Qırmızı qvardiya qrupuna başçılıq etmiş, həmkarlar ittifaqında çalışmışdır. 1919-cu ildə Kommunist Partiyasının xətti ilə Moskva Fövqəladə Komissiyasının Xüsusi şöbəsinin sərəncamına göndərilmiş, burada Fəal hissə rəisinin köməkçisi olmuşdur. Həmin il «Milli mərkəz» hərbi əməliyyatında, anarxistlərin həbs edilməsində və zərərsizləşdirilməsində yaxından iştirak etmişdir. Daha sonra Ukraynaya ezam olunaraq Belqorod və Kiyev şəhərlərində Fövqəladə Komissiyanın Xüsusi şöbəsinin sədri vəzifələrində çalışmış, Kiyev Fövqəladə Komissiyası Kollegiyasının üzvü olmuşdur. Sonrakı dövrlərdə o, Qalisiya ordusunun Xüsusi şöbəsinin sədri, Cənub-Qərb cəbhəsinin Xüsusi şöbəsinin Fəal hissəsinin sədri, Birinci Süvari ordusunun Xüsusi şöbəsinin sədr müavini vəzifələrində işləmişdir. M.Frinovski 1921-ci ildə Tyütyunikin dəstəsinin zərərsizləşdirilməsi üzrə səhra qərargahına göndərilmiş, 1922-ci ilin may ayından ümumi-inzibati hissənin sədri vəzifəsini icra etmiş, DSİ-nin səlahiyyətli nümayəndəsinin idarəçiliyinin katibi olmuş və bir sıra hərbi əməliyyatlarda, o cümlədən 1922-ci ilin sentyabrında «Xolodnıy Yar» atamanlarına qarşı və 1925-ci ildə İnquşetiyada milli azadlıq hərəkatının yatırılmasında fəal iştirak etmişdir. 1930-cu il avqustun 6-dən 1933-cü il aprelin 3-nə qədər Azərbaycan SSR Dövlət Siyasi İdarəsinin sədri vəzifəsində işləmişdir.
Solanum ovum-fringillae
Solanum ovum-fringillae (lat. Solanum ovum-fringillae) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü.

Oxşar sözlər

#frin nədir? #frin sözünün mənası #frin nə deməkdir? #frin sözünün izahı #frin sözünün yazılışı #frin necə yazılır? #frin sözünün düzgün yazılışı #frin leksik mənası #frin sözünün sinonimi #frin sözünün yaxın mənalı sözlər #frin sözünün əks mənası #frin sözünün etimologiyası #frin sözünün orfoqrafiyası #frin rusca #frin inglisça #frin fransızca #frin sözünün istifadəsi #sözlük