həşir sözü azərbaycan dilində

həşir

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • həşir • 95.2381%
  • Həşir • 4.7619%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

həşir sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. bax qiyamət 1-ci mənada. 2. bax qiyamət 3-cü mənada. [Kəndlilər:] Bu həşir kimin evindədir? – deyə soruşurdular. T.Ş.Simurq. 3. Həşrədək şəklində zərf – qiyamətəcən, heç vaxt. [Əmiraslan ağa:] [Onlara] elə toy tutmuşlar ki, ta həşrədək yadlarından çıxarmazlar. S.S.Axundov. Məsəldir bu, gedər qılınc yarası; Sağalmaz həşrədək dərin söz dağı. M.Rahim. 4. Həşrində şəklində – hayında, qayğısında, fikrində, qeydində. Keçi san həşrindədir, qəssab piy hayında. (Məsəl). Şamo hərlənirdi, hər kəs öz başının həşrində idi. S.Rəhimov. ◊ Həşir qoparmaq (qatmaq, salmaq) – bax qiyamət qoparmaq 1-ci mənada. (“qiyamət”də). …Ata və ana qarğa Nurəddinin başı üstünü alıb, elə həşir saldılar ki, deyəsən, bu saat onu dimdikləyib yerə salacaqdılar. S.S.Axundov. [Gülçöhrə:] İndi Asyaya desən ki, gəl səni [arşınmalçıya] ərə verək, bir həşir qatar, deyər ki, mən arşınmalçının tayıyam? Ü.Hacıbəyov. [Muxtar:] Mən bu işə iqdam eləyəndə bilirdim ki, bir gün açılacaq, arvadım biləcək, həşir qoparacaqdır. B.Bayramov. Həşir qopmaq – bax qiyamət qopmaq (“qiyamət”də). Evdə bir həşir qopdu ki, gəl görəsən. “Kirpi”. Həşirə qalmaq – bax qiyamətə qalmaq (“qiyamət”də). Həşirə qədər – bax qiyamətə qədər (qiyamətəcən) (“qiyamət”də).

    Azərbaycan dilinin izahlı lüğəti / həşir

həşir sözünün sinonimləri (yaxın mənalı sözlər)

həşir sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. 1. религ. конец света, светопреставление, судный день, пришествие, см. qiyamət 1 2. перен. столпотворение 3. суматоха, беспорядок, хаос, неразбериха, шумиха; см. qiyamət 2 3. разг. см. aşura 4. в форме həşirində olmaq думать, заботиться, проявлять заботу о чём-л. Hərə öz həşirindədir каждый думает о себе; həşir qoparmaq (qatmaq, salmaq) см. qiyamət qoparmaq; поднимать, поднять шум (суматоху, скандал); həşirə qədər см. qiyamətə qədər, qiyamətəcən; до гроба; никогда (при отрицании)

    Azərbaycanca-rusca lüğət / həşir

həşir sözünün inglis dilinə tərcüməsi

həşir sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. 1. дин. мяшердин югъ, къиямат (эхирзаман хьана дуьнья чкӀайдалай кьулухъ кьейибурал виридал чан хтана къарагъ хъувун; кил. qiyamət 1); 2. къиямат, гьарай-эвер, мярека (кил. qiyamət 3); 3. həşrədək нареч. къияматдалди, къиямат къалди, гьич са чӀавузни; 4. həşrində гьайда, фикирда, къайгъуда; ** həşir qoparmaq (qatmaq, salmaq) гьарай-эвер кутун, гьарай кутун, дяве акъудун, къиямат акъудун, кил. qiyamət (qiyamət qoparmaq a); həşir qopmaq гьарай-эвер акъатун, гьарай акъатун, велвела гьатун, къиямат акъатун, вири сад-садак акахьун, кил. qiyamət (qiyamət qopmaq); həşirə qalmaq кил. qiyamət (qiyamətə qalmaq); həşirə qədər кил. qiyamət (qiyamətə qədər, qiyamətəcən).

    Azərbaycanca-ləzgicə lüğəti / həşir

həşir sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

həşir gəlmək: (Kürdəmir) canfəşanlıq etmək. – Sabahdan axşamacan həşir gəlib, bir şey yoxdu

Azərbaycan dilinin dialektoloji lüğəti.

"həşir" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#həşir nədir? #həşir sözünün mənası #həşir nə deməkdir? #həşir sözünün izahı #həşir sözünün yazılışı #həşir necə yazılır? #həşir sözünün düzgün yazılışı #həşir leksik mənası #həşir sözünün sinonimi #həşir sözünün yaxın mənalı sözlər #həşir sözünün əks mənası #həşir sözünün etimologiyası #həşir sözünün orfoqrafiyası #həşir rusca #həşir inglisça #həşir fransızca #həşir sözünün istifadəsi #sözlük