* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Qorxutmaq, dəhşətə salmaq üçün edilən hərəkət və ya deyilən söz; hədə-qorxu, hədə. □ Hərbə-zorba gəlmək – bax hərbələmək. Əsil deyişmə odur ki, bir məclisdə iki aşıq (şair) qarşıqarşıya eyni rədif, eyni qafiyə və eyni şəkildə bədahətən şeir söyləsin, bir-birinə hərbə-zorba gəlsin, qıfılbənd desin, müvafiq cavab alsın.
Azərbaycan dilinin izahlı lüğəti / hərbə-zorba2 Qorxutmaq, dəhşətə salmaq üçün edilən hərəkət və ya deyilən söz; hədə-qorxu, hədə. (“Koroğlu” dastanının lüğəti) Belə deyəndə Koroğlu sazı alıb, görək Bəylərə necə hərbə-zorba gəldi. (“Koroğluynan Bəylər”) ( İ.A., B.A.) * Həsən baxdı ki, Zərnişan xanım onu hərbə-zorbası ilə imtahana çəkir. (“Zərnişan xanımın Çənlibelə gəlməyi”) (İ.A., B.A.)
Azərbaycan dastanlarının leksikası / hərbə-zorba3 Qorxutmaq, dəhşətə salmaq üçün edilən hərəkət və ya deyilən söz; hədə-qorxu, hədə. Qorxmayıram sənin hərbə-zorbandan, Nə bəyindən, nə paşandan, nə xandan. Al qan axıdaram indi yaxandan, Həramibaşıyam, adamsoyanam. (“Baxış-Leyla”)
Azərbaycan dastanlarının leksikası / hərbə-zorba2 сущ. 1. угроза (обещание причинить какое-л. зло, неприятность) 2. лит. форма кошмы в состязании ашугов, содержащая больше самовосхваления и угрозы победить соперника; hərbə-zorba gəlmək грозить, угрожать кому
Azərbaycanca-rusca lüğət / hərbə-zorba1 сущ. куьчӀуьрарун патал ийидай гьерекат ва я лугьудай гаф; кичӀерар гун, сеперар, къургъар, гьелягъар, кичӀерар; // hərbə-zorba gəlmək кил. hərbələmək.
Azərbaycanca-ləzgicə lüğəti / hərbə-zorba