Bələm ibni Baur
Bələm ibni Baur - Tövratda adı çəkilən dini fiqur.
== İslamda ==
Tarix kitablarında Yuşə ibni Nunun Bəni-İsrailin düşmənlərilə vuruşduğu müharibələrdə Bəl`əm ibni Baurunun da adı çəkilib. Təfsirçilərdən bir dəstəsi də “Əraf” surəsinin ayələrini də belə təfsir ediblər. Allah taala o iki ayədə öz peyğəmbərinə xitab edərək buyurur:
- “Biz ayələrimizi belə ətraflı izah edirik ki, onlar bəlkə, (batildən haqqa, küfrdən imana) dönələr. (Ey Məhəmməd!) Onlara (yəhudilərə) ayələrimizi verdiyimiz kimsənin xəbərini də söylə (oxu). O, (ayələrimizi inkar edib) imandan döndü. Şeytan onu özünə tabe etdi və o, (haqq yolundan) azanlardan oldu. Əgər biz istəsəydik, onu (həmin ayələrlə) ucaldardıq. Lakin o yerə (dünyaya) meyl edib nəfsinin istəklərinə uydu. O, elə bir köpəyə bənzəyir ki, ona tərəf gəlsən də, gəlməsən də hürkər (onun üçün heç bir fərqi yoxdur.) Bu, ayələrimizi yalan hesab edənlər barəsində çəkilən misaldır.