İshaq sözü azərbaycan dilində

İshaq

Yazılış

  • İshaq • 98.6425%
  • İSHAQ • 0.9050%
  • ishaq • 0.4525%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İshaq
İshaq peyğəmbər (ən tezi e.ə. 2066 və ən geci e.ə. 1851 – ən tezi e.ə. 1970 və ən geci e.ə. 1544, Kənan) — İbrahim peyğəmbərin Qurani-Kərimdə qeyd olunmuş başqa bir oğludur. Rəvayətlərə əsasən İshaq İsmaildən 5 il sonra Şamda dünyaya gəlmişdir. Anası Sara İbrahimin rəsmi zövcəsi və xalası qızı olub. == Həyatı == İshaqın təvəllüdünün müjdəsi mələklər vasitəsi ilə Sara və İbrahimə verilib. Bu əhvalat Quranın üç yerində bəyan olmuşdur. Biri Hud surəsində, digəri Hicr, üçüncüsü isə Zariyat surəsində.
Baba İshaq
Baba İshaq Vəfaiyyə təriqətinə bağlı Xorasan əzizlərindən Dədə Qarxının müridi olan Şüca-əd-Din Əbu'l-Bəkâ Baba İlyas bin Əli əl-Xorasaninin taliblərindəndir. == Vəzifəsi == İranda Muhiddin Məhəmməd bin Əli bin Əhməd Tahiminin dərslərinə davam edərkən, Əlamutdaki "Hökumət-i Məlahidə-i Batıniyyə rəisi" olan Sultan Əlaəddin bin Məhəmməd bin Həsən-ı sanî tərəfindən Anadolu Dailiyinə təyin edildi. Daha sonra Muhiddin Tahimiin Sivas qazılığına göndərilməsi isə Baba İshaqın vəzifəsini çox asanlaşdırdı.
II İshaq
II İshaq paşa - cəmi 1 il paşalıq etmiş, daha sonra vəzifədən kənarlaşdırılmışdır.
I İshaq
I İshaq II Yusifin oğlu idi. Daima öz əmisi oğlu II Aslan rəqabət edən İshaq 3 dəfə paşa olmuşdu. Osmanlı ordusu ilə dəfələrlə Kartli və Kaxetiyaya yürüşlər təşkil etmişdi. == Ailəsi == İshaq paşanın Əhməd paşa, Yusif paşa, Məzid paşa adlı oğlanları vardı.
İshaq Cəfərzadə
İshaq Məmmədrza oğlu Cəfərzadə (14 avqust 1895, Yelizavetpol – 5 yanvar 1982, Bakı) — Azərbaycan arxeoloqu və etnoqrafı, tarix elmləri namizədi. == Həyatı == İshaq Məmmədrza oğlu Cəfərzadə 14 avqust 1895-ci ildə Gəncədə anadan olmuşdur. İshaq 6 yaşında mədrəsədə oxumağa başlamış, ərəb və fars dillərini öyrənmişdir. 1910-1916-cı illərdə 6 illik şəhər məktəbində təhsil alıb. 1924-cü ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsinə daxil olub və 1927-ci ildə oranı başa vurub. 1925-ci ildə Azərbaycanı Tədqiq və Tətəbbö cəmiyyətinin tarix-etnoqrafiya bölməsinin və Azərbaycan Arxeoloji Komitəsinin üzvü olub. 1926-cı ildə Azərbaycan dövlət muzeyində elmi əməkdaş kimi fəaliyyətə başlamış və ömrününü sonuna kimi orada işləyib. 1927-ci ildə Azərbaycan dövlət Universitetinin Şərq şöbəsinin etnologiya fakültəsinə daxil olur və 1929-1930-cu təhsil illərində təhsilini başa vurur. 1944-cü ildə "Qədim Gəncənin tarixi-arxeoloji oçerki" mövzusunda dissertasiya müdafiə edərək, tarix elmləri namizədi elmi dərəcəsini almışdır. 1925-ci ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin – Azərbaycan Milli Elmlər Akademiyasının təməlinin üzvü seçilmişdir.
İshaq Lariyan
İshaq Lariyan-Dünyanın ən böyük xüsusi mülkiyyətdə olan oyuncaq şirkəti olan MGA Entertainment şirkətinin(MGA Əyləncə) baş icraçı direktoru.
İshaq Paşa
İshaq Paşa (d.? — ö. 1497, Saloniki) — Fateh Sultan Mehmed səltənətində 1469–1472 illəri arasında və II. Bəyazid səltənətində 1481–1482'də sədrəzəmlik etmiş Osmanlı dövlət adamıdır. == Həyatı == İshaq Paşa dəvşirmələrdən olub, Manisalı Paşaigidin nökəri idi. İshaq Paşanın İstanbulun fəthi əsnasında Anadolu Bəylərbəyi olduğu bilinməkdədir. O dönəmdə Anadolu Bəylərbəyi olan iki İshaq Paşa var idi. Bunlardan biri İshaq Paşa ibn İbrahim olaraq bilinən, atasının adı İbrahim olan Türk mənşəli bir paşadır. Digəri isə İshaq Paşa ibn Abdullah olaraq bilinən və Pomak mənşəli bir dəvşirmə olaraq təhsil alıb yetişdirilən, II. Murad zamanında xəzinədarlıqdan vəzirliyə yüksələn bir paşadır. == Birinci sədrəzəmliyi == Yunan Mehmed Paşanın vəzifədən alınmasın dan sonra sədrəzəmliyə gətirildi. Fateh Sultan Mehmedin ona verdiyi ilk vəzifə Qaramana getmək oldu.
İshaq Rabin
İshaq Rabin (1 mart 1922[…], Qüds, Britaniya Fələstini[d] – 4 noyabr 1995[…], Tel-Əviv) — İki dəfə İsrailin baş naziri (1974–1977 və 1992–1995), İsrailin müdafiə naziri (1984–1990). == Həyatı == İshaq Rabin 1922-ci il martın 1-də o zamanlar Fələstinin tərkibində olan Yerusəlimdə anadan olub. Onun ailəsi bir ildən sonra Təl-Əvivə köçmüşlər. Valideynləri qatı sionist və yəhudi dövlətinin yaradılmasını hədəfləyən kampaniyalarda fəal şəkildə iştirak etmişdirlər.Rabinin komandanlığı ilə İsrail 1967-ci il iyunun əvvəlində Altı günlük müharibədə Misirə, Suriyaya, İordaniyaya sarsıdıcı zərbələr vurur. Rabin bir ildən sonra hərbi karyeradan imtina edib beş il Birləşmiş Ştatlarda İsrailin səfiri olur. == Mükafatları == İshaq Rabin 1994-cü ildə Yasir Ərəfat və Şimon Pereslə birlikdə Nobel sülh mükafatına layiq görülmüşdür. == Ölümü == İshaq Rabinin qatili Eqal Amir dəfələrlə ona qarşı sui-qəsd etmək istəsədə son anda fikrindən daşınmışdır.1995-ci il noyabrın 4-də Rabin Təl-Əvivdə Çar meydanında kütlə qarşısında çıxış edir. Rabinin nitqini eşitmək və ona dəstək verməkdən ötrü yüz min adam meydana yığışmışdı. Rabin nitqini sülh barədə sözlərlə bitirib camaatla vidalaşır və axşam saat 9.20-də öz maşınına doğru getməyə başlayır. Özünü rəsmi sürücülərdən biri kimi qələmə verən qatil Amir baş nazirin pilləkanla maşınların saxlandığı meydana necə endiyni görür.
İshaq peyğəmbər
İshaq peyğəmbər (ən tezi e.ə. 2066 və ən geci e.ə. 1851 – ən tezi e.ə. 1970 və ən geci e.ə. 1544, Kənan) — İbrahim peyğəmbərin Qurani-Kərimdə qeyd olunmuş başqa bir oğludur. Rəvayətlərə əsasən İshaq İsmaildən 5 il sonra Şamda dünyaya gəlmişdir. Anası Sara İbrahimin rəsmi zövcəsi və xalası qızı olub. == Həyatı == İshaqın təvəllüdünün müjdəsi mələklər vasitəsi ilə Sara və İbrahimə verilib. Bu əhvalat Quranın üç yerində bəyan olmuşdur. Biri Hud surəsində, digəri Hicr, üçüncüsü isə Zariyat surəsində.
İshaq İbrahimov
İbrahimov İshaq İbrahim oğlu (21 fevral 1921, Bakı – 5 iyul 1987, Bakı) — tərcüməçi, tənqidçi, ssenarist, 1955-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azarbaycan SSR Əməkdar İncəsənət xadimi (1979). == Həyatı == İshaq İbrahimov 1921-ci il fevralın 21-də Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Burada orta məktəbi bitirmiş, İkinci Dünya müharibəsinin başlanması ona təhsilini davam etdirməyə imkan verməmişdir. 1941-ci ilin sentyabrından Sovet Ordusu sıralarında əsgəri borcunu yerinə yetirməyə başlamışdır: ön cəbhədə əldə silah vuruşmuş, yaralanmış, müalicədən sonra yenidən cənub-qərb cəbhəsində topçu diviziyasında kəşfıyyat rəisi, ştab rəisi kimi döyüşlərdə iştirak etmişdir (1941-1942). Ağır yaralandığına görə hərbi xəstəxanada uzun müddət müalicə olunmuşdur (1942-1944). Ordudan tərxis ediləndən sonra Uşaqgəncnəşrdə tərcüməçi-redaktor işləmişdir (1944-1945). Azərbaycan Dövlət Teatr İnstitutunun teatrşünaslıq fakültəsində təhsilini davam etdirmiş, eyni zamanda bədii tərcümə ilə məşğul olmuşdur (1945-1948). "İnqilab və mədəniyyət" jurnalı redaksiyasında ədəbi işçi, məsul katib (1948-1952), Azərbaycan Radio Verilişləri İdarəsində bədii verilişlər şöbəsinin baş redaktoru (1952-1959), "Azərbaycan" jurnalı redaksiyasında məsul katib (1959-1962), C.Cabbarlı adına "Azərbaycanfilm"də ssenari şöbəsinin müdiri, eyni zamanda ssenari-redaksiya heyətinin üzvü (1962-1966), Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində Radio bədii verilişləri şöbəsində tərcüməçi, "Ekran" yaradıcılıq birliyi redaksiya heyətinin üzvü, baş redaktor vəzifələrində (1962-1975) çalışmışdır. Azərbaycan Yazıçılar İttifaqında tərcüməçilər bölməsi bürosunun sədri idi. Azərbaycan Yazıçılar İttifaqının katibi seçilmişdir (1975-1984).
Mustafa İshaq Buşaki
Mustafa İshaq Buşaki (1967-ci ildə anadan olub) Əlcəzairli nəzəri fizik, kosmoloq və Dallasdakı Texas Universitetinin(en) professorudur. O, kosmik sürətlənmə(en) və qaranlıq enerji, qravitasiya linzalanması(en) və ümumi nisbi nəzəriyyəyə alternativlərin(en) sınaqdan keçirilməsinə verdiyi töhfələrlə tanınır; həmçinin Nisbilikdə Yaşayan Rəylər(en) dərc olunmuş icmal məqaləsinin Kosmologiyada Ümumi Nisbiliyin Testi adlı kitabının müəllifidir. O, 2021-ci ildə Amerika Elmin İnkişafı Assosiasiyasının (AAAS)(en) üzvü seçilib: “Nəzəri kosmologiya sahəsinə görkəmli töhfələrinə, xüsusən də kosmoloji miqyasda ümumi nisbilik nəzəriyyəsinə dəyişikliklərin sınaqdan keçirilməsinə və tədrisdə davamlı mükəmməlliyə görə və tələbələrin mentorluğu”. == Təhsil və akademik məlumat == Mustapha İshak-Boushaki böyüdüyü Əlcəzairdə anadan olub və universitetə ​​qədərki təhsilini Bouira şəhərində başa vurub. O, 1987-ci ildə Monreala köçdü. 1994-cü ildə Montrealdakı Kvebek Universitetində Kompüter Elmləri üzrə bakalavr dərəcəsini, ardınca 1998-ci ildə Monreal Universitetində Fizika üzrə əlavə bakalavr dərəcəsini almışdır. Daha sonra o, Kinqstondakı Kraliça Universitetində iştirak etmişdir. 2003-cü ildə Ph.D. Ümumi Nisbilik (Eynşteynin cazibə nəzəriyyəsi) və nəzəri kosmologiya.Onun diplom işinə qeyri-homogen kosmologiyalar, soxulcan dəlikləri, yığcam cisimlərin (məsələn, neytron ulduzları kimi) ümumi nisbilik nəzəriyyəsinin dəqiq həlləri və Eynşteyn sahə tənliklərinə tərs yanaşmalar daxildir.Magistratura təhsilini başa vurduqdan sonra İshak-Buşaki Prinston Universitetində elmi işçi kimi fəaliyyətə başladı, daha sonra 2005-ci ildə Dallasdakı Texas Universitetində professor vəzifəsinə daxil oldu. kosmoloqlar və astrofiziklər və 2007 və 2018-ci illərdə İlin Görkəmli Müəllimi mükafatına layiq görülüb. O, Qaranlıq Enerji Elmi Əməkdaşlıq Təşkilatının fəal üzvüdür: Kosmosun və Zamanın Mirası Tədqiqatının, eləcə də Qaranlıq Enerji Spektroskopik Alətinin əməkdaşlığı.
Məhəmməd ibn İshaq
Əbu Abdullah Məhəmməd ibn İshaq hicri-qəməri tarixi ilə 85-ci ildə Mədinə şəhərində dünyaya göz açmış, hicri-qəməri 150 və ya 153-cü ildə Bağdad şəhərində vəfat etmişdir. "Xizran" məzarlığında dəfn edilmişdir. Özünün "Əs-Sirətun-Nəbəviyyə" adlı kitabı ilə məşhurdur. == Həyatı və Təhsili == Uşaqlıq illərini və gənclik dövrünün bir hissəsini Mədinədə keçirən Məhəmməd ibn İshaq hicri-qəməri 115-ci ildə İskəndəriyyə şəhərinə getmişdir.İskəndəriyyənin və Misirin hədis və tarix ustadlarından, o cümlədən, Ubeydullah ibn Muğeyrə, Yezid ibn Həbib, Ubeydullah ibn Əbu Cəfər, Qasim ibn Qəzman və başqa böyük ustadlardan dərs almış, sonra Kufə, Cəzirə, Rey, Hirə, Bağdada səfər etmişdir. == Xəlifə Mənsur Abbasi ilə görüşü == Bağdada səfər edərkən dövrün xəlifəsi Mənsur Abbasinin görüşünə getmiş və bu görüş onun Bağdadda qalmasına, habelə bir qrup tarixçinin dediyinə görə onun məşhur kitabı olan "Əs-Sirətun-Nəbəviyyə" əsərinin yazılmasına səbəb olmuşdur.Tarixçilər yazırlar ki, bu görüşdə Mənsur Abbasi, Məhəmməd ibn İshaqın tarixi məlumatlarına heyran qalır və ona Tarix kitabı yazmağı əmr edir. Məhəmməd ibn İshaq Mənsurun əmrini yerinə yetirib müfəssəl bir tarix kitabı yazır və onun sarayına gətirir.Lakin Mənsur kitabın çox geniş olduğunu söyləyib müxtəsər hala salmasını tapşırır. İbn İshaq kitabı müxtəsər halda yazdıqdan sonra kitab Xəlifə Mənsur tərəfindən onun öz oğlu Mehdiyə verilir.Biblioqrafiya müəllifi İbn ən-Nədim öz əsərində Məhəmməd ibn İshaq’ın bu əsərini "Kitâbu’s-Sîrə və’l-mübtədəʾ və’l-məġāzî" adıyla qeyd etmişdir == Tənqidlər == "Əs-Sirətun-Nəbəviyyə" kitabı qələmə alındığı vaxtdan indiyədək bir çox tarixçilərin və hədis ravilərinin diqqətini özünə cəlb etmişdir.Onu tərifləyənlərlə birlikdə, tənqid edənlər də mövcud olmuşdur.Tənqidçilər müəllifi şəcərənaməni yanlış yazmaqda, etibarsız ravilərdən rəvayət nəql etməkdə, hadisələri saxtalaşdırmaqda və.s işlərdə ittiham etmişlər. Məhəmməd ibn İshaq tarixi hadisələri nəql edərkən məzhəb təəssübkeşliyindən uzaq duraraq bitərəf mövqe tutduğuna görə əhli-sünnənin "rical elmi" sahəsindəki bəzi alimləri onu şiəlikdə ittiham etmiş, onun şiə olduğunu söyləmişlər. Məhəmməd ibn İshaqdan sonra Əbdul-Məlik ibn Hişam onu indiki tərtibatda qələmə almışdır.
Qulam İshaq Xan
Qulam İshaq Xan (20 yanvar 1915-27 oktyabr 2006)—Pakistanın prezidenti. == Həyatı == O, Pişəvər Universitetini bitirmişdi. 1947-ci ildə dövlət işində məmuriyyətə başlamışdı. 1990-cı ildə hərbçilər tərəfindən dəstəklənən Qulam İshaq Xan, seçkilərin yenidən keçirilməsi tələbi ilə hökuməti devirdi.
İshaq Paşa sarayı
İshaq Paşa sarayı — Ağrı dağının yaxınlığında, Doğubayazid ilçəsinin 5 km uzaqlığında yerləşən bəy qalası. 116 otaqlı sarayda türbə, məscid, qala divarları, xarici və daxili həyətlər, divan və hərəm salonları yerləşir. == Tarixi == Doğubəyazid ilçəsinin 5 km şərqində, dağın yamacındakı təpə üzərində qurulan saray, Osmanlı İmperiyasının Lalə dövründəki son böyük abidəsidir. XVIII əsr Osmanlı memarlığının ən qabarıq və görkəmli nümunələrindən olduğu qədər, sənət tarixi cəhətdən də dəyəri böyükdür. Sarayın Hərəm dairəsi kitabəsinə görə tikilməsi tarixi 1784-cü ildi. Saray binasının yerləşdiyi zəmin vadi yaxası olduğundan, qayalıq və sərt bir yerdir. Qədim Bəyazid şəhərinin mərkəzində olmasına baxmayaraq, bu tikilinin üç tərəfi (şimal, qərb, cənub) dik və meyillidir. Yalnız şərq tərəfində müsaid bir düzənlik vardır. Sarayın giriş qapısı buradadır. Eyni zamanda ən dar hissəsidir Saray, qalaların xüsusiyyətini itirdiyi, odlu silahların olduğu bir dövrdə tikildiyindən, şərq səmtindəki təpələrə qarşı müdafiəsi zəifdir.
İshaq bəy Qaramanoğlu
İshaq bəy (ö. sentyabr 1466) — Qaramanoğulları bəyliyinin bəyi. == Həyatı == İshaq bəy Qaramanoğlu II İbrahimin kənizdən dünyaya gələn oğludur. Özündən kiçik olan digər 5 qardaşı isə atasının Çələbi Sultan Mehmedin qızı İlaldı Xatunla olan nigahından dünyaya gəlmişdir. Osmanlı mənbələrinə görə, Qaramanoğlu II İbrahim Osmanlılara olan nifrəti səbəbilə özündən sonra İshaq bəyin taxta çıxmasını istəyirdi. Bu səbəblə hələ sağlığında İshaq bəyi vəliəhd elan etmişdi. 1464-cü ildə atası II İbrahimin səhhəti pisləşmiş, vəliəhd olmasına baxmayaraq taxta çıxmaq üçün atasının vəfat etməsini gözləmişdir. Buna baxmayaraq, kiçik qardaşı Pir Əhməd bəy atası ölüm döşəyində ikən özünü bəy elan etdi və xəstə atası ilə qardaşlarını Konyada nəzarət altına aldı. Xilas olmaq üçün atası ilə birlikdə Konyadan gizlicə qaçan İshaq bəy Hevelin yaxınlığında atasının vəfat etməsi ilə atasının cənazəsini burada qoyub Silifkəyə qaçdı. Burdan kömək üçün Məmlük sultanından kömək istəsə də, bir nəticə ala bilmədi.
İshaq ibn Rahaveyh
Əbu Yaqub İshaq ibn İbrahim bin Mahləd ət-Təmimi əl-Hanzali əl-Mərvəzi (778, Mərv – 29 yanvar 853, Nişapur) — Hədis, fiqh və təfsir alimi. == Həyatı == 778-ci ildə Mərvdə dünyaya gəlmişdi. 780-ci və 783-cü illərdə də doğulduğu söylənir. Təmim qəbiləsinin Hənzələ qoluna mənsub olan atası Məkkə yolunda doğulduğu üçün Rahaveyh = yolda tapılan) ləqəbi ilə anılmışdır. İlk təhsilini Mərvdə alan İbn Rahaveyh iyirmi üç yaşında ikən təhsil amacıyla səyahətə çıxdı. İraq, Suriya, Hicaz, Yəmən kimi elm mərkəzlərində Abdullah ibn Mübarək, Vəki ibn Cərrah, Əbdürrəhman ibn Mehdi, Süfyan ibn Uyeynə, Şafei, İbn Uleyyə, Gundər, Yəzid ibn Harun kimi alimlərdən hədis rəvayət etdi. Odan da başda müdərrisləri Yəhya b. Said əl-Kattan, Bakıyyə b. Vəlid, Yahya b. Adəm, Abdürrəzzak b.
İshaq xan Müfxəməddövlə
Mirzə İshaq xan Mirzə Əbdülqəni oğlu Xoyi (1870-?) — diplomat. == Həyatı == Mirzə İshaq xan Mirzə Əbdülqəni oğlu 1870-cı ildə Cənubi Azərbaycanın Xoy şəhərində anadan olmuşdu. Hacı Hüseynəli Xoyinin nəvəsi, Hacı Səfərəli Xoyinin qardaşı nəvəsi və Mirzə Cavad xan Sədəddövlənin əmisi oğludur. O, ibtidai təhsilini atasından almışdı. Sonra mədrəsədə oxumuşdu. Fransız, ingilis dillərini bilirdi. Cavanlığında İranın Xarici işlər nazirliyində işə düzəlmişdi. Mirzə Mahmud xan Əlaülmülkün yanında xidmət etmişdi. 1891-ci ildə konsul kimi İranı təmsil etmişdi. 1896-cı ilədək bu vəzifədə çalışmışdı.
İshaq xan Qarayi
İshaq xan Qarayi Tatar (1771, Türbət Heydəriyə, Rəzəvi Xorasan ostanı – 8 iyul 1816, Məşhəd), Qacarlar dövründə Xorasan məntəqəsinin ən zəngin ataman və xanlarından birisi idi. O,İranın Rəzavi Xorasan ostanında yerləşən Türbət Heydəriyə şəhərinin banisidir.
Əbu İshaq Sələbi
Əbu İshaq Əhməd ibn Məhəmməd Sələbi (ərəb. أحمد الثعلبي‎‎; Nişapur – noyabr 1035, Nişapur) — islam ilahiyyatçısı, Quran tərcüməçisi, tarixşünası. == Həyatı == Tam adı Əbu İshaq Əhməd ibn Məhəmməd ibn İbrahim Nisaburi Sələbidir. Onun həyatı haqqında az şey məlumdur. Sələbi hicri təqvim ilə 427-ci ilin Məhərrəm ayında (1035-ci ilin noyabrı) vəfat etmişdir.Sələbi iki əsəri ilə tanınır. Birinci əsər çoxcildlik "əl-Kəşf və'l-bəyan'ən təfsir əl-Qur'an" təfsiridir. İslam ilahiyyatçıları onun təfsirinin nüfuzuna şübhə ilə yanaşırlar, çünki burada Mükatil ibn Süleyman, Məhəmməd Kəlbi və digər etibarsız rəvayətçilərdən nəqllər var. Bu, yəqin ki, onun təfsirinin uzun müddət nəşr olunmamasını izah edir. Bəqəvinin (1122-ci ildə vəfat etmişdir) "Müəllim ət-tənzil" əsəri Sələbinin əsərinin qısaldılmış variantı hesab olunur.Sələbinin ikinci məşhur əsəri təfsir kimi istifadə olunan, peyğəmbərlərin tarixinə aid "Ərais əl-məcalis fi qisas əl-ənbiya" kitabıdır. Ən erkən nəşri 1286-cı ilə aid edilir.
Əbu İshaq İbrahim
Əbu İshaq İbrahim ibn Alp Təkin — hakimiyyəti 3 il sürən Qəznəvi hakimi. Alp Təkin oğlu. 12 noyabr 966-cı ildə övladsız vəfat etdi. Yerinə seçki ilə Bilgə Təkin keçmişdir. == Hakimiyyəti == Alptəkinin 13 sentiyabr 963-cü ildə ölümündən sonra yerinə oğlu Əbu İshaq İbrahim gəlmişdi. Ancaq İbrahim Qəznəvilər dövlətinin idarə edilməsində atası qədər qüdrətli və müfəvvəqiyyətli ola bilmədi.Ordu onun nəzarətindən çıxmış, Səbutəkin onun vaxtında Xalaçların bir üsyanını basdırmışdı.İbrahimin bu zəif durumundan istifadə edən sadiq Qəznə hakimi Əbu Bəkr Ləvik, təxminən 964-cü ilin sonunda Qəznəyə irəliləmiş və onu məğlub etdərək keçmiş ölkəsini təkrar ələ keçirmişdir.İbrahim Buxaraya qaçmaq və Samani əmiri Mənsur b. Nuhdan yardım istəməli oldu.İbrahim Samanilərdən istədiyi yardımı alaraq böyük bir qüvvətlə geri döndü. Bu dəfə Qəznəyi tərk etməyə məcbur olan Əbu Bəkr Ləvik olmuşdu.(26 sentiyabr 965-ci il) İbrahim yenidən Qəznəyə girdi. Amma bu yardım məqsədilə Samanilər bu bölgə üzərində, heç olmasa qismən, hakimiyyət qurmuş oldular.İbrahim də Qəznədə uzun müddət hökmdar ola bilmədi və 12 noyabr 966-cı ildə öldü. Əbu İshaq Sabii idi.
Səfi əd-Din İshaq
Şeyx Səfi (tam adı: Şeyx Səfiəddin əl-İshaq əl-Musəvi əl-Ərdəbili; 1252, Ərdəbil – 12 sentyabr 1334, Ərdəbil) — sufi alimi, Səfəviyyə təriqəti və Səfəvilər sülaləsinin banisi, Ərdəbil (Səfəvi) hakimliyinin qurucusu və Şah İsmayıl Xətainin ulu babası. == Həyatı == Şeyx Səfi 1252-ci ildə Ərdəbilin Kəlxuran kəndində anadan olmuşdur. Bəzi mənbələrdə kürd mənşəli, bəzilərində seyid, digərlərində isə türk mənşəli olduğu qeyd edilmişdir (bax: #Etnik mənsubiyyəti). Atasını uşaq yaşlarından itirən Səfi ibtidai təhsilini onun dini davamçılarından almışdır. O, dini elmlərin əsaslarına yiyələnir, fars, ərəb, gilan, talış və monqol dillərini öyrənir. İyirmi yaşında təhsilini artırmaq üçün Şiraza gedən Səfi burada məşhur ilahiyyatçı alimlərdən Rüknəddin Beyzəvi, Əmir Abdullah və başqalarından dərs alır. Müəllimi Əmir Abdullahın məsləhəti ilə iyirmi beş yaşında məşhur Gilan şeyxi Hacı əd-Din Zahidin (hicri-615–700) müridi olur. Şeyx Səfi əd-Din 25 il tələbə kimi onun yanında qalır. Hacı əd-Din Zahidin qızı ilə evlənən Səfi Şeyxin vəfatından (1294) sonra onun yerində Səfəviyyə təriqətinin rəhbəri olur. 35 il irşad və təlimatlarla məşğul olur və bir çox tələbə yetişdirir.
Ədib İshaq
Ədib İshaq (ərəb. أديب إسحاق‎; 21 yanvar 1856, Dəməşq – 12 iyun 1885) — Suriyadan jurnalist.
İshaq Maroqulov
İshaq Faqradoviç Maroqulov (rus. Исаак Фаградович Марогулов, kürd. Îsahak Maragûlov; 1868, Dvin – 6 sentyabr 1933) — aysor əsilli SSRİ dilşünası. 1928-ci ildə Ərəb Şamilov ilə kürd dili üçün latın əlifbasını hazırlamışdır. == Həyatı == İshaq Maroqulov 1868-ci ildə Rusiya imperiyasının Dvin şəhərində anadan olmuşdur. O, əslən aysor idi. Atası Faqrad XIX əsrdə İrandan Qafqaza köçmüşdür. Maroqulov 1888-ci ildə təhsilini başa vurduqdan sonra Naxçıvanın Şahtaxtı kəndində, sonra 1893-cü ildə Qəmərli kəndində müəllim işləmişdir. 1920-ci illərdə SSRİ xalqlarının əlifbalarının romanizasiya prosesi gedirdi. Bu prosesin bir hissəsi olaraq kürd dili üçün də latın qrafikalı əlifba hazırlanmışdır.
Əbuishaqzadə İshaq Əfəndi
Əbuishaqzadə İshaq Əfəndi (1679, Konstantinopol – 31 oktyabr 1734, Konstantinopol) — Osmanlı alimi, şairi və şeyxülislamı. Atası Əbu İshaq Əfəndi də Sultan Əhməd səltənətində şeyxülislam olmuşdur. == Həyatı == 1679-cu ildə İstanbulda dünyaya gəldi. Atası Sultan Əhməd səltənətində şeyxülislam olan Əbu İshaq Əfəndi, babası isə Rumelinin müxtəlif əyalətlərində qazı olaraq xidmət göstərmiş Alanyalı Qara İbrahim Əfəndidir. İlk təhsilini atasından aldıqdan sonra Ankaralı Mehmed Əfəndidən məzun oldu və 1699-cu ildə şeyxülislam Seyid Feyzullah Əfəndinin də iştirak etdiyi imtahanın nəticəsi olaraq müdərrisliyə yüksəldi. İstanbulun müxtəlif mədrəsələrində xidmət göstərdikdən sonra öncə İzmir, ardından Ədirnə və Məkkə qazılığına gətirildi. 1723-cü ildə yaxın dostu Salim Əfəndinin yerinə İstanbul qazısı təyin olundu. Onun bu vəzifədə qaldığı müddət Sultan Əhməd səltənətinə və Nevşəhərli İbrahim Paşanın sədarət dönəminə təsadüf edir. Sədrəzəmin ətrafına topladığı alim, şair və ədiblərdən ibarət məclislərdə iştirak edən İshaq Əfəndi, şəxsən sədrəzəmin istəyilə bir çox önəmli kitabları Osmanlı türkcəsinə çevirməyə başladı. Bundan başqa Osmanlı mətbəəsinin qurulmasını dəstəkləyən İshaq Əfəndi, burada baş tutan ilk kitab nəşrində də vəzifələndirildi.
Əbu İshaq İsmayıl Əfəndi
Əbu İshaq İsmayıl Əfəndi (1645, Konstantinopol – 8 avqust 1725, Konstantinopol) — Osmanlı alimi, müdərrisi və şeyxülislamı. == Həyatı == 1645-ci ildə İstanbulda dünyaya gəlmişdir. Bir çox şeyxülislam, qazəsgər, qazı, müdərris, alim və şair yetişdirən bir ailəyə mənsubdur. Atası Alanyadan İstanbula gələrək təhsil almış və öncə müdərris və qazı, 1657-ci ildə isə Qahirədə qazı naibi olan Qara İbrahim Əfəndidir. Atasından aldığı təhsilin ardından qazəsgər Qədir Əfəndi tərəfindən məzun edildi və İstanbulun müxtəlif mədrəsələrində müdərris olaraq fəaliyyət göstərdi. Bununla eyni zamanda saray üçün məktubdar və təzkərəçi kimi vəzifələri də icra etmişdir. 1692-ci ilədək dərəcələri artırıldı və ən yüksək müdərrislik dərəcəsi hesab edilən Süleymaniyyə Darülhədisinə təyin edildi. Həmin ilin ortalarında qazı olaraq təyinat aldı və öncə Hələbə, ardından 1698-ci ildə Məkkə qazılığına gətirildi. Ertəsi il Ədirnə və Bolu qazılığını da alan İsmayıl Əfəndi 1708-ci ildə İstanbul qazısı, 1711-ci ildə Anadolu qazəsgəri, 1712-ci ilin yanvarında isə Rumeli qazəsgəri seçildi. Ancaq son vəzifəsində çox qalmadan həmin ilin ortalarında vəzifədən alınsa da, 3 il sonra yenidən Rumeli qazəsgərliyinə gətirildi və Mentəşzadə Əbdürrəhim Əfəndinin vəfatıyla boşalan şeyxülismalığa gətirildi (4 dekabr 1716).
Huneyn ibn İshaq əl-İbadi
Əbu Zeyd Huneyn ibn İshaq əl-İbadi (808[…], Hiyrə, Nəcəf mühafəzəsi – 873[…], Bağdad) — Qədim yunan tibbi və fəlsəfəsinin İslam dünyasına intiqlalında önəmli rol oynayan mütərcim və həkim. == Həyatı == 808-ci ildə Kufənin cənubunda əski bir Arami şəhəri olan Hiyrədə doğuldu. Ailəsi İbad adıyla bilinən xristian Ərəb qəbiləsinə mənsub olduğundan İbadi nisbəsiylə anılmışdır. Atası İshaq əczaçılıqla məşğul idi. Ata məsləyi Huneyni uşaq yaşda təsir göstərərək tibb elminə yönləndirdi. Doğulduğu yerdə xristian din təhsili alan Huneyn on iki yaşlarında ikən Bağdada getdi. Burada Cündişapur mənşəli həkim İbn Masəveyhin tələbəsi oldu. Ancaq Huneynin sual sormağı və dartışmağı sevən təbiəti müəllimini rahatsız edirdi. Əsasən Bağdadda fəaliyət göstərən Cündişapur mənşəli həkimlər, əsasən əhalisi tüccar olan Hirəlilərin tiblə məşğul olmasını xoş qarşılamırdılar. Huneyn dərs əsnasındakı israrlı suallarına davam edincə İbn Masəveyh onu dərs halqasından çıxardı.
İshaq ibn Kundac əl-Xəzəri
İshaq ibn Kundac əl-Xəzəri (Qundacığ) — Onun haqqında B.N.Zaxoder bunları yazmışdı: "Bu - IX əsrdə Ərəb xilafətinin qoşunlarının məşhur komandanı, xəzər əsillidir". == Ümumi məlumat == Ona həm də, İshaqın müasiri olan ərəb şairi Buhturinin panegiriki həsr olunub. Şairin sözlərinə görə İshaq ibn Kudac, İraqda nail olduğu şərəfini, Xamlicdə(Ənci, ya da Bələncər) nail olduqlarına əlavə etdi. Buhturinin divanında onun tam adı verilir: İshaq ibn Kundac əl-Xəzəri. IX əsr ərəb qaynaqlarında İshaq ibn Kundacinin adı Ərəb Xilafətinin Misir və Şam canişini kimi keçir. O saray intriqalarında xəlifəyə qarşı əl-Müvəffəqin tərəfində yer alır. == Fəaliyəti == Öz soydaşı Diyarbəkir canişini Məhəmməd əl-Afşinla, Humaraveyhə qarşı çıxır, Dəməşq, Hələb, Dims və Antakyanı tutur. Sonralar o Afşinlə əlaqəni qırır və öz rəqibi özü kimi türk əsilli Əhməd ibn Tulunun oğlu Humaraveyhlə ittifaqa girir. 888-ci ildə bu iki sərkərdənin qüvvələri Dəməşq yaxınlığındakı Seniyet əl-Ukab adlı yerdə Afşinin qoşunları ilə toqquşur. Afşin darmadağın edilir və Bağdada xəlifə əl-Müvəffəqin yanına qaçır.
İshaqlı (Vərziqan)
İshaqlı (fars. ايشقلو‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 41 nəfər yaşayır (5 ailə).
İshaqəli Qışlağı (Xudafərin)
İshaqəli Qışlağı (fars. قشلاق عشقعلي‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 66 nəfər yaşayır (12 ailə).

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.63 dəfə / 1 mln.
2003 •••••••••••••••• 1.57
2004 ••••••• 0.67
2005 •••••••••••••••••••• 2.02
2006 ••••• 0.45
2007 ••• 0.21
2009 •• 0.16
2010 ••••• 0.45
2011 •••••• 0.51
2012 •••••••• 0.77
2013 ••••• 0.44
2014 •••• 0.34
2015 •••••••••••••• 1.36
2016 ••••••• 0.69
2017 ••••••••• 0.81
2018 ••••••••••• 1.05
2019 •••••• 0.56
2020 ••••••• 0.66

ishaq sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

gülüş, gülmə, gülüşmə (Qədim y. adı "İshaq"ın ə. forması).

Azərbaycan kişi adlarının izahlı lüğəti

Oxşar sözlər

#ishaq nədir? #ishaq sözünün mənası #ishaq nə deməkdir? #ishaq sözünün izahı #ishaq sözünün yazılışı #ishaq necə yazılır? #ishaq sözünün düzgün yazılışı #ishaq leksik mənası #ishaq sözünün sinonimi #ishaq sözünün yaxın mənalı sözlər #ishaq sözünün əks mənası #ishaq sözünün etimologiyası #ishaq sözünün orfoqrafiyası #ishaq rusca #ishaq inglisça #ishaq fransızca #ishaq sözünün istifadəsi #sözlük