Konya sözü azərbaycan dilində

Konya

Yazılış

  • Konya • 98.7124%
  • konya • 0.6438%
  • KONYA • 0.6438%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Konya
Konya — Türkiyənin Konya ilinin mərkəzi. == Tarixi == Anadolu, Asiya ilə Avropa nı bir-birinə bağlayan körpü rolunu oynayır. Konya da bu körpünün mərkəzində qapı rolunu oynayır. Tarixin ən qədim dövrlərindən bu günə qədər Konya şəhəri bir çox mədəniyyətlərin beşiyi olmuşdur. Anadolu Səlcuqlu Dövlətinin paytaxtı, Bəylik və osmanlıların başda gələn mərkəzlərindən olmuşdur. Konya şəhəri tarixin əvvəlki dövrlərində, müəyyən zamanlarda müxtəlif adlarla adlandırılmışdır. Antik dövrlərdə ən məşhur adı "İconium" dur. Bu "müqəddəs rəsim, heykəl" mənasına gələn "icon" kəlməsindən gəlir. Danaia şəhərini və xalqını böyük fəlakətlərə uğradan qorxunc əjdahanı, Perseus öldürür. Onun qəhrəmanlığını əbədiləşdirmək məqsədi ilə onun şərəfinə daşdan abidələr düzəldilir.
Adam Konya
Adam Konya (19 dekabr 1992) — Macarıstanlı xizək yürüşçüsü. Adam Konya Macarıstanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Adam Konya birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər klassik sprint yarışlarında iştirak etdi. Konya 3:31.84 saniyəlik nəticəsi ilə 80 atlet arasında 67-ci yeri tutdu və növbəti mərhələyə vəsiqə qazana bilmədi.
Ağörən (Konya)
Ağörən — Konya ilinin bir ilçəsi.
Daşkənd (Konya)
Daşkənd (Konya) - Türkiyənin Konya ilində kənd. Əhalisinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır.
Konya-Lyon
Konya-Lyon (fr. Cognat-Lyonne) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Eskyurol kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03080. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 636 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 399 nəfər (15–64 yaş arasında) 301 nəfər iqtisadi cəhətdən, 98 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 75,4%, 1999-cu ildə 75,5%). Fəal 301 nəfərdən 275 nəfəri (151 kişi və 124 qadın), 26 nəfəri işsizdir (6 kişi və 20 qadın). 98 hərəkətsiz 34 nəfər arasında şagird və ya tələbə, 36 nəfər təqaüdçü, 28 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Konya döyüşü
Konyanın döyüşü — 21 dekabr 1832-ci ildə Birinci Osmanlı-Misir müharibəsi zamanı Misir və Osmanlı imperiyası arasında baş vermiş döyüş. Müasir Türkiyədə Konya şəhərində olmuşdur. Döyüşə Osmanlılar tərəfdən Resid Mehmed Paşa, Misir tərəfdən isə İbrahim Paşanın başçılığı edirdi. Bu qısa toqquşma misirlilərin qələbəsi ilə bitmişdir. == Ədəbiyyat == Laffin, John, Brassey's Dictionary of Battles, (Barnes & Noble Inc., 1995). Grant, R.G., Battle: A Visual Journey through 5,000 years of combat, (DK Publishing Inc., 2005). Dupuy, R. Ernest and Trevor N. Dupuy, The Harper Encyclopedia of Military History, (HarperCollins Publishers, 1993). McGregor, Andrew James, A Military History of Modern Egypt: from the Ottoman Conquest to the Ramadan War, (Greenwood Publishing Group Inc., 2006). Finkel, Caroline, Osman's Dream, (Basic Books, 2005), 57; "Istanbul was only adopted as the city's official name in 1930..".
Konya ili
Konya ili — Türkiyədə il. Türkiyənin Mərkəzi Anadolu regionunda yerləşir. İnzibati mərkəzi Konya şəhəridir. == Qardaş şəhərlər == Bakı, Azərbaycan == Əhali == Əhali sayı baxımından Türkiyənin 6-cı böyük ilidir. Ümumi əhali sayı 2 038 555 nəfərdir. == Coğrafiyası və iqlimi == Dağlıq ərazidə yerləşir. Əsasən şimal və cənub-şərq hissədə. Buradakı ən böyük dağ 3014 metrdir. Burada 8 iqlim mövcuddur. Əsas hava kütlələri şərqdən gəlir.
Konya ilçələri
Konya ilində 31 ilçə vardır.
Konya vilayəti
Konya vilayəti — Osmanlı İmperiyası tərkibində, 1864–1923–cü illərdə mövcud olmuş I dərəcəli inzibati–ərazi vahidi. İnzibati mərkəzi Konya şəhəri idi.
Konya Şəkərspor
"Anadolu Səlcuqspor" FK (türk. Anadolu Selçukspor) — Türkiyənin 3-cü liqasında mübarizə aparan Konya futbol klubu. == Tarixi == 1955-ci ildə Konya şəhər fabriki işçiləri tərəfindən "Konya Şəkərspor" adı ilə qurulmuşdur. 2005-ci ilə qədər ancaq həvəskar liqalarda mübarizə aparmışdır. 2004–05 mövsümündə Türkiyənin 4-cü divizyonuna yüksəlməyi bacarmışdır. 2005–06 mövsümündə liqanın 3-cü qrupunu 15-ci yerdə bitirərək yenidən həvəskar liqaya düşən klub 2007–08 mövsümündə yenidən 4-cü divizyona qayıtmışdır. Həmin mövsüm Levent Numanoğlunun baş məşqçi olduğu "Konya Şəkərspor" 3-cü yeri tutaraq 3-cü divizyona yüksəlmişdir. İlk mövsümündəcə pley-offa qatılan komanda yarımfinalda "Tarsus İY" klubuna 1:3 uduzaraq finala çıxa bilməmişdir. 2010–11 mövsümündə yenidən pley-offun yarımfinalına çıxmış, amma "Sakaryaspor"a 1:3 məğlub olmuşdur.2012–13 mövsümündə "Konyaspor" tərəfindən satın alınıb 2-ci komanda olduğundan adı "Anadolu Səlcuqluspor" olaraq dəyişdirilmişdir.2014–15 mövsümünün əvvəlində Konya Səlcuqlu Bələdiyyəsinin tələbi ilə klubun adı "Anadolu Səlcuqspor" olmuşdur.
Konya Atatürk stadionu
Konya Atatürk stadionu — 1950-ci ildə Konyada açılan çox məqsədli köhnə bir stadiondur. Konyasporun keçmiş stadionudur. Hal-hazırda 22.456 tamaşaçı tutumuna malikdir. 2005-ci ildə stadionda işlər aparılmış, və nəticədə stadionun hamısı kreslo ilə təmin olunmuşdur. Balıqəsir stadionu ilə bərabər Türkiyədə velosiped pisti olan 2 stadiondan biridir. 7 may 2014 tarixində Türkiyə kuboku finalı 2014-də ev sahibliyi etdi. Qalatasaray ilə Əskişəhərspor qarşılaşmasında Qalatasaray qalib olmuşdur. Beləcə Qalatasaray kuboku 15-ci dəfə öz muzeyinə apardı. Atatürk stadionunda son oyun 11 may 2014-cü ildə olub. Bu oyun Kayserispor və Konyaspor arasında olmuşdur.
Konyak
Brendi (konyak) — süfrə şərabından hazırlanmış spirtin dincə qoyulmaqla yetişdirilməsindən alınan alkoqollu içki.Konyak tünd spirtli içki olub, üzüm şərablarının destilləsindən alınmış konyak sprtini saxlayıb yetişdirməklə hazırlanır. Konyakla üzüm arağı eyni deyildir. Üzüm arağı üzümçülük qalıqlarından (cecə, maya və s.) hazırlanır. Digər tərəfdən konyak özünün qızılı-kəhrəba rənginə, xoşagələn ətrinə və s. görə üzüm arağından fərqlənir. Konyakın tündlüyü 40–57 h.% arasında dəyişir. Konyak ilk dəfə, təqribən 300 il bundan əvvəl Fransanın Şaranta vilayətinin Konyak şəhərində istehsal olunmağa başlanmışdır. Bu bir növ təsadüfi olmuşdur. Fransa Şarant çayı vasitəsilə İngiltərə və Skandinaviya ölkələri ilə ticarət əlaqəsi saxlayırdı. Lakin, gəmidə çəlləklərlə şərabın daşınması çətin və baha başa gəlirdi.
Konyak (rayon)
Konyak (fr. Cognac ) — Fransanın Puatu-Şaranta regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Şaranta. Suprefektura — Konyak. Rayon əhalisi 2006-cı ildə 91 004 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 73 nəf / km². Rayon sahəsi — 1240 km².
Konyaspor KİF
Konyaspor KİF — Stokholm şəhərinin, Botkirka rayonunun Albi ərazisində yerləşən İsveç futbol klubudur. == Tarixi == Konyaspor Kultur och İF 1989-cu ildə İsveçdə yaşayan türklər tərəfindən yaradılmışdır. Türk mədəni kökləri ilə əlaqəsi vardır. Klubun adı və rəngi Türkiyə futbol klubu olan Konyaspordan götürülmüşdür. Konyaspor KİF yarandığı gündən İsveç Futbol Liqası sisteminə əsasən orta və aşağı diviziyalarda iştirak edir. Hal-hazırda klub İsveç Liqasının dördüncü dərəcəli Norra Svealand 2-ci Diviziyasında çıxış edir. Klub öz ev oyunlarını Norsborqda yerləşən Albi İP-də keçirir.Konyaspor KİF Stockholms Fotbollförbund-a üzv olan klublardan biridir.
Nurəddin İbrahim Konyar
Nurəddin Paşa (Nurəddin İbrahim Konyar və ya Saqqallı Nurəddin Paşa, 17 iyul 1873, Bursa, Xudavəndigar vilayəti – 18 fevral 1932, İstanbul) — Türk hərbçi və siyasətçi. == Osmanlı dönəmi == Müşir (Marşal) İbrahim Ethem Paşanın oğludur. 1890-cı ildə Pangaltı Mekteb-i Füsun-u Hərbiyyə-i Şahane hərbi məktəbinə daxil oldu. 1893-cü ildə piyada ixtisasını bitirərək Mülazım-i Sani (leytenant) rütbəsiylə məzun oldu. Ərəbcə, almanca və rusca bilirdi.1893-cü ilin mart-aprel aylarında V orduya bağlı 40-cı piyada taborunda çalışdı. Aprel, 1893-cü ildən, 1898-ci il, 1898-ci ilə qədər Hassa ordusu qərərgahında işləmişdir. 1895-ci ildə baş leytenanta, 1896-cı ildə kapitan rütbəsi aldı.1897-ci il Osmanlı-Yunan müharibəsində Baş Komandan Ethem Paşanın yavəri oldu. Müharibədən sonra İstanbula döndü, I Ordu qərərgahına Əməliyyat rəisi olaraq çalışmağa başladı. 1898-ci il, oktyabrda Sultan II Əbdülhəmidin yavəri oldu. 1901-ci ildə, mayor rütbəsi aldı.
Vladimir Konyagin
Vladimir Yevgenyeviç Konyagin (rus. Владимир Евгеньевич Конягин; 7 yanvar 1919 – 20 dekabr 2002) — Azərbaycan kinooperatoru, rejissor, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi (1976), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1988). == Həyatı == 1936-cı ildən "Azərbaycanfilm" kinostudiyasında operator assistenti, 1955–1990-cı illərdə isə operator işləmişdir.
Şəmkir Konyak Zavodu
Şəmkir Konyak Zavodu, əvvəllər Şamxor Konyak Zavodu (̣̺azərb-kiril. Шамхор Конјак Заводу) — Azərbaycanda yeyinti sənayesi müəssisəsi. Şəmkir şəhərində, Heydər Əliyev küçəsi 264 ünvanında yerləşir. Zavodun əsası 1923-cü ildə qoyulmuşdur, SSRİ-də ən böyük konyak zavodlarından biri olmuşdur. 3, 4, 5 ulduzlu ordinar, "Göygöl", "Göyçə" və "Bakı" markalı konyaklar, ordinar portveyn, "Ağstafa", "Alabaşlı" və "Kürdəmir" markalı desert şərablar və s. istehsal edirdi. Zavodun 1980-ci illərin ortalarında 8 əsas sexi – konyak, şərab, şərab tullantıları emalı, 1, 2, 3, 4 və 5 nömrəli konyak spirti saxlama sexləri və mexaniki yardımçı sexi var. 1984-cü ildə 768 (1940-cı ildə 20, 1950-ci ildə 30) min dal konyak, 237 (1940-cı ildə 110, 1950-ci ildə 120) min dal şərab istehsal etmişdir.
Konyaspor
Konyaspor (Konya), və ya sponsorluq adı ilə TÜMOSAN Konyaspor— Türkiyənin Konya şəhərində 1922-ci ildə yaradılmış Super Liqada mübarizə aparan futbol klubudur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 3.37 dəfə / 1 mln.
2003 ••••• 1.97
2004 •••••• 2.70
2005 ••••• 2.02
2006 ••••• 2.25
2007 •••••••••••••••••••• 9.09
2008 ••••••••• 3.65
2009 •••••••••• 4.32
2010 •••••• 2.36
2011 ••••••• 2.75
2012 •••••••••• 4.13
2013 ••••••••• 3.65
2014 ••••••• 3.09
2015 •••••• 2.38
2016 ••••••••••• 4.69
2017 •••••• 2.44
2018 ••••••••• 3.90
2019 ••••••• 2.78
2020 •••••• 2.52

"konya" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#konya nədir? #konya sözünün mənası #konya nə deməkdir? #konya sözünün izahı #konya sözünün yazılışı #konya necə yazılır? #konya sözünün düzgün yazılışı #konya leksik mənası #konya sözünün sinonimi #konya sözünün yaxın mənalı sözlər #konya sözünün əks mənası #konya sözünün etimologiyası #konya sözünün orfoqrafiyası #konya rusca #konya inglisça #konya fransızca #konya sözünün istifadəsi #sözlük