Mirzə Maşov
Mirzə Məmməd oğlu Maşov (22 iyun 1957, Tbilisi) — Gürcüstanın dövlət və ictimai-siyasi xadimi, tanınmış publisist, jurnalist və yazıçı. 1992-ci ildə Gürcüstan Respublikası Dövlət Şurasının üzvü, "Dayaq" Gürcüstan Azərbaycanlıları Assosiasiyasının Baş katibi. Gürcüstan Yazıçıları Milli Akademiyasının üzvü. 2009-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. 2008-ci ildən Gürcüstan Dövlət Tele-Radio Şirkətinin Milli verilişlər redaksiyasında "Moambe"-nin ("Xəbərlər") Azərbaycan dilində yayımlanan verilişlərinin redaktoru.
== Həyatı ==
Mirzə Maşov 22 iyun 1957-ci ildə Tbilisi şəhərində ziyalı ailəsində dünyaya gəlib. Uşaqlığı Zalqa rayonunun Culuxlu kəndində ana nənəsinin yanında keçib. 1964-cü ildən isə ailə vəziyyətinə görə orta təhsil Marneuli rayonu Algeti kəndində alıb, 1974–75-cillər Bakıda tikintidə fəhlə olaraq işləyib. Sonra Tblisiyə qayıdaraq Şəhər İcraəyyə Komitəsi Yaşıllaşdırma İdarəsində işə başlayıb. Tblilisidə istehsalatdan ayrılmadan 1976-cı ildə S.M Kirov adına Azərbaycan Dövlət Universitetinin Filologiya fakultəsininin qiyabi şöbəsinə daxil olub.