mədə-dalaq sözü azərbaycan dilində

mədə-dalaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • mədə-dalaq • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dalaq
Dalaq (lat. Lien, yun. Splen) qanyaradıcı üzvlərin ən böyüyüdür; uzunluğu 10–12 sm, eni sm, qalınlığı 4 sm, çəkisi 150–200 q-dır. Zahiri şəkli qəhvə toxumuna bənzəyir, özü yumşaq və rəngi tünd qırmızıdır. Dalağın əhəmiyyəti olduqca çoxdur, burada limfositlər törəyir və qırmızı qan cisimcikləri pozulur. Bundan başqa dalaq artıq dərəcədə şişərək qanın təzyiqini azaldır və onu nizama salır. İti sürətlə axan çay gölə töküldükdə öz sürətini azaltdığı kimi, dalaqda qan 8–10 mikron diametrli arterial kapillyarlardan 80–150 mikron diametrli venoz kapillyarlara keçdikdə yavaş axır; nəticədə ağ qan cisimciklərinin fəaliyyəti artır və onlar faqositoz vəzifəsini ifa edirlər. == Dalağın inkişafı və anomaliyaları == Dalaq mezenximdən inkişaf edir; bunun mayası mədənin arxa müsariqəsinin (lat. mesogastrium dorsale) səfhələrin arasında orta xəttə yerləşir. Sonradan mədənin hərlənməsilə əlaqədar olaraq yerini sol qabırğaaltı nahiyəyə dəyişir və intraperitoneal vəziyyətdə qalır.
Mədə
Mədə lat. ventriculus (yun. gaster) həzm kanalının ən geniş hissəsini təşkil edir. Yaşlı adamlarda uzunluğu 21–25 sm, diametri ən geniş hissəsində 12–14 sm və tutumu 3 litrdir, bəzi hallarda yemək adətindən asılı olaraq 5–10 litrə çatır. Mədənin forması çox müxtəlifdir. Daha doğrusu, onun forması içərisindəki qida maddələrinin miqdarından asılıdır. Boş olduqda bağırsaq şəklini alır, əksər hallarda retortaya, ya armuda bənzəyir. İnsan ölən zaman mədə hansı həzm formasında olarsa elə də qalır. Mədə divarı üç qatdan: xarici birləşdirici toxumadan(epitel qatından), əzələli və daxili selikli qişadan ibarətdir. Selikli qişada çoxlu vəzlər yerləşir və onlar mədə şirəsi ifraz edir.
Dalaq arteriyası
Dalaq arteriyası — insan anatomiyasında sol mədə və ümumi qaraciyər arteriyaları ilə birlikdə çolyak gövdəsinin üç əsas qolundan biri. Dalağa, mədəyə və mədəaltı vəziyə qan ötürür. Dalağa gedən əyri yolu ilə tanınır. == Tərkibi == Dalaq arteriyası dalağa çatmazdan əvvəl mədə və mədəaltı vəzi tərəfə budaqlar. Qeyd etmək lazımdır ki, dalaq arteriyasının budaqları mədənin daha böyük əyriliyinin aşağı hissəsinə qədər bütün yollara çatmır. Əvəzində bu sahə qastroduodenal arteriyanın bir qolu olan sağ qastroepiploik arteriya ilə təmin edilir. Bu zaman iki qastroepiploik arteriya bir-biri ilə anastomozlaşır. == Əlaqələri == Dalaq arteriyası dalaq-böyrək bağının təbəqələri arasından keçir. Yolda dalaq arteriyası qaraciyərin portal venasına axan dalaq venası ilə müşayiət olunur. == Klinik əhəmiyyəti == Dalaq arteriyasının anevrizması (arteriya divarının şişkinlik şəklində qabarması) nadirdir, lakin yenə də qarın aortasının və iliak arteriyaların anevrizmalarından sonra üçüncü ən çox görülən abdominal anevrizmadır.
Əlavə dalaq
Əlavə dalaq — dalağın əsas gövdəsindən ayrı olan dalaq toxumasının kiçik bir düyünü. Əlavə dalaqlar əhalinin təxminən 10%-də rast gəlinir və adətən diametri təxminən 1 sm. olur. Onlar limfa düyünlərinə və ya kiçik dalağa bənzəyirlər. Əlavə dalaq ya inkişaf anomaliyaları ya da travma nəticəsində əmələ gəlir və tibbi əhəmiyyət kəsb edir, çünki o, diaqnostik təsvirin yanlış təfsirinə və ya terapevtik splenektomiyadan sonra simptomların qalmasına səbəb ola bilər. Polispleniya bir normal dalağın deyil, bir neçə əlavə dalağın olmasıdır. Əlavə qalaq embrional inkişaf zamanı inkişaf edən dalağın bəzi hüceyrələri dalağın əmələ gəldiyi orta xəttdən qarın boşluğunun sol tərəfində 9–11-ci qabırğalardakı son yerə qədər olan yol boyunca yerləşdirildikdə əmələ gələ bilər. Əlavə dalağın ən çox yayıldığı yerlər dalağın hilum hissəsi və mədəaltı vəzinin ucudur. Əlavə dalaq damarlarının hər hansı bir yerində — qastrosplenik bağda, dalaq bağında, mədə və ya bağırsaq divarlarında, mədəaltı vəzi ucunda olur. Tipik ölçü təxminən 1 sm-dir, lakin bir neçə ml-dən 2–3 sm-ə qədər olan ölçülər də rast gəlinir.
Mədə xorası
Mədə xorası — insan xəstəlikləri arasında ən "qoca"sı Bu xəstəliyə ilk dəfə təxminən 100 min il əvvəl rast gəlinib. Bundan 40 min il sonra bu xəstəlik Afrika, Avropa və Yaxın Şərqdə geniş yayılıb. Bütün digər xəstəlik bakteriyaları xeyli sonra – təxminən 10 min əvvəl yaranıb. Mədə xorası mədənin normal daxili örtüyünün, başqa sözlə selikli qişasının tamlığının pozulmasıdır. Qeyri-şiş mənşəli mədə xorasının yaranmasının əsas səbəbi mədə daxilində olan turşu-qələvi müvazinətinin pozulmasıdır. Mədədə turşunun (pepsin) ifraz edilməsi həzm prosesi üçün vacib şərtlərdən biridir. Normada qida və mədənin daxili müdafiə imkanları turşunun selikli qişaya zədələyici təsirini aradan qaldırır. Amma turşu-qələvi müvazinəti pozulan hallarda mədənin zədələnmə ehtimalını artırır və.s. Aşağıda sadalanan faktorlar mədə xorasının əmələ gəlmə ehtimalını artırır: Qeyri-steriod ağrıkəsicilərin (asprin, ibuprofen) qəbulu Helicobacter pylori (H. pylori) infeksiyası Xroniki qastrit Siqaret çəkmə Spirtli içki qəbulu Artan yaş Qanın laxtalanma sistemində bəzi problemlər Qarında ağrı (bu ağrı gecə oyanmaya səbəb ola bilər); Antiasid dərmanların qəbulu və ya süd içməklə ağrılar keçə bilər; yeməkdən 2–3 saat sonra başlaya bilər; Ac qalarsınızsa ağrılar daha kəskin ola bilər; Ürəkbulanma; Qusma; Qanlı qusuntu xoradan qanaxmaya dəlalət edir; Nəcisin qara rəngdə olması xoranın qanamasının digər göstəricisi ola bilər; Son zamanlar çəkinin azalması; Ümumi zəiflik və s. Ağayev B. Cərrahlıq, 2008 Glyn G. Jamieson.
Mədə xərçəngi
Mədə xərçəngi — mədənin selikli qişasının epitel hüceyrələrində əmələ gələn bədxassəli şişdir. Əvvəl ümumi zəiflik, iştahın azalması, arıqlama, anemiya, psixi depressiya meydana çıxır. Ağrı sindromu şişin mədənin pilorik və kardial hissəsinə yayıldıqdan sonra əmələ gəlir. Mədə dibinin xərçəngi də uzun müddət simptomsuz gedə bilər. İlk şikayətlər enterokardia tipli agrılar olur. Proses diafraqma və plevraa keçdikdə təkrarlanır. Daha sonra mədə xərçəngi üçün xarakter olan gecikmiş. Hal-hazırda mədə xərçənginin yaranma səbəbi tam aydın deyil. Lakin müasir inkişaf nəzəriyyəsi mədənin selikli qişasının Helicobakter Pylori infeksiyalarının mühüm rolu olduğu qənaətindədir. Risk faktorları kimi xroniki qastrit, mədədə cərrahi əməliyyatın aparılması, vitamin B12 çatışmazlığı anemiyası, genetik meyillilik göstərilir.
Mədə qanaxması
Mədə-bağırsaq qanaxmaları — belə qanaxmalar yerinə, səbəbinə, qanaxma həcminə (ağırlıq dərəcəsinə) və davam edib-etməməsinə görə təsnif edilir.
Mədə-bağırsaq qanaxmaları
Mədə-bağırsaq qanaxmaları — belə qanaxmalar yerinə, səbəbinə, qanaxma həcminə (ağırlıq dərəcəsinə) və davam edib-etməməsinə görə təsnif edilir.

Oxşar sözlər

#mədə-dalaq nədir? #mədə-dalaq sözünün mənası #mədə-dalaq nə deməkdir? #mədə-dalaq sözünün izahı #mədə-dalaq sözünün yazılışı #mədə-dalaq necə yazılır? #mədə-dalaq sözünün düzgün yazılışı #mədə-dalaq leksik mənası #mədə-dalaq sözünün sinonimi #mədə-dalaq sözünün yaxın mənalı sözlər #mədə-dalaq sözünün əks mənası #mədə-dalaq sözünün etimologiyası #mədə-dalaq sözünün orfoqrafiyası #mədə-dalaq rusca #mədə-dalaq inglisça #mədə-dalaq fransızca #mədə-dalaq sözünün istifadəsi #sözlük