pank sözü azərbaycan dilində

pank

Yazılış

  • pank • 72.2222%
  • Pank • 27.7778%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Mihay Pank
Mihay Pank — Rumıniya futbolçusu Sol cinah müdafiəçisi mövqeyində oynayan Pank zəngin təcrübəyə və hündür boya malikdir. 30 yaşlı futbolçu karyerası ərzində vətənində Qloriya Reşitsa, Ekstensiv Krayova, Styaua Buxarest, Proqresul Buxarest klublarının şərəfini qoruyub. Boyu 187 sm olan Mihay Rumıniyanın güclülər dəstəsində 119 matça 3, birinci dəstədə keçirdiyi 84 oyuna 8 qol vurub.
Pank rok
Pank rok (yada pank; ing. punk rock) — 1970-ci illərin ortalarında ABŞ, Böyük Britaniya və Avstraliyada yaranmış rok musiqisinin janrı. Janrın kökləri 1960 cı illərin qaraj rokina və indi protopank adlandırırlan musiqiyə gəlir çıxır. Janr yaranandan onu təmsil edən musiqiçilər, 1970-ci illərdə məşhur olan, meynstrim roka qarşı çıxırdılar və özlərini onun əksi kimi göstərməyə çalışırdılar. Adət olaraq pank qruplar qısa,səsli gitarlarla və kobud vokalla enerji dolu, siyasi və sosial mövzulara aid mətnlərlə mahnılar yazırlar. Pankın əsas xüsusiyyəti DIY üsulu idi. Qruplar özləri, ya da müstəqil leynlların köməkliyi ilə öz mahnılarını yazıb yayırdılar. «Pank» ilk olaraq 1970-ci illərin əvvəllərində musiqi termini kimi işlənib. Bəzi qaraj qruplarının və onların pərəstişkarlarını təsvir etmək üçün bu termini amerikalı kritiklər düşünüb. 1976-cı ilin axırlarına — Nyu Yorkdan olan New York Dolls, Television, Ramones və Londondan olan Sex Pistols, The Clash və The Damned — yeni janrın bayraqdarları oldu.
Pank (submədəniyyət)
Pank submədəniyyəti 1970-ci illərin ortalarında ifadə azadlığı hərəkatı və üsyan olaraq ortaya çıxmışdır. Bu submədəniyyət minimalist sistem əleyhdarı musiqiyə Punk Rocka əsaslanır. Punk öz geyim tərzi, fəlsəfəsi, ədəbiyyatı (fanzinlər), rəqsləri (pank şouları) və vizual görüntüləri ilə güclü bir submədəniyyət yaratmışdır. Yaratdığı mədəniyyət populyar mədəniyyətin mənbəyi olmaqla yanaşı, öz daxilində də alt subkulturalar yaratmışdır. == Mədəniyyət == === punk geyim tərzi === punk mədəniyyəti; Cəmiyyətə özlərini onlarla eyniləşdirmədiklərini və insanlar arasında sinfi fərqlər olduğu müddətcə onlarla eyniləşməyəcəkləri mesajını verdilər. Pank rok Amerikada 1960-cı illərin sonu və 1970-ci illərin əvvəllərində Avropa və Şimali Amerikada pre-punk qruplarına da təsir etdi. Xüsusilə də The New York Dolls- dan təsirlənən bir çox punk qrupları vardır. Punklar içində olduqları vəziyyətə etiraz etmək üçün əllərində olan hər cür materialla istehza ilə özlərini, o cümlədən bədənlərini ironiya ilə "cəmiyyətin tullantısı" təqdim etdilər: qul geyimləri, zəncirlər, dərilər, basqın cinsiyyətçi modaya qarşı androjiniya, cırıq geyimlər, rəngli və dik saç düzümləri və pank simvollarından ibarət bədənə bərkidilmiş sancaq… Panklar dəb əleyhdarıdır . Məqsədi ənənəvi qəliblərin içində yaşayan cəmiyyətə etiraz etmək və qəbul edilmiş normalları pozmaqdır. Pank estetikasının yaradıcısı sayılan və Londonda yaşayan modelyer Vivienne Westwood (" Sex Pistols "un yaranmasının səbəblərindən biri olan "Sex" adlı mağazanın ortalarından biri) aşağıdakı sözlərlə punk estetikasının səbəbini belə ifadə edir: Onun paltarlarını geyinmək üçün cəsarətli olmalısan.
Adela Pankhörst
Adela Constantia Mary Pankhurst Walsh (19 iyun 1885, Mançester, Lankaşir – 23 may 1961, Sidney) — Şotlandiyada WSPU-nun siyasi təşkilatçısı kimi çalışmış Britaniyada doğulmuş sufrajist idi. 1914-cü ildə o, Avstraliyaya köçdü və burada fəaliyyətini davam etdirdi və əri Tom Uolşla birlikdə Avstraliya Kommunist Partiyasının və Avstraliya Birinci Hərəkatının həmtəsisçisi idi. == Həyatı == Pankhurst 19 iyun 1885-ci ildə İngiltərənin Mançester şəhərində siyasiləşmiş ailədə anadan olub. Onun atası Riçard Pankhurst sosialist və parlamentə namizəd, anası Emmeline Pankhurst və bacıları Silvia və Christabel isə Britaniya liderləri olub. Anası Manks əsilli idi. Adela Uorvikşirdəki Stüdli Bağçılıq Kollecində və Qızlar üçün Mançester Liseyində oxuyub. == Böyük Britaniya == Yeniyetmə ikən Adela anası və bacıları tərəfindən qurulan mübariz Qadınların İctimai və Siyasi Birliyinə qoşuldu. 1909-cu ilin noyabrında o, Uinston Çörçillin Dandidəki seçki dairəsində çıxışını kəsən etiraz aksiyasına qoşuldu. O, Helen Archdale, Catherine Corbett və Maud Joachim ilə birlikdə həbs edildi. Adela onu binadan çıxarmaq istəyən polisə şillə vurmuşdu.
Amerikan pankeyki
Pankek — adətən yumurta, süd və kərə yağı olan bir nişasta əsaslı xəmirdən hazırlanan və tava kimi isti bir səthdə bişirilən, adətən yağ və ya kərə yağı ilə qızardılmış nazik və yuvarlaq bir düz tortdur.
Cuzeppe Pankaro
Cüzeppe Pankoro (it. Giuseppe Pancaro; 26 avqust 1971-ci il, Kozensa, İtaliya) — keçmiş İtaliya futbolçusu, müdafiəçi. == Həyatı == Pankaronun karyerası beş titullu klubda çıxışından ibarətdir - "Torino" (1989-91, 2006-07), "Kalyari" (1992, 97) "Latsio" (1997-2003), "Milan" (2003-05) və "Fiorentina" (2005-06). Lakin o, yalnız Roma və Milanda titul qazanıb. Karyerasının zirvə nöqtəsi şübhəsiz ki, paytaxtdakı dövrünə təsadüf edir. 2000-ci ildə "canavarlar"ın "skudetto"nu qazanmasında Cuzeppenin rolu çox böyük idi. Həmin mövsümdə 28 oyunda meydana çıxan müdafiəçi rəqib qapılarına 3 dəfə yol tapa da bilmişdi. == 2006/07-ci illər mövsümü == Pankaro "Torino"da çıxış edərkən, demək olar ki, oyun praktikasından məhrum idi və cəmi 10 matç keçirmişdi. Özü də onun sonuncu görüşü fevralın 24-də fiasko ilə nətigələnən "Kyevo" ilə səfər qarşılaşması olub. == Nailiyyətləri == İtaliya çempionu (2000, 2004), ölkə kuboku (1998, 2000) və Superkubokunun sahibi (1998, 2000, 2004), Kuboklar Kuboku (1999), Avropa Superkubokunun qalibi (1999, 2003).
Emmelin Pankhörst
Emilin Panxrust (ing. Emmeline Pankhurst; d. 14 iyul 1858 – ö. 14 iyun 1928) — Britaniyada qadınlar sufrac hərəkətin qurucularından biri. Dinc yolla qadınlara səsvermə hüququnun alınmaması uğrunda çalışan İngilis qadın. Emilin, hərəkatda qadın militan, hərb qolunu yaratmış və ölüm-dirim savaşına keçməsini belə sərt deyimlə bildirmişdi: "A kişi, sən bu qadını öldürə bilərsən. Ancaq əvəzində canı qurtaracaq, ona xaqanlıq edəmməyəssən". Panxrust davamında söyləmişdi: Bizə deyirlər ki, hakimiyyət gücə söykənir, qadınınsa gücü yoxdur, qoy baş əysin! Biz isə göstərəcəyik ki, hakimiyyət gücə yox, anlaşmaya söykənməlidir. Emilin bunu göstərmək üçün hakimiyyət gücünün qabağına güclə çıxaraq hətta küçədə qumbara partlatmış, terrora da əl atmışdı ki, anlasınlar: hakimiyyət gücə yox, qadınlarla anlaşmaya söykənməlidir.
Kəskin pankreatit
Kəskin pankreatit — mədəaltı vəzin fermentativ autoliz prosesi nəticəsində ödemi və ya aseptik nekrozu ilə başlayıb ikincili irinli infeksiyanın qoşula bilməsi ilə xarakterizə olunan xəstəlikdir. KP pankreas toxumasının məhəlli və ya diffuz şəkildə destruksiyasına gətirib çıxara bilər ki, bu hal pankreonekroz adlanır. Bu zaman peritonarxası toxumanın da nekrozu müşahidə oluna bilər. Bəzən irinli infeksiyanın qoşulması nekroz sahəsinin absesləşməsinə səbəb olur. == Epidemiologiya == Amerika Birləşmiş Ştatlarında hər il 100 000 əhalidən 40 insanda kəskin pankreatit rast gəlinir. Digər ölkələrdə bu göstərici 5–80 arasında dəyişir. == Risk faktorları == KP-nin ən çox rast gəlinən səbəblərinə aşağıdakılar aid edilir: ► öd daşları ► xroniki alkoqol qəbulu ► bəzi dərman maddələrinin (məsələn, merkaptopurin, didanosin, pentamidin, ► sulfonamidlər, salisatlar, furosemid) qəbulu ► infeksiyalar ► genetik hiperlipidemiya ► abdominal travmalar ► qonşu orqanlarda və mədəaltı vəzidə aparılan cərrahi əməliyyatlar ► endoskopik retroqrad xolangioqrafiya ► xroniki hiperkalsiemiya ► pankreas və Fater məməciyinin şişləri ► Öddi sfinkterinin diskineziyası ► 12 barmaq bağırsaq xəstəlikləri == Klinik Təsnifat == KP klinik gedişinə görə iki yerə bölünür: mülayim gedişli və ağır gedişli destruktiv pankreatitlər. KP təsadüflərinin əksəriyyəti (80%) mülayim gedişli və məhdudlaşmış olur. Mülayim gedişli kəskin pankreatitlər zamanı cərrahi müalicə göstəriş deyil . Mülayim gedişli (yüngül — ödemli) pankreatit 3–5 gün ərzində aparılan bazis müalicəvi tədbirlər nəticəsində və ya öz-özünə sağala bilir.
Pankek
Pankek — adətən yumurta, süd və kərə yağı olan bir nişasta əsaslı xəmirdən hazırlanan və tava kimi isti bir səthdə bişirilən, adətən yağ və ya kərə yağı ilə qızardılmış nazik və yuvarlaq bir düz tortdur.
Pankisi dərəsi
Pankisi dərəsi (gürc. პანკისის ხეობა, Pankisis Xeoba) — Gürcüstanın şimal-şərqində Rusiya Federasiyasının subyekti Çeçenistan Respublikası ilə sərhəddə yerləşən vadi, dərə. İnzibati cəhətdən Kaxeti mxaresinin Axmeta bələdiyyəsi ərazisinə daxildir. Dərə əhalisinin 75%-i çeçenlərin subetnik qrupu sayılan kistlərdir.
Pankisi vadisi böhranı
Pankisi vadisi böhranı — 2000-ci illərin əvvəllərində Gürcüstanda meydana gələn hərbi səviyyəli siyasi böhrandır. Gürcüstan Rusiya və ABŞ tərəfindən Pankisi vadisindəki Əl-Qaidə təhdidlərini dəf etmək üçün təzyiq altında idi. Əbu Musab əz-Zərkavinin Əl-Qaidənin varlığının güclü olduğu Çeçenistana rəğmən, niyə Pankisi vadisinə köçməyi seçdiyi bilinmirdi. 2003-cü ilin əvvəllərində İraq müharibəsi zamanı Birləşmiş Krallıq, Fransa və İspaniyada yüzlərlə Şimali Afrika mənşəli şəxs (əsasən, əlcəzairli) risin və digər kimyəvi silah hazırlamaqda ittiham edildi. Sergey İvanov İspaniya şübhəlilərinin Pankisi vadisində Əl-Qaidə terrorçuları tərəfindən təlim gördüyünü və hətta, Usama Bin Ladenin Axmeta bələdiyyəsində bir yerdə gizlənmiş ola biləcəyini bildirdi. Bundan əlavə, risin istehsal edən bir neçə Əl-Qaidə labarotoriyasının varlığı haqqında iddialar da var idi. Bununla birlikdə, risin istehsalı Gürcüstanda yetişdirilməyən böyük miqdarda Hind lobyası gərəkdirdiyindən iddialar əsaslı deyildi. == ABŞ-Gürcüstan terrorla mübarizə əməliyyatları == ABŞ komandırlərin rəhbər olduğu gürcü terrorla mübarizə bölmələri onlarla ərəb yaraqlını vadidə zərərsizləşdirdi. Əməliyyatın sürətli və şiddətli forması bölgədəki çeçen yaraqlıların gizlənməsinə səbəb oldu. Gürcülər və ABŞ vadini dolduran yaraqlılara ciddi təzyiq tətbiq edərək naməlum sayda yaraqlını ələ keçirdi.
Pankration
Pankration — Qədim Yunanıstanda yaradılan bu idman növünün mənası yunancadan tərcümədə "yumruqla güləş" anlamını verir. Yunanıstanda keçirilən Olimpiya oyunlarına daxil edilən bu idman növündə idmançılar çox zədə aldığı üçün sonralar Olimpiya oyunlarının proqramından çıxarılmışdır. Qədim qladiatorların döyüşdüyü bu idman növünün hazırda müasir növü mövcuddur, bu növ üzrə dünya və Avropa yarışları, beynəlxalq turnirlər və müxtəlif idman yarışları keçirilir.
Pankreas güləş
Peşəkar güləş (ingiliscə professional wrestling) toxumları Avropada atılmış, sonra isə ABŞ-yə qədər gedib çıxmış ən çox Amerikan güləşi və ya Pankreas güləş kimi tanınan idman növü. Günümüzün ən çox tanınan peşəkar güləş federasiyası WWE yəni; World Wrestling Entertainmentdir. Peşəkar güləş, digər güləş növlərinin əksinə bir "əyləncə idmanı"dır yəni, şoudur. Edilən matçların, yaşanan hadisələrin, danışmaların hamısı, çox ağıllıca hazırlanmış bir ssenarinin məhsuludur və nəticələri güləşçilər, ssenari qrupu və bəzi vəzifəlilər xaricində kimsə bilməz. İdmançılar ümumiyyətlə çox çalışqan şəxsiyyətlərdir və həftənin böyük bir hissəsinini ring içində tətbiqləri lazım olan hərəkətləri, ssenariləri çalışmaq üçün keçirərlər.WWE-in xaricində ən tanınmış güləş federasiyaları; Total Nonstop Action, Ring of Honor kimi ABŞ əsaslı güləş quruluşlarıdır. Hər idmançının bir gimmicki yəni; xarakteri vardır. Buna ən yaxşı nümunə, əfsanə ad Undertakerdir. Undertaker, ring içində Dead Man(Ölü adam) xarakterinə malikdir amma əslində o da hər kəs kimi normal bir insandır. Mikrofon performansı, karizma və ring içi qabiliyyəti, bu idman da müvəffəqiyyət üçün lazımlı olan ən əhəmiyyətli meyarlardır.
Pankreatit
Pankreatit(lat. pancreatitis, yun. πάγκρεας — mədəaltı vəzi + -itis — iltihab)- mədəaltı vəzinin iltihabi xəstəliyidir. İki əsas forması var . Kəskin pankreatit və xronik pankreatit. ► Kəskin pankreatit – bu zaman iltihabı proses sürətlə bir neçə gün ərzində inkişaf edir. Bu adətən tamamilə heç bir iz buraxmadan keçib gedir. Bəzən isə xəstəlik çox təhlükəli olur. ► Xroniki pankreatit – bu zaman iltihab davamlı xarakter daşıyır. Bu zaman iltihabı proses daha yüngül xarakterli olur, lakin bu iltihabın nəticəsində çapıqlar və digər izlər qala bilər.
Pankreatoduodenektomiya
Pankreatoduodenektomiya, Uippl proseduru (lat. Duodenopancreatectomia, ing. Whipple procedure) — Mədəaltı vəzin bir hissəsinin kəsilib gıtürülməsi məqsədilə icra olunan mürəkkəb cərrahi əməliyyatdır. Bu zaman mədəaltı vəzin bir hissəsi ilə birlikdə öd kisəsi, nazik bağırsağın bir hissəsi (əsasən onikibarmaq bağırsaq), mədənin pilorik hissə —çıxacaq hissəsi və ətraf limfa düyünləri də kəsilib götürülür. Əməliyyat onu ilk icra etmiş amerika cərrahı Cənubi Azərbaycanin Urmiyə şəhərindən missiyoner ailəsində doğulmuş Allen Uipplin şərəfinə “Uippel proseduru” adlandırılmışdır. == Əməliyyata göstəriş == Uippl proseduru adətən mədəaltı vəzi, mədə çıxacağının, onikibarmaq bağırsaq xərçəngində icra edilir. Bəzən bu əməliyyat mədəaltı vəzin xroniki iltihabında da tətbiq olunur. == Əməliyyata hazırlıq == Ultrasəs müayinəsi; Kompütertomoqrafiya müaynəsi; Qanınlaboraor müayinəsi: lipaza, qələvi foffataza, qamma-qlutamintransferaza, bilirubin. Qan qrupu və uyğun ehtiya qan tədarükü. Fakultativ olaraq endoskopik retroqrad xolangiopankreatikoqrafiya (ERCP ) və ya maqnetrezonans xolangiopankreatikoqrafiya (MRCP ) müayinəsi == Gedişi == Əməliyyat qarınüstü köndələn qüvsi kəsiklə və qarın boşluğu açılaraq icra edilir.
Semyon Pankratov
Semyon Andreyeviç Pankratov (? - ?) — Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Fövqəladə Komissiyanın sədri. == Həyatı == Semyon Pankratov 1920-ci ilin aprel ayının 27-də Azərbaycanı işğal etmək məqsədilə şimal sərhədlərindən ölkə ərazisinə soxulan Rusiyanın XI Qırmızı ordusunun Xüsusi hərbi əks-kəşfiyyat şöbəsinin rəisi, bolşevik istilasının ilk günlərindən 1920-ci ilin iyun ayına qədər isə Azərbaycan Fövqəladə Komissiyasının sədri olmuşdur. Əslində onun bu vəzifəyə təini haqda rəsmi Dekret olmayıb. Onun vəzifəsi Həştərxandan 11-ci Ordunun zirehli qatarında Bakıya gələndə ona verilmiş siyahıdakı Azərbaycanlı siyasi, hərbi, polis, dini və ziyalı xadimləri güllələmək idi. Pankratov bu işi aprel-iyun ayları ərzində öz batalyonu ilə icra etmişdir. Azərbaycanda ilk kütləvi qırğınların, milli hökumət üzvlərinə sui-qəsdlərin və repressiyaların təşkilatçılarından biri kimi tanınır. Bolşevik ÇK-ına qədər qədər Odessada çar ordusunun hərbi əks-kəşfiyyatında işləmişdir. Mənşəcə rus kazak idi. N.Hərimanov onu Baba Əliyevlə əvəz etməyə nail olsa də, ÇK-da və bütün Azərbaycanda real siyasi hakimiyyətin mandatı Moskva tərəfindən ona verilmişdi.
Sen-Pankras (İzer)
Sen-Pankras (fr. Saint-Pancrasse) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Muayan Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38435. Kommunanın 2012-ci il üçün əhalisi 434 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 760 ilə 2 060 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 95 km cənub-şərqdə, Qrenobldan 29 km şimal-qərbdə yerləşir.
Stuart Pankin
Stuart Pankin (ing. Stuart Pankin; 8 aprel 1946) — ABŞ aktyoru, "Oskar" mükafatı laureatı.
Takvakor: İslami pankın doğuluşu (film, 2009)
Takvakor: İslami punkın doğuluşu (ing. Taqwacore: The Birth of Punk Islam) — 2009-cu ildə ABŞ-də istehsal olunmuş sənədli film. == İstinadlar == == Mənbə == İslamçı punklar.
Villar-Sen-Pankras
Villar-Sen-Pankras (fr. Villar-Saint-Pancrace, oks. Vilard Sant Pancraci) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Brianson. Cənubi Brianson kantonuna daxildir. INSEE kodu — 05183. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1452 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 932 nəfərdən (15-64 yaş) 690 nəfəri iqtisadi cəhətdən fəal, 242 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 74.0%, 1999-cu ildə 69.5%). Fəal olan 690 nəfərdən 663 nəfər (359 kişi və 304 qadın), 27 nəfər işsiz (12 kişi və 15 qadın) idi.
Xroniki pankreatit
Xroniki pankreatit – bu zaman iltihab davamlı xarakter daşıyır. Bu zaman iltihabı proses daha yüngül xarakterli olur, lakin bu iltihabın nəticəsində çapıqlar və digər izlər qala bilər. == Klinik əlamətləri == Klinik əlamətlərə aşağıdakılar daxildir: Epiqastral nahiyədə və sol qabırğaaltı sahədə ağrı Müxtəlif dispeptik əlamətlər Pankreatogen ishal Arıqlama İştahsızlıq Ağızsuyu Gəyirmə Öyümə Qusma İshal QəbizlikQarının yuxarı mərtəbəsində ağrılar öncə zəif olur və getdikcə artır. Qarında olan ağrılar belə vurur (irradiasiya edir). Yeməkdən sonra ağrılar daha da kəskinləşir. Ürəkbulanma, Qusma Qusmadan sonra sakitləşmə qeyd olunmur. Bəzən qarında gərginlik qeyd olunur və ya qarının şışməsi qeyd olunur. Hərarətin yüksəlməsi və qaşınma Bəzən yuxuculluq, zəiflik və baş ağrıları da qeyd edilir. Xroniki pankreatitin aşağıdakı əlamətləri qeyd olunur: Qarının yuxarı mərtəbəsində ağrılar. Xroniki pankreatitin təhlükəli olmasını şərtləndirən amillərdən biri ağrıların heç də həmişə olmamasıdır.
Takvakor: İslami pankın doğuluşu
Takvakor: İslami punkın doğuluşu (ing. Taqwacore: The Birth of Punk Islam) — 2009-cu ildə ABŞ-də istehsal olunmuş sənədli film. == İstinadlar == == Mənbə == İslamçı punklar.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.19 dəfə / 1 mln.
2006 •••••••• 0.23
2010 •••••••••••••••• 0.45
2011 •••••• 0.17
2012 ••••••••• 0.26
2013 •••••••••••••••••••• 0.58
2014 •••••••••••••••••• 0.51
2019 •••••••••••••••••••• 0.56

"pank" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#pank nədir? #pank sözünün mənası #pank nə deməkdir? #pank sözünün izahı #pank sözünün yazılışı #pank necə yazılır? #pank sözünün düzgün yazılışı #pank leksik mənası #pank sözünün sinonimi #pank sözünün yaxın mənalı sözlər #pank sözünün əks mənası #pank sözünün etimologiyası #pank sözünün orfoqrafiyası #pank rusca #pank inglisça #pank fransızca #pank sözünün istifadəsi #sözlük