pant sözü azərbaycan dilində

pant

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • pant • 60.0000%
  • Pant • 40.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
K2 Black Panther
K2 Black Panther (Hanqıl: K2 '흑표'; Hanca: K2 '黒豹') — Cənubi Koreyanın Hyundai-Kia Automotive Group şirkətinin hazırladığı əsas müharibə tankı. Hazırda K2 Qarab Bəbir dünyanın ən inkişaf etmiş tankı sayılır. Bu tankn imkanları asanlıqla Çin yaxud Şimali Koreyanın döyüş meydanına çıxara biləcəkləri istənilən texnikanı geridə qoyur. Bundan əlavə, bu ən bahalı tankdır. Tankda istifadə olunan möhkəm zirehin tərkibi naməlum qalır. K2 tankının qorunma və əks-hücum mexanizmi mükəmməldir. Bir növ M1A2 markalı ABŞ tankına bənzəyir, amma çəkisi qat-qat yüngüldür. Tank özü avtomatik şəkildə insan müdaxiləsi olmadan hədəfi müəyyən edə və vura bilir. Hədəflər sırasına təkcə maşınlar yox, habelə helikopterlər daxildir. Geniş şəkildə istehsalına 2013-cü ildə başlanmışdır, ilk tank isə 2014-cü ildə orduya təhvil verilmişdir.
Müqəddəs Pantaleon
Müqəddəs Pantaleon (yun. Παντελεήμων, rus. Пантелеи́мон), Qərbdə son orta əsrlərin On Dörd Müqəddəs Köməkçidən, Şərqdə isə Müqəddəs Tamahsız Şəfaçılardan biri hesab olunan müqəddəs. == Həyatı == Ənənəvi olaraq təxminən 275-ci ildə və ya 284-cü ildə Vifiniyanın Nikomediya şəhərində doğulduğu qəbul olunur. Martiroloji (şəhid tərcümeyi-halları) ənənəyə görə, Pantaleon varlı bir bütpərəst olan Nikomediyalı Eustorgiusun oğlu idi. Xristianlığı anası Müqəddəs Evvuladan öyrənmişdi; lakin 303-cü ildə onun ölümündən sonra o, tanınmış həkim Evfrosinosdan tibb təhsili alaraq xristian kilsəsindən uzaqlaşır və Evfrosinosun köməyi ilə imperator Qaleriusun şəxsi həkimliyinə qədər yüksəlir. Sonradan imperator Maksimianın da həkimi olmuşdu. Lakin sonradan Müqəddəs Yermolayın təbliği ilə xristianlığa qayıtmışdı. == Şəhadəti == Əfsanəyə görə Pantaleon, İsanın adını çəkərək bir kor adamı möcüzəvi şəkildə sağaltmaqla, ölümündən sonra böyük bir sərvətə sahib olan atasını xristianlığa çevirdi. Atası da öz növbəsində qullarını azad etdi və var-dövlətini yoxsullar arasında bölüşdürərək Nikomediyada böyük nüfuz qazandı.
Pantalas
Pantalas okeanı və ya sadəcə Pantalas — (yun. πᾶν "bütün", θάλασσα "dəniz") — Superqitə Pangeyanı əhatə edən superokean. Paleozoy−Mezozoy dövrü zamanı, təxminən 250 milyon il əvvəl yer kürəsinin 70%-ni əhatə edirdi.
Pantalika nekropolu
Pantalika nekropolu — İtaliyada, Siciliya adasında nekropol. Burada, İbley dağlarının qayalarında 5 mindən çox məzar var. E.ə. XIII–VII əsrlərə və eyniadlı arxeoloji mədəniyyətə aiddir. Nekropolun yaradıcıları Tunc dövrünün sonunda Siciliyaya gələn və dəmir işləmə sənətini özləri ilə gətirən sikullar idi. Abidə Sirakuza ilə birlikdə YUNESKO-nun Ümumdünya İrsi tərəfindən qorunur. == Ədəbiyyat == L. Bernabo Brea Sicily before the Greeks. (London: Thames and Hudson 1957). R. Leighton Sicily before History (London: Duckworth 1999). R. Leighton "Pantalica (Sicily) from the Late Bronze Age to the Middle Ages.
Pantanal
Pantanal (port. pântano) — tektonik düzənlikdə yerləşən bataqlıqlaşmış ərazi. İnzibati cəhətdən böyük hissəsi Braziliya, az bir qismi Paraqvay və Boliviya ərazisində yerləşir. Paraqvay çayı hövzəsinə daxildir. Bataqlıq 150—195 min. km² arası sahəyə malikdir. Bu göstəriciyə görə dünyanın ən böyük bataqlaşmış ərazisindən biridir. == Geologiya, coğrafiya, ekologiya == Bataqlıq 50−70 m dəniz səviyyəsindən yuxarıda yerləşir. Şərqdən və cənub-şərqdən Braziliya yaylası ilə əhatələnmişdir. Canlılar aləmi ilə zəngindir: burads 3500 növ bitki, 650 növ quş, 230 növ balıq, 80 növ məməli, 50 növ sürünən yaşayır.
Panteist
Panteizm (pan – bütün, teos – tanrı deməkdir. "Hər şey tanrıdır" mənasında işlənir.) — kainatı bütövlükdə tanrı kimi qəbul edən fəlsəfi düşüncə, lakin bu düşüncə tərzi o qədər geniş yayıldı, özünə xristianlar içərisindən o qədər tərəfdarlar toplaya bildi ki, müstəqil din səviyyəsinə qədər yüksəldi. Proseslər tarixin elə bir dönəmində (e. XVI–XVIII əsrlər) başladı ki, bu dövrdə bütövlükdə xristianlıq dərin böhran keçirir, bütün Avropada kilsə əleyhinə kəskin çıxışlar edilirdi. Panteizmdə hər şeyi tanrının bir hissəsi olaraq qəbul edilir, tanrı hər şeydir və hər şey tanrıdır. Tanrı təbiətdə və ya əksinə təbiət tanrıda birləşir. Panteizmə görə, tanrının kainatdan ayrı və müstəqil bir varlığı yoxdur. Tanrı təbiətdə, həyatda, insan dünyasındadır. Hər şey tanrıdır. İki əsas hissəyə ayrılır: Ateizmə yaxın olan panteizm.
Panteizm
Panteizm (pan – bütün, teos – tanrı deməkdir. "Hər şey tanrıdır" mənasında işlənir.) — kainatı bütövlükdə tanrı kimi qəbul edən fəlsəfi düşüncə, lakin bu düşüncə tərzi o qədər geniş yayıldı, özünə xristianlar içərisindən o qədər tərəfdarlar toplaya bildi ki, müstəqil din səviyyəsinə qədər yüksəldi. Proseslər tarixin elə bir dönəmində (e. XVI–XVIII əsrlər) başladı ki, bu dövrdə bütövlükdə xristianlıq dərin böhran keçirir, bütün Avropada kilsə əleyhinə kəskin çıxışlar edilirdi. Panteizmdə hər şeyi tanrının bir hissəsi olaraq qəbul edilir, tanrı hər şeydir və hər şey tanrıdır. Tanrı təbiətdə və ya əksinə təbiət tanrıda birləşir. Panteizmə görə, tanrının kainatdan ayrı və müstəqil bir varlığı yoxdur. Tanrı təbiətdə, həyatda, insan dünyasındadır. Hər şey tanrıdır. İki əsas hissəyə ayrılır: Ateizmə yaxın olan panteizm.
Panteleymon Juze
Panteleymon Krestoviç Juze, əsl adı Bəndəli ben Səliba Cövzi (1870–1942) — Rusiya şərqşünası. Görkəmli şərqşünas alim və tarixçi. == Həyatı == Azərbaycanın öyrənilməsinə dəyərli töhfələrini vermişdilər. Onların içərisində milli mənsubiyyət etibarı ilə ərəb olan tarixçi, dilçi, ilahiyyatçı və mənbəşünas alim Panteleymon Juzenin (1871–1942) özünəməxsus yeri var. Ərəb dilinin Rusiyanın şərqşünaslıq mərkəzlərində – Qazan və Peterburqda tədrisi qarşılıqlı şəkildə iki xalq arasında marağı artırmışdı. Bu da öz növbəsində dilin təbii daşıyıcılarının fəaliyyəti üçün geniş imkan yaratmışdı. Sankt-Peterburq universitetinin Şərq dilləri fakültəsində azərbaycanlı şərqşünas Mirzə Kazımbəylə birlikdə fəaliyyət göstərən ilk ərəb alimlərindən biri Əl-Əhzar məzunu, professor Şeyx Məhəmməd Ayəd Təntəvi (1806–1858) olmuşdu. Rusiya imperiyası Yaxın Şərq siyasətini daha ardıcıl və sistemli şəkildə həyata keçirmək üçün 1882-ci ildə Fələstin Pravoslav Cəmiyyətini təsis etmişdi. Bu cəmiyyət öz qarşısına müqəddəs yerlərə gedən rus zəvvarlarına yardım, yerli əhali arasında pravoslav məzhəbinin yayılması və regionun dini-tarixi baxımdan öyrənilməsi kimi biri-biri ilə bağlı üç vəzifə qoymuşdu. Pravoslavlığın təbliği xristian ərəblər arasında dini-maarifçilik işinin aparılmasını tələb edirdi.
Panteleymon Krımov
Aktyor
Panteleymon Kuliş
Panteleymon Kuliş (Sonra Panteleymon adlanıb. Pantelejmon Kuliš, ukr. Пантелеймон Куліш, 26 iyul (7 avqust) 1819[…], Voronej[d], Çerniqov quberniyası[d] – 2 (14) fevral 1897[…]) — Ukrayna şairi, tənqidçisi, etnoqrafı. == Həyatı == Birinci bioqraf və Güləyənquşunun yaradıcılığının tədqiqatçısı — Kuliş Panteleymon Aleksandrdır, 1819–1897-ci il, T. Q. Şevçenkodan sonra ən əhəmiyyətli tədqiqatçı və şairlərdəndir.
Pantellerit
Pantellerit - süxur, kimyəvi tərkibinə görə komendit (qələvi riolit) və qələvi traxit arasında keçid qələvi vulkanik süxur. Püruzləri anortoklaz, diopsid, qələvi amfibollar, piroksenlərdən (egirin-avgit, arfvedsonit, krossit, ribekit), kvarsdan ibarətdir. Əsas kütləsi vulkan şüşəsi, çöl şpatı mikrolitlərindən, kvars və bəzən egirindən təşkil olunmuşdur. Pantellerit 68–73% SiO2 olur və s. kaliumlu-natriumlu seriyaya aid edilir. Sinonim: Pantelleritokomendit. == Həmçinin bax == Süxurlar == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Pantene
Pantene — Procter & Gamble şirkətinə daxil olan, 1947-ci ildə yaradılmış qadın şampun markası. == Tarixi == Pantene markasının yaranması və formalaşması prosesi İsveçrədən başlayır. Belə ki, İkinci dünya müharibəsi zamanı yanıq xəsarəti almış əsgərlərin müalicəsini həyata keçirən həkimlər, əsgərləri müalicə etməyin daha səmərəli üsulları üzərində işləyirdilər. Aparılan dərin araşdırmalar 1940-cı illərin əvvəllərində böyük kəşflə nəticələnir və insan bədənin yanmış hissələri üçün effektiv təsir gücünə malik Pantenol, provitamin B5 kəşf edilir. Panthenoldan ilhamlanan İsveçrəli dərman şirkəti Hoffma-LaRoche bu maddəni saçların müdafiəsi üçün yaradılacaq yeni markanın üzərinə tətbiq etməyi təklif edir. Bununla da 1947-ci ildə Avropanın mərkəzi olan İsveçrədə sonralar məşhurluğu ilə bütün dünyanı əhatə edəcək yeni bir marka yaranmış olur. Marakanın adlandırlması üçün elədə uzun axtarışlar etməyə ehtiyac qalmır, belə ki, saçların müdafiəsi üçün nəzərdə tutulmuş yeni marka elə tərkibində olan inqridientlərdən birinin (ing. Panthenol) adına uyğun yəni Pantene adlandırılır. Bazarda istehlakçılara təklif edilən yeni saç baxım kremi özünə məxsus qoxu çeşidləri ilə qısa zamanda Avropa xanımlarının diqqətini çəkməyi bacarır. Yarandığı və satışa çıxdığı ilk illərdə əsasən Avropa bazarında yayılan Pantene 1960-cı illərin ortalarında Şimali Amerika bazarına təqdim edilir və burada yüksək istehlakçı marağı əldə edir.
Panteon
Panteon (yunan. Πάνθειον, "bütün tanrılara (məbəd)") — hansısa bir dinə və ya mifologiyaya mənsub olan tanrılar qrupu. == Ümumi Hind-Avropa panteonu == Hər bir kasatanın öz xüsusi tanrısı olmuşdur; məsələn kahinlərdə qəddar, amma ədalətli tanrı-hakim (Zevs — Yuipiter — Odin — Hörmüz — Mixr — Mitra — Varuna), döyüşçülərdə — müharibə tanrısı (Tor — Mars — Ares — Vaaqn — İndra — Perun — Pyarkunas), kəndlilərdə — məhsuldarlıq tanrısı (Freyr — Kvirin — Veles) vardı.
Panteon-Assas Universiteti
Panteon-Assas Universiteti (fr. Université Panthéon-Assas) — Parisdə bir universitetdir. O, Paris Universitetinin hüquq məktəbinin varisidir. == Tarixi == 1970-ci ildə təsis edilmişdir.
Panteon (Roma)
Panteon (yun. Πάνθεον, πάντεζ — bütün və θεόζ — tanrı lat. Pantheon) — Bütün allahlara həsr edilmiş məbəd, Qədim Roma memarlığının görkəmli abidəsi Panteon e.ə. II əsrdə qədim Roma memarlığının intibah dövründə, imperator Adrianın zamanında, Mark Vipsani Aqripp tərəfindən hələ iki əsr öncə inşa olunmuş Panteonun yerində ucaldılmışdır. Bunu üzərindəki latın yazısı "М. AGRIPPA L F COS TERTIUM FECIT" də sübut edir. Panteonun kərpic və beton potondası diametri 43 m-dən bir qədər çox olan yarım sferik künbəzlə (antik dövrün ən böyük mühəndis nailiyyətlərindən sayılır) örtülüdür. Klassik aydınlığı, daxili mühitinin bütöv kompozisiyası, bədii obrazlılığı ilə seçilir. İstisna edilmir ki, inşasında dövrünün mahir memarlarından sayılan dəməşqli Apollodor iştirak etmişdir. Bu butpərəst məbədi 1 noyabr 609-cu ildən kilsəyə çevrilərək bu günümüzə kimi qorunmuş və yaxşı vəziyyətdə saxlanılmışdır. Məhz buna görə də 1 noyabr katolik və protestantlar tərəfindən bütün müqəddəslər günü kimi qeyd olunur.
Panteon (dəqiqləşdirmə)
Panteon (yun. Πάνθειον, ""Bütün tanrılara (məbəd)") hansısa bir din və ya mifologiyaya aid olan tanrılar qrupu, həmçinin məbəd və ya hər hansı bir dinin bütün tanrılarına həsr olunmuş müqəddəs bina. Panteon — hansısa bir dinə və ya mifologiyaya mənsub olan tanrılar qrupu. Panteon — tanınmış insanların dəfn olduğu dəfn yerinin ümumi adı. Görkəmli şəxsiyyətlərin xatirə nekropollar, onun prototipi əvvəlcə bütün tanrıların məbədi olan Roma Panteonudu Panteon (Roma) — təxminən b.e. 125-ci ildə tikilən və Roma şəhərinin Campus Martius hissəsində yerləşən məbəd Panteon — 1764-cü ildə tikilmiş Fransanın görkəmli şəxsiyyətlərinin dəfn edildiyi yer. Panteon — Mexikonun mərkəzində yerləşən meksikan qəbiristanlığı, orada tanınmış meksikalı mədəniyyət və incəsənət xadimləri dəfn olunub. Mtatsminda — Gürcüstanın yazıçı və ictimai xadimlərinin panteonu. Görkəmli Azərbaycanlılar panteonu — Tbilisidə yerləşən Azərbaycan yazıçılar və ictimai xadimlərin panteonu. Moskva panteonu — Leninin, Stalinin və SSRİ-nin görkəmli xadimlərinin xatirə türbəsi, lakin bu layihə həyata keçirilməmişdi.
Pantepoptes Monastrı Kilsəsi
Pantepoptes Monastrı Kilsəsi və ya Köhnə İmarət Məscidi (yun: Μονή του Χριστού Παντεπόπτη Rom:Mori tou Hristou Pantepopti), İstanbulun Zeyrek ərazisində yerləşən Şərqi Roma dövrünə aid dini bir binadır. 1081 ilə 1087 arasında inşa edildiyi təxmin edilir. Kilsə Komnenos sülaləsinin qurucusu I Alexios tərəfindən inşa edilmişdir. Fateh Sultan Məhəmməd dövründə mədrəsə olaraq istifadə edilən Zeyrek Məscidinin İmarətxana olaraq istifadə edilmişdir. Fatih mədrəsələri tikiləndən sonra məscid oldu.
Panter
Panter (lat. Panthera) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinə aid heyvan cinsi. Qırtlaqları xüsusi quruluşa malikdir və nərə çəkmək imkanı verir.
Pantera (musiqi qrupu)
Pantera — 1981-ci ildə Texasda yaranmış heavy metal qrupu. == Qrup haqqında == 1981-ci ildə yaranmış heavy metal qrupudur. Klassik Thrash Metal qruplarından Slayer, Metallica, Megadeth və Anthrax ilə birlikdə heavy metal tarixinin çox əhəmiyyətli qruplarından biri hesab edilir. Baxmayaraq ki, qrup glam metal ilə musiqi karyerasına başlamışdı, amma Pantera 80-ci illərin sonlarında öz musiqi istiqamətini Slayer, Metallica, Megadeth və Black Sabbath kimi ənənəvi metal qrupların təsiri nəticəsində dəyişdi. Bundan sonra kollektiv groove-metalın əsas yaradanlarından biri oldu. Bu musiqi növünü həm də post-treş metal da adlandırırdılar. Pantera öz ticari müvəffəqiyyətinə yarandığı ildən 9 il sonra Elektra Records etiketiylə çıxardığı "Cowboys from Hell" albomu ilə nail oldu. Bundan sonra qrup 90'cı illərin ən məşhur metal qruplarından oldu. Panteranın ilk dördlüyünə tənqidçilərin soyuq münasibət bildirməsinə baxmayaraq, doxsanıncı illərdə qrupun bu stilini bəyənirdilər. AllMusic'dən olan Ceyson Birçmeyer Pantera qrupunu, «90'cı illərin ən yaxşı metal qrupu və … bütün dövrlərin ən yaxşı və ən nüfuzlu metal qrupu» hesab edirdi.
Panther
Panzerkampfwagen V (Zirehli müharibə texnikası V, ləqəb: Panther),Alman istehsalı olan Panther ikinci dünya müharibəsinin orta çəkili tanklarından biridir.Şərq cəbhəsində Almanların Pzkpfw III (50 mm top) və nisbətən müasir texnika olan Pzkpfw IV Sovet T-34 tanklarına qarşı təsirsiz qaldıqlarına görə istehsal olunmuşdur. İlk öncə Panzer III və Panzer IV tanklarını dəyişdirmək fikri ortaya atılsa da, Panther tankı bu tanklar ilə bərabər müharibənin sonuna qədər Almanlar tərəfindən istifadə olundu. Panther, zireh, atəş gücü, sürət, hərəkətlilik kimi faktorları özündə əks etdirən bir tank olduğu üçün bir çox insanlar onu ikinci dünya müharibəsinin ən yaxşı tankı olduğunu bildirir. == İnkişaf prosesi == İldırım Müharibəsi (Blitzkrieg) doktrinasına əsasən istehsal olunan Alman tankları ilk dəfə 23 iyun 1941-də qarşılaşdığı T-34 tanklarına qarşı təsirsiz qaldılar. Düşmana hücum məqsədi ilə istehsal olunan Panzer III tanklarının düşmana qarşı heç bir şansı yox idi. Ona görə piyada qoşunlarına dəstək məqsədi ilə istehsal olunan Panzer IV tankına daha böyük toplar taxaraq istifadə etdilər. Almanlar bunun müvəqqəti bir həll olduğunu bilirdi, ona görə yeni bir tanka ehtiyac duyurdular. Yeni tank T-34 kimi meylli zirehə və daha uzun lüləyə sahib olacaqdı. Eyni zamanda yumşaq Sovet torpaqlarında rahat iləriləyə bilməsi üçün geniş paletlərə və böyük təkərlərə sahib olmalı idi.30–35 ton olacağı gözlənilən tank üçün MAN və Daimler-Benz şirkətlərinə tapşırıq verildi. Kod adı VK3002 olan tank 20 aprel 1940 tarixində (Adolf Hitlerin ad günündə) Hitlerə göstərildi.
Panther (Tank)
Panzerkampfwagen V (Zirehli müharibə texnikası V, ləqəb: Panther),Alman istehsalı olan Panther ikinci dünya müharibəsinin orta çəkili tanklarından biridir.Şərq cəbhəsində Almanların Pzkpfw III (50 mm top) və nisbətən müasir texnika olan Pzkpfw IV Sovet T-34 tanklarına qarşı təsirsiz qaldıqlarına görə istehsal olunmuşdur. İlk öncə Panzer III və Panzer IV tanklarını dəyişdirmək fikri ortaya atılsa da, Panther tankı bu tanklar ilə bərabər müharibənin sonuna qədər Almanlar tərəfindən istifadə olundu. Panther, zireh, atəş gücü, sürət, hərəkətlilik kimi faktorları özündə əks etdirən bir tank olduğu üçün bir çox insanlar onu ikinci dünya müharibəsinin ən yaxşı tankı olduğunu bildirir. == İnkişaf prosesi == İldırım Müharibəsi (Blitzkrieg) doktrinasına əsasən istehsal olunan Alman tankları ilk dəfə 23 iyun 1941-də qarşılaşdığı T-34 tanklarına qarşı təsirsiz qaldılar. Düşmana hücum məqsədi ilə istehsal olunan Panzer III tanklarının düşmana qarşı heç bir şansı yox idi. Ona görə piyada qoşunlarına dəstək məqsədi ilə istehsal olunan Panzer IV tankına daha böyük toplar taxaraq istifadə etdilər. Almanlar bunun müvəqqəti bir həll olduğunu bilirdi, ona görə yeni bir tanka ehtiyac duyurdular. Yeni tank T-34 kimi meylli zirehə və daha uzun lüləyə sahib olacaqdı. Eyni zamanda yumşaq Sovet torpaqlarında rahat iləriləyə bilməsi üçün geniş paletlərə və böyük təkərlərə sahib olmalı idi.30–35 ton olacağı gözlənilən tank üçün MAN və Daimler-Benz şirkətlərinə tapşırıq verildi. Kod adı VK3002 olan tank 20 aprel 1940 tarixində (Adolf Hitlerin ad günündə) Hitlerə göstərildi.
Panthera
Panter (lat. Panthera) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinə aid heyvan cinsi. Qırtlaqları xüsusi quruluşa malikdir və nərə çəkmək imkanı verir.
Panthera leo
Şir (lat. Panthera leo) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Bədəninin uzunluğu təqribən 210 sm-ə, quyruğu 110 sm-ə, kütləsi 280 kq-a yaxın olur. Pəncəsi iri caynaqlı, tükü qısa, sarımtıl-qonurdur. Quyruğunun ucu qotaz kimidir. Başqa pişikkimilərdən fərqli olaraq, cinsiyyət dimorfizmi yaxşı nəzərə çarpır. Erkəyinin boynunda, başının bir hissəsində, sinəsində və gövdəsinin ön tərəfində açıq-sarı, qara yalı olur. Dişi və cavan şirlərin isə yalı olmur. Çox güclü və cəlddir. Antilop, zebr, zürafə, maral, sürünənlər və s.
Panthera leo atrox
Amerika şiri (lat. Panthera atrox) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü.
Panthera leo bleyenberghi
Katanq şiri (lat. Panthera leo bleyenberghi) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin şir növünə aid heyvan yarımnövü.

"pant" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#pant nədir? #pant sözünün mənası #pant nə deməkdir? #pant sözünün izahı #pant sözünün yazılışı #pant necə yazılır? #pant sözünün düzgün yazılışı #pant leksik mənası #pant sözünün sinonimi #pant sözünün yaxın mənalı sözlər #pant sözünün əks mənası #pant sözünün etimologiyası #pant sözünün orfoqrafiyası #pant rusca #pant inglisça #pant fransızca #pant sözünün istifadəsi #sözlük