Qorki sözü azərbaycan dilində

Qorki

Yazılış

  • Qorki • 98.8395%
  • qorki • 0.7737%
  • QORKİ • 0.3868%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qorki
Qorki — Rusiyada şəhər. Qorki (Belarus) — Belarusda şəhər. Qorki Avtomobil Zavodu — Avtomobil Zavodu.
Arşil Qorki
Arşil Qorki (ing. Arshile Gorky, erm. Արշիլ Գորկի; 15 aprel 1904[…] – 21 iyul 1948[…]) və ya Vostanik Manuk Adoyan (erm. Ոստանիկ Մանուկ Ատոյան ) - erməni əsilli amerikalı rəssam.
Maksim Qorki
Maksim Qorki (rus. Максим Горький, əsl adı Aleksey Maksimoviç Peşkov (rus. Алексей Максимович Пешков; 16 (28) mart 1868[…], Nijni Novqorod, Nijeqorod quberniyası[d], Rusiya imperiyası[…] – 18 iyun 1936[…]) — rus və sovet yazıçısı. == Həyatı == Qorki nəqliyyatçı olan atasını 5 yaşında ikən itirir və anası yenidən ərə getdiyindən anadan olduğu Novqoroda qayıdır. 11 yaşında tamamilə yetim qalır, nənəsi və babası tərəfindən Həştərxanda böyüdülür. Nağılları ilə böyüdüyü nənəsinin onun formalaşmasında böyük təsiri vardır. Qorki yalnız bir neçə ay məktəbə gedə bilir. 8 yaşında işləməyə başlıyar, bunun sayəsində Rusiyanın fəhlə sinfinin həyatı ilə yaxından tanış olar. Bir gəmidə qabyuyan işləyərkən oxumağa kitab marağı yaranar. İlk gənclik illərini Qazanda keçirən Qorki, 1887-ci ilin dekabr ayında hətta intihara cəhd edir.
Qorki (Belarus)
Qorki (belar. Горкі) — Belarusda şəhər. Mogilyov vilayətinə daxil olan Qorki rayonunun inzibati mərkəzi. 1 yanvar 2016-cı il tarixinə olan hesablamalara əsasən, şəhər əhalisinin sayı 33,830 nəfər hesablanmışdır.
Qorki parkı
Qorki parkı (rus. Парк Горького) — Moskvanın ən böyük və ən məşhur ictimai parklarından biri. Parkın ilk hissəsi 1923-cü ildə bu bölgədə Ümumrusiya Kənd Təsərrüfatı Sərgisi (ÜKTS) təşkil edildikdən sonra ortaya çıxdı, onun planlaşdırılması memar Konstantin Melnikov tərəfindən həyata keçirilmişdir. Park, 1928-ci il avqustun 12-də açılmış, 1932-ci ildə Maksim Qorkinin şərəfinə hal-hazırkı adını almışdır. Müxtəlif dövrlərdə El Littiszki və Aleksandr Vlasov, parkın dizaynı ilə məşğul olmuşdur. Əsas giriş 1955-ci ildə inşa edilmişdir. 2011-ci ildə bu günə qədər davam edən ictimai məkanın hərtərəfli bərpasına başlanıldı. Parkın ümumi sahəsi 219,7 hektardır. Mədəniyyət parkı metrostansiyasında yerləşən bu park 1928-ci ildə ictimai istifadəyə açıldı. Park, məşhur Sovet konstruktivist memar Konstantin Melnikovun planına əsasən tikilmişdir.
Qorki vilayəti
Nijni Novqorod vilayəti (rus. Нижегородская область) — Rusiya Federasiyasının subyektlərindən biri.
Maksim Qorki (Arxangel)
Maksim Qorki (başq. Максим Горький, rus. Максим Горький) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Arx-Latış kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Arxangel): 15 km, ən yaxın dəmiryol stansiyasından (Priural stansiyası): 21 km.
Maksim Qorki (dəqiqləşdirmə)
Maksim Qorki — Rusiya şairi. Maksim Qorki (Arxangel) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd.
Qorki Avtomobil Zavodu
Qorki Avtomobil Zavodu (rus. Горьковский автомобильный завод, qısaca rus. ГАЗ) — Rusiyanın ən böyük avtomobil istehsal edən şirkətlərindəndir. 1920-ci ildə Ford Motor Şirkəti və SSRİ arasında bağlanmış müqavilə əsasən Nijni Novqorodda fabrikasi tikilmişdir. İlk istehsal 1 yanvar 1932-ci ildə "Ford Model A" (QAZ-A) və "Ford Model AA" (QAZ-AA) modelləri ilə başladı.
Qorki parkı (Taqanroq)
Qorki parkı ― Rusiyanın Taqanroq şəhərində bələdiyyəyə aid mədəniyyət və istirahət parkı. 30 iyun 1806-cı ildə Taqanroq valisi baron Baltazar von Kampenqauzenmim əmri ilə Taqanroqun "Kimya bağı" və "botanika bağı" üçün ilk ağaclar əkildi. 1825-ci ildə Rusiya imperatoru I Aleksandr və imperatriça Elizabet Alesseyevna şəhərdə olduqları müddətdə tez-tez bağda gəzintiyə çıxdılar. Gənclik illərində və Taqanroq ziyarətlərində tez-tez bağa baş çəkən Anton Çexov bacısı Mariya Çexova yazdığı məktubların birində yazırdı: "Bağda idim. Musiqi səslənirdi. Bağ möhtəşəmdir". 1895-ci ildə Avropa standartlarına uyğun planlaşdırımış yeni bağın layihəsi təsdiq edildi. 1903-cü ildə parkın əsas girişinin qarşısında I Pyotrun abidəsi qoyuldu. 1924-cü ildə I Pyotr abidəsi sökülərək götürüldü. 1932-ci ildə bağ mədəniyyət və istirahət parkına çevrildi və 1934-cü ildə Maksim Qorkinin şərəfinə Qorki parkı adlandırıldı.
Maksim Qorki Adına Kinostudiya
Maksim Qorki adına kinostudiya — Rusiyada ən böyük kinostudiyalardan biri. 1915-ci ildə yaradılmışdır. 1948-ci ildən Maksim Qorkinin adını daşıyır.
Maksim Qorki Bakıda (1928)
== Məzmun == Filmdə görkəmli rus yazıçısı Maksim Qorkinin Bakıya ikinci səfərindən bəhs edilir. Burada onun Azərbaycan yazıçıları və zəhmətkeşləri ilə görüşü öz geniş əksini tapmışdır.
Qorki ad.k/s
Maksim Qorki adına kinostudiya — Rusiyada ən böyük kinostudiyalardan biri. 1915-ci ildə yaradılmışdır. 1948-ci ildən Maksim Qorkinin adını daşıyır.
Qorki və Azərbaycan (1984)
Film böyük rus yazıçısı Maksim Qorkinin Bakı səfərindən, onun Azərbaycan yazıçıları ilə əlaqəsindən danışır.
M.Qorki adına Ədəbiyyat İnstitutu
Maksim Qorki adına Ədəbiyyat İnstitutu — Moskvada (Rusiya) humanitar profilli ali məktəb. İnstitut Maksim Qorkinin ədəbi fəaliyyətinin 40 illiyi ilə əlaqədar "Yazıçılara ifadə imkanlarını artırmaq, peşəkarlıqlarını yüksəltmək, hərtərəfli inkişaf etmələri üçün təhsil mərkəzi, köhnə ədəbi irsi tənqidi şəkildə mənimsəmək və SSRİ xalqlarının bədii ədəbiyyatının öyrənilməsi üçün laboratoriya kimi" yaradılıb. 1933-cü ildə M. Qorkinin təşəbbüsü ilə (1946-cı ildən M. Qorkinin adını daşıyır) axşam fəhlə ədəbiyyat universiteti kimi açılıb. 1936-cı ildən SSRİ Yazıçılar İttifaqının nəzdində (1936–1939-cu illərdə axşam institutu, 1963–1965-ci illərdə qiyabi institut kimi) fəaliyyət göstərmişdir və indiki adı ilə adlandırılıb. 1942-ci ildə əyani və qiyabi şöbələrə bölünüb. == Tarixi == Hazırda instituta qəbul yazıçı və tərcümə qabiliyyətlərini təsdiq edən müsabiqə vasitəsilə həyata keçirilir. İnstitutda müəllim heyəti ilə yanaşı yazıçı və şairlər də işləyirlər. Onlar müxtəlif ədəbi janrlar üzrə yaradıcı seminarlar keçirirlər. İnstitutun nəzdində Ali Ədəbiyyat Kursları (qeyri-humanitar təhsilli yazıçı və şairlər üçün), Ali Bədii Tərcümə Məktəbi, Redaktorlar kursu, Korrektorlar kursu və N. A. Bonkun xarici dil kursları fəaliyyət göstərir. İnstitutda K. Paustovski, Konstantin Simonov, Yuri Trifonov, Çingiz Aytmatov, Rəsul Həmzətov, E. Vinokurov, V. Sokolov, Fazil İsgəndər, Y. U. Moriyu, A. Pristavkin, Bella Axmadulina, Yevgeni Yevtuşenko, Robert Rojdestvenski, Oljas Süleymenov kimi görkəmli yazıçılar oxuyub və dərs deyiblər.
Maksim Qorki Bakıda (film, 1928)
== Məzmun == Filmdə görkəmli rus yazıçısı Maksim Qorkinin Bakıya ikinci səfərindən bəhs edilir. Burada onun Azərbaycan yazıçıları və zəhmətkeşləri ilə görüşü öz geniş əksini tapmışdır.
Maksim Qorki adına Ədəbiyyat İnstitutu
Maksim Qorki adına Ədəbiyyat İnstitutu — Moskvada (Rusiya) humanitar profilli ali məktəb. İnstitut Maksim Qorkinin ədəbi fəaliyyətinin 40 illiyi ilə əlaqədar "Yazıçılara ifadə imkanlarını artırmaq, peşəkarlıqlarını yüksəltmək, hərtərəfli inkişaf etmələri üçün təhsil mərkəzi, köhnə ədəbi irsi tənqidi şəkildə mənimsəmək və SSRİ xalqlarının bədii ədəbiyyatının öyrənilməsi üçün laboratoriya kimi" yaradılıb. 1933-cü ildə M. Qorkinin təşəbbüsü ilə (1946-cı ildən M. Qorkinin adını daşıyır) axşam fəhlə ədəbiyyat universiteti kimi açılıb. 1936-cı ildən SSRİ Yazıçılar İttifaqının nəzdində (1936–1939-cu illərdə axşam institutu, 1963–1965-ci illərdə qiyabi institut kimi) fəaliyyət göstərmişdir və indiki adı ilə adlandırılıb. 1942-ci ildə əyani və qiyabi şöbələrə bölünüb. == Tarixi == Hazırda instituta qəbul yazıçı və tərcümə qabiliyyətlərini təsdiq edən müsabiqə vasitəsilə həyata keçirilir. İnstitutda müəllim heyəti ilə yanaşı yazıçı və şairlər də işləyirlər. Onlar müxtəlif ədəbi janrlar üzrə yaradıcı seminarlar keçirirlər. İnstitutun nəzdində Ali Ədəbiyyat Kursları (qeyri-humanitar təhsilli yazıçı və şairlər üçün), Ali Bədii Tərcümə Məktəbi, Redaktorlar kursu, Korrektorlar kursu və N. A. Bonkun xarici dil kursları fəaliyyət göstərir. İnstitutda K. Paustovski, Konstantin Simonov, Yuri Trifonov, Çingiz Aytmatov, Rəsul Həmzətov, E. Vinokurov, V. Sokolov, Fazil İsgəndər, Y. U. Moriyu, A. Pristavkin, Bella Axmadulina, Yevgeni Yevtuşenko, Robert Rojdestvenski, Oljas Süleymenov kimi görkəmli yazıçılar oxuyub və dərs deyiblər.
Qorki adına Dünya Ədəbiyyatı İnstitutu
Qorki adına Dünya Ədəbiyyatı İnstitutu (rus. Институт мировой литературы имени А. М. Горького Российской академии наук) — 1932-ci ildə qurulan Rusiya Elmlər Akademiyasının Elmi Tədqiqat İnstitutu. Moskvadakı knyaz Qaqarinin keçmiş malikanəsində yerləşir. Евнина Е. М. Фрагменты группового портрета ИМЛИ 30–70-х годов // Апрель: литературно-художественный и общественно-политический альманах. Вып. 5. М., 1992. С. 274–292. Евнина Е. М. Из книги воспоминаний. Во времена послевоенной идеологической бойни // Вопросы литературы, 1995, № 4.
Qorki və Azərbaycan (film, 1984)
Film böyük rus yazıçısı Maksim Qorkinin Bakı səfərindən, onun Azərbaycan yazıçıları ilə əlaqəsindən danışır.
M.Qorki adına Xankəndi Dövlət Dram Teatrı
M. Qorki adına Xankəndi Dövlət Dram Teatrı — Xankəndində teatr. == Tarixi == 3 dekabr 1982-ci ildə M. Qorki adına "Şərəf nişanı" ordenli Stepanakert Dövlət Dram Teatrının yaradılmasının 50 illiyi ilə əlaqədar olaraq teatrın artistlərinə fəxri adlar verilmişdir. == Binası == M. Qorki adına Xankəndi Dövlət Dram Teatrının binası XX əsr abidəsi kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə "Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı"na daxil edilmişdir. Həmin siyahıda abidənin inventar №-si 5015-dir.
N.İ. Lobaçevski adına Qorki Dövlət Universiteti
Milli Tədqiqat N. İ. Lobaçevski adına Qorki Dövlət Universiteti (ННГУ) — Rusiyanın Nijeqorod vilayətinin ən böyük ali məktəbi, Rusiyanın milli tədqiqat universitetlərindən biri. Rusiyanın 100 aparıcı universitetinin rəqabət qabiləyyətinin yüksəldilməsi üçün proqramına daxildir.
M.Qorki adına Dövlət Respublika Rus Dram Teatrı
M.Qorki adına Dövlət Respublika Rus Dram Teatrı — Mahaçqala şəhərində Dağıstan Respublikasının mədəniyyət müəssisəsi. Teatr Rəsul Qəmzətov prospekti, 38 ünvanında yerləşir. Teatr binası Gürcüstanlı memar K.Çxeidzenin layihəsi əsasında yerli ənənələr nəzərə alınaraq tikilmişdir. == Tarixi == Mahaçqala şəhərində şəhər teatrı XX əsrin əvvəllərindən fəaliyyət göstərirdi. Teatrın binası 1912-ci ildə tikilmişdir. Mahaçqala Şəhər Teatrının 1924-cü ilə qədər daimi aktyor truppası yox idi. Tamaşalar bir çox şəhərlərin teatrlarını ziyarət edərək səhnələşdirilirdi. 1925-ci ilin oktyabrında Dağıstan Xalq Maarif Komissarlığının qərarı ilə peşəkar Dövlət Respublika Rus Dram Teatrı yaradılmışdır. Teatrda peşəkar dövr 9 oktyabr 1925-ci ildə Aleksandr Qriboyedovun "Ağıldan kəm" tamaşası ilə açılmışdır. 1926-cı ildə Dağıstan Xalq Maarif Komissarı Alibek Taxo-Qodinin dəvəti ilə teatra 1926/1927-ci ilin qış mövsümündə Mahaçqalada işləyən RSFSR-in əməkdar artisti N. Sinelnikov (1855-1939) rəhbərlik etmişdir.

"qorki" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qorki nədir? #qorki sözünün mənası #qorki nə deməkdir? #qorki sözünün izahı #qorki sözünün yazılışı #qorki necə yazılır? #qorki sözünün düzgün yazılışı #qorki leksik mənası #qorki sözünün sinonimi #qorki sözünün yaxın mənalı sözlər #qorki sözünün əks mənası #qorki sözünün etimologiyası #qorki sözünün orfoqrafiyası #qorki rusca #qorki inglisça #qorki fransızca #qorki sözünün istifadəsi #sözlük