* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Bir yerdə otlayan, adətən bir cür heyvan dəstəsi. Qoyun sürüsü. İnək sürüsü. Quzu sürüsü. – Sürülər, itlər, çobanlar ormana, sərin kölgəliklər altına çəkilmişdi… A.Şaiq. Ferma işçiləri sürünü qarşıladı. M.İbrahimov. // Bir yerdə saxlanan bir cür quş, balıq və digər heyvan qrupu. Bir neçə həftə az qala ayaq altında üzən ördək sürüsü, indi Qara daşlardan otuz-otuz beş addım uzaqda idi. M.Hüseyn. // məc. Qarmaqarışıq, nizamsız böyük insan dəstəsi. ◊ Bir sürü – çoxluq bildirir. [Mirzə:] Bizim bir balaca hesabımız var, ondan ötrü gəlmişəm, vəssalam, nə lazım qardaş, kasıb adamam, bir sürü külfət sahibiyəm, zarafat deyil. N.Vəzirov. [Ağa:] Kəndin bir sürü itləri tökülüb üstümə, başladılar məni dartışdırmağa. Ə.Haqverdiyev.
Azərbaycan dilinin izahlı lüğəti / sürü1 SÜRÜ (qoyun dəstəsi) Dağdan enən sürüdü; Dağı duman bürüdü; Vəfasız yar yolunda; Cavan ömrüm çürüdü (Bayatı); İLXI (at sürüsü) [Pərzad:] Əmim istərmi ki, məni özgəyə versin, atamdan qalan sürünü, ilxını özgəyə tapşırsın? (M.F.Axundzadə); NAXIR (mal-qara sürüsü) Naxır tozlu yollarla axışıb gəlirdi (Mir Cəlal).
Azərbaycan dilinin sinonimlər lüğəti / sürü1 SÜRÜ I is. Naxır, dəstə. Qatarın qışqırıb ötən zaman; Sürülər, naxırlar qaçıb dağılır (O.Sarıvəlli). SÜRÜ II is. Xeyli. Üstümüzə bir sürü adam töküldü. SÜRÜ III f. Çəkmək, çəkə-çəkə aparmaq. Əli islanmamaq üçün qardaşını cökə ağacının qovluğuna sürüdü (C.Gözəlov).
Azərbaycan dilinin omonimlər lüğəti / sürü2 сущ. 1. стадо: 1) группа животных, обычно одного вида, пасущихся вместе; гурт. Qoyun sürüsü стадо овец (отара), quzu sürüsü стадо ягнят, inək sürüsü стадо коров, maral sürüləri оленьи стада; sürünü otarmaq пасти стадо 2) группа животных, птиц, рыб одного вида, держащихся вместе; стая. Dələ sürüsü стадо белок, ördək sürüsü стадо уток 3) перен. разг., пренебр. большая неорганизованная группа людей, толпа. Bir sürü adam стадо людей, sürü ilə gəliblər пришли стадом 4) поголовье сельскохозяйственных животных. Kolxozun sürüsü колхозное стадо, safcinsli sürü чистопородное стадо 2. стая (группа животных одного вида, держащихся вместе); свора. Canavar sürüsü стая волков, it sürüsü свора собак II прил. стадный ◊ at ilxısı köpək sürüsü о большой группе людей; целая орава; sürüdən ayrı düşmək отбиться от (своего) стада; bir sürü uşaq (oğlan) целая орава детей (мальчишек), sürü halında yaşayan стадный (живущий стадом). Sürü halında yaşayan heyvan стадное животное; sürü halında yaşama стадный образ жизни
Azərbaycanca-rusca lüğət / sürü1 i. flock, herd; (balıq) run, school; (it, canavar) pack; bir ~ qoyun a flock of sheep; bir ~ keçi a flock of goats; bir ~ fil a herd of elephants; bir ~ balıq a run / a school of fish; bir ~ canavar a pack of wolves; bir ~ adam a flock of people
Azərbaycanca-ingiliscə lüğət / sürü1 сущ. 1. суьруь (хперин, кӀелерин ва мс.); 2. пер. сад-садак акахьнавай, низамсуз инсанрин десте; bir sürü са суьруь (гзафвал къалурдай ибара).
Azərbaycanca-ləzgicə lüğəti / sürü