* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2010 | •••••••••••••••••••• | 0.18 |
2013 | ••••••••••••••••• | 0.15 |
2014 | ••••••••••••••••••• | 0.17 |
1 f. 1. Getmək, keçmək, uzaqlaşmaq, çəkilmək (nəzərə çarpmadan). Arabir səkilərlə keçənlər mühüm bir işi olan adamlar kimi küçələrdən tez sovuşub gedirdi. A.Şaiq. Rüxsara bir şey edir kimi, çiyinləri üstündən geriyə baxdı, gödək tumanlı bir qaraltı sağdan sovuşub yuxarıya ötdü. S.Rəhimov. // Əkilmək, sivişmək, yayınmaq, xəlvəti qaçmaq. Balaca Sabir günorta yeməyini yeyib sovuşdu. S.Rəhimov. 2. Ötmək, keçmək; keçib getmək, ötüb keçmək. [Axund:] Hərçənd ki, az qalmışdı aralıqda güllə mənə dəysin, amma şükür Allaha ki, xata yandan sovuşdu. B.Talıblı. [İlyas Adiləyə:] Beləliklə, ilk fəlakət sovuşdu, yoxsa hər ikimiz uçuruma aşıb məhv olacaqdıq. Ə.Məmmədxanlı. // Eyni zamanda vaxt, zaman, mövsüm haqqında. Həftə sovuşdu, getdi; Ay gəldi, başa çatdı. R.Rza. 3. Dayanmaq, ara vermək, kəsmək, keçmək, ötmək. Qoy yağış sovuşsun, sonra söylə! Ə.Vəliyev. 4. məc. Yaddan çıxmaq, unudulmaq; yox olmaq, keçib getmək. Amma o duyğu tez sovuşdu məndən; Vallah, gərək başın düşsün bədəndən. A.Səhhət. [Bəhram:] Bəhram, qorx! Qorx öz vicdanından! Sən ki Saranın xatiri üçün bu işə iqdam etmişdin, nə tez sovuşdun! C.Cabbarlı. Pirinin dilxorluğu bir anda sovuşdu. İ.Əfəndiyev.
Azərbaycan dilinin izahlı lüğəti / sovuşmaq1 1. выскальзывать, улизнуть, убежать; 2. проходить, миновать (сезону); 3. пройти, пролететь мимо;
Azərbaycanca-rusca lüğət / sovuşmaq2 глаг. 1. проноситься, пронестись: 1) быстро пройти, пролететь, проехать, пробежать и т.п. Güllə başımın üstündən sovuşdu пуля пронеслась над моей головой, adamlar yanımdan sovuşdular люди пронеслись мимо меня 2) быстро пройти, миновать (о времени). Vaxtı sovuşdu nəyin время чего пронеслось, il çox tez sovuşdu год пронёсся очень быстро 3) кончиться, прекратиться, не причинив вреда. Fəlakət sovuşdu крушение пронеслось 2. миновать: 1) проходить, пройти, проезжать, проехать, оставив что-л. позади или в стороне; минуть. Maşınlar yaxınlığımdan sovuşurdu машины миновали меня совсем рядом 2) только с сов. пройти, окончиться. Təhlükə sovuşdu опасность миновала, münaqişə sovuşdu конфликт миновал 3. проходить, пройти 1) протекать, протечь (о времени, событиях и т.п.) Ağır günlər sovuşdu прошли тяжёлые дни 2) прекращаться, прекратиться, кончаться, кончиться. Başımın ağrısı sovuşdu головная боль прошла
Azərbaycanca-rusca lüğət / sovuşmaq1 f. to be* over, to be* past; Qış sovuşdu Winter is over; Təhlükə sovuşdu The danger is past
Azərbaycanca-ingiliscə lüğət / sovuşmaq1 гл. 1. алатна фин, фин, яргъаз хьун (таквадайвал); // шуткьун хьун, цӀуьдгъуьн хьана фин, таквадайвал фин, хелветдаказ катун, арадай акъатун, цӀвех авун; 2. алатун, алатна фин (мес. са бала, хата); фин, акъатун (вахт, сезон); 3. акъвазун, ара гун, атӀун, алатун, алатна фин; гатӀун (мес. марф, гар); 4. пер. рикӀелай алатун (фин); алатна фин, алатун.
Azərbaycanca-ləzgicə lüğəti / sovuşmaq