teyləmək sözü azərbaycan dilində

teyləmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • teyləmək • 88.8889%
  • Teyləmək • 11.1111%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

teyləmək sözünün leksik mənası və izahı

  • 1 f. İti bir şeylə yaralamaq; batırmaq. Dərin-dərin dəryaları boyladı; Xəncər alıb qara bağrım teylədi. Qurbani. Həsrətin atmacası neştər olub Qüdrətin qəlbini teylədi. Ə.Vəliyev.

    Azərbaycan dilinin izahlı lüğəti / teyləmək

teyləmək sözünün etimologiyası

  • 1 Poeziyada Qara bağrımı teylərəm cümləsi çox işlədilib. Bu sözün “deşmək” (“kəsmək”) və “qonmaq” mənaları var. Güman edirəm ki, tiyə sözü zəminində əmələ gəlib və əsli tiyələmək olub. Bağrı teyləmək –“onu yaralamaq”, “doğramaq”, bir sözlə, “tiyə ilə zədələmək” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / teyləmək

teyləmək sözünün rus dilinə tərcüməsi

  • 1 1 глаг. устар. ранить, поранить чём-л. острым. Qəlbini (bağrını) teyləmək ранить сердце чье-л. 2 глаг. диал. 1. гнать, погонять, погнать 2. преследовать

    Azərbaycanca-rusca lüğət / teyləmək

teyləmək sözünün ləzgi dilinə tərcüməsi

teyləmək sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dastanlarının leksikası

İti bir şeylə yaralamaq; neştərləmək, deşmək. Dərin-dərin dəryaları boyladı, Xəncər alıb qara bağrım teylədi, Oğlu ölmüş Vəzir qəza eylədi, Getməz damağımdan dudi-ah mənim.                                                        (“Qurbani”)                                 * Hər məclisdə mənim dərdim söyləsin, Xəncər alıb qara bağrım teyləsin. Deyin atam məni halal eyləsin, Qaldı bizim ellər, görünməz oldu.                                    (”Qulam-Kəmtər”)                                 * Hər məclisdə sən hərcayı söyləmə! Xançal alıb bağrım başı teyləmə! Daldalarda lafı-kəzaf eyləmə! Saxla hərzə dilin amanat, könül!                                   (“Tahir və Zöhrə”)

Azərbaycan dastanlarının leksikası

Oxşar sözlər

#teyləmək nədir? #teyləmək sözünün mənası #teyləmək nə deməkdir? #teyləmək sözünün izahı #teyləmək sözünün yazılışı #teyləmək necə yazılır? #teyləmək sözünün düzgün yazılışı #teyləmək leksik mənası #teyləmək sözünün sinonimi #teyləmək sözünün yaxın mənalı sözlər #teyləmək sözünün əks mənası #teyləmək sözünün etimologiyası #teyləmək sözünün orfoqrafiyası #teyləmək rusca #teyləmək inglisça #teyləmək fransızca #teyləmək sözünün istifadəsi #sözlük