* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Ot, saman və başqa bu kimi şeyləri toplayıb atmaq, qaldırmaq, habelə başqa işlər üçün uzun saplı, iki və yaxud daha da artıq dişi olan kənd təsərrüfat aləti. Dəmir yaba. – Bostana girən porsuq yabanı qəbul eylər. (Ata. sözü). [Bəxtiyar] …özünə bir yaba da ala biləcəkdi. S.Hüseyn. Qızların, oğlanların, qoca və qadınların … əlindəki dəyənəklər, taxta qırıqları, yabalar, bellər işə düşdü. M.Hüseyn. // Rəqəmlərlə – yabanın götürə biləcəyi miqdarı bildirir. İki yaba ot. – Yeganə giriş yoluna [Əlləzoğlu] qəsdən su buraxıb, bir yaba tikan qoyubmuş ki, cuvar adlaya bilməsin. İ.Hüseynov. ◊ Yaba ilə dovğa içmək – faydası, səmərəsi olmayan işlə məşğul olmaq.
Azərbaycan dilinin izahlı lüğəti / yaba1 Qədimdə ağacın kiçik budaqlarına (dingələrə), iki dişi olan haça şeylərin hamısınayaba deyiblər. Oxun ucluğu haça olanda ona da yaba adı verilib. Sonra yabanın dişləri çoxalıb, amma adı qalıb. Deməli, yaba sözünün qədim mənası “iki dişə malik olan” deməkdir. İndi Anadolu türkləri dəmir yaba yerinə karakol (qaraqol) işlədirlər. Burada “qara” dəmir, “qol” isə sap mənasında başa düşülür. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / yaba1 YABA (ot, küləş və başqa bu kimi şeyləri toplamaq, qaldırmaq və s. üçün işlənən alət) Əllərində tüfənglər, əllərində yabalar; Ana vətən uğrunda bizim ulu babalar; Vaxtilə düşmənləri bu yollarla qovmuşlar (S.Rüstəm); ŞANA ..dadaşım da ətəyi ilə alnının tərini silib şanam götürdü və başladı küləşi çevirməyə (C.Məmmədquluzadə).
Azərbaycan dilinin sinonimlər lüğəti / yaba2 сущ. 1. вилы. Ağac yaba деревянные вилы, dəmir yaba железные вилы, ikidişli yaba двузубые вилы, yaba ilə otu çevirmək переворачивать сено вилами, otu yaba ilə atmaq перекидывать сено вилами, yaba sapı рукоятка вил, yabanın dişləri зубья вил 2. рогатина (примитивное орудие земледелия в виде стержня с развилкой на конце). Polad yaba стальная рогатина ◊ yaba ilə dovğa içmək черпать воду решетом
Azərbaycanca-rusca lüğət / yaba1 сущ. 1. кьуьк; dəmir yaba ракьун кьуьк; ikidişli yaba кьве хилен кьуьк (кӀарасдин); 2. кьуьк, кьуькуьнлай, кьуькуьни кьадай кьадар; üç yaba ot пуд кьуьк векь; ** yaba ilə dovğa içmək кьуькуьналди тугъагъа хъун, саф гваз цел фин, файда авачир са кардал машгъул хьун.
Azərbaycanca-ləzgicə lüğəti / yaba