yançı sözü azərbaycan dilində

yançı

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • yançı • 90.0000%
  • YANÇI • 10.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

yançı sözünün leksik mənası və izahı

  • 1 is. məh. 1. İki küsülü tərəfi barışdıran adam; vasitəçi. Xülasə, hər iki tərəf yançıların köməyi ilə bir-birinə güzəştə gedib toyu başlayacaqlar. R.Əfəndiyev. // Köməkçi, havadar. Əgər yançılar sakit dursaydı, ehtimal ki, bu söz burada qurtarıb gedərdi. Qantəmir. 2. məh. Yanında uşağı olan işçi qadın.

    Azərbaycan dilinin izahlı lüğəti / yançı

yançı sözünün rus dilinə tərcüməsi

yançı sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. нугъ. 1. кьве хъел тереф баришугъ хъийидай кас; арачи; // куьмекчи, гьавар; 2. къвалав аял гвай кӀвалахзавай дишегьли.

    Azərbaycanca-ləzgicə lüğəti / yançı

yançı sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dastanlarının leksikası

1. İki küsülü tərəfi barışdıran adam; vasitəçi; köməkçi, havadar. 2. Sağdış, soldış. Dastanlarda sonuncu mənaya rast gəlinir. Nə qəşəng geyiniblər, Yanında duran yançılar. Hərəsinin başı üstə Hazır durur qulluqçular.         (“Sayad bəy-Sayalı xanım”)                      * Yançıların hər birisi Oxşayır Zala, Rustama.         (“Sayad bəy-Sayalı xanım”)

Azərbaycan dastanlarının leksikası

Azərbaycan dilinin dialektoloji lüğəti.

I (Bərdə, Borçalı, Xocavənd, Kürdəmir, Qazax, Qarakilsə, Quba, Tovuz) köməkçi. – Yançı olmasa, çovan, sığırçı işdiyəmməz (Borçalı); – Xanatoxuyanın ya:nda yançı olor (Qazax); – Bu xalçanı yançı olmasa, toxumax çətin olar (Bərdə); – Axıracan oturuf hanıya köməy eliyənə yançı deyrix’ (Xocavənd); – Xalı toxumağ üçün yançı tuturuğ (Kürdəmir) II (Qazax) çoxdanışan. – Çoxdanışan arvada biz yançı arvat, çəngi arvat deərix’ III (Quba, Oğuz) kənar adam. – İkisi qapışır, yançı gəlir ayırtdaşdırır (Oğuz); – Mən sənə yançıyam ki, mənim üsdümə gələsən! (Quba) IV (Qax, Zaqatala) sağdış, soldış

Azərbaycan dilinin dialektoloji lüğəti.

"yançı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#yançı nədir? #yançı sözünün mənası #yançı nə deməkdir? #yançı sözünün izahı #yançı sözünün yazılışı #yançı necə yazılır? #yançı sözünün düzgün yazılışı #yançı leksik mənası #yançı sözünün sinonimi #yançı sözünün yaxın mənalı sözlər #yançı sözünün əks mənası #yançı sözünün etimologiyası #yançı sözünün orfoqrafiyası #yançı rusca #yançı inglisça #yançı fransızca #yançı sözünün istifadəsi #sözlük