* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] klas. Dinin qadağan etdiyi şeylərdən çəkinərək vaxtını ibadətə sərf etmə; pəhrizkarlıq (bəzən “zöhd və təqva”, “zöhdü təqva” şəklində işlənir). Mey gətir, saqi, məni qurtar nəmazü rövzədən; Kim, mən ol zöhdü riyadan tövbəkarəm, doğrusu. Kişvəri. Vaqifa, səndə ki yoxdur, bilirəm, zöhdü riya. M.P.Vaqif. [Vidadi:] Bu fani dünyanı zöhd və təqva ilə keçirmək daha yaxşı olmazdımı? Çəmənzəminli. □ Zöhd əhli klas. – dünyanın zövq və nemətlərindən əl çəkib vaxtını ibadətdə keçirən adam. Bağlamış zöhd əhlinə qapusunu meyxanənin; Hörməti lazım gərək, hərçənd kafirdir qonaq. Qövsi. Ayağın bassa saqi başim üzrə canə minnətdir; Neçin zöhd əhlindən bir dərdməndə xeyrü şər gəlməz. Q.Zakir.
Azərbaycan dilinin izahlı lüğəti / zöhd2 ə. 1) dinin qadağan etdiyi işlərdən və şeylərdən çəkinmə; 2) vaxtını ibadətə sərf etmə; tərki-dünyalıq // zahidlik.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / zöhd1 сущ. устар. аскетизм (крайнее воздержание, отказ от жизненных благ); zöhd əhli аскеты
Azərbaycanca-rusca lüğət / zöhd1 [ər.] сущ. клас. динди къадагъа авунвай затӀарилай гъил къачуна, ибадат авуналди вахт акъудун; zöhd əhli клас. дуьньядин вири тӀям ва няметрилай гъил къачуна ибадат авуналди вахт акъудзавай кас.
Azərbaycanca-ləzgicə lüğəti / zöhd