çıra sözü azərbaycan dilində

çıra

Yazılış

  • çıra • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Aytun Çıray
Aytun Çıray (1957, Bayındır, İzmir ili) — TBMM XXIV, XXV, XXVI, XXVII çağırış millət vəkili, İYİ Partiyanın baş katibi, Türkiyə səhiyyə nazirinin müşaviri, həkim və siyasətçi. == Həyatı == Aytun Çıray 1957-ci ildə anadan olmuşdur. Egey Universiteti Tibb fakültəsini bitirib. Daxili xəstəliklər üzrə rezidentura təhsili almışdır. 1989-cu ildə başhəkim olmuşdur. Fransızca bilir. == Siyasi fəaliyyəti == Aytun Çıray müəyyən dövrlərdə səhiyyə nazirinin müşaviri, baş nazirin müşaviri, PETKİM, ERDEMİR və İSDEMİR İdarə Heyətlərinin üzvü olmuşdur. ERENCO şirkətinin İdarə Heyətinin sədri olmuşdur. Dünya Bankı 2. Səhiyyə Layihəsi Krediti Müqaviləsi danışıqlarına Türkiyə adından rəhbərlik edib.
Azəri-Çıraq-Günəşli
Azəri–Çıraq–Günəşli — Xəzərin Azərbaycan sektorunda ən iri neft yatağı. Bakıdan təxminən 120 km şərqdə yerləşən bu yataq Azərbaycan Beynəlxalq Əməliyyat Şirkәti (ABƏŞ) adından BP şirkəti tərəfindən işlənir. AÇG neft yatağı iki əsas lay dəstindən ibarətdir: Fasilə və Balaxanı. Konsorsium əvvəlcə hasilata Fasilə layından başlayıb, sonra isə Balaxanı layına keçəcək. AÇG-də hasilat 1997-ci ilin noyabr ayında başlamışdır. == İnkişaf mərhələləri == == Platformalar == 2011-ci ilin məlumatına görə AÇG yatağında beş platforma fəaliyyət göstərir. ABƏŞ konsorsiumunun sifarişi əsasında Qərbi Çıraq yatağı üçün növbəti, altıncı platformanın tikintisinə 2010-cu ildə başlanılıb. Platformanın tikintisinın 2013-cü ilin mart ayında başa çatdırılaraq istifadəyə verilməsi planlaşdırılır. Çıraq platforması — Çıraq platforması Bakıdan 120 kilometr şərqdə Xəzər dənizində yerləşən dəniz hasilat, qazma və yaşayış (HQY) platformasıdır. Bu platforma Azəri–Çıraq–Günəşli (AÇG) yatağından İlkin neft adlanan neftin hasilatna başlamaqla 1997-ci ildən istismardadır.
Aşağı Çıraqtəpə (Tikantəpə)
Aşağı Çıraqtəpə (fars. چراغ تپه سفلي‎‎) - İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 648 nəfər yaşayır (134 ailə).
Bezni-i Çıraqmərdan (Həştrud)
Bezni-i Çıraqmərdan (fars. بزني چراغ مردان‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 33 nəfər yaşayır (5 ailə).
Famil Çıraqov
Famil Musa oğlu Çıraqov (1958, Qoçulu, Bolnisi rayonu) — Bakı Dövlət Universiteti, kimya elmləri doktoru, professor, «Analitik kimya» kafedrasının müdiri. == Həyatı == Çıraqov Famil Musa oğlu -1958-ci ildə Gürcüstan respublikasının Bolnisi rayonunun Qoçulu kəndində anadan olub. 1984-cü ildə Bakı Dövlət Universitetinin kimya fakultəsini bitirmiş, 1987-ci ildə namizədlik, 1999-cu ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. == Elmi fəliyyəti == 1987-ci ildə «Benzoy turşusunun p-törəmələrinin manqan(II), kobalt(II) və nikellə(II) əmələ gətirdiyi kompleks birləşmələrin sintezi, quruluşu və xassələri» mövzusunda namizədlik, 1999-cu ildə isə «Metalların b-diketonların törəmələri ilə kompleks birləşmələri: sintezi, quruluşu, xassələri və analitik tətbiqi» mövzusunda 02.00.01 və 02.00.02 indeksləri ilə doktorluq dissertasiyasını müdafiə etmişdir. 2004-cü ildən «Analitik kimya» kafedrasının professoru, 2006-cı ildən isə müsabiqə yolu ilə həmin kafedranın müdiri vəzifəsinə seçilmişdir. O fakultə ekspert və elmi şuralarının, D.02.011 şifrli 02.00.02, 02.0003, 02.0004 ixtisasları üzrə Diissertasiya Şurasının üzvüdür. Onun elmi-pedoqoji fəaliyyəti 420-dən çox elmi əsərdə, o cümlədən 14 müəlliflik şəhadətnaməsi, 10 kitab, 2 tərcümə və bir sıra redaktə etdiyi dərs vəsaiti və dərslikdə öz əksini tapmışdır. Onun rəhbərliyi altında 16 kimya elmlər namizədi yetirmiş və çoxlu sayda dissertasiyalara rəsmi opponent olmuşdur. O, II-ci kursda «Analitik kimya» magistraturada isə «Optiki analiz metodu» və «Kompleks birləşmələrin analitik kimyada tətbiqi» fənnlərindən mühazirələr oxuyur. O. Moskva, Voronej, Tbilisi Dövlət Universitetləri ilə sıx əlaqə saxlayır.
Məmməd Çıraqov
Məmməd İsa oğlu Çıraqov (21 iyun 1938, Qoçulu, Lüksemburq rayonu – 15 fevral 2022) — Geologiya-mineralogiya elmlər doktoru, BDU Kristalloqrafiya, mineralogiya və geokimya kafedrasının müdiri, professor. == Həyatı == 21 iyun 1938-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olmuşdur. 8 illik məktəbi Qoçuluda, orta məktəbi Arıxlıda bitirib. Həmin il Azərbaycan Dövlət Universitetinə daxil olmuş və 1962 ci ildə kristalloqrafiya ixtisası üzrə Universiteti bitirmişdi. Həmin ildə Azərbaycan Elmlər Akademiyasının Kimya İnstitutunda Xudu Məmmədovun rəhbərlik etdiyi kristallokimya laboriyasında işə başlayır. 1965-ci ildə aspiranturaya qəbul olmuş, SSRİ Elmlər Akademiyasının Sibir Şöbəsinin Qeyri-üzvi Kimya İnstitutuna göndərilmişdir. 1969-cu ildə Moskva Dövlət Universitetində namizədlik dissertasiyası müdafiə etmişdir. Geologiya-Mineralogiya sahəsi üzrə elmi dərəcə almışdır. 1969 cu ildə Bakıya qayıdıb EA-nın Qeyri-üzvi və Fizika-Kimya İnsitutunda işə başlayıb. SSRİ EA Sibir şöbəsində aspiranturanı bitirib.
Qırx Çıraq
Qırx Çıraq — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 3 iyul 1998-ci il tarixli, 518-IQ saylı Qərarı ilə Salyan rayonunun faktiki mövcud olan Qırx Çıraq qəsəbəsi dəqiqləşdirmə qaydasında Çuxanlı kənd inzibati ərazi vahidi tərkibində rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Coğrafiyası və iqlimi == Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 5 iyul tarixli 1298 nömrəli Sərəncamı ilə Bakı şəhərinin Qaradağ, Qırx Çıraq şəhərləri inzibati ərazilərinin 54373,5 hektarında Azərbaycan Respublikasının Şirvan Milli Parkı yaradılmışdır. Kür-Araz ovalığının cənub-şərqi Şirvan düzənliyində ümumi ərazisi 65580 hektar olan xüsusi mühafizə olunan təbiət ərazisinin 54373,5 hektarında Şirvan Milli Parkı, 6232 hektarında Şirvan Dövlət Təbiət Qoruğu və 4930 hektarında isə Bəndovan Dövlət Təbiət Yasaqlığı yerləşir. == Əhalisi == 2006-cı ildə aparılmış siyahıya almanın nəticələrinə əsasən əhalinin sayı 1.000 nəfərdir və əhalinin 71% şəhər əhalisidir. Qırx Çıraq da yaşayan etnik qruplar: yerli azərbaycan türkləri 80%, gəlmə kürdlər 10%, gəlmə talışlar 10%.
Sarıbəyli-i Çıraq (Urmiya)
Sarıbəyli-i Çıraq (fars. ساري بيگلوي چراغ‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı, Nazlı bəxşi ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 500 nəfər yaşayır (125 ailə).
Sehrli Çıraq (1987)
== Məzmun == Film lovğa Nazimin öz səhvi ucbatından daim çətinliklərlə qarşılaşmasından, sonradan isə öz səhvlərini başa düşərək peşimançılıq çəkməsindən danışır. == Festivallar və mükafatlar == 1)1991-ci ildə Bu filmlə yanaşı "Xeyirxah nağıl" və "Basatın igidliyi" filmlərinə görə rejissor Vaqif Behbudov Azərbaycan Respublikası Dövlət Mükafatına layiq görülmüşdür. == Film haqqında == Kukla filmidir.
Sehrli çıraq (film, 1987)
== Məzmun == Film lovğa Nazimin öz səhvi ucbatından daim çətinliklərlə qarşılaşmasından, sonradan isə öz səhvlərini başa düşərək peşimançılıq çəkməsindən danışır. == Festivallar və mükafatlar == 1)1991-ci ildə Bu filmlə yanaşı "Xeyirxah nağıl" və "Basatın igidliyi" filmlərinə görə rejissor Vaqif Behbudov Azərbaycan Respublikası Dövlət Mükafatına layiq görülmüşdür. == Film haqqında == Kukla filmidir.
Yuxarı Çıraqtəpə (Tikantəpə)
Yuxarı Çıraqtəpə (fars. چراغ تپه عليا‎) - İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Təkab bölgəsinin Əhmədabad kəndistanında, Təkab qəsəbəsindən 32 km şimal-şərqdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 101 nəfər yaşayır (21 ailə).
Çıraqlı xalçaları
Çıraqlı xalçaları – Gəncə xalçaçılıq məktəbinin Gəncə qrupuna daxil olan xovlu Azərbaycan xalçalarıdır. Xalçalar adını Gəncə şəhərindən 35 km cənubda yerləşən Çıraqlı kəndinin adından almışdır. Bəzi xalçaçılar bu xalçanı "Qazaxça", "Gəncə", "Faxralı", "Şamxor" adlandırırlar. Çıraqlı xalçaları Gəncə xalçalarının orta keyfiyyətli xalçalar kateqoriyasına aiddir. == Tarixi == Çıraqlı xalçaları əvvəlcə Gəncə şəhərindən 35 km cənubda, hal-hazırda Daşkəsən rayonunun ərazisində yerləşən Çıraqlı kəndində istehsal olunmağa başlamışdır. Çıraqlı xalçaları bir müddət sonra Gəncə zonasının bütün xalçaçılıq məntəqələrində istehsal olunmağa başlayır. Bu xalçalar bəzən "Qazaxça xalçası", "Gəncə xalçası", "Fəxralı xalçası", "Şamxor xalçası" və digər adlarla adlandırılmışdır. Buna səbəb isə xalçanın digər ərazilərdə istehsal olunmağa başlanması olmuşdur. == Bədii analiz == Ara sahənin yerliyi göy rəngdədir və ara sahədə bir-birinin ardınca yerləşmiş altıbucaqlı göllərin yerliyi isə qırmızı rəngdədir. Göllərin daxilindəki elementlər qədim Muğan xalçalarının naxışları və həmçinin kilim ornamentləri ilə oxşarlıq təşkil edir.
Çıraqməzrayə (Xudabəndə)
Çıraqməzrayə (fars. چراغ مزرعه‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 109 nəfər yaşayır (23 ailə).
Çıraqov və başqaları Ermənistana qarşı
Çıraqov və başqaları Ermənistana qarşı və ya Çıraqov və digərləri Ermənistana qarşı (ing. Chiragov and Others v. Armenia) — Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci, 13-cü və 14-cü maddələrinin və Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusu haqqında Azərbaycan Respublikasının vətəndaşları Elxan Çıraqov, Adışirin Çıraqov, Ramiz Cəbrayılov, Akif Həsənov, Fəxrəddin Paşayev və Qaraca Cəbrayılovun 6 aprel 2005-ci il tarixdə verilmiş iddiası üzrə Avropa İnsan Haqları Məhkəməsi tərəfindən 16 iyun 2015-ci il tarixdə qəbul edilmiş qərar. Məhkəmənin 2011-ci il 14 dekabr tarixli qərarı ilə ərizəçilərin şikayətləri qəbuledilən elan edilmişdir. Azərbaycan Hökuməti işdə üçüncü tərəf qismində çıxış etmişdir. == Faktlar == 1992-ci il mayın 17-də Laçın şəhəri erməni qüvvələri tərəfindən ələ keçirilmişdir, sonrakı günlərdə şəhər qarət edilmiş və yandırılmışdır. "Human Rights Watch" təşkilatının hesabatına əsasən Laçın rayonunun işğal edilməsi nəticəsində 30 min azərbaycanlı, o cümlədən kürdlər məcburi köçkün vəziyyətinə düşmüşdür.Ərizəçilər bildirmişlər ki, onlar Laçın rayonunda yaşamış Azərbaycan kürdləridir və əcdadları orada yüz illər boyu yaşamışlar. 1992-ci il mayın 17-də onlar rayondan Bakıya məcburi köçmüşlər. Həmin vaxtdan erməni işğalına görə öz evlərinə və mülklərinə qayıda bilməmişlər. Ərizəçilər həmçinin bildirmişlər ki, Ermənistanın hakimiyyət orqanlarının məcburi köçkün kimi onların evlərinə geri qayıtmalarına icazə verməkdən imtina etməsi bu dövlətin rəsmi siyasətinin və müvafiq olaraq inzibati təcrübəsinin göstəricisidir.
Çıraqov və digərləri Ermənistana qarşı
Çıraqov və başqaları Ermənistana qarşı və ya Çıraqov və digərləri Ermənistana qarşı (ing. Chiragov and Others v. Armenia) — Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci, 13-cü və 14-cü maddələrinin və Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusu haqqında Azərbaycan Respublikasının vətəndaşları Elxan Çıraqov, Adışirin Çıraqov, Ramiz Cəbrayılov, Akif Həsənov, Fəxrəddin Paşayev və Qaraca Cəbrayılovun 6 aprel 2005-ci il tarixdə verilmiş iddiası üzrə Avropa İnsan Haqları Məhkəməsi tərəfindən 16 iyun 2015-ci il tarixdə qəbul edilmiş qərar. Məhkəmənin 2011-ci il 14 dekabr tarixli qərarı ilə ərizəçilərin şikayətləri qəbuledilən elan edilmişdir. Azərbaycan Hökuməti işdə üçüncü tərəf qismində çıxış etmişdir. == Faktlar == 1992-ci il mayın 17-də Laçın şəhəri erməni qüvvələri tərəfindən ələ keçirilmişdir, sonrakı günlərdə şəhər qarət edilmiş və yandırılmışdır. "Human Rights Watch" təşkilatının hesabatına əsasən Laçın rayonunun işğal edilməsi nəticəsində 30 min azərbaycanlı, o cümlədən kürdlər məcburi köçkün vəziyyətinə düşmüşdür.Ərizəçilər bildirmişlər ki, onlar Laçın rayonunda yaşamış Azərbaycan kürdləridir və əcdadları orada yüz illər boyu yaşamışlar. 1992-ci il mayın 17-də onlar rayondan Bakıya məcburi köçmüşlər. Həmin vaxtdan erməni işğalına görə öz evlərinə və mülklərinə qayıda bilməmişlər. Ərizəçilər həmçinin bildirmişlər ki, Ermənistanın hakimiyyət orqanlarının məcburi köçkün kimi onların evlərinə geri qayıtmalarına icazə verməkdən imtina etməsi bu dövlətin rəsmi siyasətinin və müvafiq olaraq inzibati təcrübəsinin göstəricisidir.
Çıraqqala
Çıraqqala — Azərbaycanın Şabran rayonunun 20-25 kilometrliyində, Bakı şəhərindən 150 km aralı Çaraq kəndi ərazisində yerləşən Çaraqqaya adlı sıldırım qayanın zirvəsində 1232 metr hündürlükdə yerləşən V-VI əsrlərə aid müdafiə qalası. == Ümumi məlumat == Elə hesab edilir ki, Çıraqqala, əsasən istehkam qarovulxana məqsədi ilə Sasani hökmdarları tərəfindən IV-VI əsrlərdə tikilmişdir. Gilgilçay səddinin baş qarovulxanası olub. Buradan geniş bir ərazini nəzarət altında saxlamaq və düşmənin gəlişini görüb tonqallar vasitəsilə ətrafa xəbər vermək mümkündür. Sonralar elə bu məqsədlə həmin qaya başında möhtəşəm qala tikilmiş və onun indi salamat qalan ən uca bürcündə tonqal qalanarmış. Bura həm də qala rolunu oynayırmış və təqribən Xəzər dənizindən Baba dağın ətəklərinə qədər uzanan səddin üç böyük qalasından biri imiş. İki qala və səddin böyük bir hissəsi tarixin zərbələrinə davam gətirməyərək uçub dağılmış, “Çıraqqala” isə öz əzəməti, vüqarı ilə hələ də insanları heyran etməkdədir. Çıraqqalanın adının yaranmasının da bir neçə izahı vardır. Abbasqulu ağa Bakıxanov “Gülüstani-İrəm” əsərində bu qalanın adını “Çıraqqala” kimi göstərmiş və o, bu adla da, tanınmağa başlanmışdır. Lakin yerli əhali həmişə və bu gündə belə qalanı “Çaraqqala” adlandırır və orada orta əsrlərdən qala şəhər olmasını göstərirlər.
Çıraqqala Siyəzən FK
Çıraqqala futbol klubu Siyəzəndə yaranmışdır. 1 dəfə futbol üzrə Azərbaycan çempionatının elitasında iştirak etmişdir.
Çıraqtəpə
Çıraqtəpə (Marağa)
Çıraqçı (Həştrud)
Çıraqçı (fars. چراغچي‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 421 nəfər yaşayır (72 ailə). == Coğrafi yerləşməsi == Təbriz şəhristanının Səriskənd bölgəsinin Atəşbəy kəndistanında, Səriskənd qəsəbəsindən 22 km qərbdədir.
Çıraqəli xan Zəngənə
Çıraqəli xan Zəngənə (?-1865) — Nasirəddin şah Qacarın münşisi. == Həyatı == Çıraqəli xan Zəngənə elindəndir. Təbrizdə Nasirəddin şah Qacarın münşisi olmuşdu. Sonra şah onu Tehrana aparmışdı. Tehranda orduya daxil olmuş, qullarağası dəstəsində sərhəng (polkovnik) rütbəsinədək yüksəlmişdi. Siracülmülk ləqəbini daşıyırdı. Çıraqəli xan Zəngənə 1865-ci ildə vəfat edib. == Mənbə == Ənvər Çingizoğlu, Zəngənə eli və məşhur şəxsiyyətləri, Bakı, "Soy" dərgisi, 2010. == Ədəbiyyat == Bāmdād, Rejāl I, pp. 300–01.
Çıraxlı
KəndlərÇıraxlı (Ağdam) — Azərbaycanın Ağdam rayonunda kənd. Çıraqlı (Tərtər) — Azərbaycanın Tərtər rayonunda kənd. Çıraqlı (Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda kənd. Çıraqlı (Laçın) — Azərbaycanın Laçın rayonunda kənd. Çıraqlı (Şamaxı) — Azərbaycanın Şamaxı rayonunda kənd. Çıraqlı (Şörəyel) — Qərbi Azərbaycanın Şörəyel mahalında kənd. Çiraxlı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd. Çıraqlı — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonundakı kənd. Çıraqlı — Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indiki Barana (Noemberyan) rayonunda qışlaq. Çıraqlı — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Barana (Noemberyan) rayonunda dağ.
Çıraxlı (Ağdam)
Çıraxlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Əhmədağalı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 noyabr 2002-ci il tarixli, 384-IIQ saylı Qərarı ilə Ağdam rayonunun Çıraxlı kəndi Qərvənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Əhmədağalı kəndi mərkəz olmaqla, Əhmədağalı kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Çıraqlı etnotoponimdir. Q.Qeybullayevin fikrincə "Çıraqlı" toponimi "Siraklı"nın fonetik formasıdır. Türkdilli etnos olan sirakların bir hissəsi Azərbaycana da gəlmiş və "Çiraklı" adı ilə yaşamış, bu adı toponimlərdə əbədiləşdirmişlər. Azərbaycanın Ağdam, Daşkəsən, Laçın, Kəlbəcər, Şamaxı rayonlarının ərazisində, Qərbi Azərbaycanın Şörəyel mahalında, İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu, Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunun ərazisində kənd, Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indiki Barana (Noemberyan) rayonunda qışlaq adları bunun sübutudur.Azərbaycan toponimlərinin ensiklopedik lüğətində isə toponimin özündə qızılbaşların çıraqlı tayfasının adını əks etdirdiyi yazılır. Səfəvilərin hakimiyyəti dövründə çıraqlıların bir hissəsi Şirvana köçürülmüşdü. XIX əsrdə onların bir qolunun Cavad qəzasında yaşaması haqqında məlumat verilir. Dağıstanda Çirak (kənd, çay), İrəvan quberniyasında Çıraxlı (iki kənd və bir kənd xarabalığı), Cənubi Azərbaycanda Çıraxlı (kənd) toponimlərinin qeydə alınması bu etnotoponimin yayılma arealının genişliyindən xəbər verir. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir.
Çırağan hadisəsi
Çırağan hadisəsi (Türkcə: Çırağan baskını) — Çırağan sarayında gözaltında tutulan Osmanlı sultanı V Muradı qaçırma təşəbbüsü. Əqli səhhətinin pozulması səbəbilə taxta çıxdıqdan 3 ay sonra devrilərək (31 avqust 1876) Çırağan sarayında yaşamağına icazə verilən V Murad müxtəlif zamanlarda buradan qaçırılmaq istənsə də, bunlar arasında ən qanlısı və şiddətlisi Əli Suavinin tərtiblədiyi Çırağan hadisəsi və ya Çırağan basqınıdır (20 may 1878). == Hadisənin arxa planı == V Muradın anası Şevkefza Qadınəfəndi oğlunun səhhətinin yaxşı olması və Sultan Əbdülhəmidin haqsız yerə taxtı ələ keçirməsi haqqında şayələr yaymağa başlamışdı. Sultan Əbdülhəmid bu şayələrə son qoymaq üçün qardaşını yerli və əcnəbi həkimlərə müayinə etdirərək həqiqətən də əqlən zəif olmasını və müalicəsinin mümkünsüz olduğunu sübut etsə də, 3 ay sonra sabiq padşahın Çırağan sarayından qaçırılması üçün bir cəmiyyətin qurulduğu meydana çıxdı (noyabr 1876). Belə ki, aralarında İngiltərə səfirliyinin keçmiş işçilərindən yunan əsilli İstavridislə polyak əsilli Julinin də olduğu cəmiyyət üzvləri qadın geyimində saraya daxil olarkən ələ keçirildilər. Aparılan məhkəmə prosesinin sonunda ələ keçirilənlərin hamısı ömür boyu sürgün məhkum edilsələr də, Sultan Əbdülhəmid tərəfindən bağışlandılar (27 aprel 1877). Onlarla eyni təşkilata mənsub olması baxımından Sultan Muradın səhhəti və aqibəti ilə yaxından maraqlanan massonların etimadını qazanan İbrahim Əthəm Paşanın sədrəzəmlikdən alınmasından sonra (11 yanvar 1878) İstanbuldakı masson təşkilatı tərəfindən V Muradla bağlı yeni bir gizli cəmiyyət quruldu. Komitənin qurucusu isə məşhur masson Kleanti Skaliyeri idi. Yunan əsilli bir tacir olan Kleanti Sultan Muradı hələ vəliəhdlik illərində 18-ci dərəcədən massonluğa qəbul etmiş, onunla sıx dostluq əlaqəsi qurmuşdu. Sultan Muradın kənizlərindən Naqşıbənd Kalfa, hökumət işçilərindən Əli Şöfkət bəy və Əziz bəy bu cəmiyyətin sonradan bilinən üzvləri idilər.
Çırağan sarayı
Çırağan sahilsarayı — İstanbulun Beşiktaş və Ortaköy rayonları arasında yerləşən Osmanlı sarayı. == Tarixi == 1910-cu ildə baş verən yanğın nəticəsində tamamilə yanıb, günümüzə sadəcə xarici cəbhəsi qalan Hünkar dairəsi sarayın əsas binalarından biridir. XVII əsrdə bu ərazi Qazançıoğlu bağçası adıyla tanınırdı. Övliya Çələbinin qeydlərinə görə, Osmanlı sultanı IV Murad (1623–1640) qızı Əsməhan Qaya Sultana hədiyyə etdiyi bu bağçada bir köşk inşa etdirmişdi. Daha sonra burada Nevşəhərli İbrahim Paşa, xanımı Fatma Sultan üçün böyük bir saray inşa etdirmişdir. Bağçasında, dövrün Osmanlı sultanı III Əhməd (1703–1730) və sədrəzəmi Nevşəhərli İbrahim Paşanın da iştirak etdiyi təntənəli şənliklər keçirilən saray əhali tərəfindən Lalə dövrü boyunca Çırağan (farsca işıq deməkdir) adlanmağa başlandı. Osmanlı sultanı I Mahmudun (1730–1754) ilk illərində gözdən düşən saray daha sonra padşahın əmriylə bərpa edilərək xüsusilə də, əcnəbi elçilərin qonaq edilməsi üçün təsis edildi. Saray, eyni əsrin sonlarında III Səlimin (1789–1807) bacısı Beyhan Sultana hədiyyə edilsə də, Beyhan Sultan sarayı bəyənməmiş, padşah isə sarayın strukturunu böyüdərək səltənətinin son 2 ilini burada keçirmişdir. II Mahmud dövründə də (1808–1839) yay sarayı olaraq istifadə edilən saray, 1836-cı ildə daha da böyüdüldü. Memar Karpet Balyanın taxtadan inşa etdiyi əlavə binalar mərmər saraya fərqli görünüş qazandırdı.
Çırağıl (Azərşəhr)
Çırağıl (fars. چراغيل‎) — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanı (Tufarqan) ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 390 nəfər yaşayır (103 ailə).

çıra sözünün leksik mənası və izahı

çıra sözünün rus dilinə tərcüməsi

  • 1 разг. см. çıraq; çıran sönsün (проклятие: чтобы угас твой род; буквально: чтобы угас твой светильник

    Azərbaycanca-rusca lüğət / çıra

çıra sözünün ləzgi dilinə tərcüməsi

çıra sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Qazax, Şəmkir, İrəvan) qara çıraq. – Əvvəl çıra olur, sora ləmpəydi, indi tay bu işıxlar oluf (Şəmkir). – Çıranın piltəsi qurtuluf, bir piltə eş (İrəvan)

Azərbaycan dilinin dialektoloji lüğəti.

"çıra" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#çıra nədir? #çıra sözünün mənası #çıra nə deməkdir? #çıra sözünün izahı #çıra sözünün yazılışı #çıra necə yazılır? #çıra sözünün düzgün yazılışı #çıra leksik mənası #çıra sözünün sinonimi #çıra sözünün yaxın mənalı sözlər #çıra sözünün əks mənası #çıra sözünün etimologiyası #çıra sözünün orfoqrafiyası #çıra rusca #çıra inglisça #çıra fransızca #çıra sözünün istifadəsi #sözlük