Əbü sözü azərbaycan dilində

Əbü

Yazılış

  • Əbü • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Əbü-l-Vəfa
Əbü-l-Vəfa Məhəmməd ibn Məhəmməd (ərəb. ابوالوفا محمد بن محمد بن یحیی بن اسماعیل بن العباس البوزجانی‎, 10 iyun 940, Buzqan[d], Abbasilər xilafəti – 15 iyul 998, Bağdad, Buveyhilər sülaləsi) — fars astronomu və riyaziyyatçısı, Diofantın "Hesabının" şərhçisi; kəsrlər nəzəriyyəsinə ətraflı baxmış, pərgar və xətkeşin köməyi ilə əsas həndəsi qurmaları tətbiq etmişdir. == Həyatı == == Fəaliyyəti == X əsrdə yaşamış Bəttani ilk dəfə triqonometriyanı kəşf etmişdir. Onunla eyni əsrdə yaşamış Əbü’l Vəfa isə triqonometriyaya "sekant-kosekant" terminlərini gətirmişdir. Əbül Vəfa tangens, kotangens və kosekantı ilk istifadə edən alim kimi tanınır.
Hüseyni Əbülfəzl
Hüseyni Əbülfəzl Aslan oğlu – şair, tərcüməçi, ədəbiyyatşünas, filologiya elmləri namizədi (1968). == Həyatı == Hüseyni Əbülfəzl 1925-ci ilin baharında Cənubi Azərbaycanda, Təbriz şəhərində anadan olmuşdur. Burada orta təhsil almış, fars dilinə və klassik Şərq ədəbiyyatına dərindən bələd olmuşdur. Gənclık dövründən onda şerə maraq oyanmış, ilk şerlərini yazmışdır. == Azadlıq uğrunda döyünən ürək == Milli azadlıq Hərəkətına qoşulmuş, Cənubi Azorbaycanda demokratik Hökumətin yaranması və möhkəmlənməsində fədakarcasına çalışmışdır. Lakin demokratik qurluşa qarşı şah ordusunun təcavüzündən sonra təqib olunduğuna görə Şimali Azərbəycanda siyasi sığınacaq tapmışdır (1946). == Həyatında yeni səhifə == Burada Bakı Tibb texnikomunun stomatologiya şöbəsində təhsil almışdır (1947-1950). Bakı Dövlət Universitetinin fılologiya fəkültəsinin axşam şöbəsinə daxil olmuş, ikinci kursdan əyani şöbəyə dəyişilmiş. Oranı müvəffəqiyyətlə bitirdikdən sonra əvvəl Qaradağ qəsəbə orta məktəbində (1954-1957), sonar isə Bakı şəhərində 160 nomrəli orta məktəbdə müəllimlik etmişdir (1954-1957). 1958-1959 cı illərdə “Göyərçin” uşaq jurnalı redaksiyasında işləmişdir.
Kiçik Əbül dağı
Kiçik Əbül dağı (gürc. პატარა აბული) — Samsar silsiləsində dağ.
Mir Əbülfət bəy Talışinski
Ağaxan Talışınski (tam adı: Mir Əbülfət bəy Mir Rza xan oğlu Talışınski; 19 sentyabr 1885, Lənkəran, Lənkəran qəzası – 21 dekabr 1949, Bakı) — Azərbaycanda travmatologiya elminin banisi, tibb elmləri doktoru, professor, Kiyev Dövlət İnstitutunun tibb fakültəsinin məzunu. == Həyatı == Həkim, travmatoloq-orteped, Azərbaycan səhiyyəsinin təşkilatçılarından biri, tibb elmləri doktoru, professor Ağaxan (Əbülfət bəy) Mir Rza xan oğlu Talışınski 19 sentyabr 1885-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. Ağaxanın əsil adı – Mir Əbülfətdir. Bu ad onun babası Mir Əbülfət xanın (1823–1877) adıdır. Atası Mir Rza xanın (1863–1932) ilk oğul övladı olduğu üçün, ənənəyə görə, atasının adını ona vermişdir, lakin babanın adını daşıyan ilk övlada ailədə ikinci ad olaraq Ağaxan deyilmişdir. Əbülfət bəy Talışinskinin ömür yoldaşı Hacı Zeynalabdin Tağıyev təsis etdiyi qız məktəbini bitirmiş Kişvər xanım Xanoğlan bəy qızı Talışinskaya idi. Onların bir oğlu və bir qızı olmuşdur. Oğlu tibb elmləri namizədi, travmotoloq həkim Əziz (Abbasqulu) Talışinski, qızı Adilə (Lyalya) xanım Talışinskaya. == Təhsili == Mir Əbülfət bəy ilk təhsilini Lənkəran şəhər birdərəcəli məktəbini bitirdikdən sonra 1901-ci ildə təhsilini Bakıda gimnaziyada davam etdirmişdir. 1909-cu ildə gimnaziyanı bitirən Mir Əbülfət bəy Talışinski elə həmin il Kiyev Dövlət İnstitutunun tibb fakültəsinə qəbul olur.
Mir Əbülqasim Xoyi
Mir Əbülqasim bin Əli əsğər Xoyi Azərbaycanın 19-cu əsr şərhçi və müəlliflərindəndir."Əhsənülqisəs ya "Yusifiyyə" şərh (təfsir)kitabın Azərbaycan dilində yazıb.
Mircamal Əbülfətov
Mirzə Əbülfət xan Valatəbar
Mirzə Əbülfət xan Mirzə Fəzlulla xan oğlu Valatəbar (1874, Təbriz – 1958, Tehran) — siyasi-ictimai xadim. == Həyatı == Mirzə Əbülfət xan Mirzə Fəzlulla xan oğlu 1874-cü ildə Təbriz şəhərində anadan olmuşdu. Təbrizdə mükəmməl ruhani təhsili almışdı. O, əvvəlcə öz atası Mirzə Fəzlulla xanın, sonra əmisi Təbrizin məşhur müctəhidi Hacı Mirzə Məhəmmədrəfi Nazimülüləmanın yanında təhsil almışdır. İlahiyyat üzrə mükəmməl biliyə yiyələnmişdi. Mirzə Əbülfət xan Valatəbar Müzəffərəddin mirzənin yanında münşibaşı vəzifəsində çalışmışdı. Dəbirəssəltənə ləqəbini almışdı. Mirzə Əbülfət xan Valatəbar 1897-ci ildə əmisi Mirzə Əsədulla xan Naziməddövlənin Vəkilülmülk ləqəbinə yiyələnmişdi. Onun Dəbirəssəltənə ləqəbini isə qardaşı oğlu Mirzə Nəsrulla xana verilmişdi. Mirzə Əbülfət xan Valatəbar Məhəmmədəli mirzənin yanında münşibaşı vəzifəsini davam etdirməyə başlamışdı.
Mirzə Əbülhüseyn Cahanşahi
Mirzə Əbülhüseyn Mir Fəseh oğlu Cahanşahi (?-1515) — Hüseyni seyidlərindən, Təbriz şəhərinin kələntəri. == Həyatı == İskəndər bəy Münşi onun haqında yazır: "Mirzə Əbdülhüseyn: Mir Fəsihin oğludur. O da hüseyni seyidlərindən olub, Əmirə Cəfərlə əmioğlanları idilər. Onun anası "Cahanşahi" sülaləsinə xas qadınlardan olduğundan ona Mirzə Əbülhüseyn Cahanşahi deyirdilər. O, Təbriz darüssəltənəsində cahanşahiyyə büqəsinin yaxınlığında yaşayırdı, Müzəffəriyyə kimi məşhur olan və anasından ona qalan həmin büqənin mütəvəllisi idi. İsgəndər şanlı nəvvabın zamanı və Əmir xan Türkmanın hakimliyi vaxtında Təbriz darüssəltənəsi kəlantəri o idi. Olduqca şanlı və mötəbər adamdı. Rumiyyə istilası zamanı İraqa gəldi, Mir Cəfərin vəfatından sonra möhtəsibül-məmalik oldu və elə həmin günlərdə də axirət evinə getmək üçün əyninə əməl paltarı geyindi". == Mənbə == Ənvər Çingizoğlu, Cahanşahi ailəsi, "Soy" tarixi-etnoqrafik dərgi, 2012, №1, səh.
Mirzə Əbülhəsən Kamiranizadə
Mirzə Əbülhəsən Kamiranizadə (Əbülhəsən Vaqif Kamranzadə) — Azərbaycan şairi Vaqif Əbülhəsən Kamranzadə. Şeirlər. Tərtib edəni: Cənnət Nağıyeva.
Mirzə Əbülhəsən Kamranzadə
Mirzə Əbülhəsən Kamiranizadə (Əbülhəsən Vaqif Kamranzadə) — Azərbaycan şairi Vaqif Əbülhəsən Kamranzadə. Şeirlər. Tərtib edəni: Cənnət Nağıyeva.
Mirzə Əbülhəsən xan Şirazi
Mirzə Əbülhəsən xan Mirzə Məhəmmədəli xan Şirazi (1776[…], Şiraz – 4 avqust 1846, Tehran) — Qacarlar dövlətinin xarici işlər naziri, şair. == Həyatı == Mirzə Əbülhəsən xan Mirzə Məhəmmədəli xan 1776-cı ildə Şiraz şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Fətəli şah Qacara xidmət etmişdi. O, Gülüstan müqaviləsini imzalayan şəxslərdən biridir. Abbasqulu ağa Bakıxanov "Gülüstani-İrəm" əsərində bildirir: "Həmin ilin baharında (1813-cü il) İran dövləti ruslar tərəfindən alınan ölkələri geri qaytarmaqdan naümid oldu. Rum (Osmanlı) barışığı və Xorasanda baş verən iğtişaş nəticəsində şah barışığa meyl göstərdi. Mirzə Əbülhəsən xan Şirazi İran dövləti tərəfindən vəkil edildi. Sərdar Ratişşev də gəldi. Qarabağın Gülüstan adlı yerində, hicri 1228-ci (1813) ildə, təşrin-əvvəl (oktyabr) ayının 12-də Rusiya ilə İran dövlətləri arasında əhdnamə bağlandı.
Mirzə Əbülhəsən Şəhid
Mirzə Əbülhəsən Kərbəlayı Kazım oğlu Şəhid – şair, qazı. == Həyatı == Mirzə Əbülhəsən Şəhid 1829-cu ildə Şuşa şəhərində anadan olmuşdu. Əslən Cavanşir-Dizaq mahalının Merdinli obasındandır. İbtidai təhsilini molla yanında almışdı. Bir müddət sərraclıq etmişdi. Sonra mədrəsədə təhsilini davam etdirmişdi. Şuşa məscidinin axundu, sonra Cavanşir qəzasının qazısı olmuşdu. Şair idi. Şəhid təxəllüsü ilə klassik üslubda şeir yazırdı. Mirzə Əbülhəsən Şəhid 1884-cü ildə vəfat edib.
Mirzə Əbülqasim Fərəhani
Mirzə Əbülqasim Mirzə İsa oğlu Fərəhani (fars. قائم‌مقام فراهانی‎; 1779–1835) — İranın baş naziri. == Həyatı == Mirzə Əbülqasim Fərəhani 1779-cu ildə İranın Ərak əyalətində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Qaemməqam ləqəbini daşıyırdı. Qayemməqam Abbas Mirzənin islahatlarını daha da genişləndirərək, bütün İranda Avropa tipli ordu yaratmış, hərbi sənayenin və toxuculuq sənayesinin əsasını qoymuşdu. Mirzə Əbülqasim Fərəhani Məhəmməd şah Qacarın dövründə sədri-əzəm (baş nazir) vəzifəsini daşımışdı. Mirzə Əbülqasim Fərəhani 1835-ci ildə Tehranda vəfat edib. == Ailəsi == Mirzə Əbülqasim Əli adlı oğlu vardı.
Mirzə Əbülqasim Marağayi
Əbülqasim Azad Marağayi, jurnalist və yazıçı. == Həyatı == Mirzə Əbülqasim Marağayi, 1883-cü ilin yanvar ayında Marağada dünyaya gəlmişdir. Atası Mirzə Əbdülməhəmməd Siqqətülislam, Azərbaycanın müctəhidlərindən idi.Ibtidai və orta təhsilini Marağada alandan sonra Nəcəfə getdi və orada 5 il yarım Ayətullah Məhəmmədkazım Xorasani, Şeyx Həsən Mamaqani, və Fazil Şərəbiani siniflərində təhsil aldı və ruhani olaraq İrana qayıtdı. Amma atasının arzusu olmasına baxmayaraq,din xadimi olmaqdan geri çəkildi və Tehrana gedib və Fransız dilini öyrənməyə başladı. 2 il Tehranda idi və sonra yeni elmləri öyrənmək üçün Avropaya getdi.Bakıda bir neçə iranlı ilə birlikdə bir məktəb təsis etdi. 11 il Rusiya, Türkiyə, Yunanıstan, Misir, Fransa, İngiltərə, Hindistan və Hicazda idi.İngiltərədə İran xəttinin dəyişməsi fikrinə düşdü.İngiltərədən Hindistana getdi və Əliqər colecində İngilis dilini tədris etməyə başladı və Həbləlmətin qəzeti ilə də əməkdaşlıq etdi.5 il Hindistanda olanda, səkkiz min fars sözünü İngilis ekvivalentləri toplusun İran Nobahar Lüğəti adıyla təqdim etdi. Azad Marağayi iddia edir ki Britaniya şirkətlərinin tərəfdən bu lüğətin yayılması üçün təklif verildi.Birinci Dünya müharibəsinin başlanğıcında İrana qayıtdi və Məarif, Vəqflər və İncə Sənayesi nazirliyində istixdam olundu. Bir müddətdə İrşad qəzetəsində məqalə yazırdi və bu məqalələrdə öz lüğətinin sözlərindən istfadə edirdi. 1915-ci ildə Nameye Parsi dərgisin nəşr etdim ilkinci sayısi 19 iyun 1916 ildə Tehranda çap oldu. Bu dərgidə xalis farsca sözlərindən, Ərəbcə sözləri olmadan, istifadə olunurdu.Əbülhəsən Mirzə Şeyxərrəis Qacar, Azadı və işlərini tərifləmək üçün onun haqqında bir parça şeir dedi.Onun arxaizmdə ifratı o qədər idi ki o qədim tarixdən istifadə edirdi ki mənbəyi Kiumərsin tacqoyması günü idi.
Mirzə Əbülqasim Zəncani
Mirzə Əbülqasim Musa Mirzə Kazım oğlu Zəncani (1805-1876) — İslam alimi, müctəhid. == Həyatı == Mirzə Əbulqasim Musa Zəncani miladi XIX (hicri 13-cü) əsrdə şiə məzhəbinin böyük alimlərindən olan Mirzə Kazımın oğlu idi. Həmçinin o, Seyid Məhəmməd Baqir, Rəşti və Hacı Məhəmməd İbrahim Qolabbasinin tələbələrindən olub. Bu dəyərli alimlərin yanında öz biliklərini təkmilləşdirən alim Zəncana qayıdaraq, burada dini idarəçiliyi öz öhdəsinə götürür və insanlar arasında böyük nüfuz və etimad qazanır. Mirzə Əbulqasim Zəncani özündən sonra onlarla dəyərli kitabları elmi irs olaraq qoymuşdur. Bu kitablara misal olaraq, "İzahud-Dəlail fi Hisabi- Aqdul-Ənamil", "Təxribil-Əsbab", "Məqalibil-Əbvab" və s. kimi əsərləri göstərmək olar. Bu böyük alim hicri 1293-cü ilin cəmadiul-əvvəl ayının 3-də Zəncan şəhərində vəfat etmişdir. == Şəcərəsi == Seyid Əbülqasim bin Seyid Məhəmmədkazim bin Seyid Əmir Həsən bin Seyid Əmir Möhsün bin Seyid Əmir Səlim Musəvi. == İstinadlar == == Qaynaqlar == تاريخ زنجان: علما و دانشمندان موسوی زنجانی، ابراهیم.ناشر:کتابفروشی مصطفوی.شهر:تهران.سال:۱۳52 اعیان الشیعه .سید محسن امین.ناشر :دارالتعارف للمطبوعات ،شهر:بیروت،سال:1406 (قمری) (الذریعة الی تصانیف الشیعة.
Mirzə Əbülqasım Sultanov
Sultanov Əbulqasım (12 aprel 1866, Naxçıvan – 1916, Qəzvin) — ziyalı, maarif və teatr xadimi. == Həyatı == Cəlil Məmmədquluzadə ilə eyni vaxtda Naxçıvan şəhər üçsinifli ibtidai məktəbində təhsil almış, hər ikisi bir il də (1882) Zaqadqaziya (Qori) Müəllimlər Seminariyasına daxil olmuş, üç il eyni sinifdə oxumuşlar. Lakin xəstəliyi ilə əlaqədar 1885-ci ildə bir il sinifdə qalan Ə.Sultanov seminariyanı 1888-ci ildə bitirərək, Şahtaxtı məktəbinə təyinat almış və 1896-cı ilədək bu məktəbdə əvvəlcə müəllim, sonra isə nəzarətçi (müdir) vəzifəsində çalışmışdır. 1896–1908-ci illərdə indiki Cəlilkənddə zemstvo məktəbində müdirlik etmişdir. Naxçıvanda C.Məmmədquluzadənin başçılıq etdiyi maarifçilik hərəkatının fəal iştirakçılarından, Naxçıvan teatrının tamaşalarında əsas rolların, xüsusən qadın rollarının (M.F.Axundovun "Müsyö Jordan və Dərviş Məstəli şah" komediyasında Gülçöhrə, E.Sultanovun "Azərbaycan qızı" pyesində Sənəm, Ə.Haqverdiyevin "Dağılan tifaq" faciəsində Sona xanım, "Pəri-Cadu" dramında Şamama və s.) mahir ifaçılarından olmuşdur. Ü.Hacıbəyovun "Leyli və Məcnun" operasında Məcnunun atası, Z. Hacıbəyovun "Əlli yaşında cavan" musiqili komediyasında Qulu rollarınıda məharətlə yaratmışdır. Tələbəlik illərində yazdığı "Ədəbiyyatşünaslıq dəftəri" icmal formalı kiçik dərs vəsaitidir. Molla Nəsrəddinin lətifələrini rus dilinə çevirmişdir. Tərtib etdiyi "Ədəbi nümunələr müntəxəbatı"nda 19 əsr – 20 əsrin əvvəli şairlərinin əsərləri toplanmış dır. Ciddi elmi-siyasi əhəmiyyətə malik "İranda qayda-qanun yoxdur" (1912) adlı fəlsəfi-publisistik traktatı var.
Mirzə Əbülqasım xan Qaimməqam Fərahani
Mirzə Əbülqasim Mirzə İsa oğlu Fərəhani (fars. قائم‌مقام فراهانی‎; 1779–1835) — İranın baş naziri. == Həyatı == Mirzə Əbülqasim Fərəhani 1779-cu ildə İranın Ərak əyalətində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Qaemməqam ləqəbini daşıyırdı. Qayemməqam Abbas Mirzənin islahatlarını daha da genişləndirərək, bütün İranda Avropa tipli ordu yaratmış, hərbi sənayenin və toxuculuq sənayesinin əsasını qoymuşdu. Mirzə Əbülqasim Fərəhani Məhəmməd şah Qacarın dövründə sədri-əzəm (baş nazir) vəzifəsini daşımışdı. Mirzə Əbülqasim Fərəhani 1835-ci ildə Tehranda vəfat edib. == Ailəsi == Mirzə Əbülqasim Əli adlı oğlu vardı.
Muxtar Əbülyazov
Muxtar Əbülyazov (qaz. Мұхтар Қабылұлы Әблязов; 16 may 1963, Vannovka[d], Çimkənd vilayəti) — Qazaxıstanın enerji,ticarət və sənaye naziri (1998-1999). BTA bankının prezidenti.Və Qazaxıstan Seçim Partiyasının lideri.O, eyni zamanda Qazaxıstanda energetika, sənaye və ticarət naziri vəzifəsini tutmaqla yanaşı, dövlətə məxsus KEGOC-un (Qazaxıstan Elektrik Şəbəkə Əməliyyat Şirkəti) keçmiş rəhbəri idi.Ablyazov sədr vəzifəsini icra edərkən BTA Bankdan 6 milyard dolları mənimsəməkdə ittiham olunur..2015-ci ildə Lyon bir Fransa məhkəməsi ekstradisiya qərarı verdi.Bununla birlikdə, 2016-cı ilin dekabrında Fransanın Ali məhkəməsi, Dövlət Şurası (Fransa)) Rusiya Siyasi hüquq pozuntusu səbəbi ilə ekstradisiya əmrini ləğv etdi.Ardınca Ablyazov Fleury-Mérogis Həbsxanasından azad edildi və hazırda Parisdə, Fransada yaşadığı güman edilir.İngiltərə Ali Məhkəməsi Ablyazov barəsində iki dəfə həbs qərarı çıxardı; ən son 25 İyul 2019, və 2012-ci ildə çıxarılan məhkəmə qərarına hörmətsizliyə görə məhkəmə qərarı ilə 22 aya qədər uzadıldı. == Həyatı == Ablyazov, Qazaxıstan Sovet İttifaqının tərkibində olduğu bir vaxtda, Cənubi Qazaxıstan vilayətinin Vannovka kəndində anadan olmuşdur. Atası Qabyl Ablyazov, (1935-ci il təvəllüdlü) mühəndis işləyib və texniki məktəbdə müəllim olub. Anası Rauza Tolebergnova, (1940-cı il təvəllüdlü) kitabxanaçı idi. Uşaq ikən kitab oxumağı və şahmat oynamağı çox sevirdi. Ablyazov, məmləkətindəki Lomonosov Regional School adlı bir rusdilli məktəbdə oxuyurdu, burada hər sinifdə üstün idi. Gecə də qismən bir kənd təsərrüfatında yükləyici kimi çalışırdı. 17 yaşında Ablyazov nəzəri və professor olmaq istədi.
Rüknəddin Əbülmüzəffər Börkiyaruq ibn Məlikşah
Rüknəddin Əbülmüzəffər Börküyarıq ibn Məlikşah (fars. ابو المظفر رکن الدین برکیارق بن ملکشاه‎‎, translit. Rukn əl-Dib Əbül-Mozəfffr Börkyaruk ibn Maəlik-Şah) və ya sadəcə Börküyarıq (fars. برکیارق‎; 1080, İsfahan – 2 dekabr 1104, Bürucərd, Luristan ostanı) — Böyük Səlcuq imperiyasının V sultanı (hak. 1094–1105). I Məlikşahın (hak. 1072–1092) oğlu və xələfi olan Börküyarıq imperiyanın tənəzzül və parçalanma dövrünün başlanğıc mərhələsində hökm sürmüşdür. Nəticədə, Kirmandan Anadoluya, Anadoludan Suriyaya qədər uzanan türkmən atabəylər və bəyliklər güc qazanmışdır. Onun hakimiyyəti dövrü üçün digər səlcuqlu şahzadələrinə qarşı daxili çaxnaşmalar xarakterikdir. 1105-ci ildə vəfat etməsindən əvvəl artıq onun nüfuzu böyük ölçüdə yoxa çıxmışdı.
Seyid Əbülqasim Kaşani
Seyid Əbülqasim ibn Seyid Mustafa Kaşani (19 noyabr 1882, Tehran – 14 mart 1962, Tehran) — müctəhid, ayətullah əl-üzma, İran Milli Məclisinin sədri. == Həyatı == Seyid Əbülqasim Kaşani 1882-ci ildə Tehran şəhərində anadan olmuşdu. Əslən Kaşanlıydı. Bundan əlavə 1914–1920-ci illərdə İraqda ingilislərə qarşı hərəkatın liderləri arasında Seyid Mustafa əl-Kaşani, Ayətullah Seyid Əbülqasim Kaşani adlı böyük müctəhidlər var idi. Ayətullah Əbülqasim Kaşani 1921-ci ildə İrana sürgün edildi.
Seyid Əbülqasim Nəbati
Seyid Əbülqasim Nəbati (1812, Üştibin, Şərqi Azərbaycan ostanı – 1873, Üştibin, Şərqi Azərbaycan ostanı) — XIX əsr Cənubi Azərbaycan ədəbiyyatının nümayəndəsi. Həyat və yaradıcılığı ilə bağlı müxtəlif ziddiyyətli fikirlər var. == Həyatı == Əbülqasim Nəbati Cənubi Azərbaycanın Qaradağ vilayətinin Dizmar mahalının Üştibin qəsəbəsində ruhani ailəsində anadan olmuşdur. Onun əsli qədim dövrlərdən bəri Ərəbistanda, İranda və Azərbaycanda geniş yayılmış Nəbatilər tayfalarındandır. Atası Seyid Mir Yəhya Möhtərəm Üstibində və yaxın kəndlərdə dərvişlik edir, müxtəlif islami əqidələri yayırdı. Nəbati ilk təhsilini atasından almış, klassik poeziyanı, xüsusilə Hafiz yaradıcılığını və Şərq təsəvvüf ideyalarını dərindən öyrənmişdir. Yeniyetmə çağlarından atasına qoşulub qələndərlik edən Nəbati Azərbaycanın çox yerlərini piyada gəzib dolaşmışdır. Şeirlərindəki bioqrafik işarələrdən məlum olur ki, o, Qaracadağdan başqa Qarabağda-Əsgəranda, Ağdamda, Hindarxda və Muğanda, Salyanda, Lənkəranda, Təbrizdə, Xorasanda olmuş, bu yerlərin ədəbi-mədəni həyatı ilə maraqlanmışdır. Nəbati 1873-cü ildə Üştibində vəfat etmiş və orada kənd qəbristanlığında dəfn edilmişdir. == Yaradıcılığı == Nəbati "Məcnun", "Məcnunşah", "Xançobanı" təxəllüsləri ilə yazmışdır.
Seyid Əbülqasim Xoyi
Seyid Əbülqasim Xoyi (19 noyabr 1899, Xoy – 8 avqust 1992[…], Kufə, Nəcəf mühafəzəsi) — müctəhid, ayətullah əl-üzma. == Həyatı == Əbulqasim ibn Əliəkbər ibn Haşim Musəvi Xoyi q. 1371-ci ildə (15 rəcəb) Xoy şəhərində dünyaya göz açmışdır. Məşrutə hərəkatı dönəmində yaranan problemlərdən sonra atası Nəcəf şəhərinə köçmüşdür. Bundan iki il sonra isə (1330-cu ildə) oğlu atasının yanına getmişdir. O, Nəcəfdə dövrünün Şeyx Fəthullah, Ayətullah Naini, Ayətullah Kompani, Seyid Hüseyn Badkubi və s. məşhur alimlərinin dərslərində iştirak edərək ictihad dərəcəsinə yetir. Mərhum Ayətullah Xoyi İslam elmlərinə böyük xidmətlər etmişdir. Onun Üsul elmində özünəməxsus metodu olmuşdur. Təsadüfi deyil ki, İran İslam İnqilabının lideri Ayətullah Xamenei onun haqqında deyir: "Biz, Mərhum Ayətullah Xoyiyə yalnız bir mərcəi-təqlid deyil, həm də böyük tədqiqatçı, pedaqoq və müəllif kimi baxırıq.
Seyid Əbülqasım Nəbati
Seyid Əbülqasim Nəbati (1812, Üştibin, Şərqi Azərbaycan ostanı – 1873, Üştibin, Şərqi Azərbaycan ostanı) — XIX əsr Cənubi Azərbaycan ədəbiyyatının nümayəndəsi. Həyat və yaradıcılığı ilə bağlı müxtəlif ziddiyyətli fikirlər var. == Həyatı == Əbülqasim Nəbati Cənubi Azərbaycanın Qaradağ vilayətinin Dizmar mahalının Üştibin qəsəbəsində ruhani ailəsində anadan olmuşdur. Onun əsli qədim dövrlərdən bəri Ərəbistanda, İranda və Azərbaycanda geniş yayılmış Nəbatilər tayfalarındandır. Atası Seyid Mir Yəhya Möhtərəm Üstibində və yaxın kəndlərdə dərvişlik edir, müxtəlif islami əqidələri yayırdı. Nəbati ilk təhsilini atasından almış, klassik poeziyanı, xüsusilə Hafiz yaradıcılığını və Şərq təsəvvüf ideyalarını dərindən öyrənmişdir. Yeniyetmə çağlarından atasına qoşulub qələndərlik edən Nəbati Azərbaycanın çox yerlərini piyada gəzib dolaşmışdır. Şeirlərindəki bioqrafik işarələrdən məlum olur ki, o, Qaracadağdan başqa Qarabağda-Əsgəranda, Ağdamda, Hindarxda və Muğanda, Salyanda, Lənkəranda, Təbrizdə, Xorasanda olmuş, bu yerlərin ədəbi-mədəni həyatı ilə maraqlanmışdır. Nəbati 1873-cü ildə Üştibində vəfat etmiş və orada kənd qəbristanlığında dəfn edilmişdir. == Yaradıcılığı == Nəbati "Məcnun", "Məcnunşah", "Xançobanı" təxəllüsləri ilə yazmışdır.
İlqar Əbülhəsənov
Şahzadə Əbülqasim türbəsi
Şahzadə Əbülqasim türbəsi — Azərbaycanın Lerik rayonunun Rvarud kəndində yerləşən türbə. Şahzadə Əbulqasim "ariflərin sultanı, türbəti müqəddəs, taliblərin ən seçilmişi" kimi ad çıxarmış Nizaməddin Şahsəvar Gülani Kəsgərinin (Seyyid Babagil) sərkərdəsi, qoşun başçısı olmuşdur. Baba Gilani (Babagil) vəfat edəndən sonra yerini və qoşununa başçılığı Şahzadə Əbulqasimə vəsiyyət edir. Şahzadə Əbulqasim bir müddətdən sonra "seyidlər ocağı" kimi tanınan Rvaruda gəlmiş, burada yaşamış, hörmət qazanmış və müqəddəs bir şəxs kimi dünyasını dəyişmişdir. Elə o vaxtdan onun qəbri müqəddəs bir ziyarətgah kimi məşhurlaşmışdır. Türbə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qeydiyyata alınaraq dini turizm marşutuna daxil edilmişdir.
Şeyx Əbülfət Şəbüstəri

"əbü" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#əbü nədir? #əbü sözünün mənası #əbü nə deməkdir? #əbü sözünün izahı #əbü sözünün yazılışı #əbü necə yazılır? #əbü sözünün düzgün yazılışı #əbü leksik mənası #əbü sözünün sinonimi #əbü sözünün yaxın mənalı sözlər #əbü sözünün əks mənası #əbü sözünün etimologiyası #əbü sözünün orfoqrafiyası #əbü rusca #əbü inglisça #əbü fransızca #əbü sözünün istifadəsi #sözlük