* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Basma güllü və ya saya yüngül pambıq parça. Gülnaz ucuzqiymətli çitdən sadə paltar geyirdi. T.Ş.Simurq. [Gülçöhrə:] Bu cür çitin arşınını biz həmişə səkkiz qəpikdən alırıq. Ü.Hacıbəyov. // sif. Həmin parçadan tikilmiş. Çit köynək. – Bir il bundan əvvəl kəndlərində yoldaşlarının çit libasına həsrət aparan Gülpəri indi ipək paltarda, üst-başı qızıl və cavahirat ilə bəzənmiş kəndlərinə qayıdacaqdı. S.S.Axundov. Qaratel sadə çit don geyib, başına ağ krepdeşin örpək örtmüşdü. Ə.Əbülhəsən.
Azərbaycan dilinin izahlı lüğəti / çit1 Çitəmək, çətən, çit sözləri kökdaşdır, “плетен” mənasını verir. Ситец formasında rus dilində də işlədilir. Bir çox mənbələrdə çit sözü hind mənşəli hesab olunur və “alabəzək” mənasını verən leksik vahid kimi təqdim olunur. Əslində, türk sözüdür. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / çit2 I сущ. ситец II прил. ситцевый. Çit paltar ситцевое платье, çit köynək ситцевая рубашка
Azərbaycanca-rusca lüğət / çit1 I. i. print, printed calico, printed cotton, chintz II. s. print; ~ don print dress
Azərbaycanca-ingiliscə lüğət / çit1 1) is. indienne f ; 2) sif. d’indienne ; ~ don robe f d’indienne
Azərbaycanca-fransızca lüğət / çit