* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 nida. “A kişi” sözünün canlı dildə işlənən ixtisar şəkli olub, yerinə görə etinasızlıq, narazılıq, yaxud təkid və s. hissləri ifadə edir. Əşi, tez ol da! Əşi, mən nə bilim. Əşi, o da yoldaşdır! Əşi, qoy getsin! – [Sultan bəy:] Əşi, xan ilə aş yemirəm ki, bığım yağa batar… Ü.Hacıbəyov. [Hüseyn:] Mən nə bilim, əşi, onun qolu necə olub?… S.Rəhman. [Qulu:] Əşi, o açarları bir bəri gətir. İ.Əfəndiyev. [Camal:] Əşi, ay Nəbi dayı, indidən niyə toyuq təkin hinə girmisiniz? Günün qulağı təzə batıb ki. Ə.Abasov.
Azərbaycan dilinin izahlı lüğəti / əşi1 межд. ну! (выражает побуждение к действию, удивление, иронию и др. чувства). Əşi, tez ol! ну-ка кончай! (поскорей)! əşi, gedək! ну, пойдем! Əşi, nə olub? ну, что случилось?
Azərbaycanca-rusca lüğət / əşi1 nid. well; why; now then; what; Əşi, bəs mən? Well, and what about me? Əşi, əlbəttə Why, of course; Əşi, mənə qulaq as! Now then, you, listen to me
Azərbaycanca-ingiliscə lüğət / əşi1 nid. Eh bien! Allons! ~, bəs mən? Eh bien et moi? ~, əlbəttə Voyons bien sûr! ~, mənə qulaq as! Allons, écoute-moi!
Azərbaycanca-fransızca lüğət / əşi