ASF sözü azərbaycan dilində

ASF

Yazılış

  • ASF • 80.0000%
  • asf • 6.6667%
  • AsF • 6.6667%
  • Asf • 6.6667%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Asfalt
Asfalt — xam neftin işlənməsi nəticəsində tərkibində ağır metalların və kükürd olan yan məhsul. Asfalt əsasən yol örtüyü olaraq bəzən də evlərin damlarını möhkəmləndirmək üçün istifadə olunur. Yol infrastrukturasında asfaltdan istifadə edilməzdən əvvəl səth betonla örtülməlidir. == Asfalt benzindən təhlükəlidir == ABŞ-də aparılmış tədqiqatlar göstərib ki, asfaltdan ayrılan və yay günəşi altında qızmış qaz halında ayrılmalar benzin və dizel mühərriklərinin tüstü qazlarından sağlamlıq üçün daha zərərli ola bilər. Yol universitetinin əməkdaşları yoldan götürülmüş bərk asfaltı laboratoriya sobasında qızdıraraq ayrılan maddələri analiz ediblər. Temperatur 40°-dən 60 °C-ə qədər artırıldıqda 12-25 karbon atomuna malik karbohidrogenlərin ayrılması iki dəfə artır. Belə maddələrin çoxu kanserogendir. İsti gündə asfalt 60 °C-ə qədər qıza bilər. Elektromobilə keçdikcə yanan yanacağın tüstü qazların miqdarı yollarda və küçələrdə azalacaq, asfaltın qızması nəticəsində ayrılan qazların təhlükə dərəcəsi artacaq. == Tarixi == Əvvəlcə, XIX əsrdə şəhər küçələri və yolları taxta və daşla döşənmişdir (daş səki).
Asfalten
Asfaltenlər — qatranlar, aromatik karbohidrogenlər və doymuş maddələrlə (məsələn, alkanlar kimi doymuş karbohidrogenlərlə) birlikdə xam neftdə olan molekulyar maddələrdir. "Asfalten" sözünü 1837-ci ildə Boussingault bəzi bitumların distillə qalıqlarının asfaltabənzər xüsusiyyətlərə malik olduğunu gördükdə işlətmişdir. Neft emalı zavodlarından əldə olunan asfalt və ya bitum məmulatları şəklində olan asfaltenlər, yollarda səki materialları, dam örtüklərinin hazırlanması, hidroizolyasiya, binaların bünövrələrində suya davamlı örtüklər kimi istifadə olunur. Asfaltenlər neftin tərkibində olan ən irimolekullu maddələr olub molekul kütlələri 1600–6000-dir. Onlar, ağır və qətranlı neftlərdə daha çoxdur. Elementar tərkibinə görə neft qətranlarına yaxındır, tərkibində 80–86% karbon, 0–9% kükürd, 1–9% oksigen və 2%-ə yaxın azot olur. Güman edilir ki, A. neft qatranlarının kondensasiyasından əmələ gəlir. A. tünd qonur, yaxud qara rəngdə neytral xassəli amorf maddələrdir, qızdırıldıqda ərimir, 300 C-dən yuxarı temperaturda parçalanaraq qaz və çətin yanan koksa çevrilir. Sənayedə asfaltenləri neftdən maye propanla çıxarırlar. == Tərkibi == Asfaltenlər əsasən karbondan (C4-), hidrogendən (H+), azotdan (N), oksigendən (O2-) və kükürddən (S2-), həmçinin az miqdarda vanadium (V) və nikeldən (Ni) ibarətdir.
Asferi̇k optika
Asferik optika-səthi sferik olmayan optik detallardan və ya onlardan qurulmuş sistemlərdən ibarətdir. Bir qayda olaraq “A.o.” termini optik oxa nəzərən 2-ci tərtib simmetriya səthinə malik (paraboloidal, ellipsoidal) və ya simmetriya oxu olmayan sistemlərə (silindrik) tətbiq olunur. Asferik optikanın (A.o) sferik optikaya nisbətən əsas üstünlüyü-aberrasiyaları düzəltmək mümkünlüyüdür. Verilmiş aberrasiyalı optik sistemin hesablanması zamanı bir asferik səth iki-üç sferik səthlə əvəz oluna bilər ki, bu da sistemin detallarının sayının kəskin azalmasına gətirib çıxarır. Bir sıra hallarda, məs., xüsusi genişbucaqlı obyektivlərin hesablanmasında A.o.-nı tətbiq etmədən məsələnin həlli mümkün olmur. Silindrik linzalı optik sistemlər (oxlu simmetriyası olmayan A.o.) optik oxdan keçən müxtəlif müstəvilərdə müxtəlif fokus məsafələrinə, yəni astiqmatizmə malikdirlər. Eynəklərdə gözün astiqmatizmini düzəltmək, anamorfot sistemlərdə isə mцxtəlif istiqamətlərdə, fərqli masştablı xəyalların (bax. Anamorfot taxma) alınması üçün tətbiq olunur. A.o.-nın hazırlanmasının və nəzarətin mürəkkəbliyi onun yayılmasını məhdudlaşdırır. == İstinadlar == Azərbaycan Sovet Ensiklopediyası Физический энциклопедический словарь (1 тн) Martin L."Техническая оптика", ingilis dilindən tərcümə M.1960; Rusinov M.M, "Техническая оптика", L. 1979.
Asfiksiya
Asfiksiya (q.yun. ἀ- — q.yun. σφύξη — nəbz; hərfən — nəbzin yoxluğu), və ya boğulma — kəskin tənəffüs çatışmazlığının ən ağır formasıdır. Bu zaman orqanizmə oksigen daxil olmur. Asfiksiyanın bir növü udma zamanı boğulma, ki xüsusi ilk yardım tələb edir (aşağıya baxın). Asfiksiyanın əmələ gəlməsinin əsas səbəbləri aşağıdakılardır: tənəffüs yollarının sıxılması, mənfəzinin şiş toxuması və ya yad cisimlə tutulması ağciyərlərə maye dolması suda boğulan adamların ağciyərlərinə su dolduqda dölün tənəffüs yoluna dölyanı maye dolduqda qırtlağın iltihab nəticəsində daralması tənəffüs əzələlərinin iflici toxuma tənəffüsünün pozulması. == Ümumi məlumat == Asfiksiya qazlar mübadiləsinin pozulması, hipoksik və hiperkapnik sindromun inkişafı ilə gedən, tənəffüs və qan dövranı pozulmalarına gətirib çıxaran həyati təhlükəli vəziyyətdir. Patologiyanın əsasında tənəffüs mərkəzinin disfunksiyası, ağciyərlərə havanın daxil olmasına mexaniki maneə, tənəffüs əzələlərinin zədələnməsi durur. Səbəbindən asılı olmayaraq asfiksiyanın bütün növlərində və formalarında təxirəsalınmaz (bəzən həm də reanimasion) tədbirlərin həyata keçirilməsi tələb olunur. Çünki kəskin oksigen aclığının başlanmasından bir neçə dəqiqə sonra ölüm baş verə bilər.
Asfodelinakimilər
Asfodelinakimilər (lat. Asphodelaceae) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinə aid bitki fəsiləsi.
Ağacvari asfodelina
Ağacvari asfodelina (lat. Asphodeline prolifera) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin asfodelinakimilər fəsiləsinin asfodelina cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükə həddinə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir, Qafqazın endemik növüdür. == Qısa morfoloji təsviri == Birillik ot bitkisidir. Kökləri nazik, qsa, qonurdur. Gövdə 10—50 sm hündürlüyündə, ortadan yuxarı budaqlanandır. Yuxarı tərəfi sıxyarpaqlı, aşağı hissəsi ağ pərdəli genişlənmişdir. Salxım boş, 4—10 çiçəklidir. Çiçəkyanlığı ağ, 8 mm uzunluğundadır. Çiçəkyanlığının yarpaqları ellipsivari, kütdür.
Sanjar Asfendiyarov
Sanjar Cabbar ulı Asfendiyarov(qaz. Санжар Жапарұлы Аспандияров; 20 oktyabr 1889, Daşkənd, Rusiya Türkistanı general-qubernatorluğu – 25 fevral 1938, Almatı) — qazax ictimai xadimi, Türkistan Muxtar Sovet Sosialist Respublikasında səhiyyə komissarı, torpaq və su təsərrüfatı komissarı. == Həyatı == Qazaxlarda onun adı və soyadı Sanjar Jafar ulu (Seyitjapar ulu, Jağıpar, Seyitjağıpar), rusdilli qaynaqlar isə Sanjar Djafaroviç Asfandiyarov (Aspandiyarov) kimidir. Onun şəcərəsi Əbilxayır xana bağlıdır. Əbilxayır xandan Sanjara gələn nəsil xətti belə göstərilir: Əbilxayır xan-Ayşşyak xan-Sıqalı (Syuqaliy) soltan-Asfendiar (İsfindiar) sultan-Seytjapar-Seytsanjar. Anası Güləndam da qazax xalqının qəhrəman oğlu, rus işğalcılarına qarşı savaşda şəhid olmuş Kensarı Qasım oğlunun nəvələrindən olduğunu ehtimal edirlər. Rusiyanın işğal etdiyi qazax torpaqlarının hökmdarlarının nəslindən olan Seyitjapar Türkistan Quberniya İdarəsində general-qubernatorun doğu dilləri üzrə tərcüməçisi işləmiş və polkovnik vəzifəsinədək yüksəlmişdir. Buna görə də Sanjar ata-baba mülklərində deyil, 1889-cu ilin oktyabrın 20-də atasının işlədiyi Daşkənd şəhərində anadan olur.Sanjar Asfandiyarov ilk təhsilini evdə xüsusi müəllimlərdən alaraq ərəb, fars, fransız, ingilis dillərini, Türkistanda yaşayan xalqların ləhcələrini, şəriəti öyrənir. Sonra Daşkənd realnı məktəbinə daxil olur və oranı 1907-ci ildə bitirir. Sankt-Peterburqdakı Hərbi Tibb Akademiyasını Rusiya Hərbi Dəniz Nazirliyinin təqaüdü ilə oxuyan Sanjar Asfandiyarov 1912-ci ildə ali təhsilini başa vurur.
Asfodelina
Asfodelina (lat. Asphodeline) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin asfodelinakimilər fəsiləsinə aid bitki cinsi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.12 dəfə / 1 mln.
2010 •••••••••• 0.27
2012 ••• 0.09
2013 •••••••••••••••••••• 0.58
2019 •••••••••••••••••••• 0.56
2020 ••••• 0.13

"asf" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#asf nədir? #asf sözünün mənası #asf nə deməkdir? #asf sözünün izahı #asf sözünün yazılışı #asf necə yazılır? #asf sözünün düzgün yazılışı #asf leksik mənası #asf sözünün sinonimi #asf sözünün yaxın mənalı sözlər #asf sözünün əks mənası #asf sözünün etimologiyası #asf sözünün orfoqrafiyası #asf rusca #asf inglisça #asf fransızca #asf sözünün istifadəsi #sözlük