Banya sözü azərbaycan dilində

Banya

Yazılış

  • Banya • 92.3077%
  • banya • 7.6923%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Banya
Banya (rus. баня) — soba ilə buxar hamamıdır. Buxar və yüksək istilik hamamlarda tərləməyə səbəb olur.
Banya Luka
Banya Luka — Bosniya və Herseqovinanın ikinci ən iri şəhəri və Serb Respublikasının paytaxtıdır.
Nişka-Banya
Nişka-Banya (serb. Ни́шка Ба́ња/Niška Banja) — Serbiyada, Niş şəhəri yaxınlığında yerləşən şəhər, kurort. Eyni adlı Nişka-Banya icmasının mərkəzi. 2011-ci ilin siyahıya alınmasına görə şəhərin əhalisi 4180 nəfərdir. == Ümumi məlumat == Nişka-Banya şəhəri Niş şəhərindən, Niş-Sofiya avtomaqistraldan 9 km cənubda yerləşir. Şəhər Suva Planina dağlarının ətəyindədir. Şəhərə ən yaxın hava limanı — Niş Hava Limanıdır. Ölkə paytaxtı Belqraddan şəhəri 250 km-lik məsafə ayırır. Şəhərin dəniz səviyəsindən orta hündürlüyü 248 metrdir. İlk dəfə şəhər haqqında 448-ci ildə məlumat verilmiş.
Peçka-Banya
Peçka-Banya (serb. Пећка Бања, alb. Banja e Pejës) — Metohiyanın qərbindəki İstok bələdiyyəsindəki qəsəbə. Əslində qismən tanınmış Kosovo Respublikasının hakimiyyəti tərəfindən idarə olunur. Balneoloji bir istirahət bölgəsidir. kurortdur. == Coğrafiya == === Yerləşməsi === Peçka-Banya qəsəbəsi İstok bələdiyyəsində, Qərbi Metohiyada yerləşir. Şimalda Velo icması, cənub-şərqdəki Dobruş icması və cənub-qərbdə isə Peç bələdiyyəsi ilə həmsərhəddir. Priştina şəhərindən 80 km və Peç şəhərindən 12 km məsafədə yerləşir. Yaxınlıqda Ağ Drin və Peçka-Bistritsa çayları var.
Banya Luka Universiteti
Banya Luka Universiteti (serb. Универзитет у Бањој Луци, bosn. Univerzitet u Banjoj Luci) — Bosniya və Herseqovinanın ikinci ən iri şəhəri və Serb Respublikasının paytaxtı olan Banya Luka şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin rektoru Milan Mataruqadır. == Tarixi == Banya Luka Universiteti 7 noyabr 1975-ci ildə yaranmışdır. == Fakültələri == Universitetin 16 fakültəsi var. == Kitabxanası == Universitetin zəngin kitabxana fondu var. == Kontingent == Universitetdə təxminən 17,000 tələbə təhsil alır. == Rəhbərlik == Universitetə rəhbərliyi rektor edir. == Xarici əlaqələri == Universitet fəaliyyəti dövründə bir çox universitetlərlə əməkdaşlıq etmişdir.
Banya Luka yeparxiyası
Banya Luka yeparxiyası (serb. Епархија бањалучка) — Bosniyanın şimal-qərbində yerləşən Serb Pravoslav Kilsəsinin yeparxiyası. == Tarixi == 1900-cü ildə Banya Luka Bixaç yeparxiyası, Dabro-Bosniya Mitropoliyasından ayrılaraq Konstantinopol Pravoslav Kilsəsinin bir hissəsi olaraq quruldu. Yeparxiyanın ərazisində 200-dən çox kilsə və ibadətgah var idi. 1925-ci ildə Banya Luka Bixaç yeparxiyası iki hissəyə bölündü, Banya Luka yeparxiyası və Bixaç yeparxiyası. II Dünya Müharibəsi ərəfəsində yeparxiyada 167 ibadətgah, 103 kilsə icması, 102 prixod və 2 fəaliyyət göstərən monastır (Qomionitsa və Moştanitsa) vardı. Pravoslav camaatı 424.075 nəfər idi. 1940-cı ildə Yuqoslaviyanın alman qoşunları tərəfindən işğalından sonra, yeparxiya 12 aprel 1941-ci ildə yaradılan Müstəqil Xorvatiya Dövlətinin ərazisində qaldı və burada Serbiya kilsəsi şiddətli təqibə məruz qalırdı. İkinci Dünya Müharibəsi illərində 64 pravoslav kilsəsi, 1 monastır və 34 prixod evi dağıdılmışdır, 94 kilsə arxivi məhv edilmişdir, 21 kilsə və 3 monastır ciddi ziyan görmüşdür. 1945-ci ildə Serb Pravoslav Kilsəsinin Arxierey Sinoduna görə, yeparxiyada 100 mindən çox pravoslav serb və 14 keşiş qətlə yetirilmişdir.
Banya Başı məscidi
Banya Başı məscidi (bolq. Баня баши джамия, türk. Banya Başı Camii) — Bolqarıstanın Sofiya şəhərində yerləşən məscid. Xeyriyyəçi Molla Əfəndi Kadı Seyfullahın təşəbbüsü və maddi yardımı ilə tikilib. Belə ki, müxtəlif mənbələrdə məscid “Molla Əfəndi” məscidi adı ilə və ya “Kadı Seyfullah” kimi də göstərilir. Qapının üstündəki tağda yerləşən daşın üzərində mətn köhnə boya ilə yazılıb, onu oxumaq mümkün deyil. Mətnin altında 974-cü il tarixi göstərilir ki, bu da məscidin hicri təqvimo ilə (islam təqvimi) 974-cü ildə və ya 1566-1567-ci illərdə tikildiyini göstərir. == Tarixi == Tikintisi 1567-ci ildə tamamlanan Banya Başı Avropanın ən qədim məscidlərindən biridir. Məscid öz adını hərfi mənada “hamamdan əvvəl” mənasını verən Banya Başi ifadəsindən alıb. Məscidin ən görkəmli xüsusiyyəti onun əslində təbii termal spa üzərində inşa edilməsidir.
Banya-Luka Beynəlxalq Aeroportu
Banya-Luka (serb. Међународни аеродром Бања Лука, bosn. Međunarodni aerodrom Banja Luka) — Bosniya və Herseqovina ərazisində yerləşən beynəlxalq hava limanı. Hava limanı bəzən Maxovlyani Aeroportu adlanır. Bu cür adlanma onun yaxınlığında yerləşən kəndin adı ilə əlaqədardır. Hava limanı Bnya-Luka dəmir yol stansiyasından 18 km şimal-şərqdə yerləşir. Banya-Luka Bosniya və Herseqovinanın ikinci böyük şəhəridir. Üstəlik Serb Respublikasının paytaxtıdır. == Tarixi == Banya-Luka Beynəlxalq hava limanının inşasına 1976-cı ildə başlanmışdır. O dövr üçün hava limanı yerli əhəmiyyətli bir aeroport olaraq inşa edilmişdir.
Qradişka–Banya Luka avtomagistralı
Qradişka–Banya Luka avtomagistralı (serb. Autoput Gradiška–Banja Luka / Аутопут Градишка — Бања Лука) — Bosniya və Herseqovinadakı avtomobil yolu, Qradiska şəhərini Banya Luka şəhəri ilə birləşdirən E661 Avropa marşrutunun bir hissəsidir. Buraya dörd qovşaq (Maxovlyanska, Krnete, Berek və çatrne) və iki tunel (Laktaşi və Klaşniçe) daxildir. Ümumi uzunluğu 32,1 km-dir. Maxovlyanskaya döngəsi 15 may 2012-ci ildə nəqliyyat üçün açılıb, onun Doboya əlavə çıxışı var. Qovşağındakı Krnete döngəsində Aleksandrovas, Berek döngəsində Novu Topolaya, Çatrne döngəsində Kozarska-DubiKa-Qradiska avtomobil yoluna çıxış var. 16 mart 2015-ci il tarixindən etibarən yolda gediş haqqı ödənişlidir. Gediş haqqı 2 ilə 10 konvertasiya markası (1 avrodan 5 avroya qədər) dəyişir. == Tikinti == Avtomobil yolunun tikintisinə 2004-cü il sentyabrın 8-də başlanılıb. Planlaşdırılan tamamlama tarixi əvvəlcə 2008-ci il olub, lakin Klaşnikadan Maxovlyana qədər olan yolun 5,6 km hissəsi yalnız 2011-ci ildə açılıb.
Banya-Luka Beynəlxalq Hava Limanı
Banya-Luka (serb. Међународни аеродром Бања Лука, bosn. Međunarodni aerodrom Banja Luka) — Bosniya və Herseqovina ərazisində yerləşən beynəlxalq hava limanı. Hava limanı bəzən Maxovlyani Aeroportu adlanır. Bu cür adlanma onun yaxınlığında yerləşən kəndin adı ilə əlaqədardır. Hava limanı Bnya-Luka dəmir yol stansiyasından 18 km şimal-şərqdə yerləşir. Banya-Luka Bosniya və Herseqovinanın ikinci böyük şəhəridir. Üstəlik Serb Respublikasının paytaxtıdır. == Tarixi == Banya-Luka Beynəlxalq hava limanının inşasına 1976-cı ildə başlanmışdır. O dövr üçün hava limanı yerli əhəmiyyətli bir aeroport olaraq inşa edilmişdir.
Banya Luka Roma-Katolik yeparxiyası
Banya Luka yeparxiyası (bosn. Banjalučka biskupija, lat. Dioecesis Bania Lucensis) — mərkəzi Bosniya və Herseqovinanın Banya Luka şəhərində yerləşən və Roma adətini saxlayan katolik yeparxiya. Yeparxiya 5 iyul 1881-ci ildə, Vrhbosna mitropoliyasının suffraqan yeparxiyası olaraq quruldu. 1887-ci ildə yeparxiyada, 1969-cu il zəlzələsi ilə tamamilə məhv edilən Müqəddəs Bonaventura Katedrali inşa edildi. Katedralin müasir binası 1974-cü ildə salınmışdır. Yeparxiya əsasən tarixi serb çoxluğu olan müasir Serb Respublikası ərazisində yerləşir. Yeparxiya katoliklərinin böyük əksəriyyəti tarixən etnik xorvatlardır. 1990-cı ildə yeparxiyada 91 min katolik var idi. 1990-cı ildə yeparxiyada 91 min katolik var idi.
Banyak
Banyak (ind. Pulau Banyak) — İndoneziyada yerləşən adalar qrupu. Hind okeanının şərqində, Summatra adasının qərbində, Simeulue və Nias adaları arasında yerləşir. Qrupa 99 ada daxildir. Adalarıln sahəsi 319 km²-dir. Əhalisi - 6050 nəfər (2007). Əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edir. 2005-ci ilkin martında Simeulue və Nias adaları arasında güçlü zəlzələ nəticəsində meydana gələn sunami sahil zolağındaki yaşayış məntəqələrini yer üzündən silmişdir.
Banyan VINES
Banyan VINESVINES (for Virtual Integrated NEtwork Service) Banyan şirkətinin təklif etdiyi şəbəkə növü (Banyan uzun budaqları və çoxlu kökləri olan ağacdır.) 1984-cü ildə istifadəyə verilmişdir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Banyatika
Banyatika (it. Bagnatica) — Berqamonun inzibati mərkəzinə tabe olan, Lombardiya bölgəsində yerləşən kommuna. Əhalisi 3625 nəfər, əhali sıxlığı 604 nəfər / km²-dir. Sahəsi 6 km² ərazini əhatə edir. Poçt kodu — 24060. Telefon kodu — 035. Kommunanın hamisi müqəddəs Vəftizçi Yəhya sayılır. Şəhər bayramı 24 iyun tarixində qeyd edilir.
Müqəddəs Nikita kilsəsi (Banyane)
Müqəddəs Nikita kilsəsi (Banyane) — Çuçer-Sandevo və Qornyan kəndləri arasında yerləşən Banyane kəndində orta əsrlərə aid pravoslav kilsəsi. Kilsə və bütün kəndlər Şimali Makedoniyanın Çuçer-Sandevo bələdiyyəsinin tərkibinə daxildir. Hazırda kilsə Skopye yeparxiyasına, Ohrid arxiyepiskopluğuna məxsusdur. == Tarixi == Müqəddəs Nikitaya həsr olunmuş monastır və kilsə 1300-cü ildə Serb kralı kralı Milutin tərəfindən əvvəlki kilsənin xarabalıqları üzərində tikilmişdir. Monastır Milutin tərəfindən tikildikdən qısa müddət sonra Athos dağındakı Serb Hilandar monastırına bağışlandı. Müqəddəs Nikita kilsəsi 1484-cü ildə tamamilə təmir edilmişdir. == Memarlıq == Banyandakı Müqəddəs Nikita kilsəsi dörd sütunlu sadə xaç formalı bazaya malikdir. Xarici bəzək tipik Bizans üslubunda daş və qırmızı kərpicdən hazırlanmışdır. Ən gözəl bəzək apsis divarındadır. Müqəddəs Teodorun qalxanındakı imza kilsəni kral Milutinin sevimli saray rəssamı Evtixinin oğlu məşhur Mixail tərəfindən çəkildiyini və onun digər kilsələrinin bir çoxunu da çəkdiyini göstərir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.07 dəfə / 1 mln.
2006 •••••••••••••••• 0.23
2012 •••••• 0.09
2013 •••••••••• 0.15
2017 ••••••••••• 0.16
2018 •••••••••••••••••••• 0.30
2020 •••••••••••••••••• 0.27

Oxşar sözlər

#banya nədir? #banya sözünün mənası #banya nə deməkdir? #banya sözünün izahı #banya sözünün yazılışı #banya necə yazılır? #banya sözünün düzgün yazılışı #banya leksik mənası #banya sözünün sinonimi #banya sözünün yaxın mənalı sözlər #banya sözünün əks mənası #banya sözünün etimologiyası #banya sözünün orfoqrafiyası #banya rusca #banya inglisça #banya fransızca #banya sözünün istifadəsi #sözlük