Demy sözü azərbaycan dilində

Demy

Yazılış

  • Demy • 50.0000%
  • demy • 50.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Demy
Dimitra Papadea (yun. Δήμητρα Παπαδέα; 21 avqust 1991, Afina) və ya səhnə adı ilə Demy — Yunanıstan müğənnisi. O, Yunanıstanın Panik Record albom şirkəti ilə uzun müddətlik anlaşma imzalamışdır. İndiyə kimi müğənninin iki studio albomu işıq üzü görmüşdür; 2012-ci ildə "#1" albomu və 2014-cü ildə "Rodino Oniro" albomu. 2017-ci ildə Demy bütün ingilis dilində olan mahnılarından təşkil olunmuş albom buraxmışdır. Müğənninin Yunanıstan hit paradlarında yer alan səkkiz ədəd nömrə 1 mahnısı və iki ədəd nömrə bir albomu olmuşdur. Karyerasının başlanğıcından indiyədək Demy 30 dəfə Yunanıstanın məşhur MAD Video Music Awards mükafatlandırma mərasimində mükafata namizəd göstərilmiş və ümumilikdə 11 mükafat qazanmışdır. Bu mükafatlardan ikisi "Ən yaxşı yeni ifaçı" və "Ən yaxşı qadın ifaçı" kateqoriyaları üzrə əldə edilmişdir. Demy Yunanıstan üzrə 4-cü ən çox mükafat qazanmış müğənnidir. Demy eyni zamanda "Ən yaxşı Yunan ifaçısı" kateqoriyasında MTV Europe Music Awards mükafatı qazanmışdır.
Demy (müğənni)
Dimitra Papadea (yun. Δήμητρα Παπαδέα; 21 avqust 1991, Afina) və ya səhnə adı ilə Demy — Yunanıstan müğənnisi. O, Yunanıstanın Panik Record albom şirkəti ilə uzun müddətlik anlaşma imzalamışdır. İndiyə kimi müğənninin iki studio albomu işıq üzü görmüşdür; 2012-ci ildə "#1" albomu və 2014-cü ildə "Rodino Oniro" albomu. 2017-ci ildə Demy bütün ingilis dilində olan mahnılarından təşkil olunmuş albom buraxmışdır. Müğənninin Yunanıstan hit paradlarında yer alan səkkiz ədəd nömrə 1 mahnısı və iki ədəd nömrə bir albomu olmuşdur. Karyerasının başlanğıcından indiyədək Demy 30 dəfə Yunanıstanın məşhur MAD Video Music Awards mükafatlandırma mərasimində mükafata namizəd göstərilmiş və ümumilikdə 11 mükafat qazanmışdır. Bu mükafatlardan ikisi "Ən yaxşı yeni ifaçı" və "Ən yaxşı qadın ifaçı" kateqoriyaları üzrə əldə edilmişdir. Demy Yunanıstan üzrə 4-cü ən çox mükafat qazanmış müğənnidir. Demy eyni zamanda "Ən yaxşı Yunan ifaçısı" kateqoriyasında MTV Europe Music Awards mükafatı qazanmışdır.
Aleksandr Demyanenko
Aleksandr Sergeyeviç Demyanenko (rus. Александр Сергеевич Демьяненко; 30 may 1937, Sverdlovsk – 22 avqust 1999, Sankt-Peterburq) — Sovet və Rusiya aktyoru, RSFSR-in xalq artisti (1991). == Həyatı == Aleksandr Sergeyeviç Demyanenko 30 may 1937-ci ildə anadan olmuşdur. O, ən tanınmış rus aktyorlarından biri idi. Onun ifa etdiyi Şurik rolu ötən əsrin 60-cı illərində komediya aləmində ən məşhur obraz sayılırdı. Sverdlovskda 37 saylı məktəbi uğurla bitirdikdən sonra Demyanenko aktyorluq sənətinə yiyələnmək qərarına gəlir. Bu sahə üzrə təhsil aldıqdan sonra o, Mayakovski adına teatrın səhnəsində bir neçə rol ifa edir. Bundan sonra Aleksandr paytaxtı tərk edir və ömrünün sonuna qədər yaşayacağı Leninqrada gedir. О 1984-cü ildən Akimov adına komediya teatrının aktyoru kimi çalışmağa başlayır. A. Demyanenko bu teatrın səhnəsində bir sıra parlaq obrazlar canlandırır.
Anatoli Demyanenko
Anatoli Vasilyoviç Demyanenko (ukr. Анатолiй Васильович Дем'яненко, 19 fevral 1959, Dnepropetrovsk, Ukrayna SSR, SSRİ) — keçmiş ukraynalı futbolçu və futbol məşqçisi. SSRİ milli futbol komandasında çıxış etmiş, Kiyev "Dinamo"sunun uzun müddət kapitanı olmuşdur. Beynəlxalq İdman Ustası (1980), SSRİ-nin Əməkdar İdman Ustasıdır (1986). Kiyev Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib. == Bioqrafiya == 19 fevral 1959-cu ildə Dnepropetrovskda anadan olmuşdur. Uşaq ikən xokkey və futbolu eyni dərəcədə yaxşı oynayıb. Dnepr məktəbinin şagirdi olub (1971—1975). İlk məşqçiləri Mixail Kolomoets və Volodimir Anufrienko olub. "Mulya" ləqəbi Demyanenkoya uşaqlıqda qoyulub — yuxarı mərtəbədə yaşayan, soyadı Muravski və həyətdəki ləqəbi Murik olan qonşu, Anatolinin böyük qardaşını ziyarətə gəlib.
Demyan Bednıy adaları
Demyan Bednıy adaları — Şimal Torpağının qərb hissəsində (Rusiya) yerləşın adalar qrupu. Adalar Şimal Buzlu okeana daxil olan Kara dənizi suları ilə əhatələnir. İnzibati cəhətdən isə Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. Adalar qrupunun tərkibinə 8 ada və ən azı beş adacıq daxildir. Onlar cənub-şərqdən şimal qərbə doğru 10 km məsafədə uzanır. Qrupun şərq nöqtəsini təşkil edən ada Komsomoles adasından Posadoçnaya çayının mənsəbindən 5 km şimalda yerləşir. Tərkibi (qərbdən şərqə): Kolobok — oval formaya malik və şimalında kiçik körfəzi olan ada. Ada 650 m uzunluğa malikdir. Şimal — elədə böyük olmayan qayadan ibatət olan ada. 800 metr uzunluğa malikdir.
Demyanka çayı
Demyanka — Qərbi Sibir ərazisindən axan və İrtışın sağ qolunu təşkil edən çay. == Coğrafiyası == Çay başlanğıcını Vasyuqan bataqlığıdan Omsk vilayətinin şimal-şərqindən götürür. Sonra Tümen vilayətinin Uvatski rayonu ərazisinə keçir. Ən iri qolları: Keum, Tyamka (sağ), Tequs, Urna, İmqıt, Böyük Kunyak (sol). Çayın uzunluğu 1159 km təşkil edir. Su hövzəsinin sahəsi 34800 km², düşməsi 90 metrdir. 50 qolun uzunluğu 10 km çoxdur. Hövzəsinə 1689 su axarı tökülür. Qollarının birlikdə uzunluğu 10 913 km təşkil edir. Çay kənarlarında qarışıq meşələr yayılmışdır.
Demyen Şazel
Damyen Şazel (19 yanvar 1985[…], Providens[d]) Fransız-Amerikalı rejissor, film istehsalçısı və ssenarist, Whiplash (2014), La La Land (2016) və First Man (2018) filmləri ilə tanınır.
Valentin Demyanenko
Valentin Demyanenko (23 oktyabr 1983, Çerkasi) — 2004–2007-ci illərdə Ukraynanı, 2008–2016-cı illərdə isə Azərbaycanı təmsil edən kanoeçi. Valentin Demyanenko 2012-ci ildə Londonda (Birləşmiş Krallıq) və 2016-cı ildə Rio-de-Janeyroda (Braziliya) baş tutan Olimpiya Oyunlarında Azərbaycanı təmsil edib. Bununla da o, bu idman növü üzrə turnirlərdə Azərbaycanı təmsil edən birinci idmançı olub. 2016-cı il Rio-de-Janeyro Olimpiadasının gümüş medalına sahib olan Valentin Demyanenko bu idman növü üzrə bütün zamanların ən titullu Azərbaycan idmançısı hesab olunur. Karyerası ərzində Valentin Demyanenko dörd dəfə Dünya Çempionatlarının qızıl medallarına sahib olub — 2005, 2009, 2011 və 2013-cü illərdə. == Həyatı == Valentin Demyanenko 1983-cü il oktyabrın 23-də Çerkası şəhərində anadan olub. 1995-ci ildə idmanla məşğul olmağa başladı. Şəxsi məşqçisi Anatolu Dudnidir. == Karyerası == === 2005-ci il: 21 yaşında Xorvatiyada Dünya çempionluğu === 21 yaşlı Valentin Demyanenkonun beynəlxalq səviyyədə birinci nüfuzlu turniri 28–31 iyulda Polşanın Poznan şəhərində baş tutan Avropa Çempionatı oldu. C1–200 turnirinin final mərhələsində Valentin Demyanenko 40.226 saniyə nəticə göstərdi və doqquz idmançı sırasında sadəcə Rusiya nümayəndəsi Maxim Opalevdən 0.102 saniyə geri qalaraq Avropa Çempionatını gümüş medalla başa vurdu.Daha sonra Valentin Demyanenko 2005-ci ilin 25–28 avqustunda Xorvatiyanın Zaqreb şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı.
Şandor Demyan
Şandor Demyan (mac. Demján Sándor; 14 may 1943 – 26 mart 2018, Budapeşt) — Macarıstan sahibkarı, ölkənin ən varlı insanlarından idi. TriGránit şirkətinin rəhbəri olmuşdur. == Həyatı == Macarıstan krallığının Berven kommunasında (indiki Rumıniya) anadan olmuşdur. Sekellər subetnosundan olan atası 1940-cı ildə Macarıstana köçdü, ancaq II Dünya Müharibəsi zamanı öldürüldü. Dunay şvablarından olan anası müharibə köçkünü kimi Bervenə gəldi. 1965-ci ildə Demyan Budapeşt Ticarət və Turizm Kollecini bitirdi. Sonradan Gorsium ÁFÉSZ şirkətinin prezidenti oldu (1968–1973), 1973–1986-cı illərdə isə onların birgə müəssisəsinin həmsədri oldu. 1986–1990-cı illərdə Macarıstan Kredit Bankının təsisçilərindən biri və rəhbəri idi. 1990-cı ildən Mərkəzi Avropa İnkişaf Korporasiyasının təsisçisi və tərəfdaşı idi, 1991-ci ildə isə Mərkəzi Avropa İnvestisiya Şirkətinin rəhbəri oldu.
Şimal adası (Demyan Bednıy adaları)
Şimal adası — Sedov arxipelaqı qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Kara dənizində, Demyan Bednıy adalarının şimalında yerləşir. Öz adınıda yerləşdiyi mövqeyi ilə əlaqədar almışdır. Komsomoles adasının 12,3 km şimal-qərbdə yerləşir. 550 m qərbdə Kolobok adası, 1 km-dən bir az artıq məsafədə Çervyak və Utyonok adaları yerləşir. Adalar su altı qumlu sayla bir-birinə birləşmişdir. == Təsviri == Ada uzunsov formaya malikdir. Uzunluğu 700 metrdir. Qərbində kiçik göl vardır.
İvan Demyanyuk
İvan Nikolayeviç Demyanyuk (ukr. Іван Миколайович Дем’янюк, ing. John Demianiuk; 3 aprel 1920[…] – 17 mart 2012[…], Bad-Faylnbax[d], Bavariya) — Ukrayna əsilli keçmiş ABŞ və SSRİ vətəndaşı İkinci Dünya müharibəsi zamanı nasistlərin bir neçə konsentrasiya düşərgəsində mühafizəçi kimi xidmət edərkən törədilmiş hərbi cinayətlərdə ittiham olunur. Əvvəllər Demyanyukun məşhur qəddar mühafizəçi "İvan Qroznı" ola biləcəyi iddiası irəli sürülürdü.Almaniyadakı son məhkəməsi zamanı o, Sobibor ölüm düşərgəsində gözətçi kimi xidmət edərkən 28.000-dən çox insanın qətlində iştirak etməkdə ittiham edilib. Onun məhkəməsi 18 ay davam etdi. 2011-ci ilin mayında İvan Demyanyuk 5 il müddətinə azadlıqdan məhrum edildi. Lakin Apellyasiya Məhkəməsinin təqsirləndirilən şəxsin ölümünə qədər hökm çıxarmağa vaxtı olmadığından hökm heç vaxt qüvvəyə minmədi. Bu səbəbdən Demyanyuk məhkum olunmamış hesab olunur. 2020-ci ilin yanvar ayında Berlində Sobibor düşərgəsindən əvvəllər məlum olmayan fotoşəkillər aşkar edildi. Medianın məlumatına görə, bu fotoşəkillərdə keçmiş gözətçi İvan (Con) Demyanyuk da var idi.

Oxşar sözlər

#demy nədir? #demy sözünün mənası #demy nə deməkdir? #demy sözünün izahı #demy sözünün yazılışı #demy necə yazılır? #demy sözünün düzgün yazılışı #demy leksik mənası #demy sözünün sinonimi #demy sözünün yaxın mənalı sözlər #demy sözünün əks mənası #demy sözünün etimologiyası #demy sözünün orfoqrafiyası #demy rusca #demy inglisça #demy fransızca #demy sözünün istifadəsi #sözlük