Elşad sözü azərbaycan dilində

Elşad

Yazılış

  • Elşad • 99.4654%
  • ELŞAD • 0.4989%
  • elşad • 0.0356%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Elşad
Elşad — kişi adı. Elşad Abbaszadə — Kiçik çavuş. Şəhid. Elşad Bayramov — Şəhid. Elşad Məmmədov Elşad Məmmədov (icra başçısı) — Naxçıvan Muxtar Respublikası Ordubad rayonu İcra hakimiyyətinin başçısı. Elşad Məmmədov (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı. Elşad Mirbəşir — Siyasi elmlər namizədi Elşad Tahirov — Azərbaycan futbolçusu Elşad Şabanov — Elşad Ələsgərov — Elşad Fərəcullayev Elşad Quliyev Elşad Quliyev — Azərbaycan SSR elm və incəsənət xadimi. Elşad Quliyev (baş məşqçi) — keçmiş Azərbaycan futbolçusu, baş məşqçi. Elşad Quliyev (polkovnik-leytenant) — Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin şəhid polkovnik-leytenantı.
Elşad Abbaszadə
Elşad Abdullayev
Elşad Abdullayev (25 sentyabr 1954, Kürdəmir rayonu) — Hüquq elmləri doktoru, professor, Azərbaycanda Gülərgeyt kimi adlanan Gülər Əhmədova olayının əsas təşkilatçısı. == Həyatı == Elşad Abdullayev 1954-cü il sentyabrın 25-də Kürdəmir rayonunda anadan olub. 1961-ci ildə 1 saylı orta ümumtəhsil məktəbinə getmiş, 1971-ci ildə həmin məktəbi bitirmişdir. 1974-cü ildə BDU-nun Hüquq fakültəsinə qəbul olub, 1979-cu ildə isə həmin fakültəni fərqlənmə ilə bitirmişdir. 1985-ci ildə Moskvada namizədlik dissertasiyasını müdafiə etmişdir. 1995-ci ildən BDU-nun "Konstitusiya hüququ" kafedrasının dosenti olmuşdur. 2000-ci ildə Moskvada doktorluq dissertasiyasını müdafiə etmişdir. 2004-cü ildən BDU-nun "Konstitusiya hüququ" kafedrasının professoru olmuşdur. 23 aprel 2004-cü ildə RTA-nın ümumi iclasında Rusiya Dövlət Təhsil Akademiyasının üzvü seçilmişdir. 2005-ci ildə AR Təhsil Nazirinin sərəncamı ilə "Qabaqcıl Təhsil işçisi" döş nişanı ilə təltif olunmuşdur.
Elşad Allahverdiyev
Elşad Allahverdiyev (27 iyun 1973) — Azərbaycanı təmsil edən sərbəst güləşçi. == Karyerası == Elşad Allahverdiyev 1994-cü ildə İtaliyada baş tutan Avropa Çempionatını beşinci pillədə başa vurdu. 1995-ci ildə isə Elşad Allahverdiyev İsveçrədə Avropa Çempionatında 11-ci, Birləşmiş Ştatlarda Dünya Çempionatında isə 18-ci pillədə qərarlaşdı. 1996-cı ilin martında Macarıstanda baş tutan Avropa Çempionatını beşinci pillədə başa vuran Elşad Allahverdiyev həmin ilin iyununda Azərbaycanı Atlanta şəhərində (ABŞ) baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil elədi. Turnirin birinci görüşündə Elşad Allahverdiyev Macarıstan nümayəndəsi Yanos Forins ilə üz-üzə gəldi. Həmin görüşdə Elşad Allahverdiyev rəqibinə 4:0 hesabı ilə qalib gəldi və növbəti mərhələyə adladı. Bu mərhələdə isə onun rəqibi Cənubi Koreya nümayəndəsi Hvan San-O oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Elşad Allahverdiyev rəqibinə 4:5 hesabı ilə məğlub oldu və mübarizəsini təsəlliverici qrupda davam elədi. Bu qrupda onun birinci rəqibi Estoniya güləşçisi Küllö Koiv oldu. Həmin görüşdə Elşad Allahverdiyev rəqibinə 1:5 hesabı ilə məğlub oldu və nəticədə Atlanta Olimpiadasını 14-cü pillədə başa vurdu.
Elşad Ağayev
Elşad Baloğlanlı
Elşad Bayramov
Elşad Bayramov — Quba rayonunun Alpan kəndinin ilk şəhidi. == Həyatı == Elşad Bayramov 1971-ci ilin 29 aprelində anadan olmuşdur. 1988-ci ildə kənd orta məktəbini bitirmiş, bir müddət Sabir adına sovxozda fəhlə işləmişdir. 1989–1992-ci illərdə Sovet Ordusu sıralarında xidmət etmiş və 1992-ci iin iyul ayında Milli orduya yazılmışdır. Elşad şərəfli döyüş yolu keçmişdir. Torpaqlarımızın erməni qəsbkarlarından qorunmasında fədakarlıq göstərmişdir, amma onun bu döyüş yolu çox qısa olmuşdur. 1992-ci ilin sentyabrın 17-də Ağdərə rayonunun Çaldıran kəndi uğrunda gedən ağır döyüşdə şəhid olmuşdur. Cəbhə yoldaşlarından, Xucbala kənd sakini Sərvər Bağırov Elşadın şəhid olduğu anı xatırlayarkən deyir: "Heç ölməli oğul deyildi. O hamıya ürək dirək verirdi. Sentyabrın 17-də səhər saat 5 radələrində gördük ki, Çaldıran kəndi tərəfdən üstümüzə bir dəstə adam gəlir.
Elşad Eyvazlı
Elşad Eyvazlı (azərb. Eyvazlı Elşad Səməndər oğlu‎; 1973, Sarıdaş, Kəlbəcər rayonu) — Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası əməkdar jurnalisti. == Həyatı == Eyvazlı Elşad Səməndər oğlu 1973-cü ildə Kəlbəcər rayonunda anadan olub. 1990-cı ildə Kəlbəcər rayonu Sarıdaş kənd orta məktəbini bitirib. Ali təhsilini “Təfəkkür” Universitetinin jurnalistika fakültəsində bakalavr və magistatura mərhələləri üzrə başa vurub. Bakı Dövlət Universitetinin doktorantıdır. Jurnalist fəaliyyətinə 1998-ci ildə “Azərbaycan gəncləri” qəzetində başlayıb. “Hər gün”, “Bizim əsr”, “Fədai”, “525-ci qəzet”, “Üç nöqtə”, “Xəzər” və başqa qəzetlərdə çalışıb. 2006-cı ildən Tərəfsiz (Parlament) Jurnalistlər Birliyinin sədridir. 01.09.2009-cu ildən “Modern” Media Qrupun direktoru, 01.03.2018-ci ildən “Azedu.az” Təhsil Saytının rəhbəridir.
Elşad Əkbərov
Elşad Əkbərov Surxay oğlu — Birinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == 1967-ci il 27 aprel Yevlax rayonu Dəmiryolçular qəsəbəsində anadan olmuşdur. 2 il Rusiyada hərbi xidmətdə olub. 1994-cü il aprelin 24-də Ağdam rayonu Güllücə kəndini ermənilərdən müdafiə etmək üçün əmr alıb və həmin yerdə şəhid olub.
Elşad Musayev
Elşad Musayev (5 sentyabr 1963, Allahverdi rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Böyük Azərbaycan Partiyasının sədri, Azərbaycan Milli İstiqlal Partiyasının sabiq baş katibi və təşkilati məsələlər üzrə sabiq katibi. == Həyatı == Elşad Musayev 5 sentyabr 1963-cü ildə Ermənistan Sovet Sosialist Respublikasının Allahverdi rayonunda doğulmuşdur. Elşad Musayev Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. Elşad Musayev evlidir, 4 övladı var. == Siyasi fəaliyyəti == Müstəqilliyin bərpasından sonra Azərbaycan Xalq Cəbhəsi bazasında yeni yaranmış Azərbaycan Milli İstiqlal Partiyası Təşkilat Komitəsi 3 iyul 1992-ci il tarixinə qurultay çağırmışdır. 3 iyul 1992-ci ildə Bakıda, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının binasında partiyanın Təsis Qurultayı keçirilmişdir. Qurultayın ikinci günündə rəhbər orqanlar seçkilər keçirilmişdir. Qurultayda 1-i qadın, 14-ü kişi olmaqla 15 nəfər Mərkəzi Nəzarət-Təftiş Komissiyasına üzvü seçilmişdir. Onlardan biri də Elşad Musayev olmuşdur. Elşad Musayev 1994–1995-ci illərdə Azərbaycan Milli İstiqlal Partiyasının təşkilati məsələlər üzrə katibi, 1996–1998-ci illərdə isə baş katibi olmuşdur.
Elşad Ərşadoğlu
Elşad Ərşadoğlu - ELsevƏR (Elşad Ərşad oğlu Əliyev; 29 iyul 1986, Yağlıvənd, Füzuli rayonu) — Azərbaycan şairi, kino ssenaristi, rejissoru, və redaktoru. Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü. == Həyatı == Elşad Ərşadoğlu 29 iyul 1986-cı ildə Füzuli rayonunun Yağlıvənd kəndində anadan olub. Orta məktəbi 1993-cü ildən məcburi köçkün kimi məskunlaşdığı İsmayıllı rayonunun Quşencə (Zoğallıq) kəndində bitirib. Bakı Dövlət Universitetinin filologiya fakültəsində 2004–2008-ci illərdə bakalavr, 2009–2011-ci illərdə magistr təhsili alıb. 2008–2009-cu illərdə həqiqi hərbi xidmətdə olub. 1998-ci ildə bədii yaradıcılığa başlamış, 2002-ci ildə "İnam yolu" qəzetində ilk şeiri çap olunduğu vaxtdan "Azərbaycan", "Ulduz" jurnallarında, "Ədəbiyyat", "525-ci qəzet", "Ədalət" və digər qəzet, jurnal və almanaxlarda, ədəbiyyat internet portallarında şeirləri ilə müntəzəm şəkildə çıxış edir. Şeirləri italyan, rus, özbək dillərinə və Türkiyə türkcəsinə tərcümə olunaraq İtaliyada, Rusiyada, Özbəkistanda və Türkiyədə çap olunub. Bədii yaradıcılıqla yanaşı elmi fəaliyyətlə də məşğul olmuş, Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Hüseyn Cavid kimi klassiklərin yaradıcılığı haqqında yazdığı məqalələri müxtəlif elmi jurnallarda nəşr olunmuşdur. 2008–2010-cu illərdə M. F. Axundzadə adına Azərbaycan Milli Kitabxanasında fəaliyyət göstərmiş, Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyi tərəfindən yaradılan Gənc Ədiblər Məktəbinin məzunu olunmuşdur.
Elşad Fərəcullayev
Elşad Hüseynov
Elşad Hüseynov (8 oktyabr 1968, Xıl, Masallı rayonu – 15 iyun 1992, Fərrux, Xocalı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı. == Həyatı == 1960-ci il 8 oktyabr Masallı rayonunun Xıl kəndində anadan olmuşdur. 1978-ci ildə burada məktəbi bitirib sovxozda işləyir. 1979–1981-ci illərdə Batumidə hərbi xidmətdə olmuşdur. Daha sonra Bakı şəhərində DİN-nin milis nəfəri kimi işə qəbul olunur. Ermənilərin doğma torpaqlarımıza basqınlarını görən Elşad cəbhəyə getmək istəyirdi, bir neçə dəfə müraciətdən sonra o cəbhəyə yola düşür. == Döyüşlərdə iştirakı == Elşad Cuvarlı, Ağbulaq və bir çox başqa kəndlərin azad edilməsində rəşadətlə vuruşdu. Onun şücaəti erməni qəsbkarlarını lərzəyə salmışdı. 15 iyun 1992-ci il döyüşçülərimiz Fərrux kəndini düşməndən azad etməli idilər. Elşad döyüşün qızğın yerində idi, mövqeyini dəyişmək istəyərkən düşmən gülləsinə tuş gəldi.
Elşad Həsənov
Elşad Eldar oğlu Həsənov (27 sentyabr 1976, Bakı, Azərbaycan SSR) — Yasamal rayonu İcra Hakimiyyətinin başçısı (2019), Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatı (2015–2019). == Həyatı == 27 senytbar 1976-cı ildə Bakı şəhərində müəllim ailəsində anadan olub. 1992-ci ildə Bakı şəhər Nəsimi rayonu 23 saylı orta məktəbi qızıl medalla bitirib. 1992–1997-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. Həmin ilin dekabr ayında BDU-nun cinayət prosesi kafedrasında aspiranturaya qəbul olub və 2001-ci ildən aspiranturanı fərqlənmə ilə bitirib. 2004-cü ilin noyabr ayında namizədlik dissertasiyasını müdafiə edərək, Azərbaycan Prezidenti yanına Ali Attestasiya Komissiyasının qərarı ilə hüquq elmləri namizədi, alimlik dərəcəsinə layiq görülüb. İngilis və rus dillərini bilir. === Ailəsi === Ailəlidir, iki övladı var. == Fəaliyyəti == Azərbaycan Milli Məclisinə 17 saylı Yasamal 3-cü Seçki Dairəsindən V çağırış deputat seçilib. Partiya mənsubiyyəti yoxdur.
Elşad Mahmudov
Elşad Mirbəşir
Elşad Mirbəşiroğlu (27 iyul 1977, Topalhəsənli, Xanlar rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü, sədr müavini, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının üzvü, siyasi elmlər doktoru, alim, politoloq, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Politologiya və siyasi idarəetmə" kafedrasında professor. == Həyatı == Elşad Mirbəşir oğlu 27 iyul 1977-ci ildə Göygöl (Xanlar) rayonunun, Topalhəsənli kəndində müəllim ailəsində anadan olub. 1984-cü ildə Göygöl şəhəri Səməd Vurğun adına 3 saylı orta məktəbin I sinfinə getmiş, 1994-cü ildə həmin məktəbi bitirmişdir. 1994–1998-ci illərdə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmidir. 1998–2000-ci illərdə Sosial elmlər və psixologiya fakültəsinin politologiya ixtisası üzrə magistratura təhsilini fərqlənmə diplomu ilə bitirmişdir. 2002–2005-ci illərdə Politologiya və sosiologiya kafedrasında dissertant olmuşdur. 10 iyun 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Siyasi münaqişələrin həllində üçüncü tərəfin iştirakı" mövzusunda dissertasiya işini müdafiə edərək Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 14 iyul 2006-cı il tarixli qərarı ilə siyasi elmlər namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Politologiya və siyasi idarəetmə kafedrasına elmlər doktoru proqramı üzrə doktorant qəbul olunmuşdur. 2011-ci ildə Vyana Diplomatik Akademiyasında (Avstriya) elmi-tədqiqat işləri ilə məşğul olmuş və mühazirələr oxumuşdur. 2018-ci ildə "Müasir siyasi münaqişələrin nəzəri aspektləri və həlli texnologiyaları" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etmiş və Siyasi elmlər doktoru elmi dərəcəsi almışdır.
Elşad Mirbəşiroğlu
Elşad Mirbəşiroğlu (27 iyul 1977, Topalhəsənli, Xanlar rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü, sədr müavini, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının üzvü, siyasi elmlər doktoru, alim, politoloq, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Politologiya və siyasi idarəetmə" kafedrasında professor. == Həyatı == Elşad Mirbəşir oğlu 27 iyul 1977-ci ildə Göygöl (Xanlar) rayonunun, Topalhəsənli kəndində müəllim ailəsində anadan olub. 1984-cü ildə Göygöl şəhəri Səməd Vurğun adına 3 saylı orta məktəbin I sinfinə getmiş, 1994-cü ildə həmin məktəbi bitirmişdir. 1994–1998-ci illərdə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmidir. 1998–2000-ci illərdə Sosial elmlər və psixologiya fakültəsinin politologiya ixtisası üzrə magistratura təhsilini fərqlənmə diplomu ilə bitirmişdir. 2002–2005-ci illərdə Politologiya və sosiologiya kafedrasında dissertant olmuşdur. 10 iyun 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Siyasi münaqişələrin həllində üçüncü tərəfin iştirakı" mövzusunda dissertasiya işini müdafiə edərək Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 14 iyul 2006-cı il tarixli qərarı ilə siyasi elmlər namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Politologiya və siyasi idarəetmə kafedrasına elmlər doktoru proqramı üzrə doktorant qəbul olunmuşdur. 2011-ci ildə Vyana Diplomatik Akademiyasında (Avstriya) elmi-tədqiqat işləri ilə məşğul olmuş və mühazirələr oxumuşdur. 2018-ci ildə "Müasir siyasi münaqişələrin nəzəri aspektləri və həlli texnologiyaları" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etmiş və Siyasi elmlər doktoru elmi dərəcəsi almışdır.
Elşad Miri
Elşad Miri — ilahiyyatçı, "Dəvət" və ayda iki dəfə çap olunan "Oxu" adlı dini-ictimai jurnalların təsisçisi və baş redaktorudur. == Həyatı == Elşad Miri 1979-cu ilin avqust ayının 30-da Yevlax şəhərində anadan olub. 1985-1992-ci illər arasında həmin şəhərin Nizami Gəncəvi adına 7 saylı məktəbində təhsil alıb. 1992-1993-cü illərdə Ağdaş rayonunun Səməd Vurğun adına 1 saylı orta məktəbində təhsilini davam etdirib. Bu illər ərzində (1991-1993) orta məktəblə yanaşı, Qəbələ rayonunun "Ərəb dili və şəriət" məktəbi kursunu müvəffəqiyyətlə bitirib. Daha sonra imtahanla Sumqayıt Özəl Türk İlahiyyat Kollecinə qəbul olub. 1997-ci ildə oradan məzun olub. Həmin il qəbul olduğu 5 illik Qafqaz Universitetinin ilahiyyat fakültəsini 4 ilə bitirərək (2001) Xəzər Universitetinin dini elmlər üzrə magistraturasına daxil olub. Fərqlənmə diplomu ilə məzun olandan sonra, həmin təhsil ocağında 2 il dinlər tarixi, müqayisəli dinlər tarixi kimi fənləri tədris edib. Daha sonra Qərb Universitetində 2 il müntəzəm olaraq Dinlər tarixi, İslam hüququ, İslamda ailə hüququ kimi fənləri tədris edib.
Elşad Məmmədov
Elşad Məmmədov (14 fevral 1975, Haçaqaya, Xanlar rayonu – 17 mart 1995, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı. == Həyatı == Elşad Məmmədov 14 fevral 1975-ci ildə Göygöl rayonunun Haçaqaya kəndində anadan olmuşdur. 1990-cı ildə burada məktəbi bitirmişdir. 1993-cü ildə Milli Ordu sıralarına çağırılmışdır. Elşad Ağdərədə gedən qanlı döyüşlərdə iştirak etmişdir. 1995-ci il 13–17 mart hadisələri zamanı gülləyə tuş gəlmidir. Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Məmmədov Elşad Eldar oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Göygöl rayonunun Qırıxlı kəndində dəfn edilmişdir. Haçaqaya kənd orta məktəbi Elşad Məmmədovun adını daşıyır. Daşkəsən yolu üstündə büstü qoyulub.
Elşad Nağıyev
Elşad Nəsirov
Elşad Nəsirov (siyasətçi) — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sərmayələr və Marketinq üzrə vitse-prezidenti. Elşad Nəsirov (hüquqşünas) — Azərbaycan hüquqşünası.
Elşad Qadaşev
Elşad Eldar oğlu Qadaşev (1 may 1968, Bakı) — SSRİ və Azərbaycan basketbolçusu. == Uğurları == 1989-cu ildə keçirilmiş Avropa çempionatında SSRİ yığmasının heyətində bürünc medal qazanmışdır. 1993 və 1994-cü illərdə Latviya çempionu olmuşdur. 1992 Yay Olimpiya Oyunlarında MDB yığmasının heyətində yer almışdır.
Elşad Qoca
Elşad Qoca (tam adı: Elşad Qoca oğlu İsayev; 2 may 1959, Yuxarı Körpülü, Noyemberyan rayonu) — yazıçı, publisist, tərcüməçi və tədqiqatçı jurnalist. == Həyatı == Elşad Qoca oğlu İsayev 1959-cu ilin may ayının 2-də Qərbi Azərbaycanın (indiki Ermənistan, Noyemberyan) İncəsu rayonunun Yuxarı Körpülü kəndində müəllim ailəsində doğulub. 1976–1977-ci illərdə Yuxarı Körpülü kəndində fəhlə işləyib. 1966–1976-cı illərdə Yuxarı Körpülü kənd orta məktəbində oxumuşdur. 1977–1982-ci illərdə indiki Bakı Dövlət Universitetinin (keçmiş ADU) jurnalistika fakültəsini bitirib. 1982–1984-cü illərdə leytenant rütbəsində sovetlər birliyinin Sibir və Ural Hərbi Dairələrində vzvod komandiri, rota komandirinin müavini vəzifələrində hərbi xidmət keçib. Bir müddət həmin dairələrin "Boyevoye Znamya" və "Sovetskiy voin" qəzetləri ilə hərbi müxbir kimi yaxından əməkdaşlıq edib. Uzun illər dövlət təhlükəsizliyi orqanlarında xidmət edib. Azərbaycan Vətən müharibəsi veteranıdır. == Jurnalist fəaliyyəti == Əmək fəaliyyətinə "Kənd həyatı" jurnalında (1984–88-ci illər) müxbir kimi başlayıb.
Elşad Quliyev
Elşad Heybət oğlu Quliyev (23 yanvar 1941, Astarxanbazar – 27 may 2008, Bakı) — professor, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989), Beynəlxalq Ekoenergetika Akademiyasının elmlər doktoru, Beynəlxalq Televiziya Akademiyasının həqiqi üzvü. == Həyatı == Elşad Quliyev 23 yanvar 1941-ci ildə Cəlilabad şəhərində anadan olub. ADU-nun Filologiya fakültəsini və Moskva İctimai Elmlər Akademiyasını bitirib. 3 il Lənkəranda müəllimlik edəndən sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində işləyib. 1966-cı ildə dublyaj şöbəsində tərcüməçi, sonra isə televiziya proqramları baş redaktoru olub. 1972-ci ildə Televiziya Komitə sədrinin birinci müavini təyin edilib. 1983-cü ildən 1990-cı ilədək Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri vəzifəsində çalışıb. 1992-ci ildə yenidən Azərbaycan Dövlət Teleradio Şirkətinə sədr təyin olunub. 1993-cü ildən 1994-cü ilə qədər Azərbaycanda ilk müstəqil televiziya kanalı olan BMTİ-nin baş direktoru işləyib. 1990–2008-ci illərdə həm də Bilik Maarifçilik Cəmiyyətinin sədri olub.
Elşad Qurbanov
Qurbanov Elşad Məcnun oğlu (2 yanvar 1951, Urud, Sisian rayonu) — Azərbaycan alimi, biologiya elmləri doktoru, akademik, AMEA-nın müxbir üzvü (30.06.2014). == Həyatı == Elşad Qurbanov 2 yanvar 1951-ci ildə Zəngəzur mahalının Qarakilsə (Sisyan) rayonunun Urud kəndində anadan olub. O, 1968–ci ildə Şahbuz rayonunun Aşağı Qışlaq kənd orta məktəbini, 1973-cü ildə isə fərqlənmə diplomu ilə Bakı şəhəri 8 nömrəli tibb məktəbini bitirmişdir. Qurbanov 1972–1980–ci illərdə Bakının Nərimanov və Yasamal rayonlarının sanitar–epidemioloji stansiyalarında sanitar–həkim köməkçisi vəzifəsində çalışmışdır. Elşad Qurbanov 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsinin botanika ixtisasını bitirib. 1979–1982-ci illərdə AMEA-nın Botanika İnstitutunun aspiranturasında əyani təhsil alan Qurbanov 1984-cü ildə "Naxçıvançay hövzəsinin florası, bitkiliyi və onun fitomeliorativ əhəmiyyəti" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək elmlər namizədi, 2004-cü ildə isə "Atropatan əyalətinin flora və bitkiliyi (Azərbaycan Respublikası ərazisində)" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək biologiya elmləri doktoru elmi adını almışdır. O, həmin ildən BDU-nun professorudur. == Elmi fəaliyyəti == Onun elmi fəaliyyəti əsasən Azərbaycanın flora biomüxtəlifliyi və bitki örtüyünün öyrənilməsi ilə əlaqədardır. “Atropatan əyalətinin flora və bitkiliyi (Azərbaycan Respublikası ərazisində)” adlı doktorluq işində o, bir çox bitki növlərinin yeni yayılma areallarını müəyyənləşdirməklə Azərbaycan elminə böyük töhfələr vermişdir. Qurbanov Azərbaycan ərazisi üçün ilk dəfə olaraq “Psevdomakki” və “Səhra” bitkilik tiplərini müəyyən etmiş, onların fitosenoloji xüsusiyyətlərini araşdırmış, həmçinin ərazi üçün onlarca növün yeni yayılma areallarını elmə gətirmişdir.
Elşad Abdullayev (hüquqşünas)
Elşad Abdullayev (25 sentyabr 1954, Kürdəmir rayonu) — Hüquq elmləri doktoru, professor, Azərbaycanda Gülərgeyt kimi adlanan Gülər Əhmədova olayının əsas təşkilatçısı. == Həyatı == Elşad Abdullayev 1954-cü il sentyabrın 25-də Kürdəmir rayonunda anadan olub. 1961-ci ildə 1 saylı orta ümumtəhsil məktəbinə getmiş, 1971-ci ildə həmin məktəbi bitirmişdir. 1974-cü ildə BDU-nun Hüquq fakültəsinə qəbul olub, 1979-cu ildə isə həmin fakültəni fərqlənmə ilə bitirmişdir. 1985-ci ildə Moskvada namizədlik dissertasiyasını müdafiə etmişdir. 1995-ci ildən BDU-nun "Konstitusiya hüququ" kafedrasının dosenti olmuşdur. 2000-ci ildə Moskvada doktorluq dissertasiyasını müdafiə etmişdir. 2004-cü ildən BDU-nun "Konstitusiya hüququ" kafedrasının professoru olmuşdur. 23 aprel 2004-cü ildə RTA-nın ümumi iclasında Rusiya Dövlət Təhsil Akademiyasının üzvü seçilmişdir. 2005-ci ildə AR Təhsil Nazirinin sərəncamı ilə "Qabaqcıl Təhsil işçisi" döş nişanı ilə təltif olunmuşdur.
Elşad Məmmədov (professor)
Elşad Məmmədov (azərb. Məmmədov Elşad Yaqub oğlu;‎16 dekabr 1976, Bakı) — iqtisad elmləri doktoru, professor == Həyatı == 16 dekabr 1976-cı ildə Bakı şəhərində anadan olub. 1992-ci ildə Bakı şəhəri 42 saylı məktəbi qızıl medalla bitirib. 1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Kommersiya və Beynəlxalq iqtisadi münasibətlər fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1999-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində böyük laborant, 2004-2007-ci illərdə baş müəllim, 2007-2015-ci illərdə dosent vəzifələrində işləyib. 2007-2015-ci illərdə Kommersiya fakültəsində dekan müavini vəzifəsində çalışıb. 2007-2015-ci illərdə həmçinin Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar nazirinin məsləhətçisi vəzifəsində çalışıb.2003-cü ildə qərargahı İsveçrədə yerləşən Beynəlxalq Telekommunikasiya İttifaqının (İTU) eksperti, həm də 2002-2003-cü illərdə Respublikada elektron ticarətin (e-commerce) tətbiqinə dair işçi qrupun rəhbəri olub. 2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində fəaliyyət göstərən Dissertasiya Şurasında namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib və 2004-cü ildə ona Respublika Prezidenti Yanında Ali Attestasiya Komissiyasının (AAK) qərarı ilə iqtisad elmləri namizədi elmi dərəcəsi verilib. 2008-ci ildə AAK-nın qərarı ilə dosent attestatı təqdim edilib. 2014-cü ilin 23 may tarixində Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda fəaliyyət göstərən Dissertasiya Şurasında iqtisad üzrə elmlər doktoru elmi dərəcəsini almaq üçün doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib və AAK-nın Rəyasət heyətinin 13 mart 2015-ci il tarixli qərarı ilə iqtisad üzrə elmlər doktoru elmi dərəcəsi verilib.
Elşad Əhmədov (futbolçu)
Elşad Əhmədov (11 sentyabr 1970, Bakı) — Azərbaycanlı keçmiş futbolçu və məşqçi. Müdafiəçi kimi oynayıb. 1992–1994-cü illərdə Azərbaycan millisində çıxış edib. Azərbaycan Milli Çempionatında ancaq bir klubun, Ağdamın "Qarabağ" klubunun formasını geyinib. Hal hazırda Neftçi futbol akademiyasının koordinatoru vəzifəsini yerinə yetirir. == Karyera == === Futbolçu === Elşad Əhmədov karyerasına Mingəçevirin "Avtomobilçi" klubunda başlayıb. 1989–2001-ci illərdə Ağdam "Qarabağ"ının daimi futbolçusu olub. === Məşqçi === Məşqçiliyə futbolçu karyerasının böyuk hissəsini keçirdiyi və futbolçu karyerasını bitirdiyi "Qarabağ" klubunda (2001–2002) başlayıb. Daha sonra "MKT-Araz" (İmişli, 2004–2005), "İnter"in U-15 (2008–2010), əvəzedici (2010–2011), "Neftçi"nin əvəzedici (2011–2014, 2017–2018), U-17 (2015–2016), U-19 (2016–2017), "Xəzər" (2017–2018), "Sabah"ın əsas (2018–2019), U-19 (2019–2020) komandalarını çalışdırıb. == Uğurları == === Futbolçu kimi === Qarabağ: Azərbaycan çempionu; 1993-cü il.
Elşad Allahverdiyev (güləşçi)
Elşad Həsənov (gizir)
Elşad Quliyev (baş məşqçi)
Elşad Əhməd oğlu Quliyev (4 noyabr 1976, Sisian rayonu) — keçmiş Azərbaycan futbolçusu, baş məşqçi. Futbolçu kimi müdafiəçi mövqeyində oynamışdır. == Həyatı == Elşad Quliyev 1976-cı il noyabrın 24-də Qarakilsə rayonunda anadan olmuşdur. 1993-cü ildə orta məktəbi bitirdikdən sonra həmin ildə bakalavr təhsili üzrə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olmuş və 1997-ci ildə təhsilini başa vurduqdan sonra, həmin ildə həmin akademiyada magistr dərəcəsi üzrə təhsilə başlamış və 1999-cu ildə məzun olmuşdur. 2000–2003-cü illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. Ailəlidir, 2 övladı var. == Karyerası == Elşad Quliyev hərbi xidmətini başa vurduqdan sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında müəllim kimi əmək fəaliyyətinə başlamışdır. === Futbolçu karyerası === Elşad Quliyev 1992–1994-cü illərdə Birinci Liqada Məşəl FK-da çıxış etmişdir. Daha sonra Yüksək Liqada 1994–1998-ci illər ərzində Fərid Bakı FK-da, 1998–2000-ci illərdə isə MOİK Bakı FK-da çıxış etmişdir. Ardınca Futzal Liqada 2000–2005-ci illərdə Gömrükçü MFK-da çıxış etmiş və 2 dəfə Azərbaycan Kubokunu qaldırmışdır.
Əkbərov Elşad (şəhid)
Elşad Əkbərov Surxay oğlu — Birinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == 1967-ci il 27 aprel Yevlax rayonu Dəmiryolçular qəsəbəsində anadan olmuşdur. 2 il Rusiyada hərbi xidmətdə olub. 1994-cü il aprelin 24-də Ağdam rayonu Güllücə kəndini ermənilərdən müdafiə etmək üçün əmr alıb və həmin yerdə şəhid olub.
Elşad Əliyev (əsgər, 1972)
Elşad Əliyev (əsgər, 1992)
Elşad Allahverdiyev (baş leytenant)
Elşad Əliyev (dəqiqləşdirmə)
Elşad Məmmədov (hərbçi)
Elşad Məmmədov (14 fevral 1975, Haçaqaya, Xanlar rayonu – 17 mart 1995, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı. == Həyatı == Elşad Məmmədov 14 fevral 1975-ci ildə Göygöl rayonunun Haçaqaya kəndində anadan olmuşdur. 1990-cı ildə burada məktəbi bitirmişdir. 1993-cü ildə Milli Ordu sıralarına çağırılmışdır. Elşad Ağdərədə gedən qanlı döyüşlərdə iştirak etmişdir. 1995-ci il 13–17 mart hadisələri zamanı gülləyə tuş gəlmidir. Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Məmmədov Elşad Eldar oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Göygöl rayonunun Qırıxlı kəndində dəfn edilmişdir. Haçaqaya kənd orta məktəbi Elşad Məmmədovun adını daşıyır. Daşkəsən yolu üstündə büstü qoyulub.
Elşad Əhmədov (dosent)
Elşad İlyas oğlu Əhmədov — AMEA Zoologiya İnstitutu, Elmi işlər üzrə direktor müavini, biologiya elmləri doktoru, dosent. == Həyatı == Elşad İlyas oğlu Əhmədov 10 fevral 1969-cu ildə Azərbaycan Respublikası Sabirabad rayonu Qaratuğay kəndində anadan olmuşdur. 1987-ci ildə ildə Sabirabad rayon Qaratoğay kənd orta məktəbi, 1995-ci ildə Bakı Dövlət Universitetinin biologiya fakültəsini bitirmişdir. 1990–1995-ci illərdə Bakı Dövlət Universitetinin biologiya fakültəsinin tələbəsi olarakən, son iki ildə Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun protozoologiya şöbəsinin parazit-sahib münasibətlərinin biokimyəvi əsasları laboratoriyasında, baş laborant, sonra isə kiçik elmi işçi vəzifəsində çalışmış, 1995–1998-ci illərdə parazitologiya ixtisası üzrə AMEA Zoologiya İnstitutunun əyani aspiranturasında təhsil almışdır. 2000-ci ildə "Ev toyuqlarının eymeriozu (E.tenella) və müalicəsində bəzi parazitoloji və zülal mübadiləsi göstəricilərinin öyrənilməsi" mövzusunda namizədlik, 2014-cü ildə 2429.01 parazitologiya ixtisası üzrə "Ev toyuqlarının eymeriozunun (Apicomplexa, Coccidia, Eimeriidae) əsas törədiciləri, onlara qarşı koksidiostatik preparatla birlikdə yerli dərman bitkilərinin tətbiqi və təsir mexanizmi" mövzusunda dissertasiya müdafiə edərək biologiya üzrə elmlər doktoru elmi dərəcəsi almışdır. 2003-cü ildə dosent elmi adı almışdır. 2008-ci ildən hal-hazıra qədər AMEA Zoologiya institutunda "Parazit-sahib münasibətlərinin biokimyəvi əsasları" laboratoriyasının müdiridir. O zamanda AMEA Zoologiya institutunda fəaliyyət göstərən D.01.071 dissertasiya şurasını elmi katibi, "AMEA Zoologiya institutunun əsərləri"nin və "Azərbaycan Zooloqlar Cəmiyyətinin əsərləri"nin redaksiya heyətinin üzvüdür. == Elmi fəaliyyəti == Elmi fəaliyyətə 1995-ci ildən baş laborant vəzifəsindən başlayan Elşad İlyas oğlu Əhmədov 2008-ci ildən hal hazıra qədər AMEA Zoologiya institutunda Parazit-sahib münasibətlərinin biokimyəvi əsasları laboratoriyasının müdiridir. Onun tədqiqatları parazitologiyanın aktual məsələlərindən biri, parazit-sahib münasibətlərinin öyrənilməsinə həsr edilmişdir.
Elşad Əhmədov (rejissor)
Elşad Əhmədli (1 noyabr 1981) – Gəncə Dövlət Milli Dram Teatrı. Baş rejissor == Həyatı == Əhmədov Elşad Eldar oğlu 1 noyabr 1981-ci ildə Gəncə şəhərində anadan olub.1998-ci ildə AzDMİU-nun Teatr və Kino sənəti fakültəsinin Dram-Kino aktyorluğu ixtisası üzrə Həsənağa Turabovun kursuna qəbul olunmuş və 2002-ci ildə ali təhsilini başa vurub, elə həmin ildə Hərbi xidmətə yollanmışdır. Universitetdə təhsil aldığı illərdə (2000–2002-ci il) Azərbaycan Akademik Milli Dram Teatrının truppasında 2-ci dərəcəli aktyor işləmişdir. 2002-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının keçirdiyi A. M. Şərifzadə adına "ÜFÜQ XXI" Eksperimental Tamaşalar Festivalında S. Bekketin "İlk məhəbbət" hekayəsi əsasında hazırlanmış eyniadlı mono tamaşadakı ifasına görə, festivalın "Ən cəsarətli yaradıcılıq işi" nominasiyası ilə təltif olunmuşdur. 2003-cü il sentyabrın 1-dən Gəncə Dövlət Dram Teatrında aktyor kimi əmək fəaliyyətinə başlamışdır. 2006-cı ildə "Açıq Cəmiyyət İnstitutu" və "YUĞ" Teatrının birgə təşiklatçılığı ilə "MƏN, SƏN, BİZ " Beynəlxalq Teatr Layihəsinin iştirakçısı olub. 2007-ci ildə Hüseyn Cavidin 125 illiyinə həsr olunmuş "Deyilən söz yadigardır" II Ümumrespublika bədii qiraət müsabiqəsinin III dərəcəli diplomu ilə təltif edilmişdir. Kamal Abdullanın "İstintaq" hekayəsinin motivləri əsasında səhnələşdirdiyi və quruluşçu rejissoru olduğu "Sərgərdan" psixo-dramtik-zikr tamaşası ilə 2011-ci ildə AzTXİ-nin keçirdiyi "Eksperimental tamaşalar" festivalının iştirakçısı olmuş və festivalın diplomu ilə təltif edilmişdir. 2014-cü ildən Gəncə Dövlət Dram Teatrında quruluşçu rejissor kimi çalışıb. 2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülüb.

elşad sözünün leksik mənası və izahı

elşad sözünün etimologiyası

Oxşar sözlər

#elşad nədir? #elşad sözünün mənası #elşad nə deməkdir? #elşad sözünün izahı #elşad sözünün yazılışı #elşad necə yazılır? #elşad sözünün düzgün yazılışı #elşad leksik mənası #elşad sözünün sinonimi #elşad sözünün yaxın mənalı sözlər #elşad sözünün əks mənası #elşad sözünün etimologiyası #elşad sözünün orfoqrafiyası #elşad rusca #elşad inglisça #elşad fransızca #elşad sözünün istifadəsi #sözlük