ing sözü azərbaycan dilində

ing

Yazılış

  • ing • 92.3077%
  • İNG • 5.9829%
  • İng • 1.7094%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Drakula (film, 1931, İngiliscə versiya)
"Drakula" (ing. Dracula) — 1931-ci ildə istehsal olunmuş ABŞ filmidir. Drakula — Internet Movie Database saytında.
Edqar (İngiltərə kralı)
Edqar (943 və ya 944, Uesseks krallığı[d] – 8 iyul 975[…], Uinçester) — İngiltərə kralı. Kral I Edmundun birinci həyat yoldaşı Elfqitadan olan kiçik oğlu. 959-ci ildə Mersiya və Nortumbriya zadəganları tərəfindən kral elan edilmişdir. Anqlo-Sakson tarixçəsi K. Rıjov, "Dünyanın bütün monarxları", Qərbi Avropa.
Erigeron ingae
Erigeron ingae (lat. Erigeron ingae) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Euphorbia ingens
Euphorbia ingens (lat. Euphorbia ingens) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Eytour İngi Qunnleyqsson
Eytour İnqi Qunnleyqsson (İslandca: Eyþór Ingi Gunnlagsson) 29 may 1989-cu ildə anadan olan İslandiyalı müğənni. Eytour İnqi Qunnleyqsson 2013 Avroviziya Mahnı Müsabiqəsində İslandiyanı "Ég Á Líf" mahnısı ilə təmsil edib və İslandiyaya 17-ci yeri qazandırıb.
Frenk Lempardın İngiltərə milli komandasında çıxışı
Frenk Lempardın İngiltərə milli komandasında debütü 1997-ci ildə U-21 yaşlı İngiltərə milli komandasında Yunanıstan millisinə qarşı olmuşdur. O, U-21-in tərkibində 1997-ci ilin noyabr ayından 2001-ci ilin iyun ayınadək 19 matçda meydana çıxdı və 9 qola imza atdı. Daha sonra isə 1998-ci ilin fevral ayında 1 matçda İngiltərə B komandasının tərkibində Çili yığmasına qarşı oyun keçirdi və matç ev sahiblərinin 2-1 hesablı qələbəsi ilə başa çatdı. Lempard İngiltərə milli futbol komandasının tərkibində ilk matçına 1999-cu ildə yoldaşlıq oyunu çərçivəsində Belçika yığmasına qarşı keçirilən matçda çıxdı və millinin tərkibində ilk qolunu 2003-cü ildə Xorvatiya millisinə qarşı vurdu. Bu matçın yekununda İngiltərə yığması 3-1 hesablı qələbəyə sevinmişdir. Lempard İngiltərə milli futbol komandasının tərkibində 2013-cü ildə Ukrayna millisinə qarşı oynadığı görüşdə millinin heyətində 100 oyunluq səddi keçmiş səkkizinci futbolçu adını qazandı. O, UEFA Avro 2000 və 2002 FİFA Dünya Kuboku turnirlərində milli komandanın tərkibinə salınmamışdır və UEFA Avro 2004-də iştirak edə bilmək üçün imkan gözləyirdi. Lempardın çıxış etdiyi İngiltərə yığması turnirin 1/4 final mərhələsinə kimi gəldi və o, bura qədər artıq 3 dəfə fərqlənə bilmişdir. O, qrup oyunlarında Fransa və Xorvatiya milli komandalarının qapısından topu keçirmiş və 1/4 final mərhələsinin görüşü çərçivəsində Portuqaliya yığmasına qarşı oynanılan matçın 112-ci dəqiqəsində turnirdə özünün üçüncü qoluna imza atmaqla matçda hesabı 2-2 etmiş lakin penaltilər seriyasında İngiltərə millisi məğlub olmuşdur. Turnirin sonunda isə o UEFA-nın tərtib etdiyi ilk onbirlikdə yer almışdır.
III Henri (İngiltərə kralı)
III Henri və ya Vinçesterli Henri (ing. Henry III of England; ing. Henry of Winchester) (1 oktyabr 1207, Uinçester – 16 noyabr 1272, Vestminster, Böyük London regionu[d]) — İngiltərə kralı, İrlandiya lordu və Akvitaniya hersoqu. I Con və Anqulemli İzabellanın oğlu olan Henri Birinci Baronlar müharibəsi illərində hələ 9 yaşında ikən İngiltərə kralı oldu. Kardinal Bikkerinin üsyançı baronlara qarşı əməliyyatları səlib yürüşü olaraq adlandırmasının ardından Uilyam Marşal idarəsindəki kral birlikləri 1217-ci ildə baronlar üzərində 2 böyük qələbə qazandı. Müzakirələrin sonunda Henri monarxın səlahiyyətlərini məhdudlaşdıran və böyük baronların hüquqlarını müdafiə edən 1215-ci il tarixli Maqna Kartanın bir başqa versiyası olan və 1225-ci il Böyük Şərti adını alan xartiyanı qəbul etdi. 1230-cu ildə Henri bir zamanlar atasına aid olan Fransa mülklərini yenidən ələ keçirməyə cəhd etsə də, Fransa üzərinə tərtib olunan hərbi əmliyyat fəlakətlə sonlandı. Krala yaxınlığı ilə tanına Uilyam Marşalın oğlu Riçard Marşalın rəhbərliyi ilə 1232-ci ildə baş tutan üsyan kral birliklərinə böyük zərbə vurdu. Kilsənin və din xadimlərinin apardığı vasitəçiliklə tərəflər arasında sülh müqaviləsi bağlandı. Üsyanın ardından İngiltərəni birbaşa özü idarəetməyə başlayan Henri sələflərindən fərqli olaraq, daha az səyahət edir, vaxtını ən sevdiyi və bərpasına yüklü miqdarda pul sərf etdiyi saray və qalalarda keçirirdi.
III Karl (İngiltərə kralı)
III Çarlz, III Karl və ya tam adı ilə Çarlz Filip Artur Mauntbatten-Vindzor (əsil adı: ing. Charles Philip Arthur George Mountbatten-Windsor; 14 noyabr 1948[…], Vestminster borosu, Böyük London) — Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kralı (8 sentyabr 2022-ci ildən). Kraliça II Elizabetin oğlu. Kral taxtını ən uzun müddət gözləmiş varis. Çarlz 8 sentyabr 2022-ci ildə anasının ölümündən sonra kral oldu. 73 yaşında o, Britaniya tarixində ən uzun ömür sürən varis və Uels şahzadəsi olduqdan sonra Britaniya taxtına çıxan ən yaşlı şəxs oldu. 6 may 2023-cü ildə Vestminster abbatlığı'nda tacqoyma mərasimi oldu. Karl 14 noyabr 1948-ci ildə Bukingem sarayında anadan olmuşdur. O, Edinburq hersoginyası Şahzadə Elizabet və Edinburq hersoqu Şahzadə Filipin ilk övladı və Kraliça Elizabetlə VI Corcun ilk nəvəsidir. Şahzadənin xaç valideynləri Kral (doğma babası), Norveç kralı VII Haakon, Mariya Tek (doğma böyük nənəsi), Şahzadə Marqaret (doğma xalası), Yunanıstan və Danimarka şahzadəsi Corc, Şahzadə Viktoriya, Xanım Brebon və Devid Bouz-Layon olmuşdur.
II Karl (İngiltərə kralı)
II Karl (ing. Charles II of England) (d. 29 may 1630 – ö. 6 fevral 1685) — İngiltərə, Şotlandiya və İrlandiya kralı. Stüart ailəsinə mənsub olub, I Karlın oğlu olaraq Sent-Ceyms sarayında dünyaya gəldi. Atasının edamından bir neçə gün sonra 5 fevral 1649-cu ildə Şotlandiya parlamenti tərəfindən Şotlandiya kralı elan olundu. Buna baxmayaraq İngiltərə artıq Kromvel tərəfindən respublika olaraq idarə edilirdi və bu səbəblə taxta çıxdıqdan sonra atasının parlamentlə olan mübarizəsini davam etdirdi. 3 sentyabr 1651-ci ildə baş tutan son döyüşdə məğlub olan II Karl Avropaya qaçdı və növbəti 9 ili Fransa və Hollandiyada keçirdi. Şotlandiya isə Kromvelin diktaturası altına keçdi. 1658-ci ildə Kromvelin ölümünün ardından başlayan siyasi qarışıqlıq İngiltərədə monarxiyanın bərpası ilə nəticələndi və II Karl vətənə dəvət olundu.
IV Henri (İngiltərə kralı)
IV Henri (ing. Henry IV of England) (d. aprel 1367 — ö. 20 mart 1413) — İngiltərə kralı. Fransa kralı IV Filipin nəvəsi olan babası III Eduardın Fransa taxtına olan iddiasını davam etdirdi. Normandiya fəthindən sonra ana dili ingiliscə olan ilk İngiltərə kralı oldu. Atası III Eduardın oğlu Gentli Con, anası isə Lankaster hersoqu Qrosmontlu Henrinin qızı Blanş idi. Atası Gentli Con qardaşı oğlu olan II Riçardın səltənətində mühüm siyasi gücə malikdi. Ancaq Henri 1388-ci ildə baş tutan üsyana qarışmışdı və bu səbəblə kralın qəzəbinə məruz qalaraq sürgün edildi. Atasının vəfatından sonra (1399), II Riçard Henrinin atasının mirasını almasına icazə vermədi.
I Con (İngiltərə kralı)
I Con və ya Torpaqsız Con (ing. John, King of England; ing. John Lackland) (d. 24 dekabr 1166 – ö. 19 oktyabr 1216) — İngiltərə kralı. Onun Normandiya hersoqluğu və Fransadakı digər ingilis mülklərini itirməsi, İngiltərə və Fransanın bir hissəsini özündə birləşdirən Plantagenet imperiyasının süqutu və Kapetinqlər sülaləsinin Fransada güclənməsinə səbəb oldu. Səltənətinin sonlarında çıxan baron üsyanı nəticəsində imzalanan Maqna Karta xartiyası, bu gün Birləşmiş Krallığın konstitusiya tarixinin başlanğıcı olaraq qəbul edilir. Con, İngiltərə kralı II Henri və Akvitaniya hersoqinası Eleonoranın dörd oğlundan ən kiçiyi idi. Bu səbəblə taxt və monarx mülkiyyətindən miras alması gözlənilmədiyi üçün Torpaqsız Con olaraq anılırdı. Qardaşları Gənc kral Henri, Riçard və Cefrinin 1173-1174-cü ildə krala qarşı üsyan çıxarmasının ardından atasının ən sevimli oğlu oldu.
I Karl (İngiltərə kralı)
I Karl (ing. Charles I of England) (19 (29) noyabr 1600[…], Danfermlin sarayı[d], Fayf[d] və ya Danfermlin[d], Fayf[d] – 30 yanvar (9 fevral) 1649[…], London) — İngiltərə, Şotlandiya və İrlandiya kralı. Stüart ailəsinə mənsub olub, Şotlandiya kralı VI Ceymsin oğlu olaraq Danfermlin sarayında dünyaya gəldi. 1603-cü ildə atasının taxta çıxmasıyla İngiltərəyə gətirildi və bundan sonrakı həyatını burada yaşadı. Uels şahzadəsi olan qardaşı Henri Frederikin tifus xəstəliyi səbəbilə vəfatının ardından 1612-ci ildə İngiltərə, İrlandiya və Şotlandiya taxtlarının varisi elan olundu. 1623-cü ildə baş tutan və 8 ay davam edən İspaniya səyahəti əsnasında kralın bacısı Mariya Anna ilə evlənməsi müzakirə edilsə də, bu cəhd nəticəsiz qaldı. Səyahətdən 2 il sonra Burbon ailəsindən Henretta Mariya ilə evləndirildi. 1625-ci ildə taxta keçdikdən sonra monarxın səlahiyyətlərini məhdudlaşdıran İngiltərə parlamenti ilə münasibətləri pisləşdi. I Karl ölkəni öz vicdanıyla idarə etmək arzusunda idi və bu səbəblə ölkəni ikiyə ayırdı. Katolik bir xanımla evlənməsi və katolik məzhəbinə bəzi dini azadlıqlar verməsi ölkədəki digər dini qrupları qorxuya saldı.
I Mariya (İngiltərə kraliçası)
I Mariya və ya Mariya Tüdor (18 fevral 1516, Plasentiya sarayı[d], Böyük London regionu[d] – 17 noyabr 1558, Sent-Ceyms sarayı, Böyük London regionu[d]) — İngiltərə və İrlandiya kraliçası. Atası VIII Henri dövründə başlayan dini reformasiya hərəkatının qarşısını almaq məqsədilə aldığı sərt tədbirlər və verdiyi ölüm hökmləri səbəbilə protestant düşmənləri tərəfindən "Qanlı Mariya" olaraq adlandırılmışdır. Mariya Tüdor VIII Henrinin ilk xanımı Araqonlu Ketrindən doğulan yeganə övladı idi. 1547-ci ildə atasının ölümünün ardından ögey qardaşı VI Eduard (VIII Henri və Ceyn Seymurun oğlu) 9 yaşında taxta çıxdı. Ancaq çox keçmədən ölümcül xəstəliyə yaxalanan VI Eduard isə qatı katolik olan ögey bacısı Mariyanı vəliəhdlikdən çıxarmaq niyyətində idi. Səbəb isə bacısının və onun dini baxışlarının atası VIII Henri və özünün səltənəti dövründə baş tutan dini reformasiyaya qarşı olması idi. Hətta kralın vəfatının ardından saray əyanları gizli olaraq kralın uzaq qohumu olan (bibisi Fransa kraliçası Mariya Tüdorun nəvəsi) və saraya yaxınlığı ilə seçilən güclü protestant Ceyn Qreyi kraliça elan etdi. Ancaq 9 gün keçmədən Mariya ölkənin şərqində güclü bir ordu toplayaraq Londona hərəkət etdi və hakimiyyəti ələ aldı. Beləliklə, o, Ceyn Qrey və Kraliça Matildanın mübahisəli səltənətləri istisna olmaqla, İngiltərə tarixinin taxta çıxan ilk kraliçası oldu. 1554-cü ildə Mariya İspaniya vəliəhdi Filiplə evləndi və 2 il sonra ərinin İspaniya taxtına çıxmasıyla Habsburq İspaniyasının kraliçası elan edildi.
I Vilhelm (İngiltərə)
Fateh I Vilhelm (ing. William I the Conqueror, William the Bastard, fr. Guillaume le Conquérant, Guillaume le Bâtard; 1027/1028 — 9 sentyabr 1087) — 1035-ci ildən Normandiya hersoqu, 1066-cı ildən İngiltərə kralı olmuşdur, Normand sülaləsinin banisidir. I Vilhelm 14 oktyabr 1066-cı ildə Hastinqs döyüşündə İngiltərə kralı və Anqlosakson qüvvələrinə liderlik edən Harold Qodvinsonla qarşı-qarşıya gəlmiş və nəticədə İngiltərəni fəth etmişdir ("Fateh" ləqəbi buradandır). Vilhelm, qısa zamanda bütün İngiltərəni fəth etdi və ölkə sistemini dəyişdirdi. Bu gün qanlı müharibə baş verən sahədə olan muzey, müharibənin nə qədər şiddətli olduğu haqqında kifayət qədər nümunəyə sahibdir.
Kanada ingiliscəsi
Kanada ingiliscəsi (CanE, CE, en-CA) — Kanadada danışılan ingilis dili növü. İngilis dili Kanadalıların təxminən 24 milyonunun ilk dili və ya "ana dili"dir (77%) və 28 milyondan çox şəxs (86%) bu dili mükəmməl bilir. Kvebek xaricində olan Kanadalıların 82% yerli olaraq ingilis dilində danışırlar, lakin Kvebek daxilində bu rəqəm yalnız 7,7%-ə düşüb və əksər sakinlərin ana dili Kvebek fransızcasıdır.
Köhnə ingilis dili
Köhnə İngilis dili — (Köhnə İngiliscə Anglo-Saxon və ya Anglo-Saksonların özlərinin adlandırdığı kimi Englisc) indiki İngiltərə və Cənubi Şotlandiyanın bəzi hissələrində V əsrin ortalarından XII əsrin ortalarına qədər danışılmış ingilis dilinin qədim formasıdır. Bu dil Qərbi German dillərindən biri idi və buna görə də Köhnə Friz və Köhnə Sakson dilləri ilə yaxından əlaqəli idi. Bundan əlavə, dil Şimali German dil qrupu olan qədim norveç dilinin də böyük təsiri altında olmuşdur. Köhnə İngilis dili statik bir dil deyildi və V əsrdə İngiltərəni meydana gətirən Anglo-Sakson miqrasiyalarından 1066-cı ildə dili böyük ölçüdə dəyişdirən Norman istilasına qədər 700 il ərzində istifadə edilmişdir. Bu ilk dövrlərdə dil, Kelt dilini və Danelaw kimi tanınan İngiltərənin şərqində və şimalında geniş ərazilərdə hökmranlıq edən vikinqlərə hücum edərək Qədim Norveç dilini mənimsəmişdir. Köhnə İngilis dilini formalaşdıran ən mühüm qüvvələrdən biri onun german lüğəti, cümlə quruluşu və Avropa qitəsindəki qardaş dilləri ilə paylaşdığı qrammatik strukturudur. Bu xüsusiyyətlərin bəziləri Qərbi German dil ailəsinə aid olsa da, bəziləri bütün german dillərinin kökü sayılan proto-german dil ailəsindən miras qalmışdır. Həmçinin, bütün obyektlərə, o cümlədən hərəkətsiz obyektlərə də cins verilmişdir: məsələn, sēo sunne (Müasir ingilis dilində: Sun "günəş") dişi olarkən, se mōna (Müasir ingilis dili: Moon "ay") isə erkək sayılır. (Müasir Alman dilində də belədir. Məsələn die Sonne, der Mond...) Savadlı və oxuma-yazma bacaran əhalinin əksəriyyəti (kahinlər və s.) Avropada dövrün lingua francası sayılan Latın dilində yüksək bacarıq sahibi idilər.
Mark İnglis
Mark İnglis (27 sentyabr, 1959) — alpinist 1982-ci ildə Yeni Zelandiyada Mount Cook dağına səyahəti zamanı ayaqlarının donması nəticəsində, Mark İnglis, iki ayağını da birdən itirir. Lakin buna baxmayaraq, o 2006-cı ildə planetin ən hündür zirvəsi olan Everestə ayaqsız qalxmağı qət edir. 6400 metr yüksəklikdə Markın bir protezi sınır. Xoşbəxtlikdən o özü ilə ehtiyat hissələrini götürür, beləliklə, sınmış protezi bərpa edir. Bir çox çətinliklərə görə ekspedisiya 40 gün çəkir. Bununla da Everest zirvəsini ayaqsız fəth edən ilk alpinist kimi yadda qalır.
Mən ingilis kralına xidmət etmişəm (film, 2006)
Mən ingilis kralına xidmət etmişəm (çex. Obsluhoval jsem anglického krále) çexiyalı rejissor Yirji Menzelin dram janrında çəkdiyi filmdir. 2006-cı ildə ekranizasiya olmuşdur. Film yazıçı Bohumil Hrabalın eyniadlı romanının əsasında çəkilib. Bu film üçün Hrabal əsərlərindən ibarət Menzelin altıncı adaptasiyasıdır. Film ABŞ və Böyük Britaniyada 2008-ci ildə buraxılmışdır. Yan Dite özünün 15 il həbs cəzası müddətinin bitməsinə az qalmış çex həbsxanasından sərbəst buraxılır və o Çexoslovakiya ilə Almaniya sərhədi yaxınlığında yerləşən şəhərin birində məskunlaşır. O asudə vaxtını əvvəllər alman ailəsinə məxsus olmuş, indi isə boş qalan evin bərpası ilə keçirir. Tək tənha yeni evdə yaşayan Yan onun ən böyük arzusu bir milyonçu olmaq olduğunu deyir və beləliklə öz keçmişini xatırlamağa başlayır. Yan karyerasını dəmir yolu stansiyasında sosis və kolbasa satıcısı vəzifəsi ilə başlayır və bu yolla o pulun insanların üzərində necə təsir göstərdiyini, onun hansı gücə malik olduğunu anlayır.
Oksford ingilis dili lüğəti
İngilis dilinin Oksford lüğəti (ing. Oxford English Dictionary, OED), Оksford lüğəti, Böyük Oksford lüğəti — ingilis dilinin dünyada ən məşhur və ən geniş akademik lüğəti "Oxford University Press" nəşrlər evi tərəfindən nəşr edilir. 2005-ci il nəşri 301 100 məqaləni əhatə edir (350 milyon çap işarəsi). Lüğət qeyri-rəsmi şəkildə "Mürre lüğəti kimi tanınır (Murray’s) (ilk baş redaktor — Ceyms Mürrenin adı ilə). Oxford English Dictionary (OED) ingilis dilinin ən geniş və nüfuzlu lüğətlərindən biridir. Bu lüğət ingilis dilinin sözlərini, onların mənalarını, mənşəyini və zaman içində necə dəyişdiklərini izah edir. OED ingilis dilinin tarixini əhatə edən geniş məlumatlar təqdim edir və təkcə müasir ingilis dili deyil, həm də tarixi mətnlərdə rast gəlinən arxaik sözlər və ifadələr haqqında da məlumat verir. OED-nin əsas xüsusiyyətləri 1. Mənaların geniş təsviri: Hər bir sözün müxtəlif mənalarını və bu mənaların zaman içində necə dəyişdiyini izah edir. 2. Etimologiya: Sözlərin mənşəyini və tarixi inkişafını ətraflı şəkildə təsvir edir. 3. İstifadə nümunələri: Hər bir söz üçün tarixi və müasir mətnlərdən alınmış çoxsaylı nümunələr təqdim edir.
Oksford İngiliscə Lüğəti
İngilis dilinin Oksford lüğəti (ing. Oxford English Dictionary, OED), Оksford lüğəti, Böyük Oksford lüğəti — ingilis dilinin dünyada ən məşhur və ən geniş akademik lüğəti "Oxford University Press" nəşrlər evi tərəfindən nəşr edilir. 2005-ci il nəşri 301 100 məqaləni əhatə edir (350 milyon çap işarəsi). Lüğət qeyri-rəsmi şəkildə "Mürre lüğəti kimi tanınır (Murray’s) (ilk baş redaktor — Ceyms Mürrenin adı ilə). Oxford English Dictionary (OED) ingilis dilinin ən geniş və nüfuzlu lüğətlərindən biridir. Bu lüğət ingilis dilinin sözlərini, onların mənalarını, mənşəyini və zaman içində necə dəyişdiklərini izah edir. OED ingilis dilinin tarixini əhatə edən geniş məlumatlar təqdim edir və təkcə müasir ingilis dili deyil, həm də tarixi mətnlərdə rast gəlinən arxaik sözlər və ifadələr haqqında da məlumat verir. OED-nin əsas xüsusiyyətləri 1. Mənaların geniş təsviri: Hər bir sözün müxtəlif mənalarını və bu mənaların zaman içində necə dəyişdiyini izah edir. 2. Etimologiya: Sözlərin mənşəyini və tarixi inkişafını ətraflı şəkildə təsvir edir. 3. İstifadə nümunələri: Hər bir söz üçün tarixi və müasir mətnlərdən alınmış çoxsaylı nümunələr təqdim edir.
Pul (İngiltərə)
Pul (ing. Poole) — Böyük Britaniyada, İngiltərədə şəhər.
Qısatüklü ingilis pişiyi
Qısatüklü ingilis[mənbə göstərin] pişiyi (ing. British Shorthair) — pişik cinsi. Qısatüklü ingilis pişikləri bir qayda olaraq, güclü, şən, ağıllı, sağlam olurlar. Maine Coons müxtəlif rəng və naxışlarda olur. Əsasən düz ağ, krem, narıncı, gümüşü-göy və qara rəngdə olsalar da, Tabby, ikirəngli, tısbağa, tüstü və kölgəli rənglərdə də görmək olar. Hibrid Maine Coons şokolad, lavanda və Himalay rənglərində gəlir. Sıx və əzələli sümük quruluşu sayəsində möhkəm bədən quruluşuna sahib olan Maine Coons, hər halda sərt iqlimə son dərəcə davamlıdır. Maine Coons-u digər pişik cinslərindən fərqləndirən ən fərqləndirici xüsusiyyət onların hamar tüklü tükləridir. Onların uzun və sıx kürkləri hətta sərt qışda da onları yaxşı qoruyur. Bu cinsin pişiklərinin bədənləri yaxşı nisbətlərə malikdir.
Sadə İngilis Vikipediyası
Sadə İngilis Vikipediyası ingilis dilinin əsas səviyyəsində yazılmış onlayn ensiklopediya olan Vikipediyanın ingilis dilli versiyasıdır. 18 sentyabr 2001-ci ildə yaradılmışdır. Bir çox məqalələr İngilis Vikipediyasındakı eyni məqalələrdən daha qısadır. Kimsə mürəkkəb ingilis dilində bir fikri başa düşə bilmirsə, Simple English məqaləsini oxuya bilər. 2003-cü ildə Sadə İngilis Vikipediyası səhifələr yaratmağa və dəyişikliklərə icazə verməyə başlayanda İngilis Vikipediyasında artıq 150.000 məqalə var idi. Sadə İngilis Vikipediyasında 199.206 məqalə var. Sadə İngilis Vikipediyası 2020-ci ilin dekabrına olan ən böyük 50-ci Vikipediyadır.
Uinçester (İngiltərə)
Uinçester (ing. Winchester [ˈwɪntʃɨstər]) — Böyük Britaniya şəhəri, Hempşir qraflığının inzibati mərkəzi. Ingiltərənin ən böyük dəniz sərnişin portu olan Sauthemptondan şimalda yerləşir. Uinçester XI əsrə qədər uzun müddət Britaniyanın paytaxtı olmuşdur. Şəhərdə orta əsrlərə aid çoxsaylı memarlıq abidələri, o cümlədən 1382-ci ildən fəaliyyətə başlamış ölkənin ən qədim məktəblərindən birinin yerləşdiyi bina, Uinçester qəsri, Kafedral kilsə və s. qorunub saxlanılır.
Xarici Dil Qismində İngilis dili Testi
TOEFL (ingilis dilində Test of English as a Foreign Language – Xarici Dil Qismində İngilis dili Testi deməkdir) imtahan verən şəxsin ingilis dilini akademik səviyyədə necə qavraya bildiyini dəyərləndirən imtahandır. ABŞ və digər ingilis dilli ölkələrdəki universitetlərdə təhsil almaq üçün əvvəlcə TOEFL imtahanlarından keçmək tələb olunur. Bununla bərabər həmçinin dövlət qurumları, biznes və ya təqaüd proqramları da bu imtahanı tələb edə bilər. TOEFL-a bənzər IELTS imtahanı da var. Bir çox Amerika kollec və universitetləri iki testdən birini və ya hər ikisinin nəticələrini qəbul edir. TOEFL imtahanının nəticələri 2 il müddətində keçərlidir və bu müddət bitdikdən sonra imtahanın nəticələri rəsmi olaraq etibarsız sayılırlar, belə ki bu müddət ərzində imtahan verən şəxsin dil biliyi əhəmiyyətli dərəcədə zəifləyə bilər. Bir çox kollec və universitetlər adətən yaxın zamanlarda nəticəsi elan olunmuş TOEFL qiymətlərini tərcih edirlər. TOEFL ABŞ Təhsil İmtahan Xidməti (ETS) tərəfindən idarə olunur və ona məxsus ticarət markasıdır. TOEFL imtahanları dünyanın 80 ölkəsində keçirilir. TOEFL idarə heyəti 16 nəfərdən ibarət komitədən ibarətdir.

ing sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Ağcabədi, Balakən, Bərdə, Tərtər) bax in I. – To:ladan pis iη gəlir (Tərtər)

Azərbaycan dilinin dialektoloji lüğəti.

"ing" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ing nədir? #ing sözünün mənası #ing nə deməkdir? #ing sözünün izahı #ing sözünün yazılışı #ing necə yazılır? #ing sözünün düzgün yazılışı #ing leksik mənası #ing sözünün sinonimi #ing sözünün yaxın mənalı sözlər #ing sözünün əks mənası #ing sözünün etimologiyası #ing sözünün orfoqrafiyası #ing rusca #ing inglisça #ing fransızca #ing sözünün istifadəsi #sözlük