istan sözü azərbaycan dilində

istan

Yazılış

  • istan • 50.0000%
  • İstan • 50.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Altunizadə (İstanbul metropoliteni)
Altunizadə metrostansiyası (türk. Altunizade metro istasyonu) — İstanbul metropoliteninin M5 xəttində yerləşən bir metrostansiyasıdır. Stansiya Üsküdarın Altunizadə məhəlləsində Altunizadə qovşağında yerləşir. Stansiya 15 dekabr 2017-ci ildə açıldı. Stansiya hissəsi və piyada tunelləri qazma tunel sistemi və turniket zonası və açma sistemi ilə metrobus bağlantısı zonası ilə qurulur.Altunizadə stansiyasında 7 çıxış var. Platforma və turniket döşəməsi arasında 2, küçə ilə turniket döşəməsi arasında 7 olmaqla 9 lift, 27 eskalator yer alır. Metrobus Altunizade stansiyası ilə əlaqəli 2 çıxışı var.Stansiyaya 9, 9A, 9Ç, 9Ş, 9T, 9Ü, 9ÜD, 11, 11A, 11BE, 11C, 11D, 11E, 11EK, 11G, 11K, 11L, 11M, 11N, 11P, 11SA, 11ST, 11ÜS, 11V, 11Y, 12ÜS, 13, 13B, 13TD, 14, 14D, 14F, 14FD, 14K, 14M, 14R, 14Y, 14YK, 15F, 125, 129T, 139, 139A, 320, D1, MR9 nömrəli avtobuslar vasitəsilə gəlmək mümkündür. Bununla yanaşı, Üsküdar-Aləmdağ, Üsküdar-Tavukçuyolu pr.-Aləmdağ, Üsküdar-Əsədpaşa mikroavtobusları ilə də buraya gəlmək mümkündür.
Atatürk Hava Limanı (İstanbul metropoliteni)
Atatürk Hava Limanı metrostansiyası (türk. Atatürk Havalimanı metro istasyonu) — İstanbul metropoliteninin M1 xəttində yerləşən metrostansiya. 20 dekabr 2002-ci ildə ictimai istifadəyə açılmışdır. Bu ad Atatürk Hava Limanına yaxın olduğu üçün verilmişdir. M1 metro xəttinin M1A qolunda yerləşir, tək terminalı mövcuddur.29 oktyabr 2018-ci ildə Atatürk Beynəlxalq Hava Limanı kommersiya sərnişin axını üçün bağlanmış və şəhərin şimal-qərbində yeni bir hava limanı ilə əvəz olunduğundan stansiya artıq sərnişin axını qəbul etmir. Hava limanı kommersiya uçuşları, yük və ümumi aviasiya daxil olmaqla qalan vəzifələrini yerinə yetirməyə davam edir. Yeni hava limanını metro sisteminə birləşdiriləcək M11 xətti, ən tez 2021-ci ilə qədər işə düşəcəyi planlaşdırılır.
Aya Triyada Yunan Ortodoks Kilsəsi (İstanbul)
Aya Triyada Yunan Ortodoks kilsəsi (Yunanca: Ιερός Ναός Αγίας Τριάδος, Ierós Naós Agías Triádos, Türkcə: Aya Triada Rum Ortodoks Kilisesi. Aya Triyada Azərbaycan dilində "Müqəddəs Üçlü" deməkdir. Türkiyədə həmçinin Ayiya Triyas olaraq da bilinir) — İstabuldakı ən böyük yunan ortodoks məbədidir. Kilsə, İstanbul, Beyoğlunda, Taksim Meydanının cənub-qərbində, Meşəlik Küçəsi, İstiqlaliyyət küçəsi və Sıraselvilər küçəsi ilə kəşisdiyi yerdə yerləşən bir ortodoks kilsədir. == Adı == Ümumiyyətlə Şərq Xristiyanlığında kilsələrin rahib və rahibə adlarına həsr olunmalarına qarşı, İstanbul Arxiyepiskopuna aid olan Aya Triyada və ya Ayiya Triyasın adı, Yunan dilində Müqəddəs Üçlü yəni daha geniş şəkildə istifadə edildiyi şəkildə Təslis mənasını verməkdədir. == Tarixi == Kilsənin yerləşdiyi mülk, əvvəllər bir yunan Ortodoks qəbiristanlığı və xəstəxanasının yeri olmuşdur. Bu mülk, kilsəni inşa etmək üçün dağıdılmışdır. Osmanlı memarı P. Kampanaki'nin dizaynlarına əsaslanan kilsənin, 1876-cı ilin Avqust ayının 13-də tikintisinə başlanmış və 1880-ci ilin Sentyabr ayının 14-də tamamlanmışdır. Kilsə, Bazilika elementləri ilə birlikdə Yeni-Barokko tərzində, əlavə olaraq iki zəng qülləsi, böyük bir günbəz və yeni-qotik bir fasad ilə inşa edilmişdir.1839-cu ildə, Tanzimat olaraq bilinən bir dövrdə, kilsələrdə günbəzlərin tikilməsinə icazə verilən zamanda, günbəz kimi memarlıq elementlər kilsəyə əlavə edildi. Aya Triyada, İstanbulda inşa edilməsinə icazə verilən ilk günbəzli xristian kilsəsidir.
Azadlıq abidəsi (İstanbul)
Azadlıq abidəsi (türk. Hürriyet Anıtı) — 1909-cu il 31 mart hadisəsində əks çevriliş əsnasında Osmanlı İmperiyası parlamentini monarxist qüvvələrdən qoruyaraq şəhid olan əsgərlərin şərəfinə inşa edilən abidə. İstanbulun Şişli bələdiyyəsi ərazisində yerləşir. Abidə 1911-ci ildə, 31 mart hadisəsinin ikinci ildönümündə açılmışdır. Kompleksdə qalıqları sonradan buraya köçürülmüş dörd görkəmli Osmanlı yüksək rütbəli məmurunun qəbirləri də var. Bu gün Türkiyədə müasirlik, demokratiya və dünyəviliyin rəmzi kimi qəbul edilən abidə bəzən rəsmi mərasimlər və kütləvi toplantılar üçün bir yer kimi xidmət edir. == Təsviri == Abidə İstanbulun Şişli bələdiyyəsində Əbədi Azadlıq Təpəsi olaraq bilinən ən yüksək təpədə (dəniz səviyyəsindən 130 m yüksəklikdə) yerləşir. Bu gün Şişli və Çağlayanı birləşdirən üç əsas magistral yolla həmsərhəd olan üçbucaqlı bir ərazidədir. Abidənin dizaynı, müvafiq memarlıq yarışmasında qalib gələn məşhur Osmanlı memarı Müzəffər bəy tərəfindən hazırlanmışdır. 1909-1911-ci illərdə ucaldılmış abidə, göyə atılan top lüləsi şəklində düzəldilmiş və bərabər tərəfli üçbucaqlı bazaya quraşdırılmışdır.
Bostançı (İstanbul metropoliteni)
Bostançı metrostansiyası (türk. Bostancı metro istasyonu) — İstanbul metropoliteninin M4 xəttində yerləşən metrostansiya. Stansiya Kadıköyün Bostançı səmtində D-100 şosesi üzərində yerləşir. Stansiya 17 avqust 2012 tarixində ictimai istifadəyə açılmışdır. Digərlərindən fərqli olaraq, bu stansiyada 2 platforma və 3 paralel rels yerləşir.Stansiyanın asma mərtəbə səviyyəsi Bostancı qovşağının hər iki tərəfində cəmi beş çıxışa sahibdir.
Böyük İstanbul avtovağzalı
Böyük İstanbul avtovağzalı (türk. Büyük İstanbul Otogarı) və ya rəsmi adı ilə İstanbul 15 iyul demokratiya avtovağzalı (türk. İstanbul 15 Temmuz Demokrasi Otogarı) — Bayrampaşa ilçəsinin sərhədləri daxilində olmasına baxmayaraq, Əsənlər mərkəzinə çox yaxın olduğu üçün İstanbulun Avropa hissəsində yerləşən və Əsənlər Avtobus Terminalı olaraq da bilinən şəhərlərarası avtobus terminalı. 1980-ci illərdə Topqapıda yerləşən İstanbul Trakya Avtovağzalının kifayət etməməsindən sonra 1987-ci ildə İstanbul Böyükşəhər Bələdiyyəsi ilə Böyük İstanbul Avtobus İdaretmələri ASC arasında imzalanan müqavilə ilə fəaliyyətə başladı. Türkiyənin və Avropanın ən böyük, dünyanın ən böyük 3. avtovağzalıdır. 2014-cü il etibarilə Büyük İstanbul avtovağzalında 168 ofisdə 324 avtobus şirkəti xidmət göstərirdi. Bundan əlavə, fərqli memarlığı ilə diqqəti cəlb edən Cümhuriyyət məscidi də avtobus terminalı içərisində yerləşir. Avtovağzalın adı 15 İyul çevriliş cəhdi zamanı həlak olan vətəndaşların xatirəsinə "İstanbul 15 iyul demokratiya avtovağzalı" olaraq dəyişdirildi. == Tarixçə == 1980-ci ildə, İstanbulun Avropa hissəsində yeni bir terminal tikməyə başladı.
COMiKON İstanbul
COMiKON İstanbul – Türkiyənin İstanbul şəhərində hər il təşkil olunan bir populyar mədəniyyət hadisəsi. Konvensiya, dünyanın bir çox böyük şəhərlərində təşkil olunan komiks hadisəsini Türkiyəyə daşıyaraq bu ölkədə güclü bir sektorun formalaşmasını və istedadlı gənclərin beynəlxalq səviyyədə tanınırlıq qazanmasını, dünyadakı ustalarla bir araya gəlməyi və bir vizyon qazanmağı hədəfləyir. Türkiyə Yapon İncəsənət Mərkəzi tərəfindən təşkil edilən ilk və yeganə anime hadisəsidir və ilk dəfə 2017-ci ildə təşkil edildiyi gündən bu yana üç dəfə keçirilmişdir. Konvensiyada animasiya, komikslər, manqa, oyun dizaynı, illüstrasiya, cosplay, elmi fantastika kinosu, fantaziya ədəbiyyatı daxil olmaqla bir çox fəaliyyət daxildir. COMiKON İstanbul, hər il Türkiyədən və xaricdən çox sayda quruma və sənətçiyə ev sahibliyi edir. Konvensiyanın talismanı Kitsune (tülkü) adlı qadın anime personajıdır.
Cümhuriyyət abidəsi (İstanbul)
Cümhuriyyət abidəsi — İstanbulda mövcud olan, Taksim meydanında yerləşən abidədir.
Davudpaşa—YTÜ (İstanbul metropoliteni)
Davudpaşa—YTÜ metrostansiyası (türk. Davutpaşa—YTÜ metro istasyonu) — İstanbul metropoliteninin M1 xəttində yerləşən yerüstü stansiya. 31 yanvar 1994-cü ildə istifadəyə açılmışdır. Metrostansiyaya 41AT, 85C, 92C nörməli avtobuslarla gəlmək mümkündür.Həmçinin, metrostansiya əsasən Ulduz Texniki Universitetinə nəqliyyat üçün geniş istifadə olunur.
Drakula İstanbulda (film, 1953)
Drakula İstanbulda (türk. Drakula İstanbul'da) — 1953-cü ildə istehsal olunmuş Türkiyə filmidir. Bu film Brem Stoker tərəfindən 1897-ci ildə yazılmış Drakula əsərindən ilhamlanaraq türk yazıçısı Ali Rıza Seyfinin yazdığı "Kazıklı Voyvoda" əsəri əsasında hazırlanmışdır. == Məzmun == Azmi (Conatan Harker), İstanbulda yaşayan bir vəkildir. Azmi Rumıniyada yaşayan Drakula adlı bir nəfərin hüququ vəkilliyini üzərinə götürmüşdür. Bunun üçün bir qatar ilə Rumıniyaya gedir. Azmi Rumıniyaya gələndə buradakı Bistriç Otelinə gedir. Daha əvvəl Azmi üçün bu oteldən yer verilmişdir. Otelə Azmi üçün Drakula bir məktub göndərmişdi. Məktubda Drakula, Azmini öz qəsrinə aparacaq olan avtomobilin yerini təsvir etmişdir.
Fateh məscidi (İstanbul)
Fateh məscidi — İstanbulun Fateh ilçəsində Fateh Sultan Mehmet tərəfindən inşa edilmiş olan məscid və külliyyədir. Külliyyədə 16 ədəd mədrəsə, xəstəxana, Qonaq evi, imarətxana, kitabxana, hamam yerləşir. Şəhərin yeddi təpəsindən birində inşa edilmişdir. Məscid 1766-cı il zəlzələsində uçduqdan sonra təmir edilərək 1771-ci ildə bu günkü halını Almışdır. 1999-cu ildə Gölcük zəlzələsi zamanı bünövrəsində çatlar təspit edilən məsciddə 2008-ci ildə Vakıflar Genel Müdürlüyü tərəfindən yenidənqurma işləri başladılmış və 2012-ci ildə ibadətə açılmışdır. == Tarixi == Bizans dövründə məscidin yerləşdiyi təpədə I Konstantinin dönəmində inşa edilən Havariyyun kilsəsi vardı. Bizans imparatorlarının bu təpədə basdırıldığına inanılır. Constantinusun o zamanlar şəhərin kənarında qalan bu təpədə basdırıldığı bilinməkdədir. İstanbulun fəthindən sonra bu bina Patrikxana kilsəsi olaraq istifadə edilmişdir. Fateh Sultan Mehmet buraya məscid və külliyyə insa etmək istəyincə patrikxana Pammakaristos manastırına köçürülmüşdür.
Göztəpə (İstanbul metropoliteni)
Göztəpə metrostansiyası (türk. Göztepe metro istasyonu) — İstanbul metropoliteninin M4 xəttində yerləşən metrostansiya. Stansiya Kadıköyün Mərdivənköy məhəlləsindəki Göztəpə qovşağının altında, Mərmərə Universitetinin Göztəpə şəhərciyinin ətrafında yerləşir. 17 avqust 2012-ci ildə fəaliyyətə açılmışdır.
Kabataş (İstanbul metropoliteni)
Kabataş metrostansiyası (türk. Kabataş metro istasyonu) — İstanbulda yerləşən tramvay-funikulyor-bərə ötürmə mərkəzidir. 20 aprel 1996-cı ildə istifadəyə verildi.M7 (Kabataş-Esenyurt) metro xəttinin tikintisi başa çatdıqdan sonra metro əlaqəsi də təmin ediləcəkdir.Stansiyaya 22, 25E, 26, 26A, 26B, 27E, 27SE, 28, 28T, 29C, 29D, 30D, 41E, 43R, 58A, 58N, 58S, 58UL, 62, 63, 70KE nömrəli avtobuslar vasitəsilə gəlmək mümkündür.
Kadıköy (İstanbul metropoliteni)
Kadıköy metrostansiyası — İstanbul metrosunun M4 xəttində olan metro stansiyasıdır. Sonuncu platforması 17 Avqust 2012-ci ildə istifadəyə verilmişdir. Açılışa Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, İstanbul Böyükşəhər Bələdiyyə başçısı Kadir Topbaş və müxtəlif məsul şəxslər də qatılmışdır.
Kadıköy metrostansiyası (İstanbul)
Kadıköy metrostansiyası — İstanbul metrosunun M4 xəttində olan metro stansiyasıdır. Sonuncu platforması 17 Avqust 2012-ci ildə istifadəyə verilmişdir. Açılışa Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, İstanbul Böyükşəhər Bələdiyyə başçısı Kadir Topbaş və müxtəlif məsul şəxslər də qatılmışdır.
Kanal İstanbul
Kanal İstanbul — İstanbulun Avropa tərəfindəki Qara dənizdən Mərmərə dənizinə qədər uzanması plannanan bir dizayndır. Keçmişdə bənzər versiyalar təklif olunsa da, Kanal İstanbul layihəsi 2011-ci ildə o vaxtkı Baş nazir Rəcəb Tayyib Ərdoğan tərəfindən elan edilmişdi. Layihə üçün ilk tender 26 mart 2020-ci ildə keçirilib. == Tarixçə == İstanbul Boğazına alternativ su layihəsinin tarixi Roma imperiyasına qədər gedib çıxır. Sakarya Çayı Nəqliyyat Layihəsi ilk dəfə Bitinya Qubernatoru Plinius və İmperator Trayan arasındakı yazışmada bəhs edilmişdirQara dənizi və Mərmərəni süni bir boğazla birləşdirmək fikri XVI əsrdən bəri 6 dəfə gündəmə gəlmişdir. 1500-cü illərin ortalarında Osmanlı İmperiyası tərəfindən planlaşdırılan üç böyük layihədən biri Sakarya çayı ilə Sapanca gölünü Qara dəniz və Mərmərəyə bağlamaq idi. 1550-ci ildə, Sultan Süleyman Qanuninin dövründə də gündəmə gəldi. Dövrün iki böyük memarı Memar Sinan və Nikola Parisi hazırlıqlara başlasalar da, müharibələr səbəbiylə bu layihənin həyata keçirilməsi baş tutmadı. İstanbulun qərbində bir kanal layihəsi ilk dəfə TÜBİTAK-ın Bilim ve Teknik jurnalında 1990-cı ilin avqust ayında yayımlanan bir məqalədə təklif edildi. Dövrün Enerji Nazirliyinin Müşaviri Yüksəl Önəmin yazdığı məqalənin adı "İstanbul Kanalını Düşünürəm" idi.
Kozyatağı (İstanbul metropoliteni)
Kozyatağı metrostansiyası (türk. Kozyatağı metro istasyonu) — İstanbul metropoliteninin M4 xəttində yerləşən bir metrostansiyasıdır. Stansiya D-100 şose yolunda Ataşəhər ilçəsində yerləşir. Stansiya 17 avqust 2012-ci ildə ictimai istifadəyə açılmışdır.Stansiyaya 14Ks, 14T, 15KB, 16A, 16B, 16C, 16F, 16FK, 16KH, 16S, 16U, 16Y, 16Z, 17K, 17P, 19, 19B, 19FK, 19H, 19Z, 21B, 21C, 21G, 21K, 21U, 129L, 129T, 130, 130A, 130Ş, 251, 252, 319, 500T, E-10 nömrəli avtobuslar vasitəsilə gəlmək mümkündür.
Köhnə Saray (İstanbul)
Köhnə Saray — İstanbulda hal-hazırda İstanbul Universitetinin mərkəzi binasının yerləşdiyi yerdə II Mehmed tərəfindən 1454–1457-ci illərdə inşa olunmuş saraydır.Bu saray Süleymaniyyə məscidindən Bəyazid məscidinə qədər olan geniş bir ərazini əhatə edir. Sarayın bir hissəsi Süleymaniyyə məscidinin inşası zamanı sökülmüşdür. Saray arxitekturasına olan son dəyişiklik isə 1866-cı ildə inşa olunan bu günki İstanbul Universitetinin mərkəzi binasıdır. Mənbələrin yazdığına görə, sarayın ətrafındakı divarlarda heç bir qüllə olmamış, saraya giriş 4 qapıdan mümkün olurmuş. Bu qapılardan biri hərəm ağalarının nəzarəti altında olurdu və gün boyu açıq qalırdı. Yeni saray, yəni Topqapı Sarayı inşa olunduqdan sonra gözdən düşən Köhnə Sarayda artıq vəfat edən və ya taxtdan endirilən padşahların qızları, qadınları, anaları və kənizləri yaşamağa başlamışdır. Bundan başqa sarayda onlara xidmət edən ağalar, çox sayıda xidmətçilər, əsgərlər də olmuşdur. Hökmdarlar ilin müəyyən aylarında Köhnə Saraya gələr, burda yaşayanlarla bayramlaşarmış. IV Murad dönəmində — 1625–1632-ci illərdə bərpa olunan bu sarayda müxəlif illərdə yanğınlar baş vermişdir. Köhnə Sarayın qədim binalarından heç biri günümüzə gəlib çıxmamışdır.
Lütfü Kırdar Konqres və Sərgi Sarayı (İstanbul)
Lütfü Kırdar Konqres və Sərgi Sarayı (türk. Lütfi Kırdar Kongre ve Sergi Sarayı) — İstanbulun Şişli ilçəsində yerləşən çoxməqsədli konqres mərkəzi. "Rumeli Sərgi Salonu ve Sərgi Merkezi" adlı əlavə binası ilə birlikdə bir çox önəmli sərgilər, konsertlər ilə sosial və mədəni tədbirlərin keçirilməsində istifadə olunur. Əvvəllər "Fənərbağça" kimi bir sıra basketbol klubları oyunlarını bu sarayın idman salonunda oynayırdılar. == Xüsusiyyətləri == 1940-cı illərdə İstanbul valisi olan Lütfü Kırdar tərəfindən "Dünya Güləş Çempionluq oyunu"nda istifadə edilmək üçün tikdirilmişdir. O dövrdə idman və sərgi sarayı adlanmışdır. Çempionluq oyunlarından sonra da bir çox idman ilə əlaqədar tədbirlərə ev sahibliyi etmişdir. Beynəlxalq konqreslərdə istifadə edilə bilməsi üçün bina restovrasiya edimiş və indiki adıyla adlandırılmağa başlanmışdır. 1996-cı ilin iyun ayında Həbibət konqresinin keçirilməsi ilə xidmətə açıq elan edlmişdir. Əsas bina olaraq Lütfü Kırdar Mərkəzi 2.000 nəfərlik Anadolu Auditoriyası, Mərmərə Salonu, iki Topqapı Salonu, üç Dolmabaxça Salonu, Qalata Salonu, Xaliç Salonu, üç Sultan iclas otağı, üç Barbaros iclas otağı, dörd Levənt iclas otağı və VIP otaqlardan ibarətdir.
M1 xətti (İstanbul metropoliteni)
M1 xətti (türk. M1 Yenikapı - Atatürk Airport, Kirazlı) – İstanbul metropolitenində yer alan dəmiryol xətlərindən biri. 1989-cu ildə istifadəyə verilmişdir. Bu gündə ortalama 220.000 sərnişin daşıyaraq, M2 xəttindən sonra İstanbul metropolitenində ən çox istifadə edilən üçüncü dəmiryol sistemidir. Xəttin uzunluğu 26,10 kilometrdir və 23 stansiya yer alır. Xətt Yeniqapı ilə Avtovağzal stansiyaları arasında 3 dəqiqə olmaqla, Avtovağzal və Atatürk Hava Limanları arasında həftə boyu 6:00-dan 00: 00-dək davam edir. Avtovağzal və Kirazlı arasındakı 24.000 sərnişinin ilə metro xəttinin rəsmi açılışı 14 iyun 2013 tarixində baş tutdu. Yeniqapı metrostansiyasından başlayan xətt Avtovağzal metrostansiyasına çatdıqda iki istiqamətə bölünür: ana xətt Atatürk hava limanına gedir, digər xətt Kirazlıya gedir. 2014-cü ildə xəttin sürücüsüz metro xəttinə çevriləcəyi və hətta doqquz yeni stansiyanın əlavə ediləcəyi açıqlandı. == Tarixçə == İstanbulun əhalisinin artması ilə şəhərin sərnişin nəqliyyatına ehtiyacı yarandı.
M2 xətti (İstanbul metropoliteni)
M2 xətti — İstanbul metropolitenində yer alan dəmiryol xətlərindən biri. 2000-ci ildə istifadəyə verilmişdir. Xəttin yalnız Haliç stansiyası yerüstüdür, digər 15 stansiya yeraltıdır. Planlaşdırılan və davam edən stansiyalar istifadəyə verildikdə, İncirlidən Çayırbaşıya qədər uzanacaq və cənub-şimal istiqamətində İstanbulu kəsərək 22 stansiyaya sahib olacaqdır. M2 xətti ilk dəfə 2000-ci ildə Taksim və Levent arasında 5 stansiya ilə istifadəyə verildi və son olaraq Yeniqapı stansiyası istifadəyə verildi. Xətt tez-tez, təxminən 3 dəqiqədən bir işləyir. == Tarixçə == Xəttin tikintisi 19 avqust 1992-ci ildə başlamışdır. Birinci hissə tamamilə yeraltı idi. Tunellərin inşası 1995-ci ildə, bütün xətt isə 1999-cu ildə başa çatdırılmışdır. 2000-ci ilin oktyabrında xətt sərnişinlər üçün açıldı.
Maçka (İstanbul)
Maçka — Trabzonun fəthinin ardından (1461) Fatih Sultan Məmmədin İstanbula göndərdiyi Trabzon şəhər mərkəzi xalqı (ümumi əhalinin 1/3-ü) tərəfindən əsası qoyulmuşdur. İTİ Maçka Yerleşkesi, Maçka Parkı və Swissotel buradadır.
Qız qalası (İstanbul)
Qız qülləsi (türk. Kız Külesi, ing. Maiden's Tower) — Orta əsr Bizans dövründən bəri Türkiyə, İstanbuldakı Üsküdar sahillərinin 200 m-də (220 illik) Bosfor boğazının cənub girişində yerləşən kiçik bir adada bir qüllədir. İstanbulun simvollarından biri sayılır. == Tarixi == Xırda donanma qələbəsindən sonra qədim yunanıstanlı general Alkiviad Qara dənizdən gələn gəmilər üçün Xrizopolis (indiki Üsküdar) qarşısında kiçik bir qayada xüsusi stansiya tikdirdi. 1110-cu ildə Bizans İmperatoru Aleksey Komnin daş divarla qorunan taxta qüllə inşa etdi. Qüllədən Konstantinopoldakı Manqananın dörddəbirində Avropa sahilində qurulan başqa bir qülləyə dəmir zəncir uzanırdı. Bundan sonra ada Asiya sahilinə sualtı qalıqları hələ də görünən müdafiə divarı ilə bağlandı. 1453-cü ildə Osmanlı Konstantinopolu (İstanbul) fəth edərkən qala venesiyalı Qabriel Trevisanonun əmri ilə Bizans qarnizonu tərəfindən tutuldu. Sonradan II Mehmed dövründə Osmanlı türkləri tərəfindən ora gözətçi qülləsi olaraq istifadə edildi.
Qız qülləsi (İstanbul)
Qız qülləsi (türk. Kız Külesi, ing. Maiden's Tower) — Orta əsr Bizans dövründən bəri Türkiyə, İstanbuldakı Üsküdar sahillərinin 200 m-də (220 illik) Bosfor boğazının cənub girişində yerləşən kiçik bir adada bir qüllədir. İstanbulun simvollarından biri sayılır. == Tarixi == Xırda donanma qələbəsindən sonra qədim yunanıstanlı general Alkiviad Qara dənizdən gələn gəmilər üçün Xrizopolis (indiki Üsküdar) qarşısında kiçik bir qayada xüsusi stansiya tikdirdi. 1110-cu ildə Bizans İmperatoru Aleksey Komnin daş divarla qorunan taxta qüllə inşa etdi. Qüllədən Konstantinopoldakı Manqananın dörddəbirində Avropa sahilində qurulan başqa bir qülləyə dəmir zəncir uzanırdı. Bundan sonra ada Asiya sahilinə sualtı qalıqları hələ də görünən müdafiə divarı ilə bağlandı. 1453-cü ildə Osmanlı Konstantinopolu (İstanbul) fəth edərkən qala venesiyalı Qabriel Trevisanonun əmri ilə Bizans qarnizonu tərəfindən tutuldu. Sonradan II Mehmed dövründə Osmanlı türkləri tərəfindən ora gözətçi qülləsi olaraq istifadə edildi.
Skyland İstanbul
Skyland İstanbul — Türkiyənin İstanbul şəhərində yerləşən əkiz göydələnlər. Şişlinin Seyrantəpə məhəlləsində yerləşir. 285 metr hündürlüyündə olub 65 mərtəbədən ibarətdir. Bina hündürlüyünə görə Türkiyədə 1-ci, Avropada isə səkkizincidir. Skyland İstanbulda 830 iqamətgah, 504 ofis sahəsi və 300 otaq və 550 nəfərlik konfrans salonu olan beşulduzlu beynəlxalq hotelə ev sahibliyi edir.Tikili Broadway Malyan şirkətinin baş memarı olan Peter Vaquan tərəfindən dizayn edilmişdir. Sahibi Eroğlu Gayrimenkuldur.Tikilidə mənzillərin qiyməti 940,000–6,300,000 TL arasıdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.02 dəfə / 1 mln.
2004 •••••••••••••••••••• 0.34
2018 ••••••••• 0.15

"istan" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#istan nədir? #istan sözünün mənası #istan nə deməkdir? #istan sözünün izahı #istan sözünün yazılışı #istan necə yazılır? #istan sözünün düzgün yazılışı #istan leksik mənası #istan sözünün sinonimi #istan sözünün yaxın mənalı sözlər #istan sözünün əks mənası #istan sözünün etimologiyası #istan sözünün orfoqrafiyası #istan rusca #istan inglisça #istan fransızca #istan sözünün istifadəsi #sözlük