qəsri sözü azərbaycan dilində

qəsri

Yazılış

  • qəsri • 84.1912%
  • Qəsri • 14.3382%
  • qəsrİ • 0.7353%
  • QƏSRİ • 0.7353%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Haqi qəsri
Haqi qəsri (萩城, Haqi-co) – Yaponiyanın Yamaquçi prefekturasının Haqi şəhərində mövcud olmuş qəsr. Meyci islahatından sonra 1874-cü ildə sökülmüşdür. 2015-ci ildə UNESCO-nun Dünya İrsi siyahısına salınıb. == Tarix == Qəsr 1604-1606-cı illərdə Çoşu hanının idarəçisi olan Mori klanı tərəfindən tikdirilmişdir. Mori klanının 14 nəsli bu qəsrdə yaşamışdır. Mori klanı imperator hakimiyyətinə güclü dəstək verməsi ilə tanınırdı və Meyci islahatından sonra 1874-cü ildə Haqi qəsrini könüllü şəkildə sökmüşdür. Qəsrin samurayları işsiz qalsa da, klan onlara fermer olmağı və meyvə yetişdirməyi tövsiyə etmişdir. Haqinin keçmiş samuray ailələrinin bir çox davamçısı qədim divarların arxasındakı samuray məhəllərinə yaşamağa davam edir. == Quruluşu == Qəsrin bir hissəsi adada yerləşirdi, bir tərəfi körfəzə, bir tərəfi çay və xəndəyə baxırdı. Qəsrin arxasında bir müşahidə qülləsi yerləşirdi.
Hidiv qəsri
Hidiv qəsri — İstanbulun Beykoz ilçəsində Çubuqlu bölgəsində yerləşən bir abidədir. 1907-ci ildə Misirin son valisii Abbas Hilmi Paşa tərəfindən İtalyan memarı Delfo Seminatiyə tikdirilmişdir. Dövrün memarlıq dəbinə uyğun olaraq müasir tərzdədir. Hidivlik məqamı, Osmanlı İmperiyasının Misir valilərinə verdiyi addır. Osmanlının Misir qubernatorlarından olan gənc yaşdakı "Hidiv Abbas Hilmi Paşa" XIX əsrin sonlarında Misirdəki İngilis nüfuzunu qırmaq və Osmanlı Dövlətindən dəstək almaq üçün uzun müddət İstanbulda qalması lazım idi. Buna görə də 1903-cü ildə günümüzdə qəsrin yerləşdiyi yer satın alındı. Abbas Hilmi Paşa bir müddət sonra yalılarının arxasındakı ağaclıq yamacları və üst düzənliyi əhatə edən 270 hektar bağı də aldı. Taxta tikililəri sökdürən Abbas Hilmi Paşa, 1907-ci ildə 1000 kvadrat metr sahə üzərində, İtalyan memar Delfo Seminatiyə, o dövrün memarlıq dəbinə uyğun olaraq modern üslubunda əzəmətli bir qəsr və üzərinə İstanbul Boğazını görən qüllə inşa etdirdi. Misiri işğal edən İngilislər, ölkəyə krallıq sistemini gətirərək, Abbas Hilmi Paşanın valilik titulunu ləğv etdilər. Abbas Hilmi Paşa, taxtdan salınması ilə İsveçrəyə köçərək (ya da sürgünə göndərilərək) burada həyatını davam etdirdi.
Hikone qəsri
Hikone qəsri (彦根城, Hikone-co) – Yaponiyanın Şiqa prefekturasının Hikone şəhərində yerləşən qəsr. Şiqa prefekturasının ən əhəmiyyətli tarixi abidəsi hesab olunur. Hikone orijinal tenşuya malik 12 yapon qəsrindən və Milli xəzinə elan olunmuş 5 yapon qəsrindən bidir. == Tarix == Qəsrin hazırkı ərazisində keçmiş dövrlərdə Hoqon məbədi adlı buddist məbədi mövcud idi. Hoqon məbədi 1080-ci ildə tikilmişdir və buddistlər üçün populyar zəvvarlıq yeri idi. Hikone qəsrinin tikintisinə 1603-cü ildə daymyo İi Naomasanın oğlu İi Naokatsu tərəfindən başladılmışdır. Qəsrin donjonu 1575-ci ildə Otsu qəsrinin bir hissəsi kimi tikilsə də, İi klanı tərəfindən Hikone qəsrinə köçürülmüşdür. Qəsrin digər hissələri isə Naqahama qəsrindən götürülmüşdür. Hikone qəsri 1622-ci ildə tamamlanmışdır. Naokatsunun torpaqları Tokuqava şoqunluğu tərəfindən götürüldüyü üçün qardaşı Naotaka Omi əyalətinə sahib olduqdan sonra keçmiş Savayama qəsrindən topladığı daşlarla Hikone qəsrinin tikintisini tamamlamışdır.
Himeci qəsri
Himeci qəsri(yapon 姫路城 Himecicö) — Yaponiyanın ən qədimdən qalmış qəsrlərindən biri. 1993 ildə Yuneskonun Dünya İrsi siyahısına salınıb. Qəsr kompleksinə ümumiyətlə, əksəriyəti ağacdan olan 83 bina daxildir. Qəsrin dayandığı təpənin ətəyində eyni adlı şəhər yerləşir. Qəsr 1333 - 1346 illərdə tikilib, 1580 və 1612- illərdə genişləndirilib. == Ümumi məlumat == Yapon qəsrinin vacib xüsusiyətlərini topoqrafiya müəyyən edir. Üç əsas yapon qəsri tipi var: yama –ciro – dağın üstündə, hira-ciro düzənlikdə, hirayama –ciro düzənliyin ortasında təpədə tikilir. == Himeci qəsrinin quruluşu == Yaponiyanın qərbindəki Himeci qəsri üçüncü tipə aiddir. Adətən qəsrin ərazisində ən yüksək yerdə əsas qüllə –tensükaku- tikilirdi. Qüllə qəsr üzərində yüksəlirdi və rəqibin yerdəyişməsini müşahidə etmək üçün əlverişli noqtə idi.
Hiroşima qəsri
Hiroşima qəsri (広島城, Hiroşima-co) – Yaponiyanın Hiroşima şəhərində yerləşən qəsr. Karp qəsri (鯉城, Rico) kimi də tanınır. Hiroşima daymyosunun iqamətgahı olmuşdur. 1590-cı illərdə tikilsə də, 6 avqust 1945-ci ildə Hiroşimaya atılan atom bombası nəticəsində məhv olmuşdur. 1958-ci ildə qəsr yenidən tikilmişdir və hazırda Hiroşimanın müharibədən əvvəlki dövrünə həsr olunmuş muzey kimi fəaliyyət göstərir. == Tarix == Toyotomi Hideyoşinin xidmətçilərindən olan Mori Terumoto Hiroşima qəsrini 1592–99-cu illərdə tikdirmişdir. Qəsr Otaqava çayının deltasında yerləşirdi. Həmin dövrdə Hiroşima şəhəri yox idi və ərazi "beş kənd" mənasına gələn Qokamura adı ilə tanınırdı. 1591-ci ildə Mori Terumoto Yoşida-Koriyama qəsrindən Hiroşima qəsrinə köçmüş və müasir Şimane, Yamaquçi, Tottori, Okayama və Hiroşima prefekturalarının ərazilərini əhatə edən 9 əyaləti buradan idarə etmişdir. Hiroşima qəsri tikilən zaman Qokamura adı Hiroşima ilə əvəz olunmuşdur.
Kanazava qəsri
Kanazava qəsri (金沢城, Kanazava-co) – Yaponiyanın İşikava prefekturasının Kanazava şəhərində yerləşən, qismən bərpa olunmuş qəsr. 1580-92-ci illərdə tikilmişdir. Orijinal qəsrdən ancaq bir qüllə, İşikava darvazası və 54 metr uzunluğundakı blok struktur salamat qalıb. Hazırda qəsrin ərazisində Kanazava Universiteti və Kenroku parkı yerləşir, Maedanın malikanəsi isə ictimaiyyətə açıqdır. XXI əsrdə qəsrin bəzi hissələri bərpa olunmuşdur. == Tarixi == Kanazava qəsri Yamazaki adlandırılmış kiçik kəndin ərazisində tikilmişdir. Oda Nobunaqaya tabe olan militan buddist keşişlərinə məxsus monastır da burada yerləşirdi. 1580-ci ildə Maeda Toşiie Kanazava qəsrini tikdirməyə başlamış və tikinti işləri 1592-ci ildə tamamlanmışdır. Tokuqava dövründə Maedanın Kaqa mülkü bütün Yaponiyada ən böyük hesab olunurdu və illik gəliri 1 milyon koku təşkil edirdi. Qəsr gözəlliyinə görə təkcə Edo və Osaka qəsrlərindən geri qalırdı.
Karlşteyn qəsri
Karlşteyn qəsri (Karlštejn; yaxud Karlův Týn) — XVI əsrdə imperator VI Karl tərəfindən Çexiyanın paytaxtı Praqanın 28 km cənub-qərbində tikdirdiyi qotik qəsr. Onun tərtibatı üçün ən yaxşı saray ustaları dəvət edilmişdi, bu, IV Karlın topladığı Müqəddəs Roma imperiyasının reqaliya və relikviyalarının saxlandığı ən təmtəraqlı qəsrlərdən biri idi. Qəsr Berounka çayının 72 metrlik əhəng qayasının üstündəki terraslar üzərində inşa edilib. == Yerləşməsi və təyinatı == Karlşteyn qəsri Praqadan 30 km cənub-qərbdə Berounka çayının sol tərəfində, 8,5 km Berona şəhərindən aralı yerləşir. Bu çex qala-qəsrlərindən ən məşhurudur, çünki, müqəddəs relikvilayalrın və imperiya reqaliyalarının saxlanması, eləcə də təntənəli mərasimlərin keçirilməsi üçün yaradılan kral qəsri sayılır. Bu qəsr Çexiya dövlətçiliyi rəmzidir. Beronka çayından qəsrə qədər yol qəsrlə eyni adlı Karlşeyn kəndindən keçir, yolun kənarında çoxsaylı suvenir satıcılarını və kiçik restoranları görmək olar. Bu yolla gedəndə nədənsə, Kafkanın, barəsində yazdığı qəsrin təsəvvürü yaranır. == Tarixi == Karlşteyn qəsrinin əsası 1348 ildə IV Karl tərəfindən qoyulub. Karlşteynin ilk daşı (yeri gəlmişkən qəsrin adı “Karlın daşı” kimi tərcümə edilir) kralın ən yaxın məsləhətçisi olan Praqanın ilk arxiyepiskopu, Pardubitesdən olan Arnoşt tərəfindən qoyulub.
Kiriniya qəsri
Kiriniya qəsri (yun. Κάστρο της Κερύνειας , türk. Girne Kalesi) ― Kiprdə venesiyalılar tərəfindən köhnə limanın şərq ucunda, əvvəlki səlibçi istehkamının üzərində inşa edilmiş 16-cı əsrə aid qala. == Tarix == Kirina qəsri eramızdan əvvəl X əsrdən bəri mövcuddur. Qazıntılarda eramızdan əvvəl VII əsrə aid olan yunan izləri aşkar edilsə də, ərazi Roma hakimiyyəti dövründə şəhər halına gətirilmişdir. Sahədə aparılan araşdırmalar orijinal qəsrin 7-ci əsrdə, bizanslılar tərəfindən şəhərin yeni ərəb dəniz təhdidindən qoruması üçün inşa edildiyini göstərir. Qala tarixi mənbələrdə ilk dəfə 1191-ci ildə, İngiltərə kralı I Riçardın özünü imperator elan etmiş yerli valisi İsaak Komnini məğlub edərək Üçüncü Səlib yürüşünə gedərkən onu ələ keçirəndə qeyd edilmişdir. Qısa bir müddətdən sonra Riçard adanı əvvəlcə Tampliyerlər ordeninə, daha sonra isə əmisi oğlu Luzuinyalı Qaya, Qüdsün keçmiş kralına satdı. Bununla da Kiprdə Kipr krallığının (1192–1489) 300 illik hakimiyyət dövrü başladı. Qəsr əvvəllər olduqca kiçik idi.
Klisson qəsri
Klisson qəsri (fr. Château de Clisson) — Fransanın Breton bölgəsində Klisson yaşayış məntəqəsində yerləşən qəsr. Klisson ailəsinin evi olub. == Haqqında == Müstəqil Breton dövründə Anjou və Poytou bölgələrinin kəsişmə nöqtəsində yerləşdiyindən hersoqluğun vacib qəsri olub. Qəsrin ilk sahibləri burada XI əsrdə yaşayıblar. Qəsr ilə əlaqədar ilk məlumatlar 1040-cı ilə aiddir. Klisson ayrı-ayrı vaxtlarda 23 bölgənin əhəmiyyətli qəsri olmuşdur. Bugünkü qəsrin böyük hissəsi XIII əsrə aiddir. Qillem de Klisson bu qəsri Sevr Nantayse çayının yaxınlığında tikdirmişdir. XIV əsrdə III Oliver Klisson qəsrin girişində yeni tikili tikdirmişdir.
Korvinlər qəsri
Korvinlər qəsri (rum.Castelul Corvinilor,macar Vajdahunyadi vár) —Transilvaniyanın cənubunda, müasir Xuneadora şəhərində Xunyadi feodal evinin irsi mülkü. Matfey Korvinin atası Yanoş Xunyadi onu 15 əsrin ortasında Zlaşte çayının yanındakı təpə üstündəki qaya üzərində tikdirib. == Tarixi == İstehkam barədə ilk yazılı məlumat 14 əsrə aiddir. O vaxtki qala oval fomraya malik idi, yeganə müdafiə qülləsi isə şimal qanadda yerləşir, cənub tərəfdən isə onu daş divar qoruyur. 1409 ildə, döyüş xidmətlərinə görə, Yanoş Xunyadinin atası Vayk Xunyadi, qalanı və ona bitişik torpağı Macarıstanın kralı Sigizmunddan bəxşiş alıb. Yanoş Xunyadi qəsrin və bitişik torpaqların genişləndirilməsinin iki mərhələsini həyata keçirib. Birinci mərhələ 1441–1446 illərə aiddir, və bu vaxt ərzində yeddi qullə tikilib: dörd çevrəvari, və üç üçbucaqvari. İkinci mərhələ 1446–1453 illərə addir: məhz o vaxt saat qulləsinin əsası qoyuldu, əsas zallar və əlavə yardımçı otaqlar tikildi. Yanoşun ölümündən sonra qəsr onun oğlu Matyaş Korvinə qaldı. Onun əmri ilə şimal qanadında(Matyaşın lociyası adı ilə tanınan) lociya tikildi, saat qulləsinin tikintisi bitirildi və qəsrin başqa işləri davam etdirildi.
Krumlov qəsri
Krumlov qəsri və ya Çeski Krumlov qəsri (çex. Zámek Český Krumlov) — Çexiyanın Cənubi Bohemiya vilayətində, Praqadan 170 km cənub-qərbdə yerləşən qəsr. Öz böyüklüyünə görə, Praqa qəsrindən sonra Çexiyada 2-ci sayılır. == Qəsrin tarixi == Qəsr çox güman ki, Krumlovlu Vitkoviçlər sülaləsindən olan feodal II Böyük Vitek tərəfindən salınmışdır. Krumlov qəsri haqqda ilk yazılı qeyd 1240-cı ilə təsadüf edir. 1253-cü ildə isə qəsr əsaslı şəkildə rekonstruksiya edilmişdi. 1274-cü ildə onun ətrafında Çeski Krumlov şəhərinin əsası qoyulmuşdur. 1302-ci ilin başlaması ilə əlaqədar qəsr bütün vərəsəlik hüquqları ilə Krumlovlu Vitkoviç sülaləsindən miras şəklində Rojmberkli (Rozenberqli) Vitkoviçlərin istifadəsinə verilmişdir. I Yindrjix Rozenberq sülaləsindən olan qəsrin ilk sahibi idi; məhz onun dövründə Aşağı qəsr genişləndirilmişdir. Onun oğlu Rojmberkli I Pyotr († 1347) Yuxarı qəsri inşa etdirmişdir, Rojmberkli II Oldrjix isə onu yenidən qurmuşdur.
Krşivoklat qəsri
Krşivoklat (çex. Křivoklát, alm. Pürglitz‎) — Çexiyanın kral və knyazlarına məxsus ən qədim və məşhur Orta əsr qəsrlərindən biridir. Qəsr Rakovnik dairəsindəki (Orta Çexiya diyarı) eyniadlı yaşayış məskəni ərazisində yerləşir. Krşivoklat Çexiya Respublikasının mülkiyyətindədir və ictimaiyyət üçün hər zaman açıqdır. Bundan başqa, qəsr "Milli İrs" institutu tərəfindən qorunur. == Qəsrin tarixi == Başlanğıcda Krşivoklat Çexiya hökmdarlarının ovçu qəsri kimi istifadə olunurdu. Praqalı Kozma (1125-ci ildə vəfat edib) 1110-cu ildə baş vermiş hadisələr haqqda bəhs edərkən, qəsr barəsində kiçik qeydlər etmişdi. Lakin bütün bunlar arxeoloji məlumatlar ilə öz təsdiqini tapmamışdı. Qotik kral qəsri Krşivoklat XIII əsrdə, daha qədim səlnamələrdə (1190-cı ilə aid) adı qeyd olunan Orta əsr qalasının yerində yaranmışdı.
Ksiaz qəsri
Ksyonj qəsri və ya Fürstenştayn qəsri (pol. Książ) — Polşanın Valbrzix şəhərində yerləşən və XIII əsrdə tikilən qəsr. == Haqqında == Qəsr XIII əsrdə Svidnika və Yavor şahzadəsi I Bolko tərəfindən inşa etdirilmişdir. Tarixdə bir çox dəfə sökülüb yenidən tikdirilmişdir. 1509–1941-ci illəri arasında yerli idarə orqanları tərəfindən idarə olunmuşdur. 1941-ci ildə qəsr Nasistlərin əlinə keçmiş, qərargahları kimi istifadə etmiş və qəsrə böyük ziyan vermişdilər. Almanların qəsrin altında tunellər qazması qəsrin memarlıq quruluşuna xələl gətirmişdir. Almanlardan sonra qəsri tutan SSRİ qüvvələri qəsrdən qala kimi istifadə etməyə başlamışlar. İkinci dünya müharibəsində qəsr böyük zərər görmüşdür. Müharibədən sonra təmir edilmişdir.
Ksyonj qəsri
Ksyonj qəsri və ya Fürstenştayn qəsri (pol. Książ) — Polşanın Valbrzix şəhərində yerləşən və XIII əsrdə tikilən qəsr. == Haqqında == Qəsr XIII əsrdə Svidnika və Yavor şahzadəsi I Bolko tərəfindən inşa etdirilmişdir. Tarixdə bir çox dəfə sökülüb yenidən tikdirilmişdir. 1509–1941-ci illəri arasında yerli idarə orqanları tərəfindən idarə olunmuşdur. 1941-ci ildə qəsr Nasistlərin əlinə keçmiş, qərargahları kimi istifadə etmiş və qəsrə böyük ziyan vermişdilər. Almanların qəsrin altında tunellər qazması qəsrin memarlıq quruluşuna xələl gətirmişdir. Almanlardan sonra qəsri tutan SSRİ qüvvələri qəsrdən qala kimi istifadə etməyə başlamışlar. İkinci dünya müharibəsində qəsr böyük zərər görmüşdür. Müharibədən sonra təmir edilmişdir.
Lais qəsri
Lais qəsri (Estonian: Laiuse ordulinnus, German: Burg Lais) Livoniya ordeni qalası. Qala indi bərbad vəziyyətdədir. Laiuse qalası Estoniyada odlu silahla mübarizə üçün tikilmiş ilk qaladı. Qalanın ən qədim hissəsi, ehtimal ki, 14 -cü əsrin sonlarında Livoniya ordeni ilə tikilmişdir. İlk dəfə 1406 -cı ildə qeyd edilib. 1558 -ci ildə Livoniya müharibəsi zamanı qala rus qoşunları tərəfindən fəth edildi və çox zərər gördü. Buna baxmayaraq, qala sonradan həm Polşa, həm də İsveç hökmdarları tərəfindən istifadədə idi. Böyük Şimal Müharibəsi zamanı, 1700-1701 -ci illərdə, Narva döyüşündən sonra İsveç kralı XII Karl burada qışlaqlarını qurdu.
Laiuse Qəsri
Lais qəsri (Estonian: Laiuse ordulinnus, German: Burg Lais) Livoniya ordeni qalası. Qala indi bərbad vəziyyətdədir. Laiuse qalası Estoniyada odlu silahla mübarizə üçün tikilmiş ilk qaladı. Qalanın ən qədim hissəsi, ehtimal ki, 14 -cü əsrin sonlarında Livoniya ordeni ilə tikilmişdir. İlk dəfə 1406 -cı ildə qeyd edilib. 1558 -ci ildə Livoniya müharibəsi zamanı qala rus qoşunları tərəfindən fəth edildi və çox zərər gördü. Buna baxmayaraq, qala sonradan həm Polşa, həm də İsveç hökmdarları tərəfindən istifadədə idi. Böyük Şimal Müharibəsi zamanı, 1700-1701 -ci illərdə, Narva döyüşündən sonra İsveç kralı XII Karl burada qışlaqlarını qurdu.
Lixtenştayn qəsri
Lixtenştayn qəsri (alm. Schloss Lichtenstein‎) — Almaniyanın Baden-Vürtemberq əyalətində yerləşən qəsr. == Haqqında == Qəsr Svabiya-Baden platforması üzərində yerləşir. 1200-cü ildə tikildiyi düşünülür. 1311-ci ildəki Reyçskrays Müharibəsində və sonra 1381-ci ildəki Reutlinqen şəhəri ilə birlikdə xaraba edildi. Qəsr 1840-cı ilə qədər təmir olunmadı. 1802-ci ildə bu torpaqlar Vürtemberq kralı I Frederikin əlinə keçdi. I Frederik orda ov köşkü tikdirdi. 1837-ci ildə bura qohumu Uraxlı hersoq Vilhelmin əlinə keçdi. O, Villiam Hauflun romanı "Lixtenştayn"dan təsirləndi və 1840–1842-ci illərdə indiki qəsri tikdirdi.
Lixtenşteyn qəsri
Lixtenştayn qəsri (alm. Schloss Lichtenstein‎) — Almaniyanın Baden-Vürtemberq əyalətində yerləşən qəsr. == Haqqında == Qəsr Svabiya-Baden platforması üzərində yerləşir. 1200-cü ildə tikildiyi düşünülür. 1311-ci ildəki Reyçskrays Müharibəsində və sonra 1381-ci ildəki Reutlinqen şəhəri ilə birlikdə xaraba edildi. Qəsr 1840-cı ilə qədər təmir olunmadı. 1802-ci ildə bu torpaqlar Vürtemberq kralı I Frederikin əlinə keçdi. I Frederik orda ov köşkü tikdirdi. 1837-ci ildə bura qohumu Uraxlı hersoq Vilhelmin əlinə keçdi. O, Villiam Hauflun romanı "Lixtenştayn"dan təsirləndi və 1840–1842-ci illərdə indiki qəsri tikdirdi.
Massandra qəsri
Massandra sarayı (ukr. Масандрівський палац) — Ukraynada, Krım MR-də yerləşən qədim saray. Saray çar III Aleksandrın yay evi olmuşdur. == Tarixi == Saray Krımın cənub sahillərindəki ən yaxşı memarlıq nümunlərindən biridir. Saray Fransa memarlığına uyğun inşa edilmişdir. Layihəsi şahzadə Vorontsov tərəfindən 1878-ci ildə memar M. Buşerə dizyn etdirilmişdir. 20 il davam edən işlər memar M. Mesmaher tərəfindən tamamlanmışdır. Stalinin bağ evi kimi tanınmışdır. Saraydan bir zamanlar Ramonovlar sülaləsi də istifadə etmişdir. III Aleksandr və ailəsi tərəfindən yay evi kimi istifadə olunması üçün tikilən sarayda böyük otaqlar və bal zalları mövcuddur.
Monsoro qəsri
Monsoro qəsri — (fr. Château de Montsoreau) — Fransanın Men və Luara departamentində Loire vadisi region Monsoro şəhərləri yerləşən qəsr. Qəsr Paris şəhərinin 250 kilometr qərbində yerləşir. Orta əsr qalası yerində tikilən intibah dövrününün qəsri. 2015-ci ildən Monsoro qala Filipp Meaille (fransanın müasir incəsənət kolleksioneri) məxsusdur. Bu, Müasir İncəsənət Muzeyinə çevrilib. Memarlıq obyekti Fransanın milli tarixi abidəsi kimi 1862-ci ildə təsnif edilmişdir. 2000-ci ildən bu yana Monsoro qəsri, UNESCO-nun dünya mirası olan Loire Vadisinin bir hissəsidir. == Arxitekturası == Monsoro qəsri Fransada Renesans üslubunda (1450–1453) tikilmiş ilk qəsr hesab olunur. Bu, Fransa kralının birbaşa sərəncamı ilə Jan II de Chambes tərəfindən tikilib.
Küçüksu qəsri
Küçüksu (Kiçiksu) sarayı və ya Göksu (Göysu) sarayı — İstanbulun Küçüksu səmtində, Göksu dərəsi ilə Küçüksu dərəsi arasında, Boğaziçində Üsküdar-Beykoz sahilyolu üzərində yerləşən saray. Sultan Abdülməcid tərəfindən Nigoğos Balyana tikdirilmiş, tikinti 1856-cı ildə başa çatdırılmışdır. Keçmiş adı "Göksu Qəsri" olan bu bina, padşahların, Bosfor sahillərindəki qəsrlərindən biridir. Qəsrlər yalnız hökmdarların malı sayılan və sarayların xaricində inşa edilən köşkdən böyük binalardır. Davamlı yaşayış üçün istifadə edilməyən qəsrlər, padşahların dincəlmələri üçün vaxt keçirdikləri yerdir. == Qəsrin tarixi == Osmanlı tarixində Lalə Dövrü adı ilə keçən dövr, yeniçəri üsyanı qanlı bir şəkildə sona çatdıqdan sonra, Kağıthanədə yerləşən saray, köşk, yalı və s. binalar talan edib dağıdılmışdır. Bu hərəkət bir xalq qiyamı xarakterində olmadığından qısa bir müddət sonra hər şey köhnə halına qayıtmışdır. Belə bir şəraitdə taxta çıxan I Mahmud, Kağıthane və ətrafını abadlaşdırmaq əvəzinə, Bosfor sahillərində dincəlməyi və əylənməyi üstün tutmuşdur. Küçüksu padşahın Boğazda ən çox sevdiyi yerlərdən biri olmuşdur.
London qəsri
London qalası (ing. Her Majesty's Royal Palace and Fortress The Tower of London) — İngiltərənin paytaxtı London şəhərində inşa olunmuş tarixi qala. Qala Temza çayının şimal sahillərində yerləşir. London qalası daha çox 1078-ci ildə kral I Uliyam tərəfindən inşa olunmuş Ağ qala adlı inzibati binası ilə tanınır. Ancaq Ağ qala ilə yanaşı London qalasında bir çox inzibati binalar, qüllələr və müdafiə divarları mövcuddur. London qalası cinayətkarlar və əsirlərin saxlanılması üçün inşa edilmişdir. Bu səbəbdən qalada edam və işgəncə otaqları, cəbhəxana, dövlət xəzinəsi və əsgər yataqxanası vardı.
Matsumae qəsri
Matsumae qəsri (松前城, Matsumae-jō) – Yaponiyanın Hokkaydo prefekturasının Matsumae şəhərində yerləşən qəsr. Yaponiyanın ən şimalda yerləşən qəsridir. Hokkaydoda yerləşən yeganə ənənəvi Edo üslubunda tikilmiş qəsr olan Matsumae qəsri eyniadlı klana məxsus olmuşdur. == Tarix == Qəsr ilk öncə 1606-cı ildə Matsumae Yoşihiro tərəfindən Tokuqava şoqunatının klanından bölgəni qorumaq (xüsusilə şimaldan Aynu barbarlarından) tələbindən sonra tikdirmişdir. 1637-ci ildə yanğına məruz qalıb, 1639-cu ildə yenidən tikilib. Bir zamanlar Hokkaydodan bütün Yaponiyaya keçid bu qəsrdən nəzarət edilirdi. 1854-cü ilə aid edilən hazırkı qəsr kompleksi xarici dəniz təhlükələrinin qarşısını almaq məqsədilə tikilmişdir. 1868-ci ildə Meyci islahatından sonra qəsrin ancaq 30 metr hündürlüyündəki tenşusu (əsas qüllə) və gözətçi butkası salamat qalıb. Lakin tenşu da 1949-cu ildə yanğına məruz qalıb və 1960-cı ildə qəsrin təqlidi tikilib. Hazırda bütün qəsr ərazisi ictimai park kimi istifadə olunur.
Matsumoto qəsri
Matsumoto qəsri (松本城, Matsumoto-co) və ya digər adı ilə Fukaşi qəsri – Yaponiyanın Naqano prefekturasının Matsumoto şəhərində yerləşən qəsr. Qara rəngli fasadına görə Qarğa qəsri (烏城, Karasu-co) kimi də tanınır. Matsumoto daymyosunun iqamətgahı olmuşdur. XVI əsrdə tikilmişdir. Matsumoto qəsri Yaponiyanın milli xəzinələrindən biridir və Yaponiyadakı 12 orijinal tenşudan birinə ev sahibliyi edir. Düzənlikdə tikildiyi üçün hiraciro tipli qəsr hesab olunur. == Tarixi == Qəsr Senqoku dövründə tikilmişdir və əsası 1504-cü ildə Şinano əyalətindəki sərhəd bölgəsində Oqasavara klanı tərəfindən tikilmişdir. Həmin dövrdəki bu kiçik sərhəd postu Fukaşi qəsri adlanırdı. 1550-ci ildəki Fukaşi mühasirəsindən sonra Takeda klanı tərəfindən ələ keçirilmişdir. Takeda Şinqen qəsri Baba Nobuharunun ixtiyarını vermişdir və qəsr Takedanın Matsumoto işğalı üçün qərargah rolunu oynamışdır.
Mixaylov qəsri
Mixaylov və ya Mühəndis qəsri (rus. Михайловский замок) – keçmiş İmperator sarayı Peterburqun mərkəzində, Sadovaya küçəsi № 2 yerləşir və İmperator I Pavelin sifarişiylə XVIII—XIX əsrlərdə inşa edilmişdi və məhz bu qəsr onun ölüm yeri olmuşdur. Bu bina ən böyük memarlıq abidələrindən sayılır və XVIII əsr Peterburq klassisizm memarlıq ənənələrinin sonunu özündə bildirir. == Adlandırma == Mixaylov qəsrinin adı, içində yerləşən və Romanov sülaləsinin qoruyucusu sayılan Arxangel Mikail kilsəsinin və I Pavelin şıltaqlığı nəticəsində Malta cəngavərləri Ordeninin "Böyük Magistr" titulunu şərəflə qəbul etməsindən sonra şəhərdə yerləşən saraylarını "qəsr" adlandırması səbəbindən yaranmışdı. İkinci adı olan "Mühəndis" sözü isə sarayda 1823-cü ildən bəri yerləşən mühəndislik məktəbindən götürülüb. Bir sıra memuar müəllifləri iddia edirlər ki, sarayın adı onun hazırda yerləşdiyi yerdə Mikail arxangelinin bir qaravul keşikçisinə görünməsi ilə bağlıdır və daha sonralar qəsrin məhz burada tikilməsinə qərar verilir. Hər necə də olsa, məhz bu cür o zamanın çağdaş insanları imperatorun sarayın nədən israrla "Mixaylov" adlandırılması səbəbini interpretasiya etmişdirlər. İstisna deyil ki, mələyin görünmə əfsanəsi yeni iqamətgahın təcili tikilməsinin şübhəli ehtiyacına haqq qazandırmaq üçün İmperator tərəfindən qəsdən yayılmışdır. Bütün bunlara baxmayaraq, Mixaylov qəsri Rus memarlıq tarixində yeganə tanınmış dünyəvi memarlıq abidəsidir ki, onun adı öz sahibinin adından, təyinatından və ya yerləşdiyi ərazisindən deyil, sadəcə laraq bir müqəddəs şərəfinə verilmişdi. == Təsvir == Qəsr planda kənarları dairəvi küncləri olan kvadrat, içərisində ön həyətə çıxan mərkəzi səkkizbucaq təşkil edir.
Haulun yeriyən qəsri (anime, 2004)
Haulun yeriyən qəsri (ハウルの動く城 Hauru no uqoku şiro) - Studio Ghibli tərəfindən 2004 ildə çəkilən tammetrajlı animasiya filmi. İngilis yazıçısı Diana Uinn Consun eyniadlı əsəri əsasındə yaradılıb. Filmin rejissoru Hayao Miyazakidir. 2006 ilin Oskar mükafatına ən yaxşı tammetrajlı cizgi filminə görə nominasiya olmuşdur, lakin mükafatı “Volles və Qromit” cizgi filmi əldə etdi. Miyazakinin dediyinə görə qəsrin obrazı rus nağıllarından götürülüb. == Məzmun == Paralel dünya, Avropanın XIX əsri. Sadə papaqçı Sofinin həyatı sirli sehrbaz Haulun yeriyən qəsrini gördükdən sonra tamamilə dəyişir. O, Sofini ona sataşan iki hərbçidən xilas edir və Sofi ona vurulur. Lakin bu ona baha başa gəlir – qısqanc cadu Sofinin cavanlığını və gözəlliyini əlindən alır. Sofi doğma evini tərk etməli və cadunu pozmaq üçün yola düşməli olur.
Haulun yeriyən qəsri (cizgi filmi, 2004)
Haulun yeriyən qəsri (ハウルの動く城 Hauru no uqoku şiro) - Studio Ghibli tərəfindən 2004 ildə çəkilən tammetrajlı animasiya filmi. İngilis yazıçısı Diana Uinn Consun eyniadlı əsəri əsasındə yaradılıb. Filmin rejissoru Hayao Miyazakidir. 2006 ilin Oskar mükafatına ən yaxşı tammetrajlı cizgi filminə görə nominasiya olmuşdur, lakin mükafatı “Volles və Qromit” cizgi filmi əldə etdi. Miyazakinin dediyinə görə qəsrin obrazı rus nağıllarından götürülüb. == Məzmun == Paralel dünya, Avropanın XIX əsri. Sadə papaqçı Sofinin həyatı sirli sehrbaz Haulun yeriyən qəsrini gördükdən sonra tamamilə dəyişir. O, Sofini ona sataşan iki hərbçidən xilas edir və Sofi ona vurulur. Lakin bu ona baha başa gəlir – qısqanc cadu Sofinin cavanlığını və gözəlliyini əlindən alır. Sofi doğma evini tərk etməli və cadunu pozmaq üçün yola düşməli olur.
Köhnə Kral sarayı (Praqa qəsri)
Başlanğıcda roman üslubunda inşa olunmuş Köhnə Kral sarayı (çex. Starý královský palác) Praqa qəsrinin mərkəzi hissəsində (üçüncü həyətin ərazisi) yerləşir. Saray kompleksinin ərazisinə Bütün Müqəddəslər kilsəsi, Vladislav zalı, Köhnə palatalar, Zemstvo lövhələri və Lüdvikov qanadı daxildir. Sarayda Çexiya knyazları və kralları X əsrdən - XVI əsrə kimi yaşamışdılar. == Sarayın yaranması == Saray binası I Sobeslavın və II Vladislavın hakimiyyəti dövründə, yəni 1135—85-ci illər arasında inşa olunmuşdu. O dövrdən hazırkı zamana qədər həmin saraydan yalnız zirzəmi qatının günbəzi, cənub tərəfindən xarici divaların bir hissəsi və onu bəzəyən daşlı qüllələr qorunub saxlanılmışdı. O dövrdə bu divarlar qəsr istehkamının bir hissəsi idi. Binaların qərb xətti daxilində və cənub girişi boyunca roman üslublu qüllələrin qalıqları mühafizə edilmişdi. Sarayın birinci mərtəbəsində bir zamanlar böyük taxt otağı və knyaz zalı mövcud idi, taxt otağındakı 5 dənə üçlü pəncərələr cənuba baxırdı. Şərqdən saray binasına apsidalı kapella birləşirdi.
Lobkovitz sarayı (Praqa qəsri)
Lobkovitz sarayı (çex. Lobkovický (Lobkowiczký) palác, alm. Palais Lobkowitz‎) — Praqanın qəsrində yerləşən barokko üslublu saray. XVI əsrdə inşa olunmuş saray indiyə qədər Lobkvitz sülaləsinin ailə üzvlərinə məxsusdur; o şəxsi mülkiyyətdə olan Praqa qəsrinin yeganə binasıdır. == Tarix == Hazırkı sarayın yerində saray tipli binanın inşası 1542-1554-cü illərdə Çexiya Krallığının ən tanınmış və ali burqqrafı olmuş Kraykalı Volf Krayirj tərəfindən başladılmışdı. Lakin tezliklə o, yarımçıq sarayı məşhur Pernşteyn sülaləsinə satır. Tikinti işlərini Pernşteynli Yaroslav davam etmiş, onun Habsburq kralı Maksimilian yanında yüksək kansler vəzifəsini yerini yetirmiş qardaşı II Vratislav isə çox güman ki onun tamamlama işlərinə rəhbərlik edirdi. İlkin orijinal bina İntibah üslubunda inşa edilmişdir və daxili həyətinin ətrafında dörd qanadı var idi. Yeni sahiblərin şərəfinə sarayın adı Pernşteyn ilə əvəz olunmuşdu. Pernşteyn sarayının adı həmçinin "İkinci Praqa defenestrasiya" hadisələri ilə də qismən bağlıdır.
Monsoro qəsri-Müasir incəsənət Muzeyi
Monsoro qəsri-Müasir incəsənət Muzeyi (fr. Château de Montsoreau-Musée d'art contemporain) — Fransanın müasir incəsənət muzeyidir. Muzey, Men və Luara departamentinin Luar vadisində Monsoro şəhərində yerləşir. Monsoro qəsri-Müasir incəsənət Muzeyi xeyriyyəçi Filipp Meaille tərəfindən 2016-cı ildə qurulmuşdur. == Muzeyin tarixi == Muzey Monsoro qəsrinda əsası qoyulmuşdur. Luara çay yatağında tikilmiş yeganə Luar Vadisi qəsri. İki çayının, Luar və Vyananın birləşməsində yerləşir. == Kolleksiyası == Muzeyin kolleksiyasinda XX əsrin ikinci yarısının konseptual əsərlərindən ibarətdir. Hal-hazırda kolleksiyası sənətkarların Art & Language qrupunun dünyanın ən böyük kolleksiyasıdır. Muzeyin eksponatları hər 3-4 aydan bir dəyişdirilir.

"qəsri" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qəsri nədir? #qəsri sözünün mənası #qəsri nə deməkdir? #qəsri sözünün izahı #qəsri sözünün yazılışı #qəsri necə yazılır? #qəsri sözünün düzgün yazılışı #qəsri leksik mənası #qəsri sözünün sinonimi #qəsri sözünün yaxın mənalı sözlər #qəsri sözünün əks mənası #qəsri sözünün etimologiyası #qəsri sözünün orfoqrafiyası #qəsri rusca #qəsri inglisça #qəsri fransızca #qəsri sözünün istifadəsi #sözlük