Kiçik qıfotu
Kiçik qıfotu
== Təbii yayılması ==
Vətəni Avropanın materik hissəsi və Kiçik Asiyadır.İngiltərə,Şimali Afrika,Amerika,Avstraliya və Yeni Zelandiyada yayılmışdır.
== Botaniki təsviri ==
Həmişəyaşıl,çoxillik,nazik horizontal,kökümsovlu ot və ya kolcuqdur.Yarpaqları üzbəüz,ellipsvari,dərili,parlaq,uzunluğu 3-5 sm və eni 2,5 sm-dək olub,iti vəya küt,üstü yaşıl,alt tərəfi boz-yaşıl,saplaqların uzunluğu 2-5 mm,dəstələrdə 3 ədəd yerləşmişdir.Tək-tək göy-bənövşəyi rəngli çiçəkləri düz qalxan budaqların ucunda yerləşir.Çiçəkləri tək,diametri 2-3 sm,çiçək saplaqlarının uzunluğu 1-3 sm-dir.Kasacığı bitişik yarpaqlı,hissələrin uzunluğu 3-4 mm,iti,lansetvari-üçkünc,çılpaqdır.Çiçək tacı qıfvari,tünd göy və ya bənövşəyi-göy,uzunluğu təxminən 12 mm olan uzun,slindrik,nazik borucuqlu,küt kəsikli hissələrinin uzunluğu 10-12 mm-dir.Dişiciyi tükcüklü,ağızlıdır;yuxarı hissədə uzun,ağ tükcüklərlə örtülmüşdür.Erkəkcik saplaqları yumru,kasavari əyilmişdir;tozcuqları çiçək tacının borucuğunda oval formalı,uzunluğu 4 mm-dir.Yarpaqcıqları 2 ədəd,silindrik,ucu biz,yaşılımtıl,uzunluğu 7-8 sm-dir.Toxumları qonur,uzunsov,silindrik,əmzikli,kəkilsizdir.May-iyunda çiçəkləyir.Meyvələri avqust-sentyabrda yetişir.Toxum,yaşıl qələmlər və kolun bölünməsi yolu ilə çoxaldılır.Torpağa dəyən budaqları kök verir.
== Ekologiyası ==
Meşələrdə,yamaclarda,kolluqlarda bitir.Torpağa az tələbkardır.Şəhər şəraitinə davamlədır.
== Azərbaycanda yayılması ==
Mərdəkan dendrarisində introduksiya edilmişdir.Respublikanın rayonlarında mədəni şəraitdə park və bağlarda rast gəlinir.
== İstifadəsi ==
Park və bağlarda çiçəklərinin dekorativ xüsusiyyətinə görə istifadə olunur,müalicəvi əhəmiyyətlidir.
== Məlumat mənbəsi ==
Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.