Sarıy sözü azərbaycan dilində

Sarıy

Yazılış

  • Sarıy • 66.6667%
  • sarıy • 33.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Azər Sarıyev
Azər Sarıyev(Sarıoğlu) — tanınmış Azərbaycan jurnalisti. == Həyatı == Azər Sarıyev 1974-cü il sentyabrın 24-də İmişlidə anadan olub. Bakı Dövlət Universitetinin tarix fakultəsini tarixçi-şərqşünas ixtisası üzrə bitirib. Azər Sarıyev mətbuata "Avrasiya" qəzetində tərcüməçi işləməklə gəlib, 1997-1998-ci illərdə həmin redaksiyada siyasət müxbiri kimi çalışıb. 1998-1999-cu illərdə "Ekspress" qəzetində siyasət və parlament müxbiri işləyib.Daha sonra "Palitra" qəzetində baş redaktor olub (1999-2003). "Millət", Hürriyyət", "Kaspi" qəzetləri, "Azadinform" İnformasiya Agentliyi ilə də əməkdaşlıq edib. Altı il jurnalistikada (üç il reportyor, üç il baş redaktor) işlədikdən sonra 2003-cü il avqustun 18-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasında Media və ictimai əlaqələr şöbəsinin müdiri(mətbuat katibi) vəzifəsinədə çalışıb. 11 il MSK-da şöbə müdiri vəzifəsində işlədikdən sonra AzərTAc-ın Türkiyə və Səudiyyə Ərəbistanı üzrə xüsusi müxbiri təyin edilib. Bir müddət sonra bu postdan istefa verib. Respublikanın müxtəlif media orqanlarında çeşidli mövzularda yazılarla çıxış edib.Hazırda FHN-in İctimaiyyətlə əlaqələr idarəsində baş məsləhətçi vəzifəsində işləyir.
Böyük Sarıyal
Böyük Sarıyal — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 22 km məsafədə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tərkibinə daxil idi. Kəndin başqa adı Saral olmuşdur. == Toponimi == Toponim fərqləndirici əlamət bildirən "böyük" sözü ilə qədim türk dilində "düzənlik, düz, çöl, sahə" mənasında işlənən sara və "dağın döşü, dağın yamacı", "dağ keçidi, təpə", müasir Azərbaycan ədəbi dilində "hündür bir yerin təpəsi", "dikdir", "yoxuşun başı" mənasında işlənən yal sözlərinin birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Mürəkkəb quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 2. III.1940-cı il fərmanı ilə adı dəyişdirilib Medz Sariar (Böyük Sarıyal) qoyulmuşdur. Azərbaycan dilində rəng bildirən sarı və yal (dağın yalı) sözlərindən ibarətdir.
Kiçik Sarıyal
Kiçik Sarıyal — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızılqoç (Qukasyan) rayonunda kənd. == Tarixi == Erməni mənbələrində Sarıyar kimi qeyd edilir. Toponim qədim türk dilində "iri, nəhəng, uca, hündür, yüksək, dik" mənasında işlənən sarı sözü ilə "hündür bir yerin təpəsi, dikdir, yoxuşun başı" mənasında işlənən yal sözünün birləşməsindən əmələ gəlmişdir. Toponimdəki "kiçik" sözü fərqləndirici əlamət bildirir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 4. IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Pokr Sariar qoyulmuşdur. == Əhalisi == Ermənilər buraya 1828–1832-ci illərdə Türkiyədən köçürülmüşdür.
Qoşqar Sarıyev
Qoşqar Sarıyev (tam adı: Sarıyev Qoşqar Nadim oğlu; d. 1980 – ö. 30 may 2017, Qazax, Azərbaycan) — Azərbaycanlı futbolçu, karyerası boyu yalnız "Göyəzən"də çıxış etmiş, bu komandanın kapitanı olmuşdur. == Karyerası == Qoşqar Sarıyev uzun illər "Göyəzən" futbol klubunda çıxış etmiş və komandanın kapitanı olmuşdur. Uzun illər bu komandanın heyətində I divizionla yanaşı, Premyer Liqa yarışlarında da oynamışdır. Hətta bir dəfə "Qəbələ"yə baxışa çağırmış; amma getməmiş, komandasına sadiq qalmışdır. Səhhəti ilə əlaqədar futbolu tərk etmişdir. == Həyatının son illəri == Futbolu tərk edəndən sonra yaşadığı Qazax rayonunun Xanlıqlar kəndində mağazada satıcılıq etmiş; doğma kəndində qablaşdırılan bulaq sularının satışı ilə məşğul olan mağazada işləmişdir. == Vəfatı == Qoşqar Sarıyev 30 may 2017-ci ildə – 37 yaşında ikən vəfat etmişdir. Belə ki, ürək xəstəliyindən əziyyət çəkən Sarıyevin səhhəti mayın 30-da kəskin pisləşmiş; o, Qazax Müalicə Diaqnostika Mərkəzinə aparılarkən yolda dünyasını dəyişmişdir.
Samir Sarıyev
Samir Əli oğlu Sarıyev (26 noyabr 1993, Əli-Bayramlı – 27 oktyabr 2020, Alxanlı, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Samir Sarıyev 26 noyabr 1993-cü ildə Şirvan şəhərində Əli Sarıyevin ailəsində anadan olmuşdur. Əslən Zəngilan rayonunun Malatkeşin kəndindəndir. 1999-2009-cu illərdə 202 saylı şəhər məktəbdə təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Samir Sarıyev 2012-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zəngilan rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, Azərbaycanın Milli Qəhrəmanı, şəhid Polad Həşimovun komandirlik etdiyi "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. Xidməti zamanı dəfələrlə təltif edilən Samir Sarıyevin komandiri Polad Həşimov onun ailəsinə təşəkkür məktubu yazmışdır. Samir Sarıyev 2013-cü ildə hərbi xidmətdən tərxis olunmuş və mülki fəaliyyətə davam etmişdir. 2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamışdır.
Sarıyal
Böyük Sarıyal Kiçik Sarıyal Sarıyal — Xanlar rayonu ərazisində dağ. Hündürlüyü 1821 m. Sarıyal — Xanlar rayonunda dağ. Hündürlüyü 1640 m.
Sarıyaqub
Sarıyaqub — Göyçə mahalının Basarkeçər rayonunda kənd. == Tarixi == Sarıyaqub - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Basarkeçər (Vardenis) rayonunda kənd. Rayon mərkəzindən 10 km cənub-şərqdə, Məzrə çayının yaxınlığında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.Sarıyaqub kəndinin tarixi Oğuz Xanın, Bayandur Xanın vətəni, onların müqəddəs məzarlarının uyuduğu Göyçə mahalının tarixi qədər qədim və uludur. Kənddə yerləşən "Oğuz (Uğuz)" qəbristanlığı bunun ən mötəbər sübutudur. Kənd Səfəvilər dövlətinin qurucusu və hökmdarı Şah İsmayıl Xətainin (1487-1524) 1515-ci il tarixli fərmanı ilə Səfəvilərin böyük övliyası, sufi şeyxi Seyid Hüseyn Məhəmməd oğluna - Miskin Abdala (1430-1535) nəsilbənəsil pay kimi verilmişdir. Həmin fərmanın əsli hazırda da "Miskin Abdal ocağı"nda saxlanılır. Azərbaycan tarixinin ən şanlı dövrünün başlanğıcını qoyan Səfəvilər dövlətinin qurucusu Şah İsmayıl Xətai bu kəndə gəlib ustadı, böyük övliya Miskin Abdal ilə görüşmüşdür. Səfəvi hökmdarı Sultan Hüseyn də (17-18-ci əsrlər) bu kəndə gəlib "Miskin Abdal Ocağı"nı ziyarət etmiş, orada xütbə oxutdurmuşdur. Bunu təsdiq edən sənədlər "Miskin Abdal Ocağı"nda indi də saxlanılır.
Sarıyar
Sarıyar - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Kalinino rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 12 km şimal-şərqdə yerləşir. Erməni mənbələrində kəndin adı Sarılar kimi göstərilir. Qızılkilsə (Qızıldaş) sovetliyinin tərkibində idi. 1937-ci ilə kimi Cəlaloğlu (Stepanavan) rayonunun tabeliyində olmuşdur. Toponim rəng bildirən sarı sözü ilə qədim türk dilində «yarğan» mənasında işlənən yar birləşməsindən əmələ gəlmişdir. Kəndin ərazisindəki torpaq san rəngli süxurlardan ibarətdir. Ona görə də kənd Sarıyar adlarıdırılıb. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Sarıyarğan (Əhər)
Sarıyarğan (fars. ساري يارقان‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 155 nəfər yaşayır (33 ailə).
Sarıyataq
Sarıyataq (Qubadlı) — Azərbaycan Respublikasının Qubadlı rayonunun Sarıyataq kənd inzibati ərazi dairəsində kənd. Sarıyataq (Xudafərin) — İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd.
Sarıyataq (Qubadlı)
Sarıyataq — Azərbaycan Respublikasının Qubadlı rayonunun Sarıyataq kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Kəndin əhalisi vaxtilə indiki ərazidən nisbətən qərbində, "Kalafaların quzeyi" adlanan dərədə yaşayırdı. Sonralar kəndin əhalisi Sanyataq dağının ətəyinə köçmüş, kənd isə həmin dağın adı ilə adlandınlmışdır. == Tarixi == 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Sanyataq kəndi mahalın bir hissəsi olmuşdur. Kürdüstan qəzası ləğv edildikdən sonra Sanyataq Qubadlı rayonunun tərkibinə daxil edilmişdir.1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 25 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir. == Coğrafiyası == Sarıyataq kəndi Həkəri çayının sahilində, dağlıq ərazidədir. == Əhalisi == 1856-cı il "Qafqaz təqvimi"nə görə, əhalisi kürd dilində danışan şiə kürdlərdən ibarət olmuşdur. "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, kənddə 59 evdə 272 şiə kürd yaşayırdı.
Sarıyataq (Xudafərin)
Sarıyataq (fars. ساري ياتاق‎) — İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 54 nəfər yaşayır (11 ailə).
Sarıyer
Sarıyer — İstanbul ilinin ilçəsi. İlçə cənubda Beşiktaş, cənub-qərbdə Şişli, qərbdə Əyyubsultan ilçələri, şərqdə Bosfor və şimalda Qara dənizlə əhatə olunub. Əhali sayı 337,681 nəfərdir (2014-cü ilin statistikasına görə). 151 km2 sahəsi olan Sarıyer ilçəsi 38 məhəllədən ibarətdir. == Etimologiya == İlçənin ilk adı Simasdır. Sarıyer adının mənşəyi ilə bağlı müxtəlif ifadələr var, bunların bəziləri bəlli olur. Fatih Sultan Mehmedin iki sarı əsgəri Mərkəzi Məscidin yanında basdırıldı, buna görə də "Fatihin sarı keşişləri" dən ayrılıb bölgəni Sarıyer adlandırdılar və ya bölgənin adı Misirli varlıların bölgədə xərclədikləri qızıl pula görə "Sarı lirədir". Açılan söz-söhbətlərə uyğun gələn fərziyyə, Sarıyer'in şimal-qərb tərəfindəki qızıl mədəni və gil səbəbiylə silsilələrin sarı olması və buradakı yaşayış məntəqəsi bu sarı torpaqlar səbəbiylə əvvəlcə Sarıyar adlandı. Osmanlı mənbələrində XIX. Sarıyarın istifadəsi əsrə qədər davam etdi. Uçurum mənasına əlavə olaraq Yar sözünün dağ yamacı və dağ silsiləsi mənası var.
Sarıyoxuş
Sarıyoxuş — Laçın rayonu ərazisində dağ. Mıxtökən silsiləsinin cənub yamacında zirvədir. Hündürlüyü 2117 m. Piçənisçay (Şəlvaçayın qolu) buradan axır. Oronim sarı (dağ süxurlarının rəngi) və yoxuş (dik) komponentlərindən düzəlib, "sarı rəngli yoxuş" mənasındadır.
Sevinc Sarıyeva
Sevinc Ərşad qızı Sarıyeva (1972, Qarakənd, DQMV) — Azərbaycan xanəndəsi, Azərbaycan Respublikasının əməkdar artisti (2015). == Həyatı == Sarıyeva Sevinc Ərşad qızı 1972-ci ildə Xocavənd rayonunun Qarəkənd kəndində anadan olub. Əslən Ağdam rayonunun Mərzili kəndindəndir. 1979-cu ildə Ağdam rayonunda Xudu Məmmədov adına Mərzili kənd orta məktəbində 1-ci sinifə daxil olub. 1989-cu ildə həmin məktəbi bitirmişdir. Eyni zamanda 1985-ci ildə Ağdam rayon Xan Şuşinski adına musiqi məktəbinin xanəndəlik sinifinə daxil olub və 1990-cı ildə həmin məktəbi uğurla başa vurmuşdur. Sevinc Sarıyevanın təhsil aldığı illər ağır bir dönəmə təsadüf etdiyi üçün həmin illərdə doğulub boya-başa çatdığı doğma yurd yerlərinin işğala məruz qalması və eyni zamanda atası Ərşad Sarıyevin erməni əsirliyinə düşməsi ona təhsilini davam etdirməkdə çətinlik yaratmışdır. Daha sonra o Bakıya gəlmiş və təhsilini burada davam etdirərək 1997-ci ildə Asəf Zeynallı adına musiqi texnikumunun xanəndəlik sinifinə daxil olaraq ustad xanəndə Vahid Abdullayevin sinifində muğam sənətinin sirlərini öyrənmişdir. 2000-ci ildə A.Zeynallı adına musiqi texnikumunu bitirmişdir. 2001-2005-ci illərdə Azərbaycan Milli Konservatoriyasında Xalq artisti, professor Arif Babayevin sinifində təhsil almışdır.
Sevinc Sarıyeva (əməkdar artist)
Sevinc Ərşad qızı Sarıyeva (1972, Qarakənd, DQMV) — Azərbaycan xanəndəsi, Azərbaycan Respublikasının əməkdar artisti (2015). == Həyatı == Sarıyeva Sevinc Ərşad qızı 1972-ci ildə Xocavənd rayonunun Qarəkənd kəndində anadan olub. Əslən Ağdam rayonunun Mərzili kəndindəndir. 1979-cu ildə Ağdam rayonunda Xudu Məmmədov adına Mərzili kənd orta məktəbində 1-ci sinifə daxil olub. 1989-cu ildə həmin məktəbi bitirmişdir. Eyni zamanda 1985-ci ildə Ağdam rayon Xan Şuşinski adına musiqi məktəbinin xanəndəlik sinifinə daxil olub və 1990-cı ildə həmin məktəbi uğurla başa vurmuşdur. Sevinc Sarıyevanın təhsil aldığı illər ağır bir dönəmə təsadüf etdiyi üçün həmin illərdə doğulub boya-başa çatdığı doğma yurd yerlərinin işğala məruz qalması və eyni zamanda atası Ərşad Sarıyevin erməni əsirliyinə düşməsi ona təhsilini davam etdirməkdə çətinlik yaratmışdır. Daha sonra o Bakıya gəlmiş və təhsilini burada davam etdirərək 1997-ci ildə Asəf Zeynallı adına musiqi texnikumunun xanəndəlik sinifinə daxil olaraq ustad xanəndə Vahid Abdullayevin sinifində muğam sənətinin sirlərini öyrənmişdir. 2000-ci ildə A.Zeynallı adına musiqi texnikumunu bitirmişdir. 2001-2005-ci illərdə Azərbaycan Milli Konservatoriyasında Xalq artisti, professor Arif Babayevin sinifində təhsil almışdır.
Tural Sarıyev
Tural İsmayıl oğlu Sarıyev (10 may 1993; Tovuz rayonu, Azərbaycan — 16 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tural Sarıyev 1993-cü il mayın 10-da Tovuz rayonunun Cirdək kəndində anadan olub. == Hərbi xidməti == Tural Sarıyev 2011-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Tural Sarıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tural Sarıyev oktyabrın 16-da Qubadlının azad edilməsi zamanı şəhid olub. Tovuz rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Sarıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Sarıyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Sarıyev ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.
Vüqar Sarıyev
Vüqar Fikrət oğlu Sarıyev (26 noyabr 1990, Amankənd, Puşkin rayonu – 10 oktyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vüqar Sarıyev 26 noyabr 1990-cı ildə Biləsuvar rayonunun Amankənd kəndində anadan olmuşdur. Amankənd kənd tam orta məktəbini bitirdikdən sonra peşə təhsilini almışdır. Ailəli idi, 2 oğlu və 1 qızı yadigar qaldı. == Hərbi xidməti == Vüqar Sarıyev həqiqi hərbi xidmətini başa vurduqdan sonra 2016-cı ildə müddətdən artıq hərbi xidmətçi kimi Goranboy rayonunda yerləşən N saylı hərbi hissədə, bir müddətdən sonra isə Murovdağ yüksəkliyində Vətənə xidmət edib. İkinci Qarabağ müharibəsinə də elə burdan qatılıb.O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsində iştirak etmiş, Murovdağ, Talış kəndi, Cəbrayıl, Füzuli və Laçın rayonları istiqamətində gedən döyüşlərdə vuruşmuş və Suqovuşan istiqamətində düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına həlak olmuşdur. Şəhid Vüqar Sarıyev 10 oktyabr 2020-ci il tarixində Biləsuvar rayonu Amankənd kənd məzarıstanlığında dəfn olunmuşdur.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Sarıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Sarıyev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Xəzri Sarıyev
Xəzri Elnur oğlu Sarıyev (15 oktyabr 2000, Qarayev, Saatlı rayonu – 28 sentyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xəzri Sarıyev 2000-ci il oktyabrın 15-də Saatlı rayonunun Orta Muğan kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Xəzri Sarıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Xəzri Sarıyev sentyabrın 28-də Murovdağ döyüşləri zamanı şəhid olub. Saatlı rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəzri Sarıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Yekaterina Sarıyeva
Yekaterina Sarıyeva (d. 18 dekabr 1995; Bakı, Azərbaycan) — Azərbaycanlı yüngül atlet. Yekaterina Sarıyeva, 2013-cü ildə baş tutan III İslam Həmrəyliyi Oyunlarında qızıl medal, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında isə bürünc medal qazanıb. == Karyerası == Yekaterina Sarıyeva 2013-cü ildə Azərbaycan bayrağı altında III İslam Həmrəyliyi Oyunlarına qatıldı. Üçtəkanla tullanma yarışlarının final mərhələsində o, 13.28 metr nəticə ilə 1-ci yeri tutdu və III İslam Həmrəyliyi Oyunlarının qızıl medalına sahib oldu. Yekaterina Sarıyeva 2017-ci ildə isə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Uzunluğa tullanma yarışlarının final mərhələsində o, 5.27 metr nəticə ilə 9-cu yeri tutdu. Üçtəkanla tullanma yarışlarının final mərhələsində isə o, 12.81 metr nəticə ilə 3-cü yeri tutdu və IV İslam Həmrəyliyi Oyunlarının bürünc medalına sahib oldu.
Zaur Sarıyev
Zaur Sarıyev (28 iyun 1974, Qaralar, Şamxor rayonu – 17 mart 1995, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı, Mart hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda ömrünü qurban verərək şəhidlik zirvəsini fəth etmiş fateh. == Həyatı == 1974-cü il 28 iyun Şəmkir rayonunda anadan olmuşdur. 1981-1989-cu illərdə burada təhsil almışdır. 1993-cü il 6 iyul Zaur hərbi xidmətə çağırılır. Zaur "N" saylı hərbi hissədə qısa vaxt ərzində təlim alaraq cəbhəyə göndərildi. == Döyüşlərdə iştirakı == Cəsur döyüşçü Füzuli, Ağdam, Kəlbəcər, Murovdağ cəbhələrində rəşadətlə vuruşaraq hər kəsi özünə heyran qoymuşdu. 1994-cü ilin sərt qışı idi. Zaur döyüşçü dostları ilə Murovdağ istiqamətində kəşfiyyat əmri alır. Döyüşçülər bu əməliyyat zamanı mühasirəyə düşürlər, 13 gün sonra xeyli erməni yaraqlısını məhv edən əsgərlər mühasirədən çıxdılar. Zaurun əl-ayağı donmuşdu, iki ay müalicə olunan cəsur düyüşçü yenidən səngərə dönür.
Zülfüqar Sarıyev
Zülfüqar Hüseyn oğlu Sarıyev (yanvar 1883, Şuşa – 1969, Bakı) — Azərbaycan opera müğənnisi (tenor), muğam ifaçısı, Azərbaycan SSR əməkdar artisti (1940). == Həyatı == Zülfüqar Hüseyn oğlu Sarıyev 1883-cü ilin (bəzi mənbələrdə 1888-ci il) yanvar ayında Şuşa şəhərində anadan olmuşdur. Atası erkən vəfat etdiyi üçün uşaq yaşlarından qardaşı ilə birgə işləməyə məcbur olmuşdur. Muğam və milli musiqiyə olan həvəsindən əlavə, səs imkanlarının mövcudluğu onun üçün xanəndəliyə yol açmış, Azərbaycan muğamlarını dövrünün tanınmış xanəndələrindən, qrammofon vallarından öyrənmişdir.Zülfüqar Sarıyev 1917-ci ildən başlayaraq dərnəklərdə, 1920-ci ildən isə opera səhnəsində çıxış etmişdir. O, yaradıcılığı boyunca Hüseynqulu Sarabski, Hüseynağa Hacıbababəyov, Sona Bağırova, Sürəyya Qacar, Həqiqət Rzayeva, Əli Zülalov, daha sonralar Xanlar Haqverdiyev, Əliövsət Sadıqov, Şirzad Hüseynov və başqaları ilə birlikdə çalışmışdır. Zülfüqar Sarıyev Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı səhnəsində Üzeyir Hacıbəyovun "Leyli və Məcnun", "Əsli və Kərəm", "Koroğlu", Zülfüqar Hacıbəyovun "Aşıq Qərib", Müslüm Maqomayevin "Şah İsmayıl" və başqa opera və operettalarda Məcnunun atası, Zeyd, Şah Osmanlı, carçı, zəvvar kimi müxtəlif obrazlarda çıxış etmişdir.Əsasən, xarakterik rolların ifaçısı olmuş Zülfüqar Sarıyev xüsusi ifa imkanına və lirik tenor səsə malik olmasına baxmayaraq, bəstəboy olması səbəbindən hər zaman ikinci dərəcəli rolları oynamağa məcbur olmuşdur.Zülfüqar Sarıyev opera tamaşalarından əlavə, Xan Şuşinski, Hüseynağa Hacıbababəyov, Zülfü Adıgözəlov, Xanlar Haqverdiyev, Əlövsət Sadıqov, Münəvvər Kələntərli kimi müğənnilərlə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə radio studiyasında, Bakının mədəniyyət saraylarında təşkil edilən açıq konsertlərdə çıxış etmişdir.Zülfüqar Sarıyev 27 aprel 1940-cı ildə "Azərbaycan SSR əməkdar artisti" fəxri adına layiq görülmüşdür. Zülfüqar Sarıyev 1969-cu ildə Bakı şəhərində vəfat etmişdir.
İlqar Sarıyev
İlqar Mahmud oğlu Sarıyev - Azərbaycanlı şəhid. == Həyatı == Sarıyev İlqar Mahmud oğlu 10 mart 1970-ci ildə Gədəbəyin Heriknaz kəndində anadan olub. 6 may 1994-cü ildə şəhid olub. == Təhsili == O, 1987-ci ildə Gədəbəy rayonu Hacıalılar kənd orta məktəbini bitirmişdir. 1987-ci il sentyabr ayında Abşeron rayonu 147 saylı peşə məktəbinə daxil olub, ekskavator maşinisti peşəsinə yiyələnmişdir. 1991-ci il 2 fevralda isə Gədəbəy şəhəri 148 saylı TPM-ə daxil olmuş, 4 noyabr 1991-ci ildə 5-ci dərəcəli baytar operatoru peşəsini almışdır. == Hərbi xidməti == 20 iyun 1988-ci ildə hərbi xidmətə getmiş, 19 iyun 1990-cı ildə xidmətini başa vurmuşdur. 1993-cü ilin noyabr ayında Milli Ordumuz yaradılarkən könüllü olaraq torpaqlarımızın azadlığı uğrunda döyüşə yollandı. Bir ay Seyfəlidə poliqonda iştirak etmiş, orada pulemyotçuluğu öyrəndikdən sonra Ağdam rayonu uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. == Vəfatı == 6 may 1994-cü ildə şəhid olub.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.02 dəfə / 1 mln.
2007 •••••••••••••••••••• 0.42

"sarıy" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#sarıy nədir? #sarıy sözünün mənası #sarıy nə deməkdir? #sarıy sözünün izahı #sarıy sözünün yazılışı #sarıy necə yazılır? #sarıy sözünün düzgün yazılışı #sarıy leksik mənası #sarıy sözünün sinonimi #sarıy sözünün yaxın mənalı sözlər #sarıy sözünün əks mənası #sarıy sözünün etimologiyası #sarıy sözünün orfoqrafiyası #sarıy rusca #sarıy inglisça #sarıy fransızca #sarıy sözünün istifadəsi #sözlük