tali sözü azərbaycan dilində

tali

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • tali • 50.0000%
  • Tali • 50.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Tali
Tali — Zəngilan rayonunun cənub-qərbində dağ. Araz çayının yaxınlığında yerləşir. Hündürlüyü 660 m. Talit variantında da qeydə alınmışdır. Oronim ərəb dilindəki tal sözündən və i(t) şəkilçisindən düzəlib, "çara, yüksəklik, baş, zirvə” deməkdir.
Abdulla ibn Əli ibn Əbu Talib
Abdullah ibn Əli ibn Əbu Talib (ərəb. عَبْد ٱللَّٰه ٱبْن عَلِيّ ٱبْن أَبِي طَالِب‎; 647) — 680-ci ildə Əlinin Kərbəlada öldürülən oğullarından biri idi və o, Kərbəla döyüşünün şəhidlərindən sayılır. Abdullah da Həzəmin qızı Ümmül-Banunun dörd oğlu arasındadır. == Kərbəla döyüşü == Tarixçilər Abdullah ibn Əli ibn Əbi Talib haqqında yazırlar ki, Aşura günü Hüseyn ibn Əlinin səhabələri və ailəsinin bir çoxu öldürüldükdə, Abbas ibn Əli qardaşlarını yaşlarına görə çağırıb onlara döyüş meydanında hücuma keçməyi əmr etdi. Abdullah ibn Əli Ömər ibn Sədin ordusu ilə döyüşmək üçün çağırılan ilk şəxs idi. Abbas ona dedi:"Ey qardaşım, sən əvvəlcə döyüş meydanına get, çünki övladın yoxdur (uşaq(lar)a üzülmək üçün). Sənin Allah yolunda şəhid olmağını, şəhadətində səbirli olmağını istəyirəm".Abdullah döyüş meydanına getdi və dastan(lar) oxudu. Sonra qılıncını vuraraq döyüş meydanına çıxdı. Nəhayət, Hani ibn Sabit ona hücum etdi və Abdullahın başına vuraraq onu öldürdü. Onun iyirmi beş yaşı var idi.
Adıyaman (Talin)
Adıyaman — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Talın rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən şimal-şərqdə yerləşir "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12. XI.1946-cı il fərmanı ilə adı dəyişdirilib Qarnhovit qoyulmuşdur. == Toponimikası == Adyaman — İrəvan quberniyasının Aleksandropol qəzasında (Martuni r-nunda) kənd adı . Mənbədə İrəvan əyalətinin Məzrə və Şirakel nahiyələrində Adıyaman iki kəndin adı kimi qeyd olunmuşdur. 1919-cu ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1946-cı ildə kənd ermənicə Qarnhovit adlandırılmışdır. Türkcə mənbələrdə kəndin adı Adiyaman kimidir. Hələ XIX əsrin I yarısında bu kəndin Yuxarı Adyaman və Aşağı Adyaman məntəqələri yaranmışdır.
Alagöz (Talin)
Alagöz — İrəvan quberniyasının İrəvan qəzasında, indi Talın rayonunda kənd Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə adı dəyişdirilib Aragatsavan qoyulmuşdur.
Anderson Taliska
Anderson Taliska və ya Taliska (1 fevral 1994, Feyra-de-Santana, Braziliya) — Dûrî el-Muhtarifin es-Suudî təmsilçilərindən olan "Əl-Nəsr" klubunun hücumçusudur. Bəzən yarımmüdafiəçi kimi də çıxış edir.
Azərbaycan talismanları
Azərbaycan talismanları və ya maskotları (ing. Azerbaijani mascots) müxtəlif tədbirlərdə istifadə edilir.
Aşağı Talin
Aşağı Talın, Kiçik Talın, Türk Talını — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talın rayonunda kənd. == Tarixi == Aşağı Talın kəndi rayon mərkəzindən 5 km məsafədə yerləşir. Kəndin digər adı «Türk Tatar Talını» olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənddə yalnız azərbaycanlılar məskunlaşmış və 1873-cü ildə burada 248 nəfər, 1886-cı ildə 253 nəfər, 1897-ci ildə 418 nəfər, 1908-ci ildə 376 nəfər, 1914-cü ildə 400 nəfər, 1916-cı ildə 471 nəfər əhali yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalmış, yerli sakinləri - azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuş, Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdir. Toponim Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən aşağı sözü ilə türk dilində «söyüd ağacı, söyüd kolu» mənasında işlənən tal sözündən və türk dilində «daxma, koma, mağara, kaha» mənasında işlənən in sözündən əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 25 yanvar 1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Nerkin Talin qoyulmuşdur.
Bağçacıq (Talin)
Bağçacıq — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talın rayonunda kənd. == Tarixi == Alagöz dağının cənub-qərb ətəyində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Erm. SSR AS RH-nin 25.1.1978-ci il fərmanı ilə adı dəyişdirilib Particak qoyulmuşdur. == Əhalisi == Kənddə 1831-ci ildə 10 nəfər, 1873 - cü ildə 82 nəfər, 1886-cı ildə 93 nəfər, 1897-ci ildə 140 nəfər, 1904 - cü ildə 101 nəfər, 1914 - cü ildə 107 nəfər, 1916-cı ildə 152 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri - azərbaycanlılar qırğınlarla tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.
Bukar Talibov
Bukar Talibov (12 fevral 1928, Bakı, SSRİ – 13 oktyabr 2003, Mahaçqala) — Sovet və rus dilçisi, fonologiya, tarixi leksikologiya, leksikoqrafiya və ləzgi dillərinin təsviri qrammatikası üzrə mütəxəssis. Filologiya elmləri doktoru (1980), Dağıstan Dövlət Universitetinin Ümumi dilçilik kafedrasının professoru (1994). Abxaziya Elmlər Akademiyasının fəxri akademiki (1997). Dağıstanın əməkdar elm xadimi. Milliyyətcə ləzgidir. == Bioqrafiyası == Bakıda Dağıstanın Axtı kəndindən olan fəhlə ailəsində anadan omuşdur. Doğulduqdan qısa müddət sonra ailə Dağıstana qayıdır və Qasımkənt bölgəsində yaşayır. Dərbənddə pedaqoji məktəbi bitirdikdən sonra Leninqrad Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə Qafqaz filologiyası ixtisası üzrə daxil olmuşdur (1947). 1952-ci ildə Leninqrad Dövlət Universitetindən məzun olur, Saxur dilində bir ismin ayrılması ilə bağlı tezisini müdafiə edir. 1952–1955-ci illərdə Moskvada SSRİ Elmlər Akademiyası Dilçilik İnstitutunun aspiranturasında oxuyur.
Cəfər bin Əbu Talib
Cəfər bin Əbu Talib (ər:جعفر بن أبي طالب; 589, Məkkə, Hicaz – 629) və ya Cəfər Təyyar(جعفر الطيار) atası Əbu Talib anası isə Fatimə bint Əsəd, Hz.Əlinin qardaşı, islam peyğəmbərinin səhabələrindən biriydi. 20-il besətdən öncə Məkkədə dünyaya gəlmiş İslamdan əvvəl şərafətli və pak yaşamışdır. besətdən sonra aclıq düşmüşdü, Əbu Talib öz ailəsini çətinliklə keçindirirdi. Bu zaman ona yardım üçün Əlini İslam Peyğəmbəri, Cəfəri isə əmisi Abbas yanlarına götürüb onları saxlamışlar və yaşayışlarının bir dönəmini bunlarla keçirmişlər. ömrünün gənc çağı cahiliyyət dönəmində keçmiş amma O, pak qalıb ailəvi şərafətlərin qoruyub, yalan, şərab içmək, bütpərəstlik və əxlaqsız işlərə qarışmayıbdır, bunun üçün də bir hədisə görə Allah ondan təqdir etmişdir. == İslama gəlməsi == Cəfər gənclik çağında İslama gəlmişdir və Hz.Əlidən sonra ikinci kişidir ki islamı qəbul etmişdir. Bir gün atası Əbu Taliblə yoldan keçərkən İslam peyğəmbəri, Əli və Xədicəni Məscidül-Həramda namaz qılarkən görürlər, atası Cəfərə: "Get, onlarla namaz qıl" əmrini verir və o da atasının sözünə əməl edərək, onlarla sıraya dayanıb, namaza başladı ki, bu, onun müsəlman olmasının başlanqıcı olur. Atası isə bu işindən sevinib ona görə şeirlər deyir. == Ləyaqəti == Cəfər islamın öncülərindən idi və İslam peyğəmbəri onu çox sevərdi. Belə ki, Peyğəmbər onun haqqında çoxlu övgülər demişdir.
Cəfər ibn Əbu Talib

Cəfər ibnn Əbu Talib

Düzkənd (Talin)
Düzkənd — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Talın rayonunda kənd.1728-ci ildən məlumdur == Tarixi == Rayon mərkəzindən 7–8 km qərbdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Toponim Azərbaycan dilində "düzən, çöl, düzənlik, düzəngah" mənasında işlənən düz sözü ilə türk dilində "şəhər, yaşayış məntəqəsi" mənasında işlənən kənd sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3. I.1935-ci il fərmanı ilə adı dəyişdirilib Baroj qoyulmuşdur. == Əhalisi == 1886-cı ildə ermənilər və kürdlər yerləşdirilmiş və azərbaycanlılar qovulmuşdur.
Dədəli (Talin)
Dədəli - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talın rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 14 km məsafədə, Alagöz dağının qərb ətəyində yerləşir. Ermənilər buraya 1828-ci ildən sonra Türkiyədən köçürülüb. Toponim təkə türk tayfasının bir tirəsi olan dədə etnoniminə mənsubluq bildirən -li şəkilçisinin qoşulması əsasında əmələ gəlib. Cavanşir tayfasının bir qolu da dədəli adlanırdı. Bu tayfa Arasbar sancağında, Xan arxı kənarında qışlayıb, trəvan əyalətinin sərhəddində yaylayırdı. «Dədə tayfasının yaşadığı kənd» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12.XI.1946-cı il fərmanı ilə adı dəyişdirilib Yexnik qoyulmuşdur.
Euseius talinga
Euseius talinga (lat. Euseius talinga) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Futbol üzrə dünya çempionatlarının talismanları
1966-cı il çempionatının talismanı olan Aslan Villi belə böyük idman tədbirində ilk talismanlardan biri idi. Adətən, talisman qismində çempionatın keçirildiyi ölkəyə xas olan bəzi xarakterik detallar (kostyum, bitki, heyvan və s.) seçilir.
FİFA Dünya Kubokunun talismanları
1966-cı il çempionatının talismanı olan Aslan Villi belə böyük idman tədbirində ilk talismanlardan biri idi. Adətən, talisman qismində çempionatın keçirildiyi ölkəyə xas olan bəzi xarakterik detallar (kostyum, bitki, heyvan və s.) seçilir.
Həsən ibn Əli ibn əbu Talib
Həsən ibn Əli (ərəb. الحسن بن علي‎; 1 mart 625, Mədinə, Hicaz – 669[…], Mədinə, Hicaz, Əməvilər xilafəti) — İslam Xilafətinin 5-ci Raşidi xəlifəsi; Taiyabi və Mustaali İsmaili şiələrinin 1-ci imamı, xəlifəsi və 4-cü məsumu; Dörd, Yeddi və On iki imam şiələrinin 2-ci imamı, xəlifəsi və 4-cü məsumu, Əhli-Beytin nümayəndəsi, səhabə. İmam Həsən adı, Müctəba ləqəbi ilə məşhurdur. 37 yaşında ikən İmam və xəlifə olub. Hicrətin 41-ci ilində I Muaviyə ilə sülh etmişdir. Hökumət dövrü altı ay üç gün olmuşdur. Sülh sazişindən sonra Mədinəyə getmiş və orada on illik yaşayışından sonra öldürülmüşdür. Mədinədə Bəqi qəbiristanlığında dəfn edilmişdir. Həsən İmamət və Xilafət kimi iki vəzifəni və Müsəlmanlar arasında birliyin təmin olunması və ayrılıqlara mane olma məsələsində mühüm rol oynamış və sonunda Muaviyə ilə sülh etmək məcburiyyətində qalmışdır. Xilafət dövrü və Muaviyə ilə sülh müqaviləsi həyatındakı və sədri-İslamdakı ən mühüm inkişaf hesab olunur.
Həzrət Əli ibn Əbu Talibin (ə) ensiklopediyası
Həzrət Əli ibn Əbu Talibin (ə) ensiklopediyası ( trans.: Musuətul-imam Əli ibn Əbi Talib (ə) fil-kitabi vəs-sunnəti vəl-tarix) — Ayətullah Məhəmməd Məhəmmədi Reyşəhrinin Əli barədə yazdığı kitab. Kitab "Vilayət ilinin kitabı" müsabiqəsinin ikinci mərhələsinin mükafatına layiq görülmüşdür. == Haqqında == Reyşəhri kitabı 1992-2000-ci illərdə ərəbcə yazmışdır. == Nəşr və tərcümə == Kitab ilk dəfə 2000-ci ildə 12 cilddə ərəbcə İranda nəşr olunmuşdur. Ensiklopediya 2002-ci ildə "Daneşnameye Əmirəl-mominin (ə) bər-bayeye Quran və hədis və tarix" adı ilə 12 cild və əlavə 1 cildlik mövzu mündəricatı ilə birlikdə farsca nəşr edilmişdir. Kitabın hər iki mətnə malik 3-cü nüsxəsi "Daneşnameye Əmirəl-mominin (ə)" adı ilə, ərəb və fars dilində olmaqla, 1 cilddə 2007-ci ildə yenidən nəşr edilmişdir. Kitabın müxtəsər variantı Ağabala Mehdiyev tərəfindən azərbaycan dilinə tərcümə edilmiş və 2013-cü ildə Nurlar nəşriyyatında çap olunmuşdur.
Karvansara (Talin)
Karvansara - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talın rayonu ərazisində kənd. == Tarixi == Alagöz dağının cənub ətəyində yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim «dəvə dəstəsi» mənasında işlənən karvan sözü ilə türk dilində «ev, təsərrüfat tikilisi» mənasında işlənən «saray» sözünün birləşməsindən əmələ gələn karvansara sözündən yaranıb «özgə yerlərdən gələn karvanların və yolçuların müvəqqəti qalması, qoşqu heyvanları və minik vəsaitinin saxlanması üçün böyük həyəti olan, xüsusi binası olan kənd» mənasını ifadə edir. Relyef əsasında yaranan sadə quruluşlu toponimdir. == Əhalisi == Kənddə 1873 - cü ildə 136 nəfər, 1886-cı ildə 155 nəfər, 1897-ci ildə 184 nəfər, 1908-ci ildə 140 nəfər, 1914 - cü ildə 148 nəfər, 1916-cı üdə 288 nəfər, 1918-ci ilin yanvarında 210 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-1919-cu illərdə kənd erməni təcavüzünə məruz qalaraq yerli sakinləri - azərbaycanlılar tarixi-etnik torpaqlarından qırğınlarla deportasiya olunmuş və kənd xarabalığa çevlilmişdir. 1920-ci ildə kənd ləğv edilmişdir. İndi ölü kənddir.
Olimpiya talismanı
Olimpiya talismanı — Olimpiya oyunlarının simvollarından biridir. İlk əvvəllər Olimpiya Oyunlarının simvolları gerb (beş bütöv halqa ) və Olimpiya məşəli idi. Olimpiya talismanının yaradılması ideyası isə rəsmən 1972-cü ilin yayında Almaniyada Münhen şəhərində keçirilmiş Beynəlxalq Olimpiya Komitəsinin 73-cü sessiyasında təsdiqlənib. Olimpiya oyunlarının ilk talismanı ilə bağlı bir neçə fikir olsa da, insanların əksəriyyəti ilk Olimpiya talismanının 1968-ci ildə Fransada Qrönobl Qış Olimpiya Oyunlarında istifadə olunduğunu qəbul edir. Ancaq ilk rəsmi Olimpiya talismanı 1972-ci il Münhen Yay Olimpiya Oyunlarındakı Taksa it cinsini simvolizə edən Valdi qəbul olunur. 1968-ci il Yay və Qış Olimpiya oyunlarının talismanları isə qeyri-rəsmi talismanlardır. Olimpiya oyunlarının talismanı Oyunları populyarlaşdırmaq və Olimpiya Hərəkatının prinsiplərini təbliğ etmək üçün nəzərdə tutulub. Talisman Olimpiya oyunlarını qəbul edən ölkənin mədəniyyət xüsusiyyətlərini əks etdirən və müasir Olimpiya Hərəkatının dəyərlərini təmsil edən insan, heyvan və ya uydurulmuş bir obraz ola bilər.
Pakistan Talibanı
Pakistan Təhriki Təliban Pakistan-Əfqanıstan sərhəddində fəaliyyət göstərən terrorçu təşkilat.2007-ci ildən fəalliyyət göstərən qruplaşmanın lideri (şeyx)Bayatullah Məshud həmçinin İran-Əfqanıstan sərhəddində də öz aktivliyini qoruyub saxlamaqdadır.
Qabaqtəpə (Talin)
Qabaqtəpə — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Talın rayonunda kənd. == Tarixi == Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim «ön hissə, ön tərəf» mənasında qabaq sözü ilə. Azərbaycan dilində «kiçik, alçaq dağ» mənasında işlənən «təpə» sözünün birləşməsindən əmələ gəlib «qabaq təpə yanında olan kənd» anlamını verir.Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Qırmızılı (Talin)
Qaraburun, Qırmızılı, Karakert — İrəvan quberniyasının Eçmiədzin qəzasında indi Talin rayonunda kənd. İrəvan xanlığında kənd. == Tarixi == Qaraburun rayon mərkəzindən 18 km məsafədə, Alagöz dağının ətəyində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim türk dilində «böyük, iri» mənasında işlənən qara sözündən və «irəli çıxan və ya suya doğru uzanan», «dağ çıxıntısı, dağın qolu, sıldırımlı qaya» mənasında işlənən burun sözündən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 31.VII.1950-ci il fərmanı ilə adı dəyişdirilib Karmraşen (Qırmızı kənd), 21.l.1965-cı il fərmanı ilə yenidən dəyişdirilib Karakert (daş tikintisi) qoyulmuşdur. == İstinadlar == == Xarici keçidlər == Qaraburun (Talin) GEOnet Names Server-də.
Sabunçu (Talin)
Sabunçu - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Talın rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 12 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin adı «Sabunçular» formasında da göstərilir. Toponim türk dilində «kotan» mənasında işlənən saban sözünə -çı şəkilçisinin qoşulması əsasında əmələ gələn sabunçu etnonimindən əmələ gəlmişdir. Qaraqalpaqlarda sapun tayfasının olması fikrimizi təsdiq edir. Səfəvi padşahlarından Sultan Hüseyn 1704-cü ildə verdiyi fərmanda Aranda, Muğanda və İrəvan ətrafında yaşayan 36 türk tayfasından birinin sabunçu olduğunu göstərir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm.
Senecio talinoides
Senecio talinoides (lat. Senecio talinoides) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.04 dəfə / 1 mln.
2008 •••••••••••••••••••• 0.24
2011 •••••••• 0.09
2019 •••••••••••• 0.14
2020 ••••••••••• 0.13

"tali" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#tali nədir? #tali sözünün mənası #tali nə deməkdir? #tali sözünün izahı #tali sözünün yazılışı #tali necə yazılır? #tali sözünün düzgün yazılışı #tali leksik mənası #tali sözünün sinonimi #tali sözünün yaxın mənalı sözlər #tali sözünün əks mənası #tali sözünün etimologiyası #tali sözünün orfoqrafiyası #tali rusca #tali inglisça #tali fransızca #tali sözünün istifadəsi #sözlük