Tyantszin
Tyancin (ing. Tianjin) — Çinin şimalında, Bohai dənizi sahilində yerləşən əsas sənaye-ticarət şəhəridir. Şəhər əhalisinin sayı 5 mln. nəfərdən çoxdur. Tyancin Pekinin 120km-liyində yerləşir. Okean və sahil boyu gəmiçiliyi üçün mühüm limandır. Tyancinin ənənəvi sənaye sahələrinə metallurgiya, maşınqayırma, kimya, elektroenergetika, toxuculuq, kağız, qida sənayesi və tikinti materialları sənayesi daxildir. Gəmiqayırma, avtomobilqayırma, neftçıxarma, neft emalı, traktorqayırma, kimyəvi gübrələr, saat, televizor, fotoaparat istehsalı və s. sənayenin yeni sahələrindəndir.
Şəhər Çinin XIX əsr tarixində böyük rol oynamışdır.