təpik sözü azərbaycan dilində

təpik

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • təpik • 93.7238%
  • Təpik • 5.4393%
  • TƏPİK • 0.8368%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Təpik (Urmiya)
Təpik (fars. ‎‎تپيك‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 97 nəfər yaşayır (20 ailə).
Təpikdərə (Əcəbşir)
Təpikdərə (fars. تپيك دره‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 242 nəfər yaşayır (36 ailə).

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.86 dəfə / 1 mln.
2009 ••• 0.64
2010 ••••• 1.09
2011 ••••• 1.12
2012 •••••• 1.20
2013 •••••••••••••••••••• 4.67
2014 ••••••••••• 2.40
2015 0.17
2016 •• 0.35
2017 0.16
2018 ••• 0.60

təpik sözünün leksik mənası və izahı

  • 1 is. Ayaqla vurulan zərbə. Telli bütün acığını [pişikdən] çıxarmaq istəyirdi. Ayağilə ona bir təpik ilişdirdi. S.Hüseyn. // Şıllaq. □ Təpik atmaq – ayağı ilə vurmaq, vurmaq üçün ayağını, ya ayaqlarını işə salmaq (at və s. heyvanlar haqqında). [Nabat:] …Gülsüm bacı, hərdənbir o düyəyə də baxarsan, Allah vurmuş dəlidir, təpik atıb südü dağıdar, arvadı vurar, yıxar. C.Cabbarlı. Təpiyə qalxmaq – hər iki ayağı ilə təpik vurmaq, təpikləmək, təpik atmaq. [Gülo:] Yaman dəymişi gözlə, yoxsa bu da vəlləyib dərzi dağıdacaq, – dedi və özünü təpiyə qalxan ala cöngəyə tərəf tulladı. S.Rəhimov. ◊ Təpik-təpiyə vermək (gəlmək) – təpikləşmək, yola getməmək. [Qurban Telliyə:] Zarafat deyil, o böyük alim Mudrova zidd gedirik. Akademiklə təpik-təpiyə vermişik! Ə.Məmmədxanlı.

    Azərbaycan dilinin izahlı lüğəti / təpik

təpik sözünün etimologiyası

  • 1 Təpinmək, təpgəc, təpmək kimi sözlərin arxetipi təp feilidir, “ayaqla zərbə vurmaq” deməkdir. Tuva dilində təp+i (görünür, yaz-ı qəlibi üzrə yaranıb) ismi “ayaq” (ножка) mənasında işlədilir. Təpik kəlməsi birbaşa təp feilindən əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / təpik

təpik sözünün sinonimləri (yaxın mənalı sözlər)

təpik sözünün rus dilinə tərcüməsi

  • 1 удар ногой, пинок

    Azərbaycanca-rusca lüğət / təpik
  • 2 сущ. 1. пинок, удар ногой. Təpik vurmaq (ilişdirmək) ударить ногой, дать пинка (пнуть) 2. брыкание, лягание (о животных); təpik atmaq брыкаться, лягаться (о животных – обычно о лошади, осле и т.п.) ◊ təpiyin altına salmaq пинать, избивать ногой; təpiyini işə salmaq пускать, пустить в ход ноги; təpik yemək получить пинок; təpik çalmaq дрыгать ногой; qapını təpiyi ilə açmaq открывать дверь пинком; tanrısına təpik atmaq быть неблагодарным судьбе; təpik döymək: 1) разг. ходить строевым шагом, маршировать 2) haraya долго ходить куда; təpiyini yerə döymək настойчиво требовать чего-л., təpiyi altında qalmaq kimin быть под каблуком чьим, у кого; təpik altında qalmaq быть под сапогом; təpik altında saxlamaq держать под каблуком

    Azərbaycanca-rusca lüğət / təpik

təpik sözünün inglis dilinə tərcüməsi

təpik sözünün fransız dilinə tərcüməsi

təpik sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. кьуьл; кӀвачив (кӀурув) ягъун; təpik atmaq кӀвачив ягъун, кьуьлуьв ягъун, кӀурув ягъун; təpiyə qalxmaq кьве кӀвачивни ягъун, кӀурарив ягъун, кьуьлерив ягъун; ** təpik-təpiyə vermək (gəlmək) кьуьлерал акъатун, рекье тефин.

    Azərbaycanca-ləzgicə lüğəti / təpik

təpik sözünün türk dilinə tərcüməsi

"təpik" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#təpik nədir? #təpik sözünün mənası #təpik nə deməkdir? #təpik sözünün izahı #təpik sözünün yazılışı #təpik necə yazılır? #təpik sözünün düzgün yazılışı #təpik leksik mənası #təpik sözünün sinonimi #təpik sözünün yaxın mənalı sözlər #təpik sözünün əks mənası #təpik sözünün etimologiyası #təpik sözünün orfoqrafiyası #təpik rusca #təpik inglisça #təpik fransızca #təpik sözünün istifadəsi #sözlük