Çind sözü azərbaycan dilində

Çind

Yazılış

  • Çind • 66.6667%
  • çind • 33.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Yeni il Çində
Çin Yeni ili — Çində təntənə ilə qeyd olunan bayram. Çində də bayram günü böyük səs-küy və atəşfəşanlıqla keçir. Bununla çinlilər Yeni ilin gəlişinə mane olan şər qüvvələri qovduqlarını düşünürlər.
Çindexan
Çindexan - hakimiyyətə atasından sonra gəlmişdir. Onun dövründə Çinlə sülh imzalanmışdır. İmperatorun qızı Taihe xatun ilə evlənmişdi. Tibetlilər bu evlilikdən narahat olmuş və Çinə hücum etmişdisə də müttəfiqlər bu hücumun qarşısını ala bilmişdi. 824-cü ildə xaqan öldü. Yerinə qardaşı Çjaolixan keçdi.
Çindo adası
Çindo adası (kor. 진도, 珍島) — Çejudo adası və Kocedo adalarından sonra Cənubi KOreyanın 3-cü böyük adası. Ətrafında yerləşən kiçik adalarla birlikdə Cindo qəzasını təşkil edir. Koreya yarımadasından cənub-qərbdə yerləşir. İnzibati baxımdan Çolla-Namdo vilayətinə daxildir. Materikdən Myonnyan boğazı ilə ayrılır. Boğaz üzərindən asma körpü inşa edilmişdir. == Tarix == Adada qədim zamanlardan yaşayış olmuşdur. 1001-ci ildə ada müsair adını almışdır. 1231–1270-ci illərdə monqolların Korteyaya yürüşü zamanı ada Koryu sülaləsinə qarşı üsyanın məekəzi olmuşdur.
Çindoqu
Çindoqu (珍道具) – Yaponiya mənşəli zarafat. Bu anlayışa görə şəxs gündəlik həyatda bəzi işləri asanlaşdıracaq şeylər ixtira etdiyi görünür, lakin bu, əslində işə yaramaz zarafatdan başqa şey deyil."Çindoqu" sözü "yararsız" (珍, chin) və "alət" (道具, dōgu) sözlərinin birləşməsindən yaranmışdır. Termin ilk dəfə "Mail Order Life" jurnalının redaktoru və ixtiraçı Kenci Kavakami tərəfindən işlədilib. Çindoqunun atası olan Kavakami indiyə qədər 600-dən çox çindoquya imza atmışdır. O, "101 lazımsız yapon ixtirası" və "99 daha da lazımsız yapon ixtirası" kitablarının müəllifidir. Kitabları bir neçə dilə tərcümə olunmuşdur.Çindoqu fəsləsəfi haqqında bir çox kitab və məqalə yazılmışdır. Çindoqu fəlsəfəsinə görə ixtira bu xüsusiyyətləri daşımalıdır: Çindoqu real məqsədlər üçün istifadə oluna bilməz. Çindoqu işlək vəziyyətdə olmalıdır. Çindoqu anarxiya ruhuna malik olmalıdır. Çindoqu gündəlik həyatda istifadə olunmalıdır.
Çində Nüvə Test Bazası
Çin Nüvə Test Bazası və ya Çin Xalq Qurtuluş Ordusunun 21-ci Eksperimental Təlim Bazası (PLA 63650) ― Sintszyan-Uyğur Muxtar Rayonunun Bayingoleng Monqol Muxtar Prefekturasında, Heshuo bölgəsinin Nairenkeer qəsəbəsində, Lobnor gölününü qərbində yerləşən baza. Strateji güc kosmik sistemlər Birliyinin birbaşa dəstəyi altında araşdırma və sınaq vahididir. == Tarixi təkamül == 1950-ci illərdə, atom bombaları və raketlərin inkişafı rəsmi olaraq başlanandan sonra, atom bombaları və raket bazalarının istehsalı da gündəmə gətirildi. Çin Xalq Respublikası Milli Müdafiə Naziri Peng təlimatları "Raket bazalarında, atom bombası sınağı sahəsindəki sahə problemləri" Xilian'a tapşırıldı, o, komandir idi. Rong Zen, birlikləri düzəltməkdən narahat idi və onları gizlilik üçün əlverişli olan sistemdən çəkmək yaxşı olduğunu düşündü. Raket bazasının inşası əsasən Çen Şizuya tapşırılmışdı və atom bombası poliqonunun yer seçimi əsasən Sovet mütəxəssislərinin rəhbərliyi altında idi. Mərkəzi Hərbi Komissiya nüvə silahı poliqonunun inşasını təyin etdikdən sonra Milli Müdafiə Nazirliyi sahə seçmə komitəsini təşkil etdi. Üzvlər arasında Çen Şizu, Jiang Ven, Tang Kai, Li Zhaobang, Çang Yong və Sai Feng var idi. Onlar və Abi Andreev və dörd Sovet mütəxəssisi birlikdə yer seçmə planını araşdırdı. Çen Şizuya, komitə üzvləri, Çin Xalq Respublikasının İkinci Maşın Sənayesi Nazirliyindən Guo Yinghui və dörd Sovet mütəxəssisi, atom bombası sınağını araşdırmaq üçün Dunhuangın qərbindəki Gansu bölgəsinə getdilər.
Çində Yeni il
Çin Yeni ili — Çində təntənə ilə qeyd olunan bayram. Çində də bayram günü böyük səs-küy və atəşfəşanlıqla keçir. Bununla çinlilər Yeni ilin gəlişinə mane olan şər qüvvələri qovduqlarını düşünürlər.
Çində ali təhsil
Çində ali təhsil — Çin Xalq Respublikasının ali təhsil sistemi == Təhsil sistemi == Çinin ali təhsil sistemi ABŞ-nin və Böyük Britaniyanın ali təhsil sistemlərinin vəhdətindən ibarət olsa da, daha çox ABŞ təhsil sisteminə bənzəyir. Ölkədə ali təhsil pilləsi əsasən ödənişlidir. Ali təhsil üçmərhələli bakalavr, magistratura və doktorantura pillələrindən ibarətdir. Bundan əlavə, dərəcə verməyən proqramlar üzrə tədris aparılan universitetlər də var. Magistratura və doktorantura dərəcəsi müvafiq Dövlət Şurası tərəfindən akkreditasiyadan keçmiş universitetlər və tədqiqat müəssisələrində verilir. == Təhsil müddəti == Ölkənin ali təhsil sistemində həm 3 illik, həm də 4 illik proqramlar tədris olunur. 3 illik proqramların tədrisi istənilən ali təhsil müəssisəsində aparılır. 4 illik proqramlar isə 4 illik kolleclərdə və ya universitetlərdə tədris olunur. 4 illik proqramlardan fərqli olaraq, 3 illik proqramların sonunda bakalavr dərəcəsi verilmir. Tələbə 3 illik proqramın davamı kimi əlavə olaraq 2 il təhsil aldıqda bakalavr dərəcəsinə sahib ola bilər.
Çində buddizm
Vicdan azadlığı prinsiplərinə ciddi riayət etməklə ÇXR dövləti, hökuməti ölkəyə feodal keçmişdən qalan və indi də milyonlarla çinlinin şüurunu əsir edən müxtəlif növ mövhumat və xürafatdan azad olmaq üçün əhali arasında maarifçilik işləri də aparır. Ənənəvi mövhumatlardan bəzisini və onların müasir Çin xalqının həyatında nə cür məna almasını nəzərdən keçirək. Buddizm Çinə e.ə. I əsrdə daxil olmuşdur. Eramızın IV əsrində bu dinin hər yerdə yayılması başlayır və tezliklə buddizm ölkənin ən nüfuzlu dininə çevrilir. Buddist nəzəriyyəsində üç başlıca istiqamət təşəkkül tapmışdır: çin buddizmi, tibet buddizmi (lamaizm) və pali buddizmi. Hal-hazırda ölkədə rahiblərin sayı təqribən 300 minə qədərdir, 13 mindən çox buddist məbəd və monastırı var, 33 buddist məktəbi fəaliyyət göstərir, təxminən 50 adda dini məzmunlu nəşrlər çap olunur. Tibet buddizmi əsasən Tibet muxtar rayonunda, Daxili Monqolustan muxtar rayonunda, Tsinxay əyalətində və digər ərazilərdə yayılmışdır. Tibetlilər, monqollar, tuylar, uyqurlar, nasilər, pumilər, manbaylar və başqa xalqlar, ümumilikdə təxminən 7 mln. insan ona etiqad edir.
Çində daş oyma sənəti
Çində daş oyma sənəti müxtəlif mənşəli və rəngli bəzək daşlarının işlənməsi ilə əlaqəli zərgərlik növüdür. == Tarixi == Sənətkarlar, işlənməsi asan olan taxta və gil üzərində uzun müddət işlədikdən sonra bəzək daşlarına diqqət yetirdilər. Daşdan və vulkanik şüşədən hazırlanan məhsullar işlənməsi çətin və uzun müddət tələb edirdi. Çində daş oyma sənətinin inkişafının başlanğıcı olaraq Eramızdan əvvəl 5-ci minillik qeyd edilir. Bu zaman, ritual baltalar və bıçaqlar yuvarlaq hissələrlə yəşimnən hazırlanmışdı və kənarlarına diqqətlə cilalanmış və itilənmiş bıçaqlar tutacaqa bərkidilməsi üçün dəliklər qazılmışdı. Çində Arxeoloji tapıntılar arasında eramızdan əvvəl IV–I minilliklərə aid yəşim məhsullarının nümunələri aşkar edilmişdir. Süd ağından parlaq yaşıl rəngə qədər fərqli bir rəngə sahib olan mineralın işlənməsi çətin idi və cilalanma qabiliyyəti ilə diqqəti cəlb edirdi. Həm düz yəşim lövhələr, həm də kiçik parçalar işlənirdi. Sərt (polad kimi), ağır xammalın işlənməsində xüsusi emal vasitələri istifadə edilirdi. Ancaq psixoloji cəhətdən hazır olan və bir parça üzərində aylarla işləyə bilən Çinin sənətkarları qiymətli daşlarla necə ustalıqla davranmağı öyrəndilər.
Çində din
ÇXR konstitusiyası Çinin hər bir vətəndaşı üçün din azadlığına zəmanət verir. Ölkədə dini işlər üçün xüsusi komitə fəaliyyət göstərir. Hökumət dini fəaliyyətə maneə olmamaqla etiqad azadlığını təmin edir. Çində kilsə və məbədlərin hüquqları qorunur və ateistlərin ictimai yerlərdə təbliğatı qadağandır. Bundan başqa, dövlət din xadimlərinə ölkənin siyasi həyatında iştirak etməyə icazə verir. Onların xalq toplantılarında təmsil olunmaq və siyasi məsləhət şuralarında dövlət işlərinin bütün səviyyələrinin müzakirəsində iştirak etmək hüquqları vardır. Çin və Şanxay ictimai elmlər akademiyalarında buddizm, islam və xristianlıq bölmələri olmaqla dünyəvi dinləri tədqiq edən institutlar fəaliyyət göstərir. Bundan başqa, İslam teoloji institutu, Nankin birləşmiş teoloji seminariyası, Çin buddizmi institutu mövcuddur. Bu gün Çində 100 milyondan çox dindar yaşayır və onlar öz dini mərasimlərini sayı 85 mini ötən məbəd, məscid və başqa yerlərdə həyata keçirir. 3 mindən çox dini yönümlü təşkilat təsis edilib.
Çində islam
== Çində islam == İslam Çinə Tan imperatoru Qaotszunun hakimiyyəti dövründə Çinə ticarətə gələn ərəb və fars tacirləri vasitəsilə daxil olmuşdur. Ticarətçilər və diplomatlar tərəfindən istifadə olunan quru yolları İran və Əfqanıstandan keçərək Çinin şimal-qərbinə gəlirdi. Su yolları Quançjou, Tsyuançjou, Xançjou və Yançjou – Çin limanlarına çatana qədər Ərəb dənizindən başlayıb Benqal körfəzindən və Malakka boğazından keçirdi. Ərəb və fars tacirlərinin əksəriyyəti çinli qadınlarla evlənərək Çində məskən salırdılar. Elə onların nəsilləri də Çinin ilk müsəlmanları olmuşdular. 13-cü əsrin başlanğıcında Çingiz xanın qərbə hərbi yürüşləri zamanı Çində Orta və Qərbi Asiyada xidmətə alınmış çoxlu sayda müsəlman peyda oldu. Bu müsəlman əsgərləri (onların bəziləri sənətkar və kiçik məmur idilər) də islamı yayırdılar. Yuan dövründə (1271-1368) bütün ölkə boyu məscidlər tikilmişdir; müsəlmanlar müxtəlif səviyyəli hökumət vəzifələri tuturdular. Min və Tsin dövrü dekretlərində islam dövlət tərəfindən tanınır və Çində inkiçaf etməyə başlayır. O, ən çox Çinin 10 milli azlıqları: xuey, uyğur, qazax, tatar, qırğız, tacik, özbək, dunsyan, salar, baoanlar arasında yayılmışdır.
Çində iş prosesi autsorsinqi
Ticarət Nazirliyinin hesabatına görə 2016-cı ildə daxili və ixrac bazarları üçün İT və digər xarici xidmətlər də daxil olmaqla Çində iş prosesi autsorsinqi 1 trilyon yuanı (təqribən 145 milyard dollar) keçmidir. == Tarixi == Autsorsinq sənayesi 2000-ci illərdə Çində kiçik miqyasdan başlayaraq sürətlə böyüdü.İT sənayesi məsləhətçisi olan IDC, 2006-cı ildə İT xidmətlərinin xarici qaynaqlanması illik 30% artarkən, bazar həcminin 2005-ci ilin sonunda 586 milyon dollar olduğunu təxmin etdi. İT xidmətlərinin əksəriyyəti daha sonra Yaponiyada cəmləşmiş dəniz müştəriləri olan yerli şirkətlərə təklif edildi. Xinhuaya görə 2016-cı ilədək "Bulud hesablamalar, böyük məlumatlar, əşyaların interneti və mobil İnternet" tərəfindən idarə olunan autsorsinq hər il təxminən 20% sürətlə böyüyürdü. == İT xidmətləri == 2015-ci ildə ixrac bazarlarına təqdim edilən autsorsinq xidmət mənbəyinin 87 milyard ABŞ dolları məbləğini İT ilə əlaqəli xidmətlər təşkil etmişdir. Çində yerləşən ən böyük İT autsorsinq şirkətlərinə ChinaSoft və Pactera daxildir. ABŞ-da yerləşən, lakin Çin mərkəzli ən böyük xarici şirkətlərdən biri VXI Globaldır. ChinaSoft isə Huawei tərəfindən dəstəklənir. Pactera, 2012-ci ildə iki sənaye lideri olan VanceInfo və HiSoftun birləşməsi ilə meydana gəldi.VXI Global, 2016-cı ildə özəl kapital şirkəti olan Carlyle Group tərəfindən təqribən 1 milyard ABŞ dollarına alınıb. == Rəsm == Minlərlə rəsm əsərinin kütləvi istehsalı və ya xarici sənətkarların təlimatı əsasında orijinal əsərlərin icrası Çinə təhvil verilir.
Çində kənd təsərrüfatı
Çində kənd təsərrüfatı — Çin Xalq Respublikasının məşğulluq, ixracat və milli gəlirə etdiyi faydaları ilə əhəmiyyətli bir sektordur. == Tarixi == 1949-cu ildə Çinin ictimai istehsal və milli gəlir strukturunda kənd təsərrüfatının payına təxminən 70% düşürdü. İnqilabdan sonrakı inkişaf illərində kənd təsərrüfatının əhəmiyyəti nisbətən azalsa da, iqtisadiyyatın başlıca sahəsi kimi qalmaqdadır. O, 70%-lik göstərici ilə yüngül sənaye üçün xammalın əsas tədarükçüsüdür. == Statistik göstəricilər == Kənd təsərrüfatı məhsulu istehsalının ölçülərinə görə Çin dünyada nəhənglərdən hesab edilir. Kənd yerlərində məşğul əhalinin sayı 313 milyon nəfər, ailə üzvləri ilə birlikdə isə 850 milyon nəfər təşkil edir ki, bu da birlikdə götürülmüş Rusiya, Yaponiya, İngiltərə, Fransa, Almaniya, İtaliya, Meksikadan 6 dəfə artıqdır. == Torpaqlar == Əkin yerlərinin daimi çatışmazlığı kənd təsərrüfatının başlıca xüsusiyyətlərinə çevrilir. 320 milyon hektar şumlanmış sahədən 224 milyon istifadə oluna bilir. Eyni zamanda şumluq torpağın sahəsi təxminən 110 milyon hektar təşkil edir ki, bu da dünya şumluq torpağının 7 % i deməkdir. Çin təsnifatına görə torpağın yalnız 21%-i yüksək məhsuldardır.
Çində milli çay muzeyi
Çin Milli Çay Muzeyi (çin. 中国茶叶博物馆, Zhōngguó Cháyè Bówùguǎn) — Çinin Hançjou şəhərində çaydan formasında inşa olunmuş muzey.Çaydan formasında olan ən böyük abidə kimi Ginnesin Rekordlar Kitabına daxil edilmişdir. Muzey 1991-ci ildə yaradılmışdır. Muzeyin hündürlüyü 73.8 metrə, diametri 24 metrə, daxili ərazisinin ümumi sahəsi isə 5000 kv.m-ə çatır. Muzey binasının yaxınlığında fincan formasında olan daha bir bina yerləşir.
Çində mədəni inqilab
Mədəni inqilab (Çində) – 1965-ci ildə Çin Xalq Respublikasında nümunəvi kommunizm cəmiyyəti yaratmaq məqsədi ilə Mao Tszedun məktəbliləri və tələbə gəncləri inqilabi zorakılığa çağırdı. Xunveybinlər (“qırmızı keşikçilər”) və tszyaofanlar (“qiyamçılar”) partiya komitələrini və nazirlikləri dağıdır, müəssisələri, ali məktəbləri, elmi və mədəni müəssisələri zəbt edirdilər. İri partiya işçiləri, yazıçılar, alimlər üzərində istehzalı “məhkəmələr” qururdular. Bütün bu hərəkətlər “mədəni inqilab” adını aldı. O, XX əsrin 60-cı illərində Qərbdə gənclər hərəkatlarının bir çox liderlərini ruhlandırmış və Mao Tszedunu sol radikal gənclərin pərəstişkarına, kumirinə çevirmişdi. Lakin Çinin özündə “mədəni inqilab” kütləvi zorakılıqlar və ümumi xaos yaratdı: həm iqtisadiyyatın, həm də elm və mədəniyyətin inkişafına ağır zərbə endirdi. 1967-ci ilin sonlarında Mao Tszedunun özünün göstərişi ilə ordu ölkədəki situasiyanı öz nəzarəti altına aldı.
Çində nəqliyyat
Çində nəqliyyat — Çin Xalq Respublikasındakı nəqliyyat sistemi və nəqliyyat növləri. == Nəqliyyat şəbəkəsi == Çin Xalq Respublikasında nəqliyyat şəbəkəsi qeyri-bərabər yerləşdirilmişdir. Ölkənin meridional və enlik magistralları şəbəkəsi hesab olunan başlıca nəqliyyat dəhlizləri karkası ölkənin şərqindəki və cənub-şərqindəki iqtisadi cəhətdən mənimsənilmiş ərazisinin böyük bir hissəsini əhatə edir. Çinin digər rayonlarında quru yolları nəqliyyat şəbəkəsi çox seyrəkdir və yaxud da ümumiyyətlə yoxdur. Ölkənin qərb, cənub-qərb və mərkəzi hissəsindəki dağlıq ərazi, şərq və cənub-şərq hissəsindəki girintili-çıxıntılı sahil xətti tunel və körpülərin tikintisini zəruri etmişdir. Çininin sürətli iqtisadi inkişafı həm ölkə daxilində, həm də transsərhəd nəql. axınının intensivləşməsinə, dəniz portları və aeroportlar şəbəkəsinin genişlənməsinə və modernləşdirilməsinə, su, avtomobil və dəmir yolu nəqliyyatı ilə yükdaşımaların konteynerləşməsinin genişlənməsinə səbəb olmuşdur. Bütün nəqliyyat növlərinin yük dövriyyəsi 10 141,9 milyard ton/km (2007), o cümlədən su nəqliyyatının (çay və dəniz nəqliyyatı daxil olmaqla) – 63,4%, dəmir yolu – 23,5%, avtomobil nəqliyyatı – 11,2%, boru nəql. – 1,8%, hava nəqliyyatı – 0,1%-dir. Bütün nəqliyyatı növlərinin sərnişin dövriyyəsi – 2159,3 mlrd.
Çində orta təhsil
Çində orta təhsil — Çin Xalq Respublikasında mövcud olan orta təhsil sistemi. Çində orta təhsil isə 12 yaşdan 18 yaşa qədərki dövrü əhatə etməklə 6 il davam edir. Orta təhsil pilləsinin ilk üç ili aralıq məktəblərdə, növbəti üç ili isə orta məktəblərdə həyata keçirilir. Bu ölkədə orta təhsil pilləsində tədris həftəsi 5 günlükdür. Çində orta təhsil aşağı və yuxarı pillədən ibarətdir. Orta təhsilin aşağı və yuxarı pilləsinin hər biri 3 il davam edir. İcbari təhsilin son 3 ili orta təhsilin aşağı pilləsi hesab olunur. 6 illik ibtidai təhsil pilləsini başa vurduqdan sonra şagirdlər öz təhsillərini orta təhsilin aşağı pilləsində davam etdirməlidirlər. Orta təhsilin aşağı pilləsini tamamladıqdan sonra isə şagirdlər müvafiq qəbul imtahanı verərək növbəti 3 ili akademik təmayüllü orta məktəblərdə oxuya və ya peşə məktəblərinə daxil ola bilərlər. Orta təhsilin yuxarı pilləsinə qəbul imtahanı ildə bir dəfə Çin dili, riyaziyyat, ingilis dili, fizika, kimya, siyasət və fiziki təhsil fənlərindən təşkil olunur.
Çində polad sənayesi
Çində polad sənayesi tikinti, infrastruktur və istehsal sənayesinin sürətli modernləşdirilməsi ilə idarə olunmuş və inkişaf etmişdir. == Tarixi == === 20-ci əsr === Polad sənayesi iyirminci əsrin əvvəllərində və hər iki dünya müharibəsi dövründə kiçik bir sahədə yerləşdirilmişdi. Polad infrastrukturunun əksəriyyəti müharibələr zamanı məhv edildi və Sovet texnologiyalarından istifadə edildi. Çin, kommunist hakimiyyətinin ilk dövrlərində mərkəzi planlaşdırma üsullarından istifadə etmələsinə baxmayaraq, polad sənayesinin inkişafında qərb ölkələrindən geri qaldı. Çin, Den Syaopinin on dörd il əvvəl 1978-ci ildə həyata keçirdiyi kapitalist islahatlarından sonra sürətli iqtisadi sənayeləşmə dövrü keçirdi. Polad sənayesi istehsalını tədricən artırdı. Çinin illik xam polad istehsalı 1996-cı ildə 100 milyon ton idi. === 21-ci əsr === Çin 1999-cu ildə 123 milyon ton polad istehsal etdi. ÜTT-yə yüksəldikdən sonra avtomobil istehsalçıları, istehlakçı elektronika və inşaat materialları kimi istehsal sahələrinin artan tələbatı üçün istehsalını aqressiv şəkildə genişləndirdi.2008-ci ilədək polad qiymətləri qalxdı və Çin dünyanın ən böyük üç polad istehsalçısı tərəfindən qiymət artımlarına könülsüz razılaşmalı oldu. Qlobal maliyyə böhranı dövründə Çin polad fabrikləri, müştərilərinin tələbinin azalması ilə qiymət möhlətlərini qazandı.
Çində protestantlıq
== Çində protestantlıq == Protestantlıq Çində XIX əsrdə yayılmışdır. 1842-ci ildən 1932-ci ilədək olan dövrdə ölkədə İngiltərə, ABŞ, Fransa, Almaniya və başqa dövlətlərin təsiri altında olan 100-dən çox protestant təriqətləri yaranmışdır. 1900-cü il "Boksçular" üsyanından sonra protestant missiyaları daha inkişaf etmiş rayonlara köçmüşdü. Burada məktəb, xəstəxana və digər müəssisələr açmışdılar. Əcnəbi missionerlər Çin iyerarxiyasında üstünlük təşkil etdiyinə və demək olar ki, bütün əməli işlərə rəhbərlik etdiyinə görə onlar Çin xalqının və vətənpərvər-xristianların kəskin narazılıqlarına səbəb olurdular. 20-ci əsrin əvvəlində bir neçə uzaqgörən Çin liderləri ölkəsinə və dininiə sevgi aşılayaraq öz kilsələrini yaratmağa cəhd etdilər. Lakin Qərb missionerlərinin nəzarətindən azad olmaq istəyini o dövrdə həyata keçirmək hələ mümkün deyildi. 1950-ci ilin yayında 40 görkəmli Çin xristianı "Yeni Çinin yaradılması üçün Çin xristianlarının etməli olduqları cəhdlər" deklarasiyasını imzaladı. Deklarasiya həm xristian ruhaniliyini, həm də ruhani olmayanları öz kilsələrini təbliğ etməyə və maliyyə münasibətlərində dəstəkləyərək onu özləri idarə etməyə çağırırdı. Bu prinsiplər sonralar "üçqat müstəqillik" kimi məşhur olmuşdur.
Çində qadın sağlamlığı
Çində qadın sağlamlığı Çin Xalq Respublikasındakı (ÇXR) qadınların sağlamlığından bəhs edir ki, bu da Çində kişilərin sağlamlığından bir çox cəhətdən fərqlənir. Ümumiyyətlə, sağlamlıq Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) konstitusiyasında "xəstəlik və ya zəifliyin olmaması deyil, tam fiziki, zehni və sosial rifah vəziyyəti" olaraq təyin edilir. Çinli qadınların sağlamlığının vəziyyəti Çinin tarixi kontekstləri və son yeddi onillikdə iqtisadi inkişafı ilə əlaqədardır. Çində qadınların sağlamlığına dair tarixi bir perspektiv islahatlardan əvvəl (1949–1978) və islahatdan sonrakı dövrdə (1978-ci ildən bəri) qadınlar üçün səhiyyə siyasətlərini və nəticələrini araşdırmağı tələb edir. Ümumiyyətlə, Çində qadın sağlamlığı, 1949-cu ildə Çin Xalq Respublikasının qurulmasından bəri əhəmiyyətli dərəcədə yaxşılaşd. Bununla birlikdə, gender bərabərsizliyi və Çin siyasi sisteminin mürəkkəbliyi ilə əlaqəli ənənəvi Çin ideologiyasına görə, qadın sağlamlığının reproduktiv sağlamlıq və HİV/ AİDS kimi bir çox aspektləri baxımından problemlər hələ də artmaqdadır. == ÜTT üzvü (2001-indiyə qədər) == Çinin ÜTT-yə daxil olması iqtisadi inkişafını daha da həvəsləndirmək və bazar quruluşunu yaxşılaşdırmaq üçün qəbul edilsə də, ÜTT-yə qoşulmağın Çinin işçi qüvvəsini pisləşdirəcəyindən də narahat idi, çünki dövlət müəssisələrində həddindən artıq muzdlu işçi qüvvəsi "səmərəsiz" hesab edilə bilər. Çin qlobal bazara çıxdı. Üstəlik, aparılan araşdırmalar Çində işçi qüvvəsinin yalnız% 40-ı qadınlardan ibarət olduğunu göstərdi, lakin işdən çıxarılanların% 60-ı qadınlar idi ki, bu da qadınların kişilərə nisbətən bu təsirlərə qarşı daha həssas olduğunu göstərdi. 2008-ci ildə əldə edilmiş statistik göstəricilər kişilərin qadınlara nisbətən daha yüksək fiziki rifahdan istifadə etdiyini göstərmişdir.
Çində qadınlar
Çində qadınların həyatı, son Tzin sülasənin islahatları, Cümhuriyyət dövründəki dəyişikliklər, Çin Vətəndaş Müharibəsi və Çin Xalq Respublikasının yüksəlişi səbəbindən əhəmiyyətli dərəcədə dəyişildi. Qadınların azadlığına nail olmaq, ÇXR-nin başlanğıcından bəri Çin Kommunist Partiyasının gündəmindədir. Mao Zedong məşhur sitatda demişdir "Qadınlar səmanın yarısını tuturlar." 1995-ci ildə Çin Kommunist Partiyasının baş katibi Tsyan Tsemin gender bərabərliyini rəsmi dövlət siyasəti əsasında həyata keçirdi. Çin daha böyük gender bərabərliyini əldə etməkdə olduqca müvəffəq olsa da, qadınlar kişilərlə müqayisədə daha aşağı bir status almışdı. == Qadın və ailə == İnqilabdan əvvəl Çində ənənəvi evlilik fərdlər arasında deyil, ailələr arasında bir müqavilə idi. Gələcək bəy və gəlinin valideynləri, iki ailə arasındakı ittifaqa əsaslanaraq nikah qururdular. Həyat yoldaşı seçimi sevgi və cazibə deyil, ailə ehtiyaclarına və potensial həyat yoldaşının sosial-iqtisadi vəziyyətinə əsaslanırdı. Qadının rolu ərinin sosial vəziyyəti ilə bir qədər dəyişsə də, adətən onun əsas vəzifəsi soyadını davam etdirmək üçün bir oğul təmin etmək idi. Evlilik təşkili bir gəlin qiyməti, gəlinin ailəsinə veriləcək hədiyyələr və gəlinin ailəsindən yeni evində istifadə etmək üçün bəzən paltar, mebel və ya zinət əşyaları ilə danışıqları əhatə edirdi. Bir qadının evliliyi üçün pul təzminatı mübadiləsi, satın alma nikahlarında da istifadə edildi.2020 Ümumdünya Xalq Konqresi zamanı Çinin evlilik və ailə qanunları üçün bir sıra əhəmiyyətli dəyişiklikləri ehtiva edən bir mülki məcəllə qəbul edildi.
Çində qida təhlükəsizliyi
Dünyanın ən çox məskunlaşmış ölkəsi olan Çində qida təhlükəsizliyi əsasən kənd təsərrüfatına aiddir. Çinin əsas məhsulu alma və digər meyvə və tərəvəzlərə əlavə olaraq düyü, qarğıdalı, buğda, soya və pambıqdır. Çinin əsas heyvandarlıq məhsullarına donuz əti, mal əti, süd və yumurta daxildir. Çin hökuməti kənd təsərrüfatı istehsalı ilə yanaşı qida qablaşdırmasına, kimyəvi qatqıların istehsalı, dərman istehsalı və ticarətin tənzimlənməsinə nəzarət edir. Son illərdə Çin hökuməti, 2003-cü ildə Çin Dövlət Qida və Dərman İdarəsinin yaradılması ilə qida təhlükəsizliyi tənzimləməsini birləşdirməyə çalışdı. Məmurlar qida təhlükəsizliyi problemlərini həll etmək üçün artan ictimai və beynəlxalq təzyiqlərə məruz qalmışdılar. Çin Baş nazirinin müavini Li Keqiang, "Qida vacibdir və təhlükəsizlik birinci dərəcəli prioritet olmalıdır. Qida təhlükəsizliyi insanların həyatı və sağlamlığı, iqtisadi inkişaf və sosial harmoniya ilə yaxından əlaqəlidir" dedi. == Dövlət şöbələri == Dövlət Şurası nəzdində təxminən on hökumət idarəsi və nazirlik Çində qida təhlükəsizliyini izləyir. Bunlara Səhiyyə Nazirliyi, Dövlət Qida və Dərman İdarəsi və Kənd Təsərrüfatı Nazirliyi, Sənaye və Ticarət Dövlət İdarəsi, Keyfiyyətə Nəzarət, Təftiş və Karantin Baş İdarəsi, Ticarət Nazirliyi, Elm Nazirliyi və Texnologiya və Milli Bəslənmə və Qida Təhlükəsizliyi İnstitutu.
Çində roman katolisızm
Çində rəqs
Çində rəqs, bir çox müasir və ənənəvi rəqs janrını özündə əks etdirən çox fərqli bir sənət növüdür. Rəqslər xalq rəqslərindən opera və balet teatrındakı tamaşalara aid bir sıra rəqsləri əhatə edir və xalq şənliklərində, mərasimlərdə və mərasimlərdə istifadə edilə bilər. Çində rəsmi olaraq tanınan 56 etnik qrup var və hər birinin öz xalq rəqsləri var. Ən məşhur Çin rəqslərinə əjdaha rəqsi və aslan rəqsi daxildir. == Tarixi == Çində müxtəlif rəqs formaları mövcuddur ki, onların yaranma tarixləri olduqca qədimdir. Uzun qollu rəqslər kimi bəzi müasir Çin rəqsləri ən erkən dövrlərdə, təxminən Çjou sülaləsinin başlanğıcında qeydə alınmışdır. Erkən dövrün ən vacib rəqsləri Tzin sülaləsindən əvvəl səsləndirilən ritual və mərasimli Yayue idi, lakin bu günə qədər yalnız Konfutsi mərasimlərinin bir hissəsi olaraq ifa olunur. Altı sülalə dövründə (220–589) Çin rəqsləri və musiqisi Orta Asiya mədəniyyətindən güclü şəkildə təsirlənmişdir. Tan Sülaləsi dövründə rəqs sənəti zirvəyə çatdı, bu rəqslər çox müxtəlif idi və Orta Asiyadan gələn rəqslər özlərinə görə populyar idi. Bu dövrdə çox sayda rəqs qeydə alınmışdı, məsələn, Tan sülaləsinin genişmiqyaslı saray tamaşaları bura daxil idi.
Çində su təchizatı və sanitariya
Çində su təchizatı və sanitariya — Çin Xalq Respublikasının su ehtiyatlarının idarə olunması. Çində su çatışmazlığı və çirklənmə böyük çətinliklər yaradır. == Su ehtiyatları == Çinin çay axarlarının ümumi ehtiyatları il ərzində 2800 km3 təşkil edir. Bu ölçüyə görə, Çin Braziliya, Rusiya, Kanada və ABŞ-dən sonra dünya üzrə beşinci yeri tutur. Lakin adambaşına cəmi ildə 2200 m3 düşür ki, bu da orta dünya göstəricinin cəmi 1/4 hissəsini təşkil edir. Bu səbəbdən də Çin 149 ölkə arasında 109-cu yerdə qərarlaşmışdır. Ehtimal edilir ki, 2030-cu ilə Çinin əhalisi 1,6 milyard nəfərə çatarsa adambaşına su təminatı ilə 1760 km3 qədər azalacaq. Müxtəlif rayonlarda yerüstü və yeraltı axınların paylanması arasında çox böyük qeyri-bərabərlik vardır ki, bu da vəziyyəti daha da mürəkkəbləşdirir. Çünki bərpa olunan su ehtiyatlarının Çinin regionları üzrə paylanması heç də bərabər göstəricilərə malik deyildir. Xuanxe, Xuayxe və Xayxe çayları hövzələrinin, eləcə də becərilən kənd təsərrüfatı torpaqlarının 45%-nin yerləşdiyi və Çin əhalisinin 36%-inin yaşadığı ölkə ərazisinin yarısını tutan axarı olmayan şimal-qərb vilayətlərinin payına su resurslarının cəmi 12 %-inin düşməsi faktı da su ehtiyatlarının paylanmasında disproporsiyanı əks etdirir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2020 •••••••••••••••••••• 0.13

"çind" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#çind nədir? #çind sözünün mənası #çind nə deməkdir? #çind sözünün izahı #çind sözünün yazılışı #çind necə yazılır? #çind sözünün düzgün yazılışı #çind leksik mənası #çind sözünün sinonimi #çind sözünün yaxın mənalı sözlər #çind sözünün əks mənası #çind sözünün etimologiyası #çind sözünün orfoqrafiyası #çind rusca #çind inglisça #çind fransızca #çind sözünün istifadəsi #sözlük