özb sözü azərbaycan dilində

özb

Yazılış

  • özb • 55.5556%
  • Özb • 44.4444%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
ABŞ–Özbəkistan münasibətləri
ABŞ–Özbəkistan münasibətləri — ABŞ ilə Özbəkistan Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. 2002-ci il qlobal bir rəy sorğusuna görə, özbəklərin 85 %-i ABŞ-yə müsbət yanaşır, yalnız 10% -i ABŞ-yə mənfi münasibət bəsləyir. 2012-ci il ABŞ-nin Qlobal Liderlik Hesabatına görə, özbəklər in 40% -i ABŞ rəhbərliyini təsdiqləyir, 22% -i dəstəkləmir və 39% -i isə qeyri-müəyyən münasibət bildirir. == Tarixi == İkitərəfli münasibətlər 19 fevral 1992-ci ildə qurulmuşdur. 1992-ci ildən bəri ABŞ ilə Özbəkistan Sərhəd və Regional Təhlükəsizlik Proqramı, iqtisadi əlaqələr, siyasi və vətəndaş cəmiyyəti məsələləri, habelə Özbəkistan əhalisi üçün ingilis dili təhsili kimi sahələrdə əməkdaşlıq edir. Özbəkistan Orta Asiya bölgəsində sabitlik, firavanlıq və təhlükəsizliyin təmin edilməsində ABŞ-nin vacib bir tərəfdaşıdır və ABŞ bu məqsədləri irəli sürmək üçün Özbəkistana təhlükəsizlik yardımı göstərir. Regional təhdidlərə aşağıdakılar daxildir: narkotik ticarəti, insan alveri, terrorizm və ekstremizm. Özbəkistan NATO-nun Əfqanıstandakı sülhməramlı qüvvələri üçün, ilk növbədə istifadə üçün elektrik və dəmir yolu infrastrukturunun təmin edilməsi yolu ilə əsas tərəfdaşdır. 11 sentyabr 2001-ci il terror hücumlarından və ABŞ-nin himayəsində "qlobal antiterror koalisiyası" yaradıldıqdan sonra Özbəkistan ABŞ-ni antiterror kampaniyasında dəstəklədi və öz ərazisindən istifadə etməsinə icazə verir. Bundan sonra ABŞ və NATO, üsrtəlik Özbəkistanla Qərb arasındakı münasibətlər istiləşir.
Alat (Özbəkistan)
Alat (özb. Olot) — Özbəkistanın Buxara vilayətində şəhər. == Əhalisi == 2010-cu ilin məlumatlarına görə Alatda 12.924 nəfər yaşamaqda imiş. === Milli tərkibi === Alatda Özbəklər üstünlük təşkil etməklə, Türkmənlər, Ruslar, Almanlar, Qazaxlar və Tatarlarda yaşayır.
Ali Məclis (Özbəkistan)
Özbəkistan Respublikasının Ali Məclisi (özb. Oʻzbekiston Respublikasi Oliy Majlisi) — Özbəkistan Respublikasının parlamentidir, dövlət hakimiyyətinin təmsilçisi və qanunverici orqanı. 27 yanvar 2002-ci il tarixli ümumxalq konstitusiya referendumunun nəticələrinə görə, Özbəkistan Respublikası Ali Məclisi iki palatadan - Özbəkistan Respublikası Ali Məclisi Senatından (yuxarı palata) və Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasından (aşağı palata) ibarətdir. 1994-cü ildə qurulduğu gündən və referenduma qədər Özbəkistan Respublikasının Ali Məclisi birpalatalı parlament idi. Hər iki palatanın səlahiyyət müddəti beş ildir. Özbəkistan Respublikası Ali Məclisinin sələfi 1938-1994-cü illərdə mövcud olan Özbəkistan SSR/Özbəkistan Respublikası birpalatalı Ali Sovetidir. == Aşağı palata == Qanunvericilik Palatası qanuna uyğun olaraq seçilmiş 150 deputatdan ibarətdir. Qanunvericilik Palatasında əsas şəxs Ali Məclisin Qanunvericilik Palatasının sədridir. İndi bu vəzifəni yeni seçilən Nurdincon İsmoilov tutur.Aşağı pakata deputatlarından 135-i birbaşa ümumi seçkilərdə seçilmiş, 15 yer Özbəkistan Ekoloji Hərəkatı üçün ayrılmışdı. Qanunvericilik Palatasının fəaliyyət qaydası Özbəkistan Respublikasının Konstitusiyası, "Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatası haqqında" qanun və digər qanunvericilik aktları ilə müəyyən edilir.
Ali Məclis (Özbəkistan parlamenti)

Atabəy Özbək
Özbək (Özbəy) Müzəffərəddin (? — v. 1225, Culfa rayonu) — Azərbaycan Atabəyləri dövlətinin son hökmdarı (1210–1225). 1225-ci il Xarəzmşah Cəlaləddinin hücumu zamanı həm sülalə hakimiyyətdən getmiş, həm də dövlət süquta uğramışdır. == Hakimiyyəti == === Gürcülərin hücumları === Məhəmməd Cahan Pəhləvanın kənizdən olan oğlu. Atabir qardaşı Əbu Bəkrin ölümündən sonra onun tabeliyində olan mülkləri idarə etməyə başlamış, hakimiyyətə gələnədək bölgənin siyasi həyatında fəal iştirak etmişdir. Hakimiyyətinın ilk ilində (1210–1211) gürcülərin Azərbaycana ən böyük hərbi yürüşlərindən biri baş verir. Naxçıvana hücum edən gürcülər şəhəri ələ keçirə bilməyərək, Culfaya doğru yönəlir, Dərədüz dərəsini keçib cənuba – Mərəndə, Təbrizə, Miyanəyə, Zəncana, Qəzvinə, Ərdəbilə və s. hücüm edir, talan və qarətlər törədirlər. Dövrün müəllifinin yazdığına görə, gürcülər geri qayıdarkən bir çox qalaları ələ keçirir, Naxçıvan və Beyləqan şəhərləri üzərinə xərac qoyurlar.
Avropa İttifaqı–Özbəkistan münasibətləri
Avropa İttifaqı–Özbəkistan münasibətləri — Avropa İttifaqı ilə Özbəkistan Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. Özbəkistan Respublikası ilə Avropa İttifaqı arasındakı münasibətlər 15 aprel 1992-ci ildə Özbəkistan Respublikası Hökuməti ilə Avropa İcmaları Komissiyası arasında Anlaşma Memorandumunun imzalanması ilə başladı. 16 Noyabr 1994-cü ildə tərəflər arasında diplomatik münasibətlər qurulmuşdur . Avropa İttifaqı ilə Özbəkistan arasında mövcud Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi 1996-cı ilin iyun ayında Florensiyada dövlət başçıları səviyyəsində imzalanmışdır. == Ticarət == Avropa İttifaqı ilə Özbəkistan arasında mövcud Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi Aİ və Özbəkistanı bir-birinə aşağıdakı sahələrdə ən çox dəstəklənən ölkə ilə təmin etməyi öhdəsinə götürür: idxal və ixrac olunan mallara gömrük rüsumları və vergiləri; idxal olunan malların birbaşa və dolayı vergiqoyması daxili bazarda malların ticarəti, alınması, daşınması, paylanması və istifadəsi qaydaları. Avropa İttifqı Özbəkistanın vacib ticarət və iqtisadi tərəfdaşıdır və respublikanın xarici ticarətində beşinci yerdədir. 2013-cü ilin sonunda Aİ ölkələri ilə ticarət 1.655 milyon avro təşkil etmişdir (bu Avropa İttifqı ilə Gürcüstan və Moldova kimi ölkələr arasındakı ticarətin təxminən yarısıdır). Özbəkistan üçün ixrac 247 milyon dollar, idxal isə 1.408 milyon dollar təşkil etmişdir. 2012-ci ilə qədər dövriyyənin artımı 10,2 % olmuşdur . == Digər əməkdaşlıq sahələri == Avropa İttifaqı ilə Özbəkistan arasında mövcud Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi müddəalarının daha bir tətbiqi olaraq qeyd etmək lazımdır ki, Özbəkistan və Aİ 2011-ci ildə enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalamışdır.
Azərbaycan-Özbəkistan (film, 1947)
Azərbaycan-Özbəkistan qısametrajlı sənədli filmi rejissor Əbdül Həsənov tərəfindən 1947-ci ildə> çəkilmişdir. Bakı Kinostudiyasında istehsal edilmişdir. Film Azərbaycan və Özbəkistan pambıqçılarının əmək yarışından, iki xalqın dostluğundan, hər iki qardaş xalqın pambıqçıları arasında yaranan əməkdaşlıqdan söhbət açır. == Məzmun == Film Azərbaycan və Özbəkistan pambıqçılarının əmək yarışından, iki xalqın dostluğundan, hər iki qardaş xalqın pambıqçıları arasında yaranan əməkdaşlıqdan söhbət açır.
Azərbaycan-Özbəkistan futbol matçlarının siyahısı
== Kişilər == === Əsas milli komanda === 24.04.1998 Bakı YO Azərbaycan – Özbəkistan 2:1 18.08.1999 Səmərqənd YO Özbəkistan – Azərbaycan 5:1 15.02.2001 Albena YO Özbəkistan – Azərbaycan 2:1 21.08.2002 Bakı YO Azərbaycan – Özbəkistan 2:0 28.05.2004 Bakı YO Azərbaycan – Özbəkistan 3:1 07.02.2007 Karşi YO Özbəkistan – Azərbaycan 0:0 07.03.2007 Çimkənd BT Özbəkistan – Azərbaycan 0:1 01.02.2009 Dubay YO Azərbaycan – Özbəkistan 1:1 02.02.2013 Dubay YO Azərbaycan – Özbəkistan 0:0 20.08.2014 Bakı YO Azərbaycan – Özbəkistan 0:0 === U-21 === 27.05.2021 Kiyev, Ukrayna BT Azərbaycan – Özbəkistan 0:1 05.06.2022 Bakı YO Azərbaycan (U-20) – Özbəkistan (U-20) 3:2 07.06.2022 Bakı YO Azərbaycan (U-20) – Özbəkistan (U-20) 0:0 === U-19 === 10.01.2010 Sankt-Peterburq BT Özbəkistan – Azərbaycan 1:1, pen.
Azərbaycan-Özbəkistan münasibətləri
Azərbaycan–Özbəkistan münasibətləri — Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Tarixi == İki ölkə arasında qarşılıqlı münasibətlərin tarixi uzaq əsrlərə gedib çıxır. Özbək və Azərbaycan xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. Uzun illər ərzində hər iki dövlət SSRİ-nin müttəfiq respublikaları olublar. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistan torpağında sığınacaq tapıb. Bu gün 40 mindən çox azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir. 1966-cı ilin aprelində dağıdıcı zəlzələdən sonra Daşkəndin bərpasında azərbaycanlılar yaxından iştirak ediblər. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1995-cü ilin oktyabr ayının 2-də qurulmuşdur.1996-cı ilin ortalarında Azərbaycan Respublikasının Özbəkistan Respublikasında, 1998-ci ilin may ayında Özbəkistan Respublikasının Azərbaycan Respublikasında səfirlikləri fəaliyyətə başlayıb. İkitərəfli münasibətlərin inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir. Bu baxımdan Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun Azərbaycana 26-27 may 1996-cı il tarixdə ilk rəsmi səfəri xüsusi qeyd olunmalıdır.
Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi — Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərinin Mirabad rayonunun mərkəzindəki Heydər Əliyev küçəsi 9 ünvanında yerləşən Mədəniyyət təşkilatı. Qeyd edək ki, Daşkənddə Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdində Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin binasının əsaslı təmir və bərpadan sonra (2010-cu il) açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistanın Baş naziri Şavkat Mirziyayev iştirak etmişlər. Bina ilə tanışlıq zamanı məlumat verildi ki, azərbaycanlıların yığcam yaşadıqları Daşkəndin Mirabad rayonunun mərkəzindəki Heydər Əliyev küçəsində yerləşən mərkəzdə Heydər Əliyev, Azərbaycanın dövlətçilik tarixi, Azərbaycan və Özbəkistanın müştərək tarixi muzeyləri fəaliyyət göstərir. Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovdur. Samir Abbasov 1998-ci ildə Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq-İnformasiya fakültəsinə daxil olmuş, 2002-ci ildə sözügedən fakültədə Biblioqrafiyaşünaslıq ixtisası üzrə magistratura təhsili almışdır. 2006-cı ildən Azərbaycan Milli Elmlər Akademiyasında "XXI əsrdə Azərbaycan kitabxanalarının aftomatlaşdırılması problemləri" mövzusu üzrə disertantı olmuşdur. Əmək fəaliyyətinə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında - kitabxanaçı, biblioqraf, Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının Elmi İnformasiya şöbəsində - mütəxəssis, aparıcı mütəxəssis, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət Siyasəti şöbəsində və Nəşriyyat, reklamın təşkili, informasiya şöbəsində məsləhətçi vəzifələrində çalışmışdır. 2013-cü ilin fevral ayından Özbəkistan Respublikasındakı Azərbaycan Səfirliyinin nəzdnindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilmişdir. S.Abbasov həmçinin Azərbaycan Səfirliyinin mədəniyyət, turizm, təhsil və diaspora məsələləri üzrə attaşesidir. == Tarixi == 27 sentyabr 2010-cu ildə mərkəzin binasının əsaslı təmir və bərpadan sonra açılışı olmuşdur.
Azərbaycan–Özbəkistan futbol matçları
== Kişilər == === Əsas milli komanda === 24.04.1998 Bakı YO Azərbaycan – Özbəkistan 2:1 18.08.1999 Səmərqənd YO Özbəkistan – Azərbaycan 5:1 15.02.2001 Albena YO Özbəkistan – Azərbaycan 2:1 21.08.2002 Bakı YO Azərbaycan – Özbəkistan 2:0 28.05.2004 Bakı YO Azərbaycan – Özbəkistan 3:1 07.02.2007 Karşi YO Özbəkistan – Azərbaycan 0:0 07.03.2007 Çimkənd BT Özbəkistan – Azərbaycan 0:1 01.02.2009 Dubay YO Azərbaycan – Özbəkistan 1:1 02.02.2013 Dubay YO Azərbaycan – Özbəkistan 0:0 20.08.2014 Bakı YO Azərbaycan – Özbəkistan 0:0 === U-21 === 27.05.2021 Kiyev, Ukrayna BT Azərbaycan – Özbəkistan 0:1 05.06.2022 Bakı YO Azərbaycan (U-20) – Özbəkistan (U-20) 3:2 07.06.2022 Bakı YO Azərbaycan (U-20) – Özbəkistan (U-20) 0:0 === U-19 === 10.01.2010 Sankt-Peterburq BT Özbəkistan – Azərbaycan 1:1, pen.
Azərbaycan–Özbəkistan münasibətləri
Azərbaycan–Özbəkistan münasibətləri — Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Tarixi == İki ölkə arasında qarşılıqlı münasibətlərin tarixi uzaq əsrlərə gedib çıxır. Özbək və Azərbaycan xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. Uzun illər ərzində hər iki dövlət SSRİ-nin müttəfiq respublikaları olublar. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistan torpağında sığınacaq tapıb. Bu gün 40 mindən çox azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir. 1966-cı ilin aprelində dağıdıcı zəlzələdən sonra Daşkəndin bərpasında azərbaycanlılar yaxından iştirak ediblər. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1995-cü ilin oktyabr ayının 2-də qurulmuşdur.1996-cı ilin ortalarında Azərbaycan Respublikasının Özbəkistan Respublikasında, 1998-ci ilin may ayında Özbəkistan Respublikasının Azərbaycan Respublikasında səfirlikləri fəaliyyətə başlayıb. İkitərəfli münasibətlərin inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir. Bu baxımdan Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun Azərbaycana 26-27 may 1996-cı il tarixdə ilk rəsmi səfəri xüsusi qeyd olunmalıdır.
Babur adına Oş Dövlət Akademik Özbək Musiqi və Dram Teatrı
Babur adına Oş Dövlət akademik özbək musiqi və dram teatrı (rus. Ошский Государственный академический узбекский музыкально-драматический театр имени Бабура) — Qırğızıstanda ən qədim peşəkar teatr, Mərkəzi Asiyada ikinci qədim teatr. == Teatr tarixi == 1914-cü ildə Rahmonberdi Madazimovun rəhbərliyi ilə Oş yerli məktəb müəllimi Baltyhodzha Sultanov ilə teatr dərnəyi yaradılmışdır. 1918-ci ildə Oş vilayətində Rahmonberdi Madazimov rəhbərliyi ilə digər maarif rəhbərləri və müəllimlər Ibrohim Musaboev, Beknazar Nəzərov, Zhurahon Zaynobiddinov, Nazirhan Kamolov, A.Saidov, A.Eshonhonov, Abdukodir Iskhokov, Isroiljon İsmoilov, Cəlil Sobitov tərəfindən Türküstan cəbhəsində İnqilab Əsgəri Şura konsert briqadası əsasında Qırğızıstanda ilk dəfə həvəskar teatr dərnəyi təsis edildi. Rahmonberdi Madazimov teatr qrupunun ilk bədii rəhbəri, Qırğızıstanda isə teatr hərəkatının ilk təsisçisi və təşkilatçısı idi. 1919-cu ildə teatr dərnəyi drama truppası yaradılmışdır. Bu teatr truppası yalnız teatr sənətinin inkişafına deyil, həm də Qırğızıstanın cənubunda peşəkar musiqi sənətinin inkişafına xidmət etmişdir. Teatr truppasının repertuarında istehsaldan əlavə çoxsaylı konsertlər olmuşdur, həmçinin peşəkar musiqiçilərin meydana gəlməsinə qatqı təmin tamaşaların musiqi müşayiəti xalq melodiyalarının emal ilə həyata keçirilir. Gələcəkdə bu teatr truppası Babur adına Oş Dövlət akademik özbək musiqi və dram teatrının yaradılması üçün əsas oldu. Babur adına Oş Dövlət akademik özbək musiqi və dram teatrı Daşkənddə Həmzə adına Özbəkistan milli akademik dram teatrından (1913–27 fevral 1914 ildə yaradılmışdır) sonra Mərkəzi Asiyada ən qədim teatr hesab edilir.
Belarus–Özbəkistan münasibətləri
Özbəkistan–Belarus münasibətləri — Belarus Respublikası ilə Özbəkistan Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. İki ölkə arasında diplomatik əlaqələr 21 yanvar 1993-cü ildə qurulmiuşdur. Belarusun Daşkənddəki səfirliyi 1994-cü ilin fevralında açılmışdır. Özbəkistanın Minskdəki səfirliyi 2018-ci ilin mart ayında açılmışdır. Hər iki ölkə keşmiş SSRİ adlı ittifaqa daxil olan müttəqif respublikalar olmuşlar. == Dövlət ziyarətləri == Belarus Prezidenti Aleksandr Lukaşenko Özbəkistana ilk rəsmi səfərini 1994-cü ilin dekabrında edir və bu müddət ərzində Dostluq və Əməkdaşlı haqqında Bəyannamə imzalanır. Növbəti rəsmi səfər 12-14 sentyabr 2018-ci il tarixlərində baş tutur, bu müddət ərzində yeni bir "Amkodor-Aqrotexmaş" birgə müəssisəsi açılır. 16 ikitərəfli sənəd imzalanır və 19 sentyabr tarixinədək fəaliyyət göstərmiş Uzexpocentre-də "Made in Belarus" yarmarkası açılır. Belarus Prezidenti Şavkat Mirziyayevin Tyan-Şanın ətəklərində yerləşən "Kaynarsay" şəxsi iqamətgahını ziyarət edən dövlət başçılarından birincisi olur. Özbəkistan Prezidenti İslam Kərimov 2014-cü ilin oktyabrında Minskə səfər edir.
Bolqarıstan-Özbəkistan münasibətləri
Bolqarıstan-Özbəkistan münasibətləri — Bolqarıstan və Özbəkistan arasındakı beynəlxalq münasibətlərdir. Hər iki ölkə diplomatik münasibətləri 12 sentyabr 1992-ci ildə qurmuşdur. Bolqarıstanın Özbəkistan Respublikasının paytaxtı Daşkənddə səfirliyi vardır. Hər iki ölkə Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına üzvdür. Qara dəniz limanları vasitəsilə Bolqarıstan, Özbəkistan və Avropa Birliyi arasındakı ticarəti təmin edir. Hər iki ölkə ticarəti bu şəkildə genişləndirməyi hədəfləmişdir. Lakin, məsələ ilə bağlı dəfələrlə müzakirələrə baxmayaraq, Özbəkistan bu günə qədər Nabukko qaz kəmərindən təbii qaz üçün istifadə etməkdən imtina etmişdir. == Arxa plan == Soyuq müharibə dövründə hər iki ölkə Varşava Paktı və Qarşılıqlı İqtisadi Yardım Şurası olaraq Şərq Blokunda kommunist dövlətlər idi. O zaman Bolqarıstan rəsmi olaraq Sovet İttifaqının Bolqarıstan Xalq Respublikası adı altında peyk dövləti idi və Özbəkistan rəsmi olaraq Sovet İttifaqı tərəfindən Özbəkistan Sovet Sosialist Respublikası olaraq qurulan respublikalardan biri idi. == Rəsmi görüşmələr == 1997-ci ilin noyabrında Bolqarıstan xarici işlər naziri Özbəkistanla iqtisadi əməkdaşlıq barədə danışıqlar apardı.
Bolqarıstan–Özbəkistan münasibətləri

Braziliya–Özbəkistan münasibətləri
Braziliya–Özbəkistan münasibətləri — Braziliya Respublikası ilə Özbəkistan Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələrin qurulması == Braziliya-Özbəkistan ikitərəfli münasibətləri başlanğıc mərhələsindədir. Braziliya Latın Amerikasında 1993-cü ildə Özbəkistanla diplomatik əlaqələr quran ilk dövlət olur. == Ölkələrin ümumi xüsusiyyətləri == Özbəkistan 202-ci ildə 29 illik müstəqilliyini qeyd edən keçmiş Sovet respublikasıdır (1 sentyabr 2020). Braziliya Respublikası 520 illik yubileyini 22 aprel 2020-ci ildə qeyd etmişdir. == Tarix == === Siyasi təmaslar və səfərlər === Özbəkistan və Braziliya arasındakı əlaqələrin genişləndirilməsində, 2007-ci ilin avqustunda Braziliyada baş tutan iki ölkənin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr böyük əhəmiyyət kəsb edir. Uzinfoinvest ilə Braziliya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi (APEX) arasında Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanmışdır. 1–4 noyabr 2008-ci il tarixində Rio-de-Janeyro Bələdiyyə Başçısı S. Maye Özbəkistana səfər edir və Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov tərəfindən qəbul edilir. Səfərin ardından Səmərqənd və Rio-de-Janeyro şəhərləri arasında tərəfdaşlıq və əməkdaşlığın qurulması haqqında Protokol imzalanmışdır. Özbəkistanla Latın Amerikası ölkələri arasındakı münasibətlərdə əhəmiyyətli bir hadisə, Braziliya Prezidenti Luis İnasio da Silva tərəfindən qəbul edilən Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun Braziliya Federativ Respublikasına ilk rəsmi səfəri olur.
Burcu Özberk
Burcu Özbərk (12 dekabr 1989, Əskişəhər) — Türk aktrisa. Hacettepe Universiteti Ankara Dövlət Konservatoriyası Teatr Fakültəsinin məzunu Özbərk ilk ekran təcrübəsini 2013-cü ildə "Muhteşem Yüzyıl" serialında yaşayıb və bu serialda Huricihan Sultan obrazını canlandırıb. “Güneşin Kızları” serialındakı Nazlı Yılmaz obrazı onun karyerasında dönüş nöqtəsi olub. Erdal Beşikçioğlunun Təcrübə Səhnəsində Marquis de Sade Quills və Woyzeck Tale tamaşalarında iştirak etmişdir. 2017-2018-ci illər arasında TRT 1-də yayımlanan Aslan Ailem serialında rol alıb. Daha sonra Direniş Karatay filmində Türkan obrazını canlandırdı.Daha sonra 2019-2020-ci illər arasında Çağlar Ertuğrul ilə Kanal D-də yayımlanan "Afili Aşk" serialında rol alıb. Bu serialla o, Qızıl Kəpənək Mükafatlarında Romantik Komediyada Ən Yaxşı Qadın Oyunçu Mükafatını qazandı. O, 2020-ci ildə FOX-da yayımlanan Uşaqlıq serialında Ayşegül obrazını canlandırıb. 2021-ci ildən eyni kanalda yayımlanan Aşk Mantık İntikam serialında Esra obrazı ilə baş rola çəkilir.
Burcu Özbərk

Cerən Özbək
Cerən Özbək (15 noyabr 1998) — Azərbaycanı təmsil edən taekvondoçu. == Həyatı == Cərən Özbək 1998-ci il noyabrın 15-də anadan olub. == Karyerası == Cerən Özbək 2014-cü ildə Nancin şəhərində (Çin) baş tutan Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında mübarizə apardı. Cerən Özbək 1/4 final mərhələsində Meksika nümayəndəsi Brenda Lua ilə üz-üzə gəldi. Həmin görüşdə Cerən Özbək qalib gəldi və turnirin yarım-final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Birləşmiş Krallıq nümayəndəsi Abiqail Stones oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Cerən Özbək rəqibinə 3:2 hesabı ilə qalib gəldi və Nancin Olimpiadasının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Tailand nümayəndəsi Panipah Vonqfattanahit oldu. Həmin görüşdə üstün tərəf Panipah Vonqfattanahit idi. Nəticədə Cerən Özbək rəqibinə 1:22 hesabı ilə məğlub oldu və Yeniyetmələrin II Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.
Cənubi Koreya–Özbəkistan münasibətləri
Cənubi Koreya–Özbəkistan münasibətləri — Cənubi Koreya və Özbəkistan arasındakı ikitərəfli münasibətlər. Koreya Respublikası 30 dekabr 1991-ci ildə Özbəkistanın müstəqilliyini tanıyan Asiya-Sakit okean bölgəsindəki ilk ölkə olur və iki ölkə arasında diplomatik münasibətlər 29 yanvar 1992-ci ildə qurulur. O vaxtdan bəri ikitərəfli münasibətlər davamlı inkişaf edir. İki ölkə arasında siyasi, iqtisadi və təhsil sahələrində əməkdaşlıq genişlənmişdir. == Tarixi == İki ölkə arasında diplomatik münasibətlər 29 yanvar 1992-ci ildə qurulmuşdur. Qısa müddət sonra Cənubi Koreya Daşkənddə, Özbəkistan isə Seuldakı səfirliyini açır. 22-25 noyabr 2017-ci il tarixlərində Şavkat Mirziyayev dörd günlük Cənubi Koreyaya səfər edir və burada Cənubi Koreya Prezidenti Mun Çje İn ilə görüşür. Səfər zamanı Mirziyayevə Bələdiyyə Başçısı Park Vonsun tərəfindən Seulun Fəxri Vətəndaşı adı da verilir. 18-21 aprel 2019-cu il tarixlərində Cənubi Koreya Prezidenti Mun Çje İn Özbəkistana dördgünlük dövlət səfəri edir və burada prezident Mirziyayev ilə görüşür. Cənubi Koreya Prezidenti həmçinin, Ali Məclisin iclasında çıxış edir.
Cərən Özbək
Cerən Özbək (15 noyabr 1998) — Azərbaycanı təmsil edən taekvondoçu. == Həyatı == Cərən Özbək 1998-ci il noyabrın 15-də anadan olub. == Karyerası == Cerən Özbək 2014-cü ildə Nancin şəhərində (Çin) baş tutan Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında mübarizə apardı. Cerən Özbək 1/4 final mərhələsində Meksika nümayəndəsi Brenda Lua ilə üz-üzə gəldi. Həmin görüşdə Cerən Özbək qalib gəldi və turnirin yarım-final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Birləşmiş Krallıq nümayəndəsi Abiqail Stones oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Cerən Özbək rəqibinə 3:2 hesabı ilə qalib gəldi və Nancin Olimpiadasının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Tailand nümayəndəsi Panipah Vonqfattanahit oldu. Həmin görüşdə üstün tərəf Panipah Vonqfattanahit idi. Nəticədə Cerən Özbək rəqibinə 1:22 hesabı ilə məğlub oldu və Yeniyetmələrin II Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.
Daxili işlər orqanları (Özbəkistan)
Özbəkistan Respublikasının Daxili işlər orqanları ( özb. Oʻzbekiston Respublikasi Ichki ishlar organlari) — Özbəkistan Respublikasının Daxili İşlər Nazirliyinin tərkibində olan hüquq-mühafizə orqanı. 23 may 2019-cu ildə ölkə prezidenti Şavkat Mirziyayev "Özbəkistan Respublikasının bəzi qanunvericilik aktlarına cinayət prosesi iştirakçılarının hüquqlarının müdafiəsinin təmin edilməsi ilə bağlı dəyişikliklər və əlavələr edilməsi haqqında". Bununla da bir neçə mühüm sənəddə "polis" ifadəsi "daxili işlər orqanları" ilə əvəz edilmişdir. Bununla yanaşı, Özbəkistanda "polis" termini hələ də fəal şəkildə istifadə olunur. Bu, bu sözün uzun müddət işlədilməsi ilə, həmçinin "daxili işlər orqanlarının əməkdaşı" ifadəsinin tələffüzünün çətinliyi ilə bağlıdır. Özbəkistanda avtomobilləri və digər avadanlıqları üzərində "Polis" yazısı olan Özbəkistanın turist polisi formalaşdırılmışdır.
Daxili İşlər Nazirliyi (Özbəkistan)
Özbəkistan Respublikasının Daxili İşlər Nazirliyi ( özb. Oʻzbekiston Respublikasi Ichki ishlar vazirligi) — Özbəkistanda daxili işlər, ictimai asayişin və ictimai təhlükəsizliyin qorunması, cinayətlərin açılması və onların qarşısının alınması, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə, eləcə də miqrasiya sahəsinə nəzarət baxımından dövlət siyasətinin və hüquqi tənzimləmənin həyata keçirilməsi funksiyalarını icra edən mərkəzi icraedici hakimiyyət orqanı. Özbəkistan milisləri ona tabedir. Hüquq-mühafizə və dövlət qulluğunu təmin edir. Odlu silahlar və digər silahları əldə etmək hüququ olan dövlət hərbiləşdirilmiş təşkilatlarına aiddir. Daxili işlər nazirinin birinci müavini Davron Nəzərmuhammədovun sözlərinə görə, Daxili İşlər Nazirliyinin əməkdaşlarının sayı 120 min nəfərə çatmışdır.
Daşkənd (Özbəkistan)
Daşkənd (özb. Toshkent, ing. Tashkent) — Özbəkistanın paytaxtı. Sahəsi 334,8 km², əhalisi 2,5 milyon nəfərdir (2020). Mərkəzi Asiyada metropoliteni olan yeganə şəhərdir. Şəhərin su ehtiyaclarını təmin etmək üçün onun yaxınlığında süni Çarvak gölü yaradılmışdır. 2009-cu ilə olan məlumata görə şəhərin əhalisi 2 milyon 221 min nəfərdir. Şəhər 11 inzibati rayona bölünür. == Adı == Şəhərin əsasının e.ə. V-III əsrlərdə qoyulduğu güman edilir.

"özb" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#özb nədir? #özb sözünün mənası #özb nə deməkdir? #özb sözünün izahı #özb sözünün yazılışı #özb necə yazılır? #özb sözünün düzgün yazılışı #özb leksik mənası #özb sözünün sinonimi #özb sözünün yaxın mənalı sözlər #özb sözünün əks mənası #özb sözünün etimologiyası #özb sözünün orfoqrafiyası #özb rusca #özb inglisça #özb fransızca #özb sözünün istifadəsi #sözlük