* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. 1. Bütün olmayan, naqis, natamam, çatışmayan. Üç manatdan otuz qəpik əskik. Parça 3 santimetr əskikdir. □ Əskik çəkmək – düzgün çəkidən az çəkmək, çəkidə aldatmaq. Əskik çəkən satıcı cəzalanar. Əskik çıxarmaq – müəyyən olan miqdardan az hesab etmək. Əskik çıxmaq – müəyyən miqdardan, yaxud təxmin edildiyindən əskik olduğu meydana çıxmaq. Əskik deyil – daim vardır, həmişə mövcuddur. Çünki tən durduqca məndən dərdü qəm əskik deyil. Füzuli. Gəhi hicrin, gəhi vəslin vurar od qəlbi-suzanə; Heç əskik deyil bu guşeyi-viranədən atəş. S.Ə.Şirvani. Əskik etmək (eləmək) – 1) azaltmaq; 2) kəsmək, fasilə vermək, davam etdirməmək, arasını kəsmək. Məktubunu əskik etmə. Əskik gəlmək – bax əskik çıxmaq. Əskik olma, əskik olmayasan (olmayasınız və s.) – sağlıq, salamatlıq arzusu bildirən ifadə. [Şeyx Sənan:] Cümlə ikramü lütfünüz məlum; Sağ olun, əskik olmayın, oğlum! H.Cavid. [Vidadi:] Yaxşı, nə tapmısan o saraylarda? Sağ ol, əskik olma, sən yaşa barı. S.Vurğun. [Kazım:] Dostluqdan əskik olmayasınız. Mir Cəlal. Əskik olmamaq – həmişə var olmaq, mövcud olmaq, daim olmaq. Hindistanda Qanq çayı bizim Kür çayından çox böyükdür, … amma bu çaydan vəba zəhəri heç əskik olmur… C.Məmmədquluzadə. Çeşmələr başından heç əskik olmaz; Zurna-balabanı bizim dağların. S.Vurğun. Əskiyini doldurmaq (tamamlamaq) – çatışmayan cəhəti, hissəni əlavə edib tamamlamaq. Başından əskik olmamaq – bax əskik olmamaq. Heç əskik olmasın – həmişə olsun, yox olmasın. Köməyiniz heç əskik olmasın! – Vəsfini söylərəm həddən ziyadə; Heç əskik olmasın mülkü mal sənə. Aşıq Pəri. 2. Nöqsanlı, qüsurlu, eyibli, çatmayan, yarımçıq. Onun ağlı bir qədər əskikdir. // Alçaq, pis, əskiklik gətirən. Əskik söhbətlər. – Gül dilləndi: – Salmayın səs; Danışmayın əbəs-əbəs; Qəlbə dəymək əskik işdir. M.Dilbazi. 3. Başqasından az, kiçik, alçaq, aşağı. Sənin boyun onunkundan bir az əskikdir. Onun pulu mənimkindən əskikdir. – [Mazandaranski:] Əlbəttə, mən heç özümü səndən əskik adam bilmirəm. C.Cabbarlı. Xanın həyətində qaravaşlar, nökərlər çox idi. Hamısından kiçiyi və vəzifəcə əskiyi Budaq idi. Ə.Vəliyev. 4. Qiymətsiz, dəyərsiz. Demin əskik məni; tədric ilə yaqut olan daşlar; Boyandıqca ciyər qanilə qədrü qiymətim artar. Füzuli. 5. İs. mənasında. Əskik gələn miqdar, çatışmayan miqdar, tam olmaq üçün əlavə edilməli olan miqdar. Əskiyi doldurmaq. Əskiyi çoxdur. Onun da beş manat əskiyi var. // Çatışmayan şey, gərəkliyi duyulan şey, əgər-əskik. Evin əskiyi qurtarmır.
Azərbaycan dilinin izahlı lüğəti / əskik1 1. Dilimizdə əs feili olub, “azaltmaq” mənasında işlədilib. Onun da əsasında əvvəlcə əski törəmə kökü, sonra isə əskik sifəti, əskilmək feili əmələ gəlib. Əski kökü indi də asanlıqla ayrıla bilir: əski-k və əski-l(mək) sözlərində kök özünü saxlaya bilib, amma indi müstəqil şəkildə işlədilmir. 2. Əsli əksik kimi olub. Türkoloqların bəziləri ək (çatışmazlıq) sözünü əsas götürür və kəlməninin kökünü Hind-Avropa mənşəli hesab edirlər. Əksimək feili “çatışmazlığa, azlığa meyil etmək” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / əskik4 1. ƏSKİK, ÇATIŞMAYAN, KƏM, NAQİS, NATAMAM 2. əskik bax nöqsanlı
Azərbaycan dilinin sinonimlər lüğəti / əskik1 1. неполный, недостаточный; 2. недостаток, нехватка, недочет, пробел; 3. меньше;
Azərbaycanca-rusca lüğət / əskik2 I сущ. недостача (нехватка денег, товаров и т.п.). Min manat əskik недостача в тысячу манатов, əskiyi olmaq иметь недостачу, kimin … manat əskiyi çıxdı (oldu) у кого оказалось … манатов недостачи II прил. 1. недостающий. Əskik gələn (olan) min manat недостающие тысяча манатов, əskik gələn (olan) 5 m парча недостающие 5 м ткани 2. недостойный: 1) недобропорядочный. Əskik adam недостойный человек 2) выражающий непорядочность; неподобающий. Əskik danışıqlar неподобающие разговоры, əskik hərəkət недостойный поступок 3. меньше. Boyca əskik меньше ростом 4. хуже. Kimdən əskiyam чем я хуже других, mənim işim onunkindən heç də əskik deyil моя работа не хуже его (работы) III нареч.: heç kəsdən əskik dolanmıram живу не хуже других; əskik gəlmək (çıxmaq) не хватать, недоставать; əskik çəkmək недовешивать, довесить (отвесить меньше нужного); əskik çıxarmaq (əskiyi üzə çıxarmaq) выявлять, выявить, обнаруживать, обнаружить недостачу, əskik etməmək nəyi всегда иметь при наличии что, pulu cibindən əskik etməmək всегда иметь в кармане деньги, süfrədən yağı əskik etməmək всегда иметь на столе масло, əskik olmamaq наличествовать, существовать, gənclik olan yerdə mahnı əskik olmaz где молодость, там и песни ◊ qapısında təkcə donuzu əskikdir только свиньи (птичьего молока) недостает у кого; əskik tutmaq kimi, nəyi недооценивать кого, что; başından bir tük əskik olsa kimin если хоть один волос упадёт с головы чьей; nə çox artıq, nə çox əskik не больше, не меньше; ни больше, ни меньше (ровно столькото); axı nəyi əskikdir kimin чего недостает (хватает) кому; qırxdı, biri əskik deyil и разговора быть не может; dostluqdan (qonşuluqdan) əskik olmayasan! доброго здоровья тебе! əskik olmaz kimin nəyi у кого что всегда есть, всегда имеется
Azərbaycanca-rusca lüğət / əskik1 I. i. shortage, lack; deficit; əskiyi ödəmək to meet* a deficit II. s. 1. (az, qısa, kəm) less; short(er); bir qram ~ less by a gram; Qənd 200 qr əskikdir Sugar is less by 200 grams; bir metr ~ short by a metre; Parça iki metr əskikdir The cloth is shorter by two metres; ~ çəki short weight; ~ ölçü short measure; 2. (çatışmayan) missing, lacking, deficient; Nəyin əskikdir? What do you lack? 3. (alçaq, pis, bədnam) shameful, base, wretched, mean; ~ adam ill-famed man* / person; ~ hərəkət shameful / mean action III. z. less; short; ~ almaq to receive / to get* less, not to get full amount (of); beş manat ~ almaq to get* / to receive five manats less; ~ vermək to give* less (d.); beş manat ~ vermək to give* five manats less; ~ götürmək to take* less (d.); ~ gəlmək / çıxmaq to be* short (of), to miss (d.), to be* out / short in one’s accounts; Onun beş kitabı əskik çıxdı He / She missed five books; kimsədən ~ olmaq to be* inferior / second to smb. (in); O bu cəhətdən heç kimdən əskik deyil He / She is inferior / second to none Bu bağdan quşlar əskik olmur This garden never lacks birds; Bizdən qada-bala əskik olmur We never miss misfortunes; ~ ölçmək to give* short measure; ~ ödəmək to underpay* (for), to pay* less than required (for); ~ çəkmək to give* short weight (of)
Azərbaycanca-ingiliscə lüğət / əskik1 прил. 1. эксик, там тушир, бегьем тушир, кими; // əskik çəkmək эксик алцумун, авай заланвилелай кимиз (тӀимил) алцумун, заланвилел алцурарун; əskik çıxarmaq эксик акъудун, кимиз акъудун, тайин тир кьадардилай тӀимил гьисабун; əskik çıxmaq эксик акъатун, эксик атун, кимиз акъатун, фикирда кьунвай кьадардилай тӀимил акъатун; əskik deyil эксик туш, кими туш, гьамиша ава; əskik etmək (eləmək) эксик авун, кими авун а) эксикарун, тӀимиларун; б) ара гун, ара атӀун; əskik gəlmək кил. əskik çıxmaq; əskik olmamaq эксик тахьун, кими тахьун, гьамиша аваз (алаз) хьун; əskiyini doldurmaq (tamamlamaq) эксик (кими) тир пай ахцӀурун, агакь тийизвай жигьет алава хъувуна тамамарун (бегьемарун); başından əskik olmamaq кил. əskik olmamaq; heç əskik olmasın гьич эксик тахьуй, гьамиша аваз хьуй, авачиз тахьуй; 2. айиб квай, рехне квай, зуракӀ; 3. эксиквал гъидай, кими, пис, усал; əskik söhbətlər кими ихтилатар; 4. тӀимил, гъвечӀи аскӀан, агъуз; 5. къиметсуз; 6. сущ. эксик (кими, агакь тийивай) кьадар, тамам (бегьем) хьун патал алава хъувун лазим тир кьадар; // агакь тийивай затӀ, лазим тир (игьтияж авай) затӀ.
Azərbaycanca-ləzgicə lüğəti / əskik