atlet sözü azərbaycan dilində

atlet

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • atlet • 93.8602%
  • Atlet • 6.1398%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Andrey Petrov (atlet)
Andrey Petrov (13 oktyabr 1986) — Özbəkistanlı marafonçu. Andrey Petrov Özbəkistanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Andrey Petrov birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınasada, məsafəni sona gədər qət edə bilmədi.
Fanodan olan atlet
Fanodan olan atlet, Qalib Gənclik və ya Lisippo di Fano — Qalib Gəncliyin tədqiqi və konservasiyası 1980-ci ildən 1990-cı illərə qədər davam edir və klassik bürünc üzərində araşdırmalara və qədim Aralıq dənizi mütəxəssislərinin Getty Muzeyi ilə əməkdaşlığına əsaslanır. Bütün heykəl bir parçada töküldü; bu tökmə texnikası "itirilmiş mum" üsulu adlanır. == Haqqında == 1972-ci ildə Münhen qalereyasının sahibi Heinz Herzer və Volker Kinnius Rudolph Stappın konservasiya layihəsi haqqında hesabat yazdılar. Rudolph Stapp qədim tunclar üzrə ixtisası ilə tanınan Victorious Youth ilə heykəl üzərində işlərə başladılar. Tuncdan qabığı çıxarmaq üçün metalda müxtəlif cızıqlar buraxdılar. Heykəli təmizləmək üç ay çəkdi. == Tarixi == Egey və Aralıq dənizi sahillərində çoxlu sualtı tunclar aşkar edilmişdir; 1900-cü ildə dalğıclar Antikythera gəncliyini və Stoik portretinin başını , Antikiterada , 1926-cı ildə Cape Artemision Poseydonunu , 1996-cı ildə Xorvatiya Apoxyomenosunu və 1999-cu ilə qədər müxtəlif bürüncləri tapdılar. Fanodan olan atlet heykəli isə 1964-cü ilin yayında İtaliyanın Adriatik sahillərində Fano dənizində , italyan balıqçı trol gəmisinin torlarına ilişərək tapıldı.
Hüseyn Həsənov (atlet)
Hüseyn İsmayıl oğlu Həsənov (26 sentyabr 1986) — Azərbaycanı təmsil edən yüngül atlet. 2012-ci ildə baş tutan XIV Yay Paralimpiya Oyunlarında bürünc medala sahib olub. == Həyatı == Hüseyn Həsənov 1986-cı il sentyabrın 26-da anadan olub. == Karyerası == 2012-ci ilin avqust ayında Hüseyn Həsənov Birləşmiş Krallıqın London şəhərində baş tutan XIV Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Üçtəjanla tullanma turnirində 12.74 metr nəticə ilə dördüncü pillənin sahibi olan Hüseyn Həsənov, uzunluğa tullanma turnirində 6.52 metr nəticə ilə bürünc medala sahib oldu. Azərbaycan Prezidenti İlham Əliyevin 14 sentyabr 2012-ci il tarixli Sərəncamına əsasən XIV Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Hüseyn İsmayıl oğlu Həsənov "Tərəqqi" medalı ilə təltif edildi.Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2016-cı il tarixli Sərəncamına əsasən Azərbaycanın Milli Paralimpiya Komitəsinin yaradılmasının 20 illiyi münasibətilə Hüseyn İsmayıl oğlu Həsənov Azərbaycan Prezidentinin fəxri diplom ilə təltif edildi.
Kamil Əliyev (atlet)
Kamil Xıdırilyas oğlu Əliyev (15 oktyabr 1991; Bakı, Azərbaycan) — Azərbaycanı təmsil edən yüngül atlet. 2016-cı ildə baş tutan XV Yay Paralimpiya Oyunlarında gümüş medala sahib olub. == Həyatı == Kamil Əliyev 1991-ci il oktyabrın 15-də Bakı şəhərində anadan olub. == Karyerası == 2016-cı ilin avqust ayında Kamil Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XV Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Kamil Əliyev uzunluğa tullanma turnirində 7.05 metr nəticə ilə gümüş medala sahib oldu. Azərbaycan Prezidenti İlham Əliyevin 21 sentyabr 2016-cı il tarixli Sərəncamına əsasən XV Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Kamil Xıdırilyas oğlu Əliyev 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Mərvə Aydın (atlet)
Merve Aydın — Türkiyəli yüngül atlet.
Nazim Babayev (atlet)
Nazim Tahir oğlu Babayev (8 oktyabr 1997; Bakı, Azərbaycan) — Azərbaycanı təmsil edən yüngül atlet. == Həyatı == Nazim Babayev 1997-ci il oktyabrın 8-də Bakı şəhərində anadan olub. 2008-ci ildən idmanla məşğul olur. Məşqçisi Ziyad Xəlfəyevdir. == Karyerası == Nazim Babayev 2013-cü ildə Utrext şəhərində (Niderland) baş tutan Avropa Yeniyetmələrinin Olimpiya Festivalında 15.54 metr nəticə göstərdi və turnirin qızıl medalına sahib oldu. Daha sonra Nazim Babayev 2014-cü ildə Nancin şəhərində (Çin) baş tutan Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında mübarizə apardı. Oğlanların üçtəkanla tullanma turnirində mübarizə aparan Nazim Babayev isə təsnifat mərhələsində 15.65 metr nəticə göstərdi. Bu nəticəyə əsasən Nazim Babayev mərhələni 17 atlet sırasında 2-ci pillədə başa vurdu və final mərhələsinə vəsiqə qazandı. Bu mərhələdə isə 15.96 metr nəticə göstərən Nazim Babayev, Yeniyetmələrin II Yay Olimpiya Oyunlarının bürünc medalına sahib oldu.Nazim Babayev 2015-ci ildə I Avropa Oyunlarında mübarizə apardı. Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1307 nömrəli Sərəncamına əsasən I Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Nazim Tahir oğlu Babayev Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edildi.Daha sonra Nazim Babayev İsveçdə baş tutan yeniyetmələr arasında Avropa Çempionatında mübarizə apardı və 17.04 metr nəticə göstərdi.
Rahib Məmmədov (atlet)
Rahib Məmmədov (d. 23 iyul 1992; Bakı, Azərbaycan) — Azərbaycanlı yüngül atlet, Azərbaycanı 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında təmsil edib və gümüş medal qazanıb. == Karyerası == Rahib Məmmədov 2017-ci ildə Azərbaycan bayrağı altında IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. 110 metr məsafəyə sədli qaçış yarışlarının final mərhələsində o, 14.18 saniyə nəticə ilə 2-ci yeri tutdu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Ruslan Abbasov (atlet)
Ruslan Abbasov (24 iyun 1986) — Azərbaycanı təmsil edən yüngül atlet. == Həyatı == Ruslan Abbasov 1986-cı il iyunun 24-də anadan olub. == Karyerası == Ruslan Abbasov Azərbaycanı 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə 100 metr məsafəyə qaçış turnirində 10.58 saniyə nəticə göstərdi və təsnifat mərhələsini 5-ci pillədə başa vurdu.
Tofiq Heydərov (atlet)
Tofiq Mirhəsən oğlu Heydərov (d. 16 iyul 1972, Lənkəran) — sabiq azərbaycanlı ağır atlet, 1996-cı il Atlanta Olimpiadasının iştirakçısı, 1988-ci ildən SSRİ İdman Ustası, beynəlxalq dərəcəli hakim, Əməkdar bədən tərbiyəsi və idman xadimidir. "AAAF İnşaat MMC"-nin təsisçisi, özünün rəhbərlik etdiyi "Zirvə" İdman Klubunun beynəlxalq layihəsi olan "Zirvə" Beynəlxalq İdman (ing. "Zirve İnternational Sport Clubs") prezidentidir. == Həyatı == Tofiq Mirhəsən oğlu Heydərov 16 iyul 1972-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 1980-ci ildə Lənkəran şəhərindəki əvvəllər yəhudi sineqoqu olmuş binada ağır atletika ilə məşğul olmağa başlayıb. 1988-ci ildə SSRİ İdman Ustası adını alıb. 1989-cu ildə Azərbaycanın üçrəngli bayrağı ilə SSRİ çempionatına çıxıb. Buna görə təzyiqlərə məruz qalıb. 1990-cı ildə SSRİ-nin yeniyetmələrdən ibarət yığma komandanın tərkibində Macarıstanın Sekzard şəhərində keçirilən "Dostluq Kuboku"nda iştirak edib.
İradə Əliyeva (atlet)
İradə Azad qızı Əliyeva (27 dekabr 1991; Bakı, Azərbaycan) — Azərbaycanı təmsil edən yüngül atlet. 2016-cı ildə baş tutan XV Yay Paralimpiya Oyunlarında gümüş medala sahib olub. == Həyatı == İradə Əliyeva 1991-ci il dekabrın 27-də Bakı şəhərində anadan olub. 1997-2008-ci illərdə Sabunçu rayonunda 310 nömrəli tam orta məjtəbdə təhsil alan İradə Əliyeva, ali təhsilini 2008-2012-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Ajademiyasında (ADBTİA) alıb. Əvvəl voleybolla məşğul olub. 2005-ci ildən isə nizə atma ilə məşğul olur. Şəxsi məşqçisi Bəxtiyar Zeynalovdur. == Karyerası == İradə Əliyeva 2015-ci ildə Qətərin Doha şəhərində baş tutan Dünya Çempionatında 44.18 metr nəticə ilə turnirin qalibi oldu. 2016-cı ilin avqust ayında İradə Əliyeva Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XV Yay Paralimpiya Oyunlarında mübarizə apardı. İradə Əliyeva nizə atma turnirində 42.58 metr nəticə ilə gümüş medala sahib oldu.
Faiq Bağırov (atlet)
Faiq Bağırov (3 fevral 1976) — Azərbaycanı təmsil edən yüngül atlet. == Həyatı == Faiq Bağırov 1976-cı il fevralın 3-də anadan olub. == Karyerası == Faiq Bağırov Azərbaycanı 2000-ci ildə Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə 800 metr məsafəyə qaçış turnirində 1:58.40 saniyə nəticə göstərdi və təsnifat mərhələsini 8-ci pillədə başa vurdu.
Teymur Qasımov (atlet)
Teymur Qasımov (14 oktyabr 1973) — Azərbaycanı təmsil edən yüngül atlet.. == Həyatı == Teymur Qasımov 1973-cü il oktyabrın 14-də anadan olub. == Karyerası == Teymur Qasımov Azərbaycanı 2000-ci ildə Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə 100 metr məsafəyə qaçış turnirində 10.98 saniyə nəticə göstərdi və təsnifat mərhələsini 7-ci pillədə başa vurdu.Daha sonra Teymur Qasımov Azərbaycanı 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə 100 metr məsafəyə qaçış turnirində 11.18 saniyə nəticə göstərdi və təsnifat mərhələsini 8-ci pillədə başa vurdu.
Azər Əhmədov (yüngül atlet)
Azər Əhmədov — Azərbaycanlı yüngül atletdir. Azərbaycanı 2015-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən 2015 Avropa Oyunlarında təmsil etmişdir. == Həyatı == Azər Əhmədov 28 fevral 1989-cu ildə Rusiyanın Voronej şəhərində anadan olmuşdur. 2004-cü ildən yüngül atletika ilə məşğul olur. Azər Əhmədovun şəxsi məşqçisi Ziyad Xalfayevdir. == Karyerası == Azər Əhmədov birinci uğurunu 2015-ci ildə qazandı. O Azərbaycan Çempionatında hündürlüyə tullanmada 1-ci yeri tutaraq qızıl medal qazandı. 2015-ci ildə isə Azər Əhmədov Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən 2015 Avropa Oyunlarında iştirak etdi. Hündürlüyə tullanmada Azər Əhmədov 2.08 nəticə göstərdi və 13 idmançı arasında 7-ci yeri tutdu.
Nicat Rəhimov (ağır atlet)
Nicat Əli oğlu Rəhimov (13 avqust 1993; Bakı, Azərbaycan) — Qazaxıstanı təmsil edən ağır atlet. == Həyatı == Nicat Rəhimov 1993-cü il avqustun 13-də Bakı şəhərində anadan olub. == Karyerası == Nicat Rəhimov 2010-cu ildə Sinqapurda baş tutan Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında mübarizə apardı. Nicat Rəhimov 2010-cu ildə Valensiya şəhərində (İspaniya) baş tutan Avropa Olimpiya Təsnifat Turnirinin nəticələrinə əsasən Sinqapur Olimpiadasına vəsiqə qazandı. Nicat Rəhimov birdən qaldırma turnirində əvvəlcə 125 kiloqramlıq, sonra isə 130 kiloqramlıq ştanqın öhdəsindən gəldi. Sonuncu cəhdində isə Nicat Rəhimov 134 kiloqramlıq ştanqı qaldıra bildi və bu mərhələni birinci pillədə başa vurdu. Təjanla qaldırmada isə Nicat Rəhimov birinci cəhdində 154 kiloqramlıq ştanqın öhdəsindən gələ bildi. Növbəti cəhdində 161 kiloqramlıq ştanqı qaldıra bilsə də, üçüncü cəhdində 166 kiloqramlıq ştanqın öhdəsindən gələ bilmədi. Bununla belə Nicat Rəhimov ümumi nəticədə 295 kiloqram nəticə göstərdi və Sinqapur Olimpiadasının qızıl medalına sahib oldu.Nicat Rəhimov 2013-cü ildə Lima şəhərində (Peru) baş tutan yeniyetmələr arasında Dünya Çempionatının gümüş medalına sahib oldu. Nicat Rəhimov 2015-ci ildən beynəlxalq turnirlərdə Qazaxıstanı təmsil elədi.
Xu Xiao (ağır atlet)
Xu Xiao (13 aprel 1979) — Çinli qadın ağır atlet. 75 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Çini təmsil edir. Xu Xiao dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 1999 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Elxan Süleymanov (ağır atlet)
Elxan Süleymanov (2 fevral 1974) — Azərbaycanı təmsil edən ağır atlet. == Həyatı == Elxan Süleymanov 1974-cü il fevralın 2-də anadan olub. == Karyerası == Elxan Süleymanov Azərbaycanı 2000-ci ildə Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə Elxan Süleymanov final mərhələsində 292.5 Kq. nəticə göstərdi və olimpiadanı 8-ci pillədə başa vurdu.Elxan Süleymanov 2001-ci ilin aprelində Trençin şəhərində baş tutan Avropa Çempionatının gümüş medalına sahib oldu.
Valentin Xristov (ağır atlet, 1956)
Valentin Xristov (ağır atlet, 1994)
Valentin Xristov (tam adı: Valentin Snejov oğlu Xristov, bolq. Валентин Снежов Христов; 30 mart 1994, Şumen[d]) — Bolqarıstan əsilli Azərbaycan ağır atleti. 2012-ci ildə Birləşmiş Krallığın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb, elə həmin ildəcə "Tərəqqi" medalı ilə təltif edilib. 2018-ci ilin 22 dekabrında Beynəlxalq Ağır Atletika Federasiyasının mətbuat xidməti Valentin Xristovdan 2012-ci il Olimpiadası zamanı götürülmüş dopinq-testinin təkrar analizinin müsbət nəticə verdiyini açıqlayıb. Sidik analizləri nəticəsində atletin orqanizmindən dehidroxlorometiltestosteron aşkarlanıb. Buna görə də o, XXX Yay Olimpiya Oyunlarında qazandığı bürünc medaldan məhrum edilib. Karyerası ərzində Valentin Xristov Dünya Çempionatlarında 2 gümüş, 6 bürünc medal qazansada, yalnızca 2 bürünc medal istisna olmağla, bütün medallardan, dopinq qəbul etdiyi üçün məhrum edilib. Avropa Çempionatlarında isə 9 qızıl medala sahib olan Valentin Xristov 2013-cü ildə Albaniyanın paytaxtı Tirana şəhəridə baş tutan yarışda qazandığı 3 qızıl medaldan məhrum edilib. 2015-ci il 4 dekabrda Beynəlxalq Ağır atletika Federasiyasının (IWF) qərarına əsasən, qadağa olunan preparatlardan istifadə ietdiyi üçün 8 il müddətinə beynəlxalq yarışlardan uzaqlaşdırıldı. Onun, cəzası 4 dekabr 2023-cü ildə başa çatır.
1998 Ağır atletika üzrə Dünya Çempionatı
1998 Ağır atletika üzrə Dünya Çempionatı — 1998-ci il 10 noyabr və 15 noyabr aralığında Finlandiyanın Lahti şəhərində keçirilən dünya çempionatıdır.
1999 Ağır atletika üzrə Dünya Çempionatı – Kişilər 62 kq
1999 Ağır atletika üzrə Dünya Çempionatı – Kişilər 62 kq — Kişilərin ağır atletikadakı çəki dərəcəsində ikinci müsabiqəsi olub, maksimum bədən çəkisi 62 kiloqram olaraq təyin edilmişdir. Turnir 22 noyabr 1999-cu ildə 1999 Ağır atletika üzrə Dünya Çempionatının baş tutduğu Yunanıstanın Afina şəhərində keçirilmişdir. Hər bir ağırlıqqaldıran atletin ən yaxşı nəticəsi iki hərəkətin — birdən və təkanla qaldırma hərəkətlərinin cəmi ilə hesablanır. İdmançı hər iki hərəkətdə üç cəhddən istifadə edir. Seçilmiş çəkini idmançı uğurla qaldırarsa, həmin çəki qaldırılmış hesab olunur. == Medalçılar == == Rekordlar == Bu yarışadək, mövcud dünya rekordları aşağıdakı kimi olmuşdur.
1999 Ağır atletika üzrə Dünya Çempionatı – Kişilər 77 kq
1999 Ağır atletika üzrə Dünya Çempionatı – Kişilər 77 kq — Kişilərin ağır atletikadakı çəki dərəcəsində dördüncü müsabiqəsi olub, maksimum bədən çəkisi 77 kiloqram olaraq təyin edilmişdir. Turnir 25 noyabr 1999-cu ildə 1999 Ağır atletika üzrə Dünya Çempionatının baş tutduğu Yunanıstanın Afina şəhərində keçirilmişdir. Hər bir ağırlıqqaldıran atletin ən yaxşı nəticəsi iki hərəkətin — birdən və təkanla qaldırma hərəkətlərinin cəmi ilə hesablanır. İdmançı hər iki hərəkətdə üç cəhddən istifadə edir. Seçilmiş çəkini idmançı uğurla qaldırarsa, həmin çəki qaldırılmış hesab olunur. == Medalçılar == == Rekordlar == Bu yarışadək, mövcud dünya rekordları aşağıdakı kimi olmuşdur.
1999 Ağır atletika üzrə Dünya Çempionatı – Qadınlar 58 kq
1999 Ağır atletika üzrə Dünya Çempionatı – Qadınlar 58 kq — Qadınların ağır atletikadakı çəki dərəcəsində üçüncü müsabiqəsi olub, maksimum bədən çəkisi 58 kiloqram olaraq təyin edilmişdir. Turnir 22 noyabr 1999-cu ildə 1999 Ağır atletika üzrə Dünya Çempionatının baş tutduğu Yunanıstanın Afina şəhərində keçirilmişdir. Hər bir ağırlıqqaldıran atletin ən yaxşı nəticəsi iki hərəkətin — birdən və təkanla qaldırma hərəkətlərinin cəmi ilə hesablanır. İdmançı hər iki hərəkətdə üç cəhddən istifadə edir. Seçilmiş çəkini idmançı uğurla qaldırarsa, həmin çəki qaldırılmış hesab olunur. == Medalçılar == == Rekordlar == Bu yarışadək, mövcud dünya rekordları aşağıdakı kimi olmuşdur.
2002 Ağır atletika üzrə Dünya Çempionatı
2002 Ağır atletika üzrə Dünya Çempionatı — 18-26 noyabr 2002-ci ildə Polşanın paytaxtı Varşava şəhərində keçirilən ağır atletika üzrə kişilər arasında 75-ci, qadınlar arasında isə 15-ci dünya çempionatı. Çempionatda 54 ölkədən 285 atlet iştirak etmişdir.
2007 Ağır atletika üzrə Dünya Çempionatı
2007 Ağır atletika üzrə Dünya Çempionatı — 2007-ci il 17 sentyabr və 26 sentyabr aralığında Tailandın Çianqmay şəhərində keçirilən dünya çempionatıdır.
2007 Ağır atletika üzrə Dünya Çempionatı – Kişilər 62 kq
2007 Ağır atletika üzrə Dünya Çempionatı – Kişilər 62 kq — Kişilərin ağır atletikadakı çəki dərəcəsində ikinci müsabiqəsi olub, maksimum bədən çəkisi 62 kiloqram olaraq təyin edilmişdir. Turnir 18-19 sentyabr 2007-ci ildə 2007 Ağır atletika üzrə Dünya Çempionatının baş tutduğu Tailandın Çianqmey şəhərində keçirilmişdir. == Qrafik == == Medalçılar == == Rekordlar == Bu yarışadək, mövcud dünya rekordları aşağıdakı kimi olmuşdur.
2010 Yeniyetmələrin Yay Olimpiya Oyunları-Yüngül atletika(Kişilər,estafet)
2010 Yeniyetmələrin Yay Olimpiya Oyunları-Yüngül atletika (Kişilər, estafet)
2013 Ağır atletika üzrə Dünya Çempionatı
2013 Ağır atletika üzrə Dünya Çempionatı — 2013-cü il 20 oktyabr və 27 noyabr aralığında Polşaın Vrotslav şəhərində keçirilən dünya çempionatıdır.
2014 Ağır atletika üzrə Dünya Çempionatı
2014 Ağır atletika üzrə Dünya Çempionatı — 2014-cü il 8 noyabr və 16 noyabr aralığında Qazaxıstanın Almatı şəhərində keçirilən dünya çempionatıdır.
2014 Ağır atletika üzrə Dünya Çempionatı – Qadınlar 69 kq
2014 Ağır atletika üzrə Dünya Çempionatı – Qadınlar 69 kq — Qadınların ağır atletikadakı çəki dərəcəsində beşinci müsabiqəsi olub, maksimum bədən çəkisi 69 kiloqram olaraq təyin edilmişdir. Turnir 13-14 noyabr 2014-cü ildə 2014 Ağır atletika üzrə Dünya Çempionatının baş tutduğu Qazaxıstanın Almatı şəhərində keçirilmişdir. == Qrafik == == Medalçılar == == Rekordlar == Bu yarışadək, mövcud dünya rekordları aşağıdakı kimi olmuşdur.
2015 Ağır atletika üzrə Avropa Çempionatı
2015 Ağır atletika üzrə Avropa Çempionatı — 10-18 aprel tarixlərində Gürcüstanın Tbilisi şəhərində keçirildi, kişilərdə 8 çəki kateqoriyaları, qadınlarda isə 7 çəki kateqoriyalarıda mükafatlar oynanmışdı. == Çempionatdan öncə == 24 mart 2015-ci il məlum oldu ki, ağır atletika üzrə Bolqarıstan yığması tam heyətdə diskvalifikasiya edilmişdir. Bunun səbəbi yığmanın 11 üzvü dopinq testdən keçə bilməməsi idi, idmançıların anabolik steroidi stanozolol aşkar edilmişdir. Diskvalifikasiya edilmiş idmançıların siyahısına həmçinin dünya çempionatlarının mükafatçısı və 2014-cü il 85 kq-a qədər çəki kateqoriyasında Avropa çempionu İvan Markov düşmüşdür. == Çempionlar və mükafatçılar == === Kişilər === === Qadınlar === == Diskvalifikasiya olunmuş idmançılar == 94 kq-a qədər (kişilər). 4-cü yeri tutmuş Anatoli Kırıku (Moldaviya) 105 kq-a qədər (kişilər). Andrian Zbirnyanın (Moldaviya) gümüş medalı ləğv olunmuşdur. 9-cu yeri tutmuş David Qogiya (Gürcüstan). 105 kq-dan yuxarı (kişilər). Oleq Proşakın (Ukrayna) qızıl medalı ləğv olunmuşdur.
2015 Ağır atletika üzrə Dünya Çempionatı
2015 Ağır atletika üzrə Dünya Çempionatı — 19 noyabr 28 noyabr tarixləri arasında ABŞ-nin Hyuston şəhərində keçirildi.
2015 Ağır atletika üzrə Dünya Çempionatı – Kişilər 85 kq
2015 Ağır atletika üzrə Dünya Çempionatı – Kişilər 85 kq — Kişilərin ağır atletikadakı çəki dərəcəsində beşinci müsabiqəsi olub, maksimum bədən çəkisi 85 kiloqram olaraq təyin edilmişdir. Turnir 24-25 noyabr 2015-ci ildə 2015 Ağır atletika üzrə Dünya Çempionatının baş tutduğu ABŞ-nin Hyuston şəhərində keçirilmişdir. == Qrafik == == Medalçılar == == Rekordlar == Bu yarışadək, mövcud dünya rekordları aşağıdakı kimi olmuşdur.
2015 Yüngül atletika üzrə Dünya çempionatı
2015 Yüngül atletika üzrə Dünya çempionatı — Çinin paytaxtı Pekin şəhərində keçirilən XV Yüngül atletika üzrə Dünya çempionatıdır.
2015 Yüngül atletika üzrə Dünya çempionatı – kişilər arasında 50 km yürüşü
2015 Yüngül atletika üzrə Dünya çempionatında kişilər arasında 50 km yürüşü avqustun 29-u Pekin Milli Stadionunnda keçirilmişdir. == Rekordlar == Yarışdan əvvəl rekordlar aşağıdaki kimi idi: == Kvalifikasiya standartları == == Cədvəl == Bütün vaxtlar yerli vaxt ilə göstərilib (UTC+8) == Nəticələr == Yarış saat 07: 30-da başladı.
2016 Ağır atletika üzrə Avropa Çempionatı
2016 Ağır atletika üzrə Avropa Çempionatı — 10 aprel və 16 aprel 2016-cı il tarixləri arasında Norveçdə keçirilən Avropa Çempionatıdır.
2016 Yüngül atletika üzrə Afrika çempionatı
2016 Yüngül atletika üzrə Afrika çempionatı — 22 və 26 iyun aralığında CAR-ın Durban şəhərində keçirilən XX Yüngül atletika üzrə Afrika çempionatıdır.
2016 Yüngül atletika üzrə Afrika çempionatı – Kişilər 100 metr
Kişilər 100 metr qaçış turniri — 2016 Yüngül atletika üzrə Afrika çempionatında 22 və 23 iyun aralığında Kinqs Park stadionunda keçirilən yüngül atletika növüdür. == Medalçılar == == Nəticələr == === Yürüşlər === Təsnifat: Hər bir yürüşün ilk 3 sürətlisi (Q) və növbəti 6 ən sürətli (q) yarımfinala vəsiqə qazanıb. Külək: Yürüş 1: +0.8 m/san, Yürüş 2: +2.0 m/san, Yürüş 3: +0.5 m/san, Yürüş 4: +2.3 m/san, Yürüş 5: +1.5 m/san, Yürüş 6: +1.6 m/san === Yarımfinal === Təsnifat: Hər bir yürüşün qalibi (Q) və növbəti 2 ən sürətli (q) finala vəsiqə qazanıb.
Ağır atletika
Ağır atletika — ağır atletika və ya ağırlığın qaldırılması Olimpiya oyunları proqramına daxil edilmiş idman növüdür. Yarışlar zamanı atletlər növbə ilə ştanqın üstünə quraşdırılmış ağırlığı yerdən qaldıraraq başları üzərində müəyyən müddət saxlayırlar. Ağır atletlər boksçular kimi çəki kateqoriyalarına ayrılırlar. Ağır çəki kateqoriyasından olan çempionlar 250 kq-a qədər ağırlığı olan ştanqı qaldırmaq qabiliyyətindədirlər. == Tarix == Ağır atletika Olimpiya Oyunlarına ilk dəfə 1896-cı ildə daxil edilmişdir. Ancaq o vaxtlar yarışlar başqa qaydalar üzrə keçirilmişdir. Qalib gəlmək üçün idmançı ştanqı bir, sonra isə iki əli ilə qaldırmalı idi. Maraqlısı budur ki, çıxış edənlərin hamısı eyni çəkidə yarışmışdı. İllər keçəndən sonra qanunlar indiki hala salınıb. Ağırlıqların qaldırılması idmanın digər növlərində çıxış edən idmançıların (məsələn, üzgüçülərin və ya futbolçuların) hazırlıq-məşq proqramına daxildir.
Ağır atletika 2014 Birlik Oyunlarında – Kişilər 77 kq
Ağır atletika 2014 Birlik Oyunlarında – Kişilər 77 kq — Kişilərin ağır atletikadakı çəki dərəcəsində dördüncü müsabiqəsi olub, maksimum bədən çəkisi 77 kiloqram olaraq təyin edilmişdir. Turnir 27 iyul 2014-cü ildə saat 19:30-da Şotlandiyaın Qlazqo şəhərindəki Klayd Auditoriumunda keçirilmişdir.
Ağır atletika Olimpiya oyunlarında
Yay Olimpiya oyunlarında ağır atletika üzrə yarışlar ilk dəfə 1896-cı ildə Afinada yay Olimpiya oyunlarında salındı və o vaxtdan 1900, 1908 və 1912- ci illər dəki yarışlar istisna olmaqla, sonrakı Oyunlar proqramına qoşuldu. Əvvəlcə yarışlarda kişi atletlər idi, 2000- ci ildə Sidneydə keçirilən yay olimpiya oyunlarına qadın atletlərdə qoşuldular. Bu idman növündə mükafatların 15 dəsti oynanırlar. == Yarışlar == 1896 və 1904-cü il Yay Olimpiya oyunlarında çəki kateqoriyaları üzrə deyil, və ayrı-ayrı tapşırıqlarda medallar oynanılırdı: 1896 cı il — iki əllə təkan ,bir əllə təkan ; 1904 cü il —iki əllə təkan , hantellərdə İdmanın müxtəlif növləri üzrə yarış.1920-ci il Yay Olimpiya oyunlarından idmançı çəki kateqoriyaları üzrə (görə) bölünmüşdür, hər kateqoriya vətapşırıqların cəmi üzrə mükafatların bir dəstini oynayır: 1920 ci il — üçnövlülük (bir əllə sıçrayış,bir əllə təkan,iki əllə təkan); 1924 cü il— beşnövçülük (bir əllə sıçrayış,bir əllə təkan ,iki əllə sıxma gücü, iki əllə sıçrayış,iki əllə təkan ); 1928-1972 ci illər — üçnövlülük (sıxma gücü, sıçrayış, təkan); 1976-dan indyə kimi — iki məşqli yarış (sıçrayış, təkan). == Çəki kateqoriyaları == === Kişilər === === Qadınlar === == Rekordlar == Yeni çəki kateqoriyalarının tətbiqindən sonra 2000-ci ildən bütün kateqoriyalar üçün "olimpiya standartları" yaradılmışdı, idmançıların çəki dərəcələrində dəyişikliklərdən sonra rekordları təzədən yazmamaq və yenidən əvvəlki çıxışların nəticələri də nəzərə alınmalıdır.
Ağır atletika üzrə Olimpiya oyunları mükafatçılarının siyahısı (kişilər)
Ağır atletika üzrə olimpiya medalçılarının tam siyahısı 1896-cı ildən 2008-ci ilə qədər

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 4.69 dəfə / 1 mln.
2003 •• 0.79
2004 ••••••• 3.03
2005 ••••••••••••••••••• 8.10
2006 ••••••••••• 4.50
2007 ••••••••• 3.81
2008 ••••••••••••••• 6.33
2009 •••••••••••••••••• 7.52
2010 •••••••••••• 4.90
2011 ••••••• 2.83
2012 ••••••••••••••• 6.37
2013 ••••••••••••• 5.69
2014 ••••••••••• 4.81
2015 •••••••••••••••• 6.63
2016 •••• 1.56
2017 ••••••••• 3.90
2018 •••••••• 3.30
2019 •••••••••••••••••••• 8.76
2020 •••• 1.46

atlet sözünün leksik mənası və izahı

atlet sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. атлет (спортсмен, занимающийся атлетикой); yüngül atlet легкоатлет, ağır atlet тяжелоатлет

    Azərbaycanca-rusca lüğət / atlet

atlet sözünün inglis dilinə tərcüməsi

atlet sözünün fransız dilinə tərcüməsi

atlet sözünün ləzgi dilinə tərcüməsi

"atlet" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#atlet nədir? #atlet sözünün mənası #atlet nə deməkdir? #atlet sözünün izahı #atlet sözünün yazılışı #atlet necə yazılır? #atlet sözünün düzgün yazılışı #atlet leksik mənası #atlet sözünün sinonimi #atlet sözünün yaxın mənalı sözlər #atlet sözünün əks mənası #atlet sözünün etimologiyası #atlet sözünün orfoqrafiyası #atlet rusca #atlet inglisça #atlet fransızca #atlet sözünün istifadəsi #sözlük