Beyk sözü azərbaycan dilində

Beyk

Yazılış

  • Beyk • 71.4286%
  • beyk • 28.5714%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Rza Beyk İmanverdi
Rza Beyk İmanverdi (d. 15 iyun 1936; Tehran, İran - ö. 13 sentyabr 2003; Finiks, ABŞ) - İran azərbaycanlısı olan məşhur aktyor və rejissor. == Həyatı == İmanverdi İranda Şimali Azərbaycandan olan ata və Cənubi Azərbaycandan olan ananın ailəsində dünyaya gəlmişdir. Tehrandakı ABŞ səfirliyində bir müddət çalışdığı üçün ingiliscəni yaxşı səviyyədə bilmişdir. Teatrı və kinonu çox sevirdi və buna görə də, 1958-ci ildə Oskar adlı teatr qrupuna qatılmışdır.İmanverdi bir maşın qəzasında Samvel Haçikyan ilə tanış oldu. Haçikyan İranın ən yenilikçi film rejisorrlar və ssenaristlərindən biri idi. İmanverdinin atletik bədən quruluşu və sinematik görüşünüşdən təsirlənən Haçikyan 1961-ci ildə ona "Gecəyarısı çığırtısı" adlı filmdə epizodik bir rol verdi. Bu roldan sonra o, uğurlu fəaliyyətə başladı və 1960-1970-ci illər boyunca 150-dən çox filmə çəkildi. Mətbuat tərəfindən ona "Min üzün adamı" deyə ləqəb verilmişdi.
Beyker-strit
Beyker-strit (ing. Baker Street) — inzibati dairə, Vestminster borosunda yerləşən, Merilebon məhələsinə aid Londonun ən məşhur küçələrindən biri. Küçə XVIII əsrdə onu salan inşaatçı Vilyam Beykerin şərəfinə adlandırılmışdır. Şotland yazıçısı Artur Konan Doylun yaratdığı xəfiyyə obrazı — Şerlok Holms Londonda Beyker-strit, 221B ünvanında yaşamışdır.
Beyker Strit (London)
Beyker-strit (ing. Baker Street) — inzibati dairə, Vestminster borosunda yerləşən, Merilebon məhələsinə aid Londonun ən məşhur küçələrindən biri. Küçə XVIII əsrdə onu salan inşaatçı Vilyam Beykerin şərəfinə adlandırılmışdır. Şotland yazıçısı Artur Konan Doylun yaratdığı xəfiyyə obrazı — Şerlok Holms Londonda Beyker-strit, 221B ünvanında yaşamışdır.
Beyker adası
Beyker adası – Amerika Birləşmiş Ştatlarının Sakit okeanda, ekvatordan bir qədər şimala, Honoluludan cənub – qərbə 3100 km məsafədə yerləşən qeyri-məskun adası. == Ədəbiyyat == Энциклопедия стран мира / Глав. ред. Н. А. Симония; редкол. В. Л. Макаров, А. Д. Некипелов, Е. М. Примаков; предисл. Н. А. Симонии; М.: ЗАО "Издательство «Экономика», 2004.
Beyker adası (Alyaska)
Beyker adası (ing. Baker Island) — Aleksandr arxipelaqına aid olan, Alyaskanın cənub-şərqində yerləşən ada. Uels Şahzadəsi adasının qərb sahillərində yerləşir. Qonşu adalar: şimal-qərbdə Noyes, şimalda Lulu və cənub-şərqdə Suemes adası. Kiçik San Juan Batista və Sent İqnas adaları Beyker adası ilə Uels Şahzadəsi adasının qərb sahili arasında yerləşir. Adanın sahəsi 115,1 km²-dir. Daimi əhalisi yoxdur. Adanı 1741-ci ildə görən ilk avropalı rus tədqiqatçısı Aleksey Çirikov olmuşdur. Ada 1879-cu ildə Amerika təbiətşünası Vilyam Doll tərəfindən Markus Beykerin (1849–1903) şərəfinə adlandırılmışdır.
Beyker qaydaları
Beyker qaydaları — Dağlıq Qarabağ münaqişəsinin tərəflərinin kim olduğunu müəyyənləşdirən danışıqlar prosesi prinsipləri. Ermənistan və Azərbaycan Respublikası əsas tərəflər, Qarabağdakı erməni icması və Azərbaycan icması maraqlı tərəflər kimi müəyyən edilir.Beyker qaydaları Dağlıq Qarabağ münaqişəsinə son qoymaq üçün ATƏT-in vasitəçilik səyləri çərçivəsində ABŞ-nin baş danışıqçısı təyin olunan 61-ci ABŞ dövlət katibi III Ceyms Beykerin adını daşıyırdı. Danışıqlar zamanı münaqişə tərəflərinin necə təmsil olunacağına dair qaydalar Azərbaycan və Ermənistan xarici işlər nazirləri tərəfindən razılaşdırıldı. Yarandığı gündən bəri, Beyker qaydaları ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesində əsas təməl olmuşdur.
Beyker və Makenzi
Baker & McKenzie (azərb. Beyker və Makenzi‎) — 1949-cu ildə Çikaqoda hüquqşünaslar Rassel Beyker (ing. Russell Baker) və Con Makenzi (ing. John McKenzie) tərəfindən təsis edilmiş beynəlxalq hüquq şirkətidir. Şirkətin 47 ölkədə yerləşən 77 ofisində 4 100-dən artıq hüquqşünas çalışır.Transmilli qurum olduğundan, şirkətin fəaliyyəti yalnız ABŞ bazarında iştirakla məhdudlaşmır, hüquqşünasların 80%-dan çoxu ABŞ xaricində çalışır. 60 ölkədən və 75 dildə danışan hüquqşünas hazırda şirkətin əməkdaşıdır. 2016-cı ildə şirkətin dövriyyəsi 2,62 milyard ABŞ dolları təşkil etmişdir. Firma hüquq şirkətləri arasında dövriyyəyə görə dünyada ən iri şirkət elan edilmişdir.
Beykersfild
Beykersfild (ing. Bakersfield) — ABŞ, Kaliforniya ştatında Kern rayonunda yerləşən bir şəhər.
Beykoz paçası
Beykoz qəsri
Beykoz "Məcidiyə" sarayı — İstanbulun Beykoz ilçəsində inşa edilən tarixi bir saraydır. Yalıköy səmtində Padşah estakadası olaraq tanınan sahənin cənubunda yerləşir. Beykozda padşah estakadasının cənubunda, bir vaxtlar Yalıköyə uzanan yol ilə sahil arasında qalan təpəcikdə yerləşir. Qəsrin memarları Nigogos Tayın və Sarkis Balyandı. Misir valisii Kavalalı Mehmet Əli Paşanın sultan Abdülməcidə (1839–1861) xidmət və sədaqət kəsb etmək məqsədilə tikdirdiyi qəsrin tikintisinə 1855-ci ildə başlanmışdır. Qəsr Kavala Mehmet Əli Paşanın oğlu Səid Paşa tərəfindən on bir il sonra 1866-cı ildə tamamlanmışdı və o vaxt taxta keçən Sultan Əbdüləzizə ərməğan edilmişdir. Beykoz qəsri Boğaziçində qərb üslubunda inşa edilən ilk binadır. Tikintisində istifadə edilən daş İtaliyadan idxal edilmişdir. Bundan başqa yerli ağ mərmər də istifadə edilmişdir. Misir valilərinin zənginliyini əks etdirən qəsr, Avstriya İmperiyasının İtaliya hissəsində tez-tez rast gəlinən bir memarlıq üslubuna malikdir.
Beykoz sarayı
Beykoz "Məcidiyə" sarayı — İstanbulun Beykoz ilçəsində inşa edilən tarixi bir saraydır. Yalıköy səmtində Padşah estakadası olaraq tanınan sahənin cənubunda yerləşir. Beykozda padşah estakadasının cənubunda, bir vaxtlar Yalıköyə uzanan yol ilə sahil arasında qalan təpəcikdə yerləşir. Qəsrin memarları Nigogos Tayın və Sarkis Balyandı. Misir valisii Kavalalı Mehmet Əli Paşanın sultan Abdülməcidə (1839–1861) xidmət və sədaqət kəsb etmək məqsədilə tikdirdiyi qəsrin tikintisinə 1855-ci ildə başlanmışdır. Qəsr Kavala Mehmet Əli Paşanın oğlu Səid Paşa tərəfindən on bir il sonra 1866-cı ildə tamamlanmışdı və o vaxt taxta keçən Sultan Əbdüləzizə ərməğan edilmişdir. Beykoz qəsri Boğaziçində qərb üslubunda inşa edilən ilk binadır. Tikintisində istifadə edilən daş İtaliyadan idxal edilmişdir. Bundan başqa yerli ağ mərmər də istifadə edilmişdir. Misir valilərinin zənginliyini əks etdirən qəsr, Avstriya İmperiyasının İtaliya hissəsində tez-tez rast gəlinən bir memarlıq üslubuna malikdir.
Con Gilbert Beyker
Con Gilbert Beyker (ing. John Gilbert Baker; 13 yanvar 1834 – 16 avqust 1920, Riçmond-apon-Tems[d], Böyük London) – İngilis botaniki. == Çap olunmuş əsərləri == A supplement to Baines' Flora of Yorkshire. London, Pamplin, 1854 (ing.) The flowering plants and ferns of Great Britain. London, Cashs, 1855 (ing.) A new flora of Northumberland and Durham. London, Williams & Norgate, 1868 (ing.) A flora of the English Lake District. London, Bell, 1885 (ing.) Handbook of the fern-allies. London, Bell & sons, 1887 (ing.) Flora of Mauritius and the Seychelles. London, Reeve, 1877 (ing.) Handbook of the Amaryllideae, including the Alstroemerieae and Agaveae. London, Bell & sons, 1888 (ing.) Handbook of the Bromeliaceae.
Cülyen Beyker
Cülyen Rouz Beyker (29 sentyabr 1995 və ya 1995, Memfis, Tennessi) — amerikalı müğənni-bəstəkar və multi-instrumentalist. Fibi Bricers və Lüsi Dakus ilə birlikdə yaratdığı Boygenius qrupunun üzvüdür. == Həyatı == Tennessi ştatının Memfis şəhərində anadan olub böyüyən Beyker, Tennessi Dövlət Universitetində tələbə olarkən debüt albomu Srained Ankle (2015) buraxdı. Albom müsbət rəylər aldı və 2015-ci ilin sonunda bir neçə siyahıda yer tutdu. Sonradan Beyker, Matador Records ilə müqavilə imzaladı və daha çox kritik uğur əldə etmək üçün 2017-ci ildə Turn Out the Lights adlı ikinci studiya albomunu dərc etdi. Onun üçüncü albomu, Little Oblivions (2021) daha dolğun səsi əhatə etdi və onun Billboard 200 hit-paradında ilk 40-da yer alan ən yaxşı albomu oldu.
Filip Noel-Beyker
Filip Con Noel-Beyker, Baron Noel-Beyker (1 noyabr 1889[…], Hendon[d], Böyük London – 8 oktyabr 1982[…], Vestminster borosu, Böyük London) — İngilis siyasətçisi, diplomat, akademik, həvəskar atlet, kütləvi silahlanmanın tanınmış etirazçısı, pasifist. İngilis komanda bayrağını daşıyaraq 1920-ci ildə Antverpendə keçirilən Yay Olimpiya Oyunlarında 1500 metr məsafəyə tullanma üzrə gümüş medal qazandı və 1959-cu ildə Nobel Sülh mükafatını qazandı.Noel-Beyker Olimpiya medalını və Nobel sülh mükafatı qazanan yeganə şəxsdir. 1929–1931-ci və 1936–1970-ci illər arasında leyboristlər partiyasından parlamentin üzvü olmuşdur, bir neçə nazirlikdə və kabinetdə xidmət etmişdir. 1977-ci ildə Lordlar palatasının üzvü olur. == Erkən həyatı və idman karyerası == Beyker,London, Brondesbero Parkda anadan olub, Kanada əsilli kvaker (İngiltərədə və ABŞ-də kilsə mərasimlərini inkar edən xristian dini təriqətin üzvü), Josef Allen Beyker və Şotlandiya əsilli Elizabet Balmer Moskripin yeddi övladından altıncısı idi. Atası öz biznesini qurmaq üçün 1876-cı ildə İngiltərəyə köçmüş və 1895–1906-cı illərdə London şəhər şurasının tərəqqi üzvü və 1905–1918-ci illərdə Şərqi Finsböridən Böyük Britaniya İcmalar palatasında liberal üzv kimi xidmət etmişdir. Beyker Ekwors məktəbində, Busım məktəbində, daha sonra ABŞ-də Pensilvaniyada kvakerlik ilə əlaqəli Haverford Kollecində təhsil almışdır. 1908–1912-ci illərdə Kembric Kral Kollecində təhsil almışdı. Mükəmməl tələbə olmaqla yanaşı, tarix və iqtisadiyyat sahəsindəki uğurlar əldə edərək,1912-ci ildə Kembric Tələbələr İttifaqının prezidenti və 1910–1912-ci illərdə Kembric Universiteti Atletika klubunun prezidenti oldu.Həm Birinci Dünya müharibəsindən əvvəl həm də, sonra Olimpiya oyunlarında orta məsafəyə qaçış üzrə iştirakçı oldu,1912-ci ildə Stokholmda keçirilən Olimpiya oyunlarında 800 metr və 1500 metr məsafələrdən qaçışda Böyük Britaniyanı təmsil etmişdir. Həmyerlisi Arnold Ceksonun qazandığı 1500 metr məsafədən qaçışda finala yüksəldi.
Frensis Noel-Beyker
Frensis Eduard Noel-Beyker (Tam adı: ing. Francis Edward Noel-Baker; 7 yanvar 1920, London – 25 sentyabr 2009[…]) — Böyük Britaniya siyasətçisi, Leyboristlər Partiyasının üzvü. Atası Filip Noel-Beyker Leyboristlər Partiyasından olan deputat və həmçinin Nobel sülh mükafatı laureatıdır. == Həyatı == Londonda anadan olan Noel-Beyker Vestminster Məktəbi və Kembric Kral Kollecində təhsil almış və İkinci Dünya müharibəsində Böyük Britaniya Kəşfiyyat Korpusunda xidmət etmişdir.İlk olaraq 1945-ci il parlament seçkiləri zamanı Brentford və Çizik dairəsindən leyboristlərin nümayəndəsi kimi İcmalar palatasına seçilmişdir. O, parlamentə seçilən, Leyboristlər Partiyasının ən gənc üzvü idi. 1950-ci il parlament seçkilərində postunu itirən Frensis 1955-ci ildə Svindon dairəsindən seçilərək yenidən parlamentə qayıdır. 1969-cu ilin martında deputatlıqdan istefa verir. Britaniyanın Avropa İqtisadi Birliyinə üzvlüyünü dəstəkləməməsinə cavab olaraq 1971-ci ildə Leyboristlər Partiyasını tərk edir. Sonralar Sosial Demokrat Partiyası, daha sonra isə Mühafizəkarlar Partiyasının üzvü olur. 1948-ci ildə Franko İspaniyasında Britaniya hökumətinin gizli agenti kimi fəaliyyət göstərir.
Kolin Beyker
Kolin Beyker (ing. Colin Baker; 8 iyun 1943, London) — İngilis aktyoru. Ən çox 1984-ci və 1986-cı illər arasında «Doktor Kim» serialında altıncı Doktorun rolunda oynayan aktyor kimi tanınır.
Riçard Tomas Beyker
Riçard Tomas Beyker (ing. Richard Thomas Baker, 1 dekabr 1854, Vulviç, Böyük London – 14 iyul 1941) — Avstraliya botanik və fotokimyaçısı. == Çap olunmuş əsərləri == Baker, R.T.; Smith, H.G. A Research on the Eucalypts, especially in regard to their essential oils. — Sydney, 1902. — 291 p. Baker, R.T.; Smith, H.G. A Research on the Pines of Australia. — Sydney, 1910. — 458 p. Baker, R.T. Cabinet Timbers of Australia. — Sydney, 1913.
Tom Beyker
Tomas Stüart «Tom» Beyker (ing. Thomas Stewart «Tom» Baker; 20 yanvar 1934, Liverpul) — İngilis aktyor. Ən çox 1974 və 1981-ci illər arasında «Doktor Kim» serialında dördüncü Doktorun rolunda oynayan aktyor kimi tanınır.
Çet Beyker
Çet Beyker (23 dekabr, 1929 - 13 may, 1988) — Amerikalı caz müğənni və truba çalanı. XX əsrin ən məşhur caz ustalarından biri. == Həyatı və Karyerası == Baker Oklahomanın Yale şəhərində musiqiçi ailəsində anadan olmuş və böyümüşdür. Onun atası, Chesney Baker Sr., peşəkar gitarist, anası, Vera Moser isə pianist olmuşdur. Baker ilk musiqi təhsilinə Glendale orta məktəbində başlasa da, 16 yaşındaykən ABŞ ordusunda xidmət etməyə başlamışdır. 1948-ci ildə ordudan ayrıldıqdan sonra Los-Ancelesdə musiqi təhsilini davam etdirmişdir. Lakin, təhsilini ikinci ilində yarımçıq saxlayaraq yenidən orduya qayıtmış, yalnız 1951-ci ildən sonra öz musiqi karyerasına başlamışdır. 1952-ci ildə Gerry Mulliganın rəhbərliyi ilə yaradılmış musiqi qrupu ilə birgə çıxışlarında öz soloları ilə qısa bir zamanda məşhurlaşan Baker daha sonralar yeni caz qrupu yaradaraq 1953 - 1956-cı illər ərzində bir neçə albom çıxartdı və bununla da caz ustası kimi adını tanıtdı. 1956 və 1959-cu illərdə Avropaya qastrol səfərərinə çıxmışdır. Lakin, 60-cı ildə Avropada qastrol səfərində olarkən üzərində narkotik maddə ilə yaxalanaraq İtaliyanın Pisa şəhərində həbs olunur.
Troy Beyker
Troy Edvard Beyker (ing. Troy Edward Baker; 1 aprel 1976, Dallas) — ABŞ səs aktyoru. Bir sıra video oyunlarda əsas personajları səsləndirmişdir. O, "BioShock Infinite"də Buker Devitti, "Infamous: Second Son"da Delsin Rounu, "The Last of Us"da Coeli, "Batman: Arkham Origins"də Cokeri və daha başqa personajları səsləndirmişdir.
Ceyms Beyker
Ceyms Beyker (ing. James Addison Baker III 28 aprel 1930[…], Hyuston) — amerikalı siyasətçi, ABŞ-ın Maliyyə Naziri, Prezident Ronald Reyqanın administrasiyanın rəhbəri və 1989-1992-ci illərdə ABŞ Dövlət Katibi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.02 dəfə / 1 mln.
2007 •••••••••••••••••••• 0.21
2014 ••••••••••••••••• 0.17

"beyk" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#beyk nədir? #beyk sözünün mənası #beyk nə deməkdir? #beyk sözünün izahı #beyk sözünün yazılışı #beyk necə yazılır? #beyk sözünün düzgün yazılışı #beyk leksik mənası #beyk sözünün sinonimi #beyk sözünün yaxın mənalı sözlər #beyk sözünün əks mənası #beyk sözünün etimologiyası #beyk sözünün orfoqrafiyası #beyk rusca #beyk inglisça #beyk fransızca #beyk sözünün istifadəsi #sözlük