* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 əd. [fars.] klas. Hərçənd, baxmayaraq, əgərçi. Hər xilqətə gərçi bir səbəb var; Aya səbəbi kim etdi izhar? Füzuli. Nə qədər olsa qoca gərçi Vidadi xəstə; Genə Vaqif kimi, əlbəttə, yüz oğlana dəyər. M.V.Vidadi. Gərçi hər dildə var qəzetlər çox; Bizə ondan və leyk faidə yox. S.Ə.Şirvani.
Azərbaycan dilinin izahlı lüğəti / gərçi2 f. «əgərçi»nin şeirdə işlənən qısaldılmış şəkli.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / gərçi