İSK sözü azərbaycan dilində

İSK

Yazılış

  • İSK • 71.4286%
  • İsk • 19.0476%
  • isk • 9.5238%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Anar İskəndərov
Anar Vahid oğlu İsgəndərov (29 avqust 2001, Moskva – 10 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İsgəndərov Anar Vahid oğlu 2001-ci il avqustun 29-da Rusiya Federasiyasının Moskva şəhərində dünyaya göz aşmışdır. 2018-ci ildə Xırdalan şəhəri 5 saylı orta məktəbi bitirmiş, elə həmən ilidə Avrasiya Universitetinə daxıl olmuşdur. 1-ci kursu bitirəndən sonra hərbi xidmətə yola düşmüşdür. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Anar İsgəndərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Anar İsgəndərov oktyabrın 10-da Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar İsgəndərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar İsgəndərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Aslı İskit
Aslı İskit (d. 7 dekabr 1993) — Türkiyəni təmsil edən həndbolçu. Aslı İskit, Türkiyə yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. == Karyerası == Aslı İskit, 2017-ci ildə Türkiyə yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Türkiyə yığması, gərgin oyunun sonunda Azərbaycan yığmasına 26:28 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Asəf İskəndərov
Asəf İsgəndərov (tam adı: Asəf Daşdəmir oğlu İsgəndərov; 5 fevral 1941, Cəngəmiran, Lerik rayonu) — fizika-riyaziyyat elmləri doktoru, professor; Lənkəran Dövlət Universitetinin rektoru (2005–2016). == Həyatı == Asəf İsgəndərov 5 fevral 1941-ci ildə Lerik rayonunun Cəngəmiran kəndində anadan olmuş, 1958-ci ildə Cəngəmiran kəndində orta məktəbi qızıl medalla, 1963-cü ildə Azərbaycan Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmiş, Moskva Dövlət Universitetinin aspiranturasını müvəffəqiyyətlə başa çatdırmış, 1967-ci ildə "İstilikkeçirmə nəzəriyyəsinin bəzi tərs məsələləri" mövzusunda dissertasiya müdafiə edərək elmlər namizədi alimlik dərəcəsini almışdır. 1978-ci ildə Moskva Dövlət Universitetində "Parabolik və elliptik tip tənliklər üçün tərs məsələlər" mövzusunda uğurla müdafiə etdiyi doktorluq dissertasiyasını dünyanın məşhur riyaziyyatçilarından akademiklər A. Tixonov, A. Samarski, M. Lavrentev, V. Sadovniçi və başqaları çox yüksək qiymətləndirmişdir. 1967-ci Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayan Asəf İsgəndərov bir müddət sonra sirf elmi işə keçərək Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat Mexanika İnstitutunda səmərəli elmi-tədqiqat işləri aparmışdır. 1973-cü ildə yenidən doğma Universitetə dəvət edilmişdir. İstedadlı alim Azərbaycanda riyaziyyat məktəbi yaratmış, bu sahədə çoxlu alimlərin yetişməsində gərgin əmək sərf etmişdir. Asəf müəllim dəfələrlə beynəlxalq elmi müsabiqələrin qalibi kimi yüksək qrant almışdır. O, səmərəli elmi-pedaqoji fəaliyyətinə görə 1986-cı ildə "Xalqlar dostluğu" ordeni və digər mükafatlarla təltif edilmişdir. Professor Asəf İsgəndərov xüsusi dəvətnamə ilə bir neçə dəfə Almaniyada olmuş, Berlin, Bonn, Münhen və Frayberq Universitetlərində elmi məruzələr və mühazirələr oxumuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 aprel 2005-ci il tarixli fərmanı ilə professor Asəf Daşdəmir oğlu İsgəndərov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilmişdir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 mart 2016-cı il tarixli fərmanı ilə professor Asəf Daşdəmir oğlu İsgəndərov Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsindən azad etmişdir.
Asəf İskəndərov (riyaziyyatçı)
Asəf İsgəndərov (tam adı: Asəf Daşdəmir oğlu İsgəndərov; 5 fevral 1941, Cəngəmiran, Lerik rayonu) — fizika-riyaziyyat elmləri doktoru, professor; Lənkəran Dövlət Universitetinin rektoru (2005–2016). == Həyatı == Asəf İsgəndərov 5 fevral 1941-ci ildə Lerik rayonunun Cəngəmiran kəndində anadan olmuş, 1958-ci ildə Cəngəmiran kəndində orta məktəbi qızıl medalla, 1963-cü ildə Azərbaycan Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmiş, Moskva Dövlət Universitetinin aspiranturasını müvəffəqiyyətlə başa çatdırmış, 1967-ci ildə "İstilikkeçirmə nəzəriyyəsinin bəzi tərs məsələləri" mövzusunda dissertasiya müdafiə edərək elmlər namizədi alimlik dərəcəsini almışdır. 1978-ci ildə Moskva Dövlət Universitetində "Parabolik və elliptik tip tənliklər üçün tərs məsələlər" mövzusunda uğurla müdafiə etdiyi doktorluq dissertasiyasını dünyanın məşhur riyaziyyatçilarından akademiklər A. Tixonov, A. Samarski, M. Lavrentev, V. Sadovniçi və başqaları çox yüksək qiymətləndirmişdir. 1967-ci Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayan Asəf İsgəndərov bir müddət sonra sirf elmi işə keçərək Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat Mexanika İnstitutunda səmərəli elmi-tədqiqat işləri aparmışdır. 1973-cü ildə yenidən doğma Universitetə dəvət edilmişdir. İstedadlı alim Azərbaycanda riyaziyyat məktəbi yaratmış, bu sahədə çoxlu alimlərin yetişməsində gərgin əmək sərf etmişdir. Asəf müəllim dəfələrlə beynəlxalq elmi müsabiqələrin qalibi kimi yüksək qrant almışdır. O, səmərəli elmi-pedaqoji fəaliyyətinə görə 1986-cı ildə "Xalqlar dostluğu" ordeni və digər mükafatlarla təltif edilmişdir. Professor Asəf İsgəndərov xüsusi dəvətnamə ilə bir neçə dəfə Almaniyada olmuş, Berlin, Bonn, Münhen və Frayberq Universitetlərində elmi məruzələr və mühazirələr oxumuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 aprel 2005-ci il tarixli fərmanı ilə professor Asəf Daşdəmir oğlu İsgəndərov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilmişdir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 mart 2016-cı il tarixli fərmanı ilə professor Asəf Daşdəmir oğlu İsgəndərov Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsindən azad etmişdir.
Böyük İskəndər
Makedoniyalı İsgəndər, III İsgəndər, İsgəndər Zülqərneyn və ya Böyük İsgəndər (yun. Ἀλέξανδρος ὁ Μέγας, Aléxandros ho Mégas, Yunan dilindən : ἀλέξω alexo "müdafiə etmək, kömək etmək" və ἀνήρ ander "adam") (20 iyul e.ə. 356, Pella[d], Makedoniya İmperiyası – 10 iyun e.ə. 323, Babil, Makedoniya İmperiyası[d]) — Qədim Yunanıstanın Makedoniya çarlığının hökmdarı (Basilevs) və Argeadlar sülaləsinin nümayəndəsi. Eramızdan əvvəl 356-cı ildə Pellada doğulan İsgəndər atası Makedoniyalı II Filipdən ölümündən sonra 20 yaşında taxta çıxmışdır. O, 30 yaşına qədər qədim dünyanın ən böyük imperiyalarından birini (Yunanıstandan Misirə və Şimal-qərbi Hindistana qədər) yaradana qədər hakimiyyətinin çox hissəsini Asiya və Şimal-şərqi Afrika boyunca hərbi kampaniyalarda keçirib. O, döyüşdə məğlub edilməz idi və tarixdəki ən müvəffəqiyyətli hərbi komandanlardan biri hesab edilir.Gəncliyində İsgəndər filosof Aristoteldən 16 yaşına qədər dərs alıb. Atası II Filippin öldürülməsindən sonra eramızdan əvvəl 336-cı ildə taxta çıxan İsgəndər güclü dövləti və təcrübəli ordunu miras alıb. O, Yunanıstanın generallığı ilə mükafatlandırılıb və bu səlahiyyətdən atasının hərbi işğal planlarını həyata keçirməyə başlamaq üçün istifadə edib. E.ə.
Bəxtiyar İskəndərzadə
Bəxtiyar Əziz oğlu İskəndərzadə(d. 17 noyabr 1983, Bakı ş., Azərbaycan) — kikboksinq üzrə ikiqat dünya çempionu. == Həyatı == 1983-cü il noyabr ayının 17 də Bakı şəhərində anadan olmuşdur. 1989-cu ildə Bakı şəhər, Biləcəri qəsəbəsindəki 2 nömrəli (hal hazırda 297 nömrəli) tam orta məktəbin 1-ci sinfinə qədəm qoyur, 2000-ci ildə həmin məktəbin 11-ci sinfini müvəffəqiyyətlə bitirir. 2000-ci ildə Azərbaycan Dövlət Bədən tərbiyəsi və idman Akademyasına daxil olur və 2004-cü ildə Akademyanı bitirir. 2006-cı ildə Azərbaycanın ordu sıralarında hərbi xidmətdə olmuşdur. == Fəaliyyəti == 1997-ci ildən Kikboksinq idman növü ilə məşğul olmağa başalayır. 2004 ildə Moskvada keçirilən World profi uzre dünya kubokunun qalibi, 2006-cı ilde Makedoniyada keçirilən WAKO versiyasi üzrə k 1 növündə Avropa 2-cisi, 2008-ci ildə kyuprusda World profi üzrə dünya çempionu və 2005, 2007, 2008-ci illərdə Azarbaycan cempionu adlarını qazanmışdır. Peshekar kikboksda 25 döyüşdən 23 qalibiyyəti olmuşdur. Peşəkar kikboksinqde 2 dəfə Avropa ve dünya kəmərini qazanmışdır.
Daşqın İskəndərov
İskəndərov Daşqın Ələm oğlu — Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İstehsalat Birliyinin Baş direktoru, texnika üzrə fəlsəfə doktoru. ARDNŞ-nin vitse-prezidenti (2019–2023), Azərbaycan Respublikası Dövlət Neft Şirkəti prezidentinin müşaviri. == Həyatı == Daşqın İskəndərov 1965-ci ildə Şamaxı rayonunda anadan olmuşdur. 1983–1985-ci illərdə hərbi xidmətdə olmuş və xidməti tamamlayaraq 1985-ci ildə M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) neft və qaz yataqlarının işlənməsinin texnologiyası və kompleks mexanikləşdirilməsi fakültəsinə daxil olmuşdur. İnstitutu 1991-ci ildə bitirərək dağ mühəndisi ixtisasına yiyələnmişdir. Evlidir, 2 övladı var. == Fəaliyyəti == 1991-ci ildə 28 May neft — qazçıxarma idarəsinin (NQÇİ) 5 saylı dərin dəniz özülündə neft-qazçıxarma operatoru kimi əmək fəaliyyətinə başlamışdır. 1999-cu ilədək orada operator, mühəndis, Neftin və qazın ilkin hazırlanması və nəqli sexinin rəisinin müavini və rəisi vəzifələrini icra etmişdir. 1999–2007-ci illərdə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətində və daha sonra BP Exploration Caspian Sea Limited şirkətində əməliyatlara nəzarət mərkəzində texnik və daha sonra istehsalat üzrə sahə rəhbəri vəzifəsində çalışmışdır. 2007–2010-cu illərdə SOCAR-ın Azneft istehsalat Birliyinin 28 may NQÇİ-nin rəisinin 1-ci müavini, daha sonra isə rəisi vəzifəsinə təyin edilmişdir.
Eldar İskəndərzadə
Eldar Xeyrulla oğlu İskəndərzadə (5 oktyabr 1964, Rvarud, Lerik rayonu) — Azərbaycan şairi, dramaturqu, ssenari müəllifi, kino redaktoru. "Qızıl qələm" və "Həsən bəy Zərdabi" mükafatı laureatı. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü. == Həyatı == Eldar İskəndərzadə 5 oktyabr 1964-cü ildə Lerik rayonunun Rvarud kəndində anadan olub. 1981-ci ildə Lerik qəsəbə orta məktəbini bitirib. 1990-cı ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə, eyni zamanda sözügedən institutun nəzdində fəaliyyət göstərən İctimai peşə fakültəsinin Jurnalistika şöbəsini bitirib. Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində Baş redaktor müavini, "Azad Azərbaycan Teleradio Yayım şirkəti"ndə və "CBC Telekanalı"nda "Televiziya Filmləri Studiyası"nın yaradıcısı və baş redaktoru olub. 2016-cı ilin iyun ayından "İctimai Televiziya və Radio Verilişləri Yayım Şirkəti"nin "Carçı-film" Yaradıcılıq Birliyinin direktor müavini vəzifəsində çalışıb və 2019-cu ildən redaktor vəzifəsinə keçirilib. === Ailəsi === Evlidir, 3 övladı var. == Yaradıcılığı == 1987-ci ildən şerləri ilə Respublika mətbuatında çıxış edir.
Elman İskəndərov
İskəndərov Elman Xeyrulla oğlu (31 oktyabr 1962, Rvarud, Lerik rayonu) — texnika elmləri doktoru, "İlin Vətənpərvər tədqiqatçı alimi" mükafatının və qızıl medalının laureatı == Həyatı == E. X. İskəndərov 1962-ci ildə Lerik rayonunun Rvarud kəndində anadan olub. 1970–1980-ci il tarixində Lerik qəsəbə orta məktəbində təhsil alıb. 1980-ci ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutuna (indiki Memarlıq İnşaat Universiteti) qəbul olunub və 1985-ci ildə həmin institutun İnşaat fakültəsini bitirmişdir. 1987–1991-ci illərdə Azərbaycan Dövlət Qazlaşdırma Komitəsinin "Azqaztikintitəmir" trestində çilingər, mühəndis, plan-istehsalat şöbəsinin rəisi vəzifələrində çalışıb. 1990–1997-ci illərdə Azərbaycan Dövlət Yanacaq Komitəsinin "Azqaztikintitəmir" tresti "İxtisaslaşdırılmış Xətti Tikinti-təmir idarəsi"ndə baş mühəndis vəzifəsinidə fəaliyyət göstərib. 1997-ci ildən Tikinti-təmir idarəsi özəlləşdirildikdən sonra əvvəlcə "Ocaq" firmasının, 2008–2015-ci illərdə isə "LTTQ" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru olub. 2010-cu ildə Azərbaycan Dövlət Neft Akademiyası (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) nəzdində fəaliyyət göstərən "Neftin, qazın geotexnoloji problemləri və kimya" ETİ-nin doktoranturasına qəbul olunub və 2012-ci ildə həmin institutun elmi şurasında "Çoxfunksiyalı nanotərkibli inhibitorla quyularda kristalhidrat əmələgəlmə və qaz kəmərlərində eroziyanı tənzimləməklə istismar göstəricilərinin yaxşılaşdırılması" mövzusunda dissertasiya işini müdafiə edərək texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 2014–2021-ci illərdə NQGP və KETİ-də əvəzçiliklə elmi işçi və böyük elmi işçi kimi çalışıb. 2018-ci ildə dosent elmi adını alıb. E. X. İskəndərov 2022-ci ildən ADNSU-nun "Neftin, qazın nəqli və saxlanması" kafedrasının professorudur.
Elvin İskəndərov
Elvin Mətləb oğlu İskəndərov (6 noyabr 1989; Yevlax rayonu, Azərbaycan SSR — 27 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elvin İskəndərov 1989-cü il noyabrın 6-da Yevlax rayonunun Tanrıqulular kəndində anadan olub. Ailəli idi. 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Elvin İskəndərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elvin İskəndərov sentyabrın 27-də Madagizin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin İskəndərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin İskəndərov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin İskəndərov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin İskəndərov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Elşad İskəndərov
Elşad İskəndərov (21 may 1972, Bakı) — Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun sədri; Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri; Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri (2012-2014) == Həyatı == 21 may 1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1988-ci ildə Bakı şəhəri 8 saylı orta məktəbi qızıl medal ilə bitirmişdir. 1993-cü ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 2002–2004-cü illərdə ABŞ-nin Kolumbiya Universitetində "Beynəlxalq Münasibətlər" ixtisası üzrə magistratura təhsili almışdır. === Ailəsi === Ailəlidir, 3 övladı — Hüseyn və Əli adlı oğlu, Leyla adlı qızı var. == Karyerası == 1993–1995-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının "Tarix" qəzetinin redaktoru vəzifəsini icra etmişdir. 1999-cu ildən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində fəaliyyətə başlamışdır. 2000–2005-ci illərdə Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin I katibi vəzifəsində çalışmışdır. 2004-cü ildə Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Baş Katibi seçilmişdir. 2007-ci ildən İslam Konfransı Təşkilatı Dialoq və Əməkdaşlıq uğrunda gənclər forumunun İstanbulda yerləşən baş ofisində baş katib vəzifəsində çalışmışdır.
Filon İskəndəriyyəli
İskəndəriyyəlí Filón (lat. Philos Alexandreos), Yəhudi Filon; təq. e.ə. 15, İsgəndəriyyə, Roma Misiri[d] – təq. 50, İsgəndəriyyə, Roma Misiri[d]) — Antik dövrün yəhudi filosofu, Əhdi-Ətiqin ekzegeti (təfsirçisi), orta platonizm məktəbinin təmsilçici. Loqos haqqında özəl təlimi ilə tanınmışdır. Onun ekzegetik metodu Yəhudiliyə az təsir etmişdir. Ancaq ondan Xristian ilahiyyatçıları daha çox yararlanmışdırlar. Ona görə də Filonun Xristian ilahiyyatının inkişafına böyük təsiri olmuşdur. İsanın Tantının Sözü kimi təsəvvürlərinin inkişafında Filon fəlsəfəsinin təsiri vardır.
Florans İskavel Şin
Florans İskavel Şin (ing. Florence Scovel Shinn); Amerikalı rəssam və kitab şəkil çəkərcisi (illüstratoru) idi ki orta yaşlarında Yeni düşüncə tərzinin müəllimi və metafizik yazıçısı oldu. O, Yeni düşüncə dairələrində, daha çox ilk kitabı "Həyat oyunu" (ing. The Game of Life and How to Play It ;1925)na görə yaxşı tanınır. == Qaynaqlar == "Florence Scovel Shinn" in Encyclopedia Americana, 1961.
Hierokles (İskəndəriyyəli)
İskəndəriyyəli Hierokles (yun. Ἱεροκλῆς, m. V-ci yüzilliyin ikinci yarısı) — yeni-platonçuluğun İskəndəriyyə məktəbinin ən tanınmış nümayəndələrindən biri onun yaradıcısı. O, bir çox əsərlərin müəllifi idi. Onlardan bəziləri günümüzə gəlib çatmışdır. Bizə çatmış əsərlərin ən tanınmışları pifaqorçuların "Qızıl şeyrlər" kitabına şərhlər və "Tale haqqında" əsərindən fraqmentlərdir. == Fəlsəfəsi == Hierokles artıq Xristianlığın çox geniş yayıldığı dövrdə yaşamışdır. Ona görə də bəzi araşdırmaçılar hesab edirlər ki, onun fəlsəfəsində bu dinin ilahiyyatı neoplatonizm fəlsəfəsi ilə qarışmışdır. Ancaq, başqaları bununla razılaşmış və iddia edirdilər ki, Hieroklesin fikirləri Platon fəlsəfəsinin fərqli yorumudur. Hierokles, başqa neoplatonçulardan fərqli olaraq, birinci və hər şeydən uca olan İlk başlanğıcı dünyanın yaradıcısı olan Demiurqosdan ayırmır və onları birlikdə olan Tanrı kimi görürdü.
Makedoniyalı İskəndər
Makedoniyalı İsgəndər, III İsgəndər, İsgəndər Zülqərneyn və ya Böyük İsgəndər (yun. Ἀλέξανδρος ὁ Μέγας, Aléxandros ho Mégas, Yunan dilindən : ἀλέξω alexo "müdafiə etmək, kömək etmək" və ἀνήρ ander "adam") (20 iyul e.ə. 356, Pella[d], Makedoniya İmperiyası – 10 iyun e.ə. 323, Babil, Makedoniya İmperiyası[d]) — Qədim Yunanıstanın Makedoniya çarlığının hökmdarı (Basilevs) və Argeadlar sülaləsinin nümayəndəsi. Eramızdan əvvəl 356-cı ildə Pellada doğulan İsgəndər atası Makedoniyalı II Filipdən ölümündən sonra 20 yaşında taxta çıxmışdır. O, 30 yaşına qədər qədim dünyanın ən böyük imperiyalarından birini (Yunanıstandan Misirə və Şimal-qərbi Hindistana qədər) yaradana qədər hakimiyyətinin çox hissəsini Asiya və Şimal-şərqi Afrika boyunca hərbi kampaniyalarda keçirib. O, döyüşdə məğlub edilməz idi və tarixdəki ən müvəffəqiyyətli hərbi komandanlardan biri hesab edilir.Gəncliyində İsgəndər filosof Aristoteldən 16 yaşına qədər dərs alıb. Atası II Filippin öldürülməsindən sonra eramızdan əvvəl 336-cı ildə taxta çıxan İsgəndər güclü dövləti və təcrübəli ordunu miras alıb. O, Yunanıstanın generallığı ilə mükafatlandırılıb və bu səlahiyyətdən atasının hərbi işğal planlarını həyata keçirməyə başlamaq üçün istifadə edib. E.ə.
Mehdi İskəndərli
Mehdi İskəndərli (Mehdi Nəsir oğlu İskəndərli; 12 aprel 1985, Sumqayıt) — Azərbaycan dermatoloqu, veneroloqu və dermatoveneroloqu. == Həyat və fəaliyyəti == Mehdi İskəndərli 1985-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 2003-cü ildə orta təhsilini tamamlamış, 2003-2009-cu illərdə Azərbaycan Tibb Universitetində ali təhsil almışdır. 2011-2015-ci illərdə Türkiyənin İzmir şəhərindəki Egey Universitetinin Tibb Fakültəsinin Dəri və Zöhrəvi Xəstəliklər kafedrasında rezidentura keçərək dermatoveneroloq ixtisasına yiyələnib. Türkiyədə, Avropada, Kanadada və ABŞ-də təşkil olunan beynəlxalq konfranslarda, seminarlarda və kurslarda iştirak etmiş, konfranslarda məruzələr etmişdir. Məqalələri Avropanın, Türkiyənin və digər ölkələrin nüfuzlu elmi-tibbi jurnallarında dərc edilib. Türkiyənin, Avropanın və ABŞ-nin dermatovenerologiya cəmiyyətlərinin təqaüdləri ilə təltif olunub. Türkiyənin, Avropanın və ABŞ-nin dermatovenerologiya cəmiyyətlərinin üzvüdür. == Məqalələri == Həmmüəllifliyi ilə beynəlxalq elmi-tibbi nəşrlərdə dərc olunmuş məqalələrin siyahısı (ixtisarla): Doxepin Induced Bullous Pemphigoid-like Drug Eruption. Hypertrichosis lanuginosa acquisita associated with non-Hodgkin lymphoma .
Məmməd İskəndərov
Məmməd Salman oğlu İskəndərov (30 dekabr 1908, Urud, Zəngəzur qəzası – 20 may 1965, Bakı) — tarixçi, tarix elmləri namizədi, ictimai xadim, Ümumittifaq Kommunist (bolşevik) Parityasının Mərkəzi Komitəsi yanında Marksizm – Leninizm İnstitunun Azərbaycan filialının direktoru, Azərbaycan SSR EA Tarix və Fəlsəfə İnstitutunun direktoru. == Həyatı == Tarixçi, ictimai xadim Məmməd Salman oğlu İskəndərov 1909-cu il 30 dekabr tarixində anadan olub. 1947-ci ildə ekstern yolu ilə V.M.Molotov adına İrəvan Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir. 1947–1950-ci illərdə o, ÜK (b)P MK yanında İctimai Elmlər Akademiyasının aspiranturasına daxil olmuş və orada "S.M.Kirov Azərbaycan bolşeviklərin rəhbəri kimi (1920–1925-ci illər)" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. O, 1965-ci ildə vəfat edib və Birinci Fəxri xiyabanda dəfn olunub. == Fəaliyyəti == M.S.İskəndərov 1937-1941-ci illərdə Vedi rayon partiya komitəsinin birinci katibi, Kommunist (bolşevik) Partiyasının Mərkəzi komitəsinin sənaye şöbəsinin müdiri, 1941-ci ilin mart ayında Ermənistan K(b)P MK-nin katibi seçilmiş və 1943-cü ilə kimi bu vəzifədə işləmişdi. 1946-cı il 10 fevral tarixində 2-ci çağırışdan SSRİ Ali Sovetinin deputatı seçilib. 1943-1947-ci illərdə Ermənistan K(b)P MK katibinin müavini və MK-nin şöbə müdiri vəzifələrində çalışmışdır. 1950-ci ildə M.S.İskəndərov Azərbaycana göndərilmiş və həmin ilin sentyabr ayında Azərbaycan K(b)P MK bürosunun qərarı ilə, ÜK (b) P MK yanında Marksizm-Leninizm İnstitutunun Azərbaycan filialının direktor müavini, 1951-ci ilin aprelin 19-dan isə institutun direktoru təyin edilmişdir (1951–1952). O, 1951-ci ildən Azərbaycan Dövlət Bədən Tərbiyə İnstitutunun "Marsizm-leninizm" kafedrasının müdiri vəzifəsində işləmiş, eyni zamanda Azərbaycan SSR EA Tarix və Fəlsəfə İnstitutuna rəhbərlik etmişdir.
Niyaməddin İskəndərov
Niyaməddin Qulu oğlu İsgəndərov (6 dekabr 1985, Xok, Şərur rayon Naxçıvan Muxtar Respublikası – 6 noyabr 2020, Şuşa rayonu)— Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Niyammədin İsgəndərov 6 dekabr 1985-ci ildə Kəngərli rayonunun,Xok kəndində anadan olub. 1992-2003-cü ildə Xok kənd orta məktəbində təhsil alıb.İki dəfə ailə qurub ,iki qız övladı vardı. == Hərbi Xidməti == Niyammədin İsgəndərov 2003–2005-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. 2020-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. 27 sentyabrda başlayacaq və 44 gün davam edəcək olan Qarabağ müharibəsində XTQ'nin sıralarında Qarabağa yollanmaq üçün könüllü olur. 22 noyabrda doğulduğu Xok kəndində son mənzilə yola salınır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nıyaməddin Isgəndərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Niyammədin İsgəndərov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Novruzlu İskəndər
İsgəndər Novruzlu (1917, Novruzlu, Şuşa qəzası – 1958, Şuşa həbsxanası, DQMV) – məşhur el şairi, xanəndə, bəstəkar, tar ifaçısı == Ata-babaları == İskəndər Novruzlunun ulu babası Hacı bəy XIX yüzilliyin birinci yarısında Kəbirli mahalının Novruzlu kəndində yaşamışdır. Müqəddəs Kərbəla ziyarətində olmuş Hacı bəyin Qasım bəy və Cəfərqulu bəy adlı oğlanları vardı. Qasım bəy 1825-ci ildə anadan olmuşdu. Onun törəmələri çar Rusiyası dönəmində Qasımbəyov, Sovet dövründə isə Qasımov soyadını daşımışlar. Kərbəlayi Qasım bəyin də Hacı bəy, Misirxan bəy adlı iki oğlu vardı. Qasım bəyin oğlu Hacı bəy də 1853-cü ildə Novruzlu kəndində anadan olmuşdur. Hacı bəy babasının adını daşıyırdı. Hacı bəyin İngilis və Məhəmməd bəy adlı oğlanları vardı. İngilis sonralar adını dəyişir və İsgəndər Novruzlu kimi məşhurlaşır. == Həyatı == İskəndər Novruzlu (İngilis Hacı bəy oğlu Qasımbəyov) 1917-ci ildə Şuşa qəzasının (indiki Ağdamın) Novruzlu kəndində anadan olmuşdur.
Süleyman mirzə İskəndəri
Süleyman mirzə İskəndəri (fars. سلیمان اسکندری‎; tam adı: Süleyman mirzə Möhsün mirzə оğlu İskəndəri və ya Süleyman mirzə Möhsün mirzə оğlu İskəndəri; 1877 və ya 1875, Təbriz – 1943 və ya 1944, Tehran) — İran Qacar şahzadəsi, müəllimi, jurnalisti və sosialist siyasətçisi. == Həyatı == Süleyman mirzə Möhsün mirzə оğlu İskəndəri 1877-ci ildə Təbriz şəhərində dоğulmuşdu. 1892-ci ilədək sаrаy təlim-tərbiyəsi, təhsili görmüşdü. 1893–1900-cü illərdə Tеhrаn Dаrülfünunundа (Univеrsitеtində) охumuşdu. Sülеymаn mirzə 1900–1901-ci illərdə bir nеçə ziyаlı ilə birlikdə, Tеhrаndа "Uyuq" аdlı qəzеt nəşr еtmək üçün icаzə аlа bilmişdi, lаkin bаş nаzir Əminüssultаn qəzеtin nəşr еdilməsində imkаn vеrməmişdi. Sülеymаn mirzə iki iki il аtаsı Möhsün mirzə ilə birlikdə Tеhrаn pоlis qüvvələrinin zаbiti kimi qulluq еtmiş, sоnrа isə "Möhsüniyyə" аdlı ibtidаi məktəb təsis еdərək mааrif sаhəsində çаlışmışdı. 1904-cü ildə həmin məktəb bаğlаndlıqdаn sоnrа bаşqа məktəblərə müəllimlik еtmişdi. Sülеymаn mirzə 1904-cu ildə Tеhrаndа gizli yаrаnmış İnqilab kоmitəsinin üzvü, 1907-ci ilin əvvəllərində kirmаnşаhdа "Аdəmiyyət" cəmiyyətinin və bir nеçə siyаsi əncümənin təşkilаtçısı, 1907-ci ilin ахırlаrındа Tеhrаn sоsiаl-dеmоkrаt təşkilаtının üzvü kimi mütləqiyətə qаrşı mübаrizədə iştirаk еtməklə fəаl İnqilabçılаr sırаsınа dахil оlmuşdu. О, Mirzə Məhəmməd Хоrаsаni və öz qаrdаşı Yəhyа mirzə ilə birlikdə Tеhrаn sоsiаl-dеmоkrаt təşkilаtınа mənsub оlаn "Hüquq" qəzеtinin nəşr оlunmаsındа yахındаn iştirаk еtmişdi.
Tozqoparan İskəndər
Tozqoparan İskəndər (Osmanlı Türkcəsi:توزقوپاران ايسكندر) — Osmanlı oxçusu. Türk oxçuluq tarixinin ən böyük kəmankeşlərindən biridir. == Həyatı == Tozqoparan İskəndərin həyatı haqqında məlumatlar çox azdır. Rəvayətə görə, İskəndər Bəy "Tozqoparan" ləqəbini belə almışdır: Bir zaman Pəhləvan İskəndər (Tozqoparan İskəndəri belə də adlandırırdılar) oxçuluq məşqi edərkən yayın toz deyə adlanan hissəsini qoparmışdı. Bunu görən İldırımlı Baba: "Bu pəhləvan toz qoparandır!" dedi. O zamandan Pəhləvan İskəndəri "Tozqoparan" adlandırmağa başladılar.Yavuz Sultan Səlimin İran və Misir səfərlərindənə qatılmışdır. == Rekordları == Osmanlı Dövlətinin ayrı-ayrı yerlərində 10 ayrı rekord qırmış,daha sonra bu rekordlar təkrar oluna bilməmişdir. Tozqoparan İskəndər ən uzun rekordunu Akruri Mənzilində 846 (və ya 848) metr uzunluğunda atmışdır. Bu məsafə bir dünya rekordudur. == Məşhurluq == TRT 1-də yayımlanan Tozqoparan adlı serialda adı tez-tez çəkilmişdir.
Uzun İskəndəri (Urmiya)
Uzun İskəndəri (fars. ‎اوزان اسكندري‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 333 nəfər yaşayır (83 ailə).
Vüqar İskəndərov
Vüqar Yapon oğlu İskəndərov (30 dekabr 1972, Şəki) — azərbaycanlı siyasətçi, Azərbaycan Respublikasının Milli Məclisinin VI çağırış deputatı. == Həyatı == Vüqar Yapon oğlu İskəndərov 30 dekabr 1972-ci ildə Şəki şəhərində anadan olmuşdur. 1979-cu ildə Şəki şəhər 17 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1989-cu ildə həmin məktəbin X sinfini bitirmişdir. 1991–1992-ci illərdə hərbi xidmətdə olmuşdur. Vüqar İskəndərov 1996-cı ildə Gürcüstan Respublikası Elm-Tədris İnstitutunun hüquq fakültəsinə daxil olmuş, 2001-ci ildə həmin institutu hüquqşünas ixtisası üzrə bitirmişdir. 2008-ci ildə ABŞ-də dövlət idarəetməsi üzrə xüsusi təhsil almışdır. 2012-ci ildə isə Azərbaycan Dövlət Aqrar Universitetinin İqtisadiyyat fakültəsinə daxil olmuş, 2014-cü ildə həmin universiteti iqtisadçı ixtisası üzrə bitirmişdir. Ailəlidir. 2 övladı var. == Fəaliyyəti == Vüqar İskəndərov 1990-cı ildən taekvondo şərq döyüş növü ilə, 1992-ci ildən isə karate-do döyüş növü ilə məşğul olmuşdur.
Yaşar İskəndərov
Yaşar Qara oğlu İskəndərov (10 sentyabr 1973, Arıqıran, Gədəbəy rayonu – 1993) — şəhid. == Həyatı == İsgəndərov Yaşar 10 sentyabr 1973-cü ildə Gədəbəy rayonunun Arıqıran kəndində anadan olub. 1992-ci ildə orta məktəbi bitirib. Həmin il hərbi xidmətə öz Vətən borcunu verməyə yollanmışdır… Yaşar hərbi xidmətini Ağdamda mina mühəndis batalyonundan başlamışdır. Bir müddətdən sonra Yaşarı Gədəbəy rayonunun Novoivanovka kəndində yerləşən batalyona göndərirlər. Yaşar az vaxt ərzində öz döyüş yoldaşlarınm və rəhbərliyin hörmətini qazanır, baş serjant rütbəsinə yüksəlir. Hərbi qabiliy-yətini nəzərə alan komandanlıq onun sənədlərini 1992-ci il fevral aymda ali hərbi məktəbə hazırlayır. Atalar yaxşı deyib: "Sən saydığım say, görək fələk nə sayır". Müharibə Yaşarın da taleyinə qələm çəkdi. Cavankən arzularını soldurdu.
Yəhya mirzə İskəndəri
Şahzadə Yəhya mirzə İskəndəri-Qacar şahzadələrindən və məşrutəçi idi və Məhəmməd Əli şah Qacarın həbsxanasında qətlə yetişdi. O, Süleyman mirzə İskəndərinin qardaşı və İran Tudə Partiyasının baş katibi İrəc İskəndərinin atası idi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.06 dəfə / 1 mln.
2003 •••••••••••••••••••• 0.79
2014 ••••• 0.17
2017 ••••••••••••• 0.49
2019 •••• 0.14

"isk" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#isk nədir? #isk sözünün mənası #isk nə deməkdir? #isk sözünün izahı #isk sözünün yazılışı #isk necə yazılır? #isk sözünün düzgün yazılışı #isk leksik mənası #isk sözünün sinonimi #isk sözünün yaxın mənalı sözlər #isk sözünün əks mənası #isk sözünün etimologiyası #isk sözünün orfoqrafiyası #isk rusca #isk inglisça #isk fransızca #isk sözünün istifadəsi #sözlük