kənd sözü azərbaycan dilində

kənd

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • kənd • 76.2343%
  • Kənd • 23.6631%
  • KƏND • 0.1014%
  • kənD • 0.0012%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 596.49 dəfə / 1 mln.
2002 •••••••• 376.88
2003 ••••••••••••• 617.69
2004 •••••••••••• 590.88
2005 •••••••••••••• 689.63
2006 ••••••••••••••• 703.64
2007 •••••••••••••••••• 874.68
2008 •••••••••••••••••••• 1, 004.20
2009 •••••••••••••• 669.05
2010 ••••••••••• 534.29
2011 ••••••••••• 527.96
2012 ••••••••••••• 634.08
2013 ••••••••• 411.07
2014 •••••••••• 462.49
2015 ••••••••• 441.63
2016 •••••••••••• 599.06
2017 ••••••••••••• 627.75
2018 •••••••••••••• 659.08
2019 •••••••••••• 573.19
2020 ••••••••••• 533.22

kənd sözünün leksik mənası və izahı

  • 1 Bir sıra türk dillərində mürəkkəb kənd, qəsəbə və s. yaşayış məntəqələri adlarının ikinci tərkib hissəsi; məs.: Hacıkənd, Daşkənd, Yarkənd, Qasımkənd, Qonaqkənd.

    Azərbaycan dilinin izahlı lüğəti
  • 2 is. Əhalisi, əsasən, kənd təsərrüfatı ilə məşğul olan yaşayış məntəqəsi. Böyük kənd. Kiçik kənd. – Koroğlu həftədə … bir özü Qıratı minib ətraf kəndlərə, şəhərlərə çıxardı. “Koroğlu”. Mənim adım Xəlil və yoldaşımın adı Sadıqdı. Hər ikimiz Danabaş kəndində anadan olmuşuq. C.Məmmədquluzadə. Yeddi kənd, üç şəhər görürəm ancaq; Bu dağın başından bir baxışla mən. B.Vahabzadə. // Kənd yeri, habelə kənd əhalisi. Şəhərlə kənd arasında olan ziddiyyəti aradan qaldırmaq. □ Kənd salmaq – yaşayış yeri düzəltmək, yeni kənd bina etmək. [Canpolad:] Bu kənd salınandan bu günə qədər oğurluq hadisəsi görünməyibdir. M.S.Ordubadi. Kənd Soveti köhn.– kənd yerlərində Sovet hökumətinin yerli orqanı. Kənd Soveti iclası. Kənd Sovetinin sədri. Kənd Şurası köhn. – bax Kənd Soveti. [2-ci qadın:] Elə səni kənd Şurası sədrliyinə namizəd seçmişik. Ə.Haqverdiyev. …Güllücə kəndində də kənd Şurası düzəlib, yeni şura yaşayışı başlandı. S.S.Axundov. Kənd təsərrüfatı – xalq təsərrüfatının əkinçilik, heyvandarlıq və meşəçiliyi əhatə edən sahəsi. Kənd təsərrüfatı qabaqcılları. Kənd yeri – kənd salınmış yer; kənd. Qorxma, kənd yerində çoxdur qoçaqlar; Hər daşın dibində bir Koroğlu var. S.Vurğun.

    Azərbaycan dilinin izahlı lüğəti

kənd sözünün etimologiyası

  • 1 Soğdaq dilinə məxsus sözdür, (soğdaqlar Özbəkistanın indiki ərazisində ya­şamışlar, dilləri hind-ari dillərinin İran yarımqrupuna daxil idi), mənası “şəhər” deməkdir. Bizdə məna dəyişib, Anadolu türklərində isə qədim məna qal­maqdadır. Biz kənd yerinə köy işlətmişik, görünür, “od” anlamı ilə bağlıdır. Rus­larda da дом və дымить eyni kökə malikdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti

kənd sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 KƏND (yaşayış yeri) Kənd iri, camaatı çox idi (Ə.Vəliyev); AUL (Dağıstanda və Orta Asiyada kənd) Həmzət də bəzi qonşuları kimi heç yana tərpənmədi, axşamüstü düşmənlər aula doluşdular (M.Hüseyn); DEH (köhn.) [Alo:] Deh! Bir şey olsun, di gəl bu camaat içində sən yükdən çıx! (S.Rəhimov); KƏNDİSTAN Vaqif: Xeyr, yanıldınız, ona dil verən; Gözilə dünyada alovlar görən; Kəndistan yeridir, bəli, kəndistan (S.Vurğun); KÖY (köhn.) Sitarə: Nərəyə olursa, uzaq, çox uzaq, hicra bir guşəyə, heç olmazsa köyümüzə... (A.Şaiq); QƏRYƏ (köhn.) Molla: Heç bir kəs bu ətraf qəryələrdə, elə də bütün mahalda mənim vərəqlədiyim kitablann adını da bilmir (S.Rəhimov); OBA (kiçik kənd) Vəliş qayıdıb yerinə girəndə obada xoruzlar səs-səsə verib banlaşırdılar (Ə.Vəliyev).

    Azərbaycan dilinin sinonimlər lüğəti

kənd sözünün rus dilinə tərcüməsi

  • 1 1. деревня, село; 2. деревенский, сельский;

    Azərbaycanca-rusca lüğət
  • 2 I сущ. село: 1. большое крестьянское селение; деревня. Yeni kənd новое село, kəndi abadlaşdırmaq благоустраивать село, kənd salmaq основать село 2. любой населенный пункт негородского типа. Azərbaycanın şəhər və kəndləri города и села Азербайджана; kənd yerində на селе 3. собир. жители, население села, деревни. Bütün kənd yığışmışdı собралось все село II прил. сельский, деревенский: 1. относящийся к селу, деревне, свойственный им. Kənd məktəbi сельская школа, kənd tipli qəsəbə поселок сельского типа, kənd radio qovşağı сельский радиоузел, kənd təsərrüfatı сельское хозяйство 2. проживающий, работающий в селе, деревне. Kənd müəllimi сельский учитель, kənd zəhmətkeşləri сельские труженики, kənd inşaatçıları сельские строители 3. связанный с управлением и самоуправлением села, деревни. Kənd soveti истор. сельский совет; kənd təsərrüfatı məhsulları сельскохозяйственные продукты, kənd təsərrüfatı iqtisadiyyatı экономика сельского хозяйства, kənd təsərrüfatı müəssisəsi сельскохозяйственное предприятие

    Azərbaycanca-rusca lüğət

kənd sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. village; country; countryside; şəhər və ~ town and country; ~də yaşamaq to live in the country / village II. s. village; country; rural; ~ adətləri rural customs; ~ əhalisi rural population, countryfolk; ~ əhli villager, countryman*; ~ yeri countryside; ~ yoxsulları the village poor; ~ mənzərəsi rural scenery; ~ müəllimi village teacher; ~ proletariatı rural proletariat; ~ sakini village dweller / resident; ~ soveti village Soviet; ~ təsərrüfatı agriculture, farming, husbandry, rural economy; ~ təsərrüfatı fəhləsi farmhand; ~ təsərrüfatçısı husbandman*, farmer; ~ həyatı country life; ~ cavanları village youth, young countryfolk; ~ camaatı countryfolk, countrypeople; ~ kişisi countryman*; ~ arvadı countrywoman*

    Azərbaycanca-ingiliscə lüğət

kənd sözünün fransız dilinə tərcüməsi

  • 1 1) is. village m, campagne f ; 2) sif. rural, -e, de village ; rustique ; ~ müəllimi maître m d’école de village ; ~ təsərrüfatı agricultire f ; ~ həyatı vie f champêtre

    Azərbaycanca-fransızca lüğət

kənd sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. хуьр; хуьруьн чка; böyük kənd чӀехи хуьр; kənd salmaq хуьр кутун; // хуьруьн; Kənd Soveti куьгьн. Хуьруьн Совет; Kənd Şurası куьгьн. кил. Kənd Soveti; kənd təsərrüfatı хуьруьн майишат; kənd yeri хуьруьн чка, хуьр кутунвай чка, хуьр; 2. ...kənd ...хуьр; ...кент; Qasımkənd Кьасумхуьр; Daşkənt Ташкент.

    Azərbaycanca-ləzgicə lüğəti

kənd sözünün türk dilinə tərcüməsi

kənd sözü azərbaycan dilinin lüğətlərində

Terminlər lüğəti

Əhalisinin əksəriyyəti kənd təsərrüfatı ilə məşğul olan ərazi vahidi

Terminlər lüğəti

"kənd" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kənd nədir? #kənd sözünün mənası #kənd nə deməkdir? #kənd sözünün izahı #kənd sözünün yazılışı #kənd necə yazılır? #kənd sözünün düzgün yazılışı #kənd leksik mənası #kənd sözünün sinonimi #kənd sözünün yaxın mənalı sözlər #kənd sözünün əks mənası #kənd sözünün etimologiyası #kənd sözünün orfoqrafiyası #kənd rusca #kənd inglisça #kənd fransızca #kənd sözünün istifadəsi #sözlük