KH sözü azərbaycan dilində

KH

Yazılış

  • KH • 58.3333%
  • Kh • 29.1667%
  • kh • 8.3333%
  • kH • 4.1667%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
.kh
.kh — Kambocanın internet kodu.
Kh-22
Kh-22 NATO kod adı AS-4 Kitchen olan Rusiya istehsalı olan ABŞ aviadaşıyıcılarına qarşı yaradılmış olan bir döyüş raketidir.
Ajania khartensis
Ajania khartensis (lat. Ajania khartensis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ajania cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Chrysanthemum khartense (Dunn) H.Ohashi & Yonek. Tanacetum khartense Dunn === Heterotipik sinonimləri === Ajania mutellina (Hand.-Mazz.) Muldashev Chrysanthemum mutellina (Hand.-Mazz.) Hand.-Mazz. Dendranthema mutellinum (Hand.-Mazz.) Kitam. Tanacetum mutellina Hand.-Mazz.
Akshaye Khanna
Akşay Xanna (28 mart 1975, Bombey) — məşhur Bollivud aktyorudur. Bir neçə mükafatın, o cümlədən "Kişi rolunda ən yaxşı kinodebüt" nominasiyasında "Filmfare Awards", "Screen Awards" və IIFA Awards mükafatlarına layiq görülüb. “Sərhəd”, “Sirrimi bilirsən”, “Atam Qandi” və sair filmlərdə çəkilib. Akşay Xanna 28 mart 1975–ci ildə Hindistanın Mumbay şəhərində anadan olub. Onun atası Vinod Xanna məşhur hindistanlı aktyor və prodüserdir. Mumbay şəhərində Kişor Nemit Kapur adına İnstitutu bitirib. 1977-ci ildə “Sərhəd” adlı filmdəki rolu ona "Ən yaxşı ikinci dərəcəli kişi rolu" nominasiyasında "Filmfare Awards" mükafatı qazandırıb. Bir neçə ildən sonra Akşay kinodan gedərək təhsilini davam etdirmək qərarına gəlir. 2 illik fasilədən sonra, 2002-ci ildə “İnsanın alçaqlığı” və “Sirrimi bilirsən” filmlərində çəkilir. Hər iki film uğur qazanır.
Al-Khalid tankı
Al-Khalid tankı MBT 2000 ya da bilinən adı ilə Al-Khalid tankı Pakistan ordusunun istifadə etdiyi ən yeni əsas döyüş tankıdır. Çin Pakistana aid Heavy Industries və Ukraynadan KMDB və Malyshev Factory-nin ortaq şəkildə hazırladığı bir tankdır. Tank adını əfsanəvi İslam Orduları komandiri Xalid bin Vəlidin adına düzəldilibdir. Tank Çin istehsalı Type 90-IIM ana müharibə tankı əsasında hazırlanmışdır. Ukrayna istehsalı olan isti və soyuq hava şərtlərinə uyğun 1200 at gücü olan 6TD dizel mühərriki ilə təmin edilmişdir. 2014-cü ilə qədər təqribən 310 ədəd tank Pakistan ordusu üçün istehsal olunub. Tankın gecə döyüşmə xüsusiyyəti yanında avtomatik hədəf təqib sistemi də var. Tank digər ana müharibə tanklarına görə daha kiçikdir. Bunun səbəbi avtomatik güllə yükləmə sistemi sayəsində yükləyiciyə ehtiyac olmamasıdır. Son on ildə bu tankın dizaynı və istehsalı üçün 20 milyon ABŞ dolları xərclənmişdir.
Aloe khamiesensis
Aloe khamiesensis (lat. Aloe khamiesensis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin asfodelinakimilər fəsiləsinin əzvay cinsinə aid bitki növü.
Bulbophyllum khaoyaiense
Bulbophyllum khaoyaiense (lat. Bulbophyllum khaoyaiense) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Bulbophyllum khasyanum
Bulbophyllum khasyanum (lat. Bulbophyllum khasyanum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Chrysanthemum khorasanicum
Cryptobia khaibulaewi
Cryptobia khaibulaewi (lat. Cryptobia khaibulaewi )-Mastigophora tipinə aid olan növ. == Xarici quruluşu == Cryptobia khaibulaewi Bu parazitin bədən forması dəyişkəndir, uclardan kütləşmiş amöb formalı əyri, oval formalı ön və iti arxa qurtaracaqlı formalara qədər dəyişir. Uzanmış, azca əyilmiş formalara da rast gəlinir. Nüvə müəyyən formada deyil, ön qurtaracaqda və ya arxada yerləşir, ya da lap arxa qurtaracaqda olur. Bu növün xarakterik xüsusiyyəti ön tərəfin əyri tərəfində yerləşən kinetoplastın ölçülərinin iri olmasıdır. Əksər fərdlərdə o intensiv qırmızı rəngə boyanır. Sitoplazma tünd göy rəngdədir, bədənin ön hissəsi əksər halda açıq rəngdədir. Bədənin uzunluğu 15.0–26.0, eni 3.0–14.0, ön qamçının uzunluğu 11.0–21.0, arxa qamçının uzunluğu 9.0–18.0, nüvənin uzunluğu 3.0–8.5, kinetoplastın uzunluğu 6.5–12.0 mkmdir. == Yayılması == Dəvəçi limanı, Kiçik Qızılağaç körfəzində yayılmışdır.
Cucumis melo var. khadra
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Dağ khmerləri
Dağ khmerləri — Cənub-Şərqi Asiyada yaşayan mon-khmer xalqları qrupuna aid xalq. == Etimalogiyası == "Dağ khmerləri" termini 1960-cı illərdə Kambocada ölkənin şimal-şərqində yaşayan xalqları qeyd etmək məqsədilə qəbul olunmuşdur. Kambocadakı Dağ khmerləri (khmaelılar) khmerlər tərəfindən assimilyasiya olunurlar. Dağ khmerləri, ehtimal ki, khmerlər, monlar, myan malar, siamlılar, laolar və vyetlərin etnogenezində mühüm rol oynamış qədim substratın qalıqlarıdır. == Yaşadıqları ölkələr == Dağ khmerləri Cənub-Qərbi Çinin dağlıq rayonlarında – Yunnan əyalətində, Qərbi Vyetnamda, Şimali, Şərqi və Cənubi Laosda, Şərqi Myanmada, Şimali və Şərqi Taylandda, Şimal-Şərqi Kambocada yaşayırlar. == Sayları == Ümumi sayları 2008-ci ilin məlumatlarına görə Çində 700 min nəfərdən çox, Vyetnamda təqribən 1,3 milyon nəfər, Laosda təqribən 1,6 milyon nəfər, Myanmada 1,8 milyon nəfərdən çox, Taylandda təqribən 600 min nəfər, Kambocada 150 min nəfərdən çox idi. Əsas iki qrupa ayrılırlar: Şimali və Şərqi. Şimali Dağ khmerlərinə ("dağ monları"na) palaunq-va xalqları – qərbi – valar (900 min nəfərdən çox), bulanlar (112 min nəfər) və başqaları; şərqi – palaunqlar (640 min nəfər), danaular (138 min nəfər), rianqlar (50 min nəfər), lametlər (14 minnəfər) və başqaları, manqlar (3,5 min nəfər), khmular [khmular (900 min nəfərdən çox), phaylar (54 min nəfər), praylar (40 min nəfər) və başqaları aid edilir. Şərqi Dağ khmerlərinə banar xalqları – şimali – hrelər (tyam -relər, tatömlər; 130 min nəfər), sedanqlar (130 min nəfər) və başqaları; mərkəzi – banarlar (banalar; 180 min nəfər), tampuonlar (32 min nəfər) və başqaları; qərbi – suilər (özlərini cru adlandırırlar, cru, yaxud loven dilində danışırlar; 86 min nəfər) və başqaları; cənubi – srelər (keholar, koholar; 147 min nəfər), mnonqlar (mnonqqarlar və mnonqrlamlar; 123 min nəfər), stiyenqlər (97 min nəfər), malar (özlərini kontyau adlandırırlar; 38 min nəfər) və başqaları], katular – mərkəzi – katanqlar (120 min nəfər), taoylar (60 min nəfər) və başqaları; şərqi – katular (özlərini ktu adlandırırlar; 78 min nəfər), pakohlar (15 min nəfər) və başqaları; qərbi – kuilər (440 min nəfər), solar (manqkonqlar; 160 min nəfər), brular (brao dilində danışırlar; 150 min nəfər) və başqaları aid edilir. == Dilləri == Mon-khmer dillərində danışırlar.
Dschinghis Khan
Dschinghis Khan (alman dilindən — "Chenghis Khan") 1979-cu ildə musiqi prodüseri Ralf Siegel tərəfindən dördüncü yeri tutduğu Eurovision Mahnı Müsabiqəsində iştirak etmək üçün Almaniyada yaradılan Qərbi Alman diskoteka qrupudur. O, daha çox "Dschinghis Khan", "Moskau", "Rocking Son of Dschinghis Khan" kimi mahnıları ifa etməklə tanınır.
Dschinghis Khan (mahnı)
Dschinghis Khan ("Çingiz xan") — Qərbi Almaniyanı 1979-cu il Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Dschinghis Khan qrupunun ifa etdiyi mahnı. Bu mahnının motivləri əsasında 1997-ci ildə finlandiyalı müğənni Frederik, 1980-lərdə kantopop stilindəki ifaçı Corc Lam və 2008-ci ildə yapon Berryz Kobo qrupu tərəfindən kaver versiyalar ifa olunmuşdur, == Orijinal ifa == Mahnı müsabiqədə doqquzuncu yerdə ifa edildi və səsvermənin nəticəsində 86 xalla 19 iştirakçı arasında 4-cü oldu. Mahnının müəllifləri - bəstəkar Ralf Zigel və sözlərin müəllifi Bernd Maynunger bu mahnını disko-musiqisinin, xüsusilə Boney M qrupunun mahnılarının təsiri altında yazıblar. Mahnının adından göründüyü kimi, o monqol hökmdarı Çingiz xandan bəhs edir. Mahnının sözlərinə əsasən, Çingiz xan öz gücünə görə heç kimin ona qarşı qoya bilmədiyinə görə düşmənlərinə gülür və cinsi həyatının aktivliyi ilə qürrələnir (onu sevməyən qadın yoxdur, o bir gecədə yeddi uşaq atası olur). === Çartlar === == Frederikin versiyası == Fin ifaçısı Frederik Tsingis Khan adlı mahnısını özünün eyniadlı albomuna daxil edib. Fin dilindəki sözlər Yuxa Vaynio tərəfindən yazılıb. Müğənninin öz saytında verdiyi məlumata görə, mahnının bəstəkarı Ralf Zigel bu versiyanın orijinaldan daha yaxşı alındığını bildirib. == Digər versiyalar == 1979-cu ildə Royal Sprites Tayland qrupu tərəfindən ifa olunmuşdur. "Sin Amor" adlı ispan versiyasını 1979-cu ildə ifaçı Ivan oxumuşdur.
Emilia khaopawtaensis
Emilia khaopawtaensis (lat. Emilia khaopawtaensis) — mürəkkəbçiçəklilər fəsiləsinin emilia cinsinə aid bitki növü.
Erigeron khorossanicus
Erigeron khorossanicus (lat. Erigeron khorossanicus) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Heteroderis pusilla var. khorassanica
Heteroderis (lat. Heteroderis) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Heteroderis pusilla (Boiss.) Boiss. Sinonim Barkhausia sect. Heteroderis Bunge Chondrilla pusilla Boiss. Heteroderis pusilla var. chaetocephala (Bunge) Bornm. Heteroderis pusilla var. leucocephala (Bunge) Rech.f. Heteroderis leucocephala (Bunge) Leonova Barkhausia chaetocephala Bunge Heteroderis stocksiana Boiss.
Hydrangea khasiana
Hydrangea heteromalla (lat. Hydrangea heteromalla) — hortenziyakimilər fəsiləsinin hortenziya cinsinə aid bitki növü.
Jah Khalib
Jah Khalib (Ca Kalib, əsl adı azərb. Bəxtiyar Məmmədov‎; d. 29 sentyabr 1993, Almatı) — azərbaycan əsilli qazax rusdilli reper, müğənni, bitmeyker və prodüser. == Həyatı == Bəxtiyar Məmmədov 1993-cü il sentyabrın 29-da Almatı şəhərində anadan olub. Atası azərbaycanlı, anası isə qazaxdır. Uşaqlıqdan rep musiqisi ilə maraqlanıb. Musiqi məktəbində saksofon sinfi üzrə təhsil alıb. Kurmanqazı adına Qazax Milli Konservatoriyasının musiqişünaslıq və menecment fakültəsini bitirib. Bitmeyker və saund-prodüser qismində müxtəlif qazaxıstanlı reperlərlə işləyib. Solo karyeyaya başlayandan sonra Jah Khalib adını özünə səhnə təxəllüsü götürüb.
Justice for Khojaly
"Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası (ing. Justice for Khojaly) — Xocalı soyqırımı haqqında həqiqətin dünyada bilinməsi, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınması üçün həyata keçirilən məqsədyönlü fəaliyyət istiqamətlərindən biri. == Haqqında == "Xocalıya ədalət" beynəlxalq kampaniyası 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başlanmışdır. Kampaniya Xocalı soyqırımı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi səbəbləri və nəticələri, həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionu və digər ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasının zəruriliyi ilə bağlı beynəlxalq maarifləndirmənin artırılması məqsədini daşıyır. Kampaniyanın fəaliyyəti həmçinin Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, sağ qalmış ailələrə dəstək göstərilməsi, bu hadisələrin yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına yönəlmişdir. Kampaniya qlobal səviyyədə fəaliyyət göstərmək və öz müraciətlərini çatdırmaq üçün müxtəlif kommunikasiya vasitələri və resurslarından, o cümlədən media, internet və canlı tədbirlərdən fəal şəkildə istifadə edir. Kampaniya çərçivəsində təşkil edilən tədbirlərdə əsas diqqət kütləvi qırğınlara, etnik təmizləmə və irqi, etnik və ya dini ayrı-seçkilik hallarına qarşı güclü müqaviməti nümayiş etdirməyə, Xocalı soyqırımı qurbanları ilə həmrəyliyi ifadə etməyə və Xocalıda azərbaycanlılara qarşı törədilmiş cinayətlərə görə cəzasızlıq halları ilə mübarizəyə yönəlmişdir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir və hazırkı tarixdə 120 mindən çox şəxs və 115 təşkilat onun fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələr, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər oxşar tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan digər səmərəli vasitələri təşkil edir. == Kampaniyanın strateji məqsədləri == 1.
KHTML
KHTML, KDE layihəsi daxilində yaradılmış olan, bir çox şəbəkə skaneri proqramın mərkəzində olan və səhifələri şərh ekrana əks etdirən əsas komponentlər. Bu skanerlər arasında Konqueror, ABrowse və hətta Apple Safari ilə Nokia Series 60 browser sayıla bilər.
Khacuraho
Khacuraho(hind. खजुराहो) — Hindistanda turist kəndi. == Ümumi məlumat == Burdakı abidələrin IX-XII əsrlərə aid olduğu deyilir. Hələ indiyə qədər qədim memarların və heykəl ustalarının seks mövzusuna nə üçün bu qədər dərin maraq göstərdikləri məlum deyil. Bəlkə də ona görə ki, o vaxt bu mövzu adi olub, bütün tabulardan kənar sayılıb. Başqa bir versiyaya görə isə, məbədlərin inşa edilməsində istifadə olunan bu elementlər erotik təcrübəni azadlığa nail olmanı təcəssüm etdirib. Bəzi mütəxəssislər isə bu təsvirlərin gələcək nəsillər üçün “Kamasutra” dərsliyi rolunu oynaması üçün çəkildiyini güman edirlər. Əvvəlcə, bu şəhərdə 85 belə məbəd ucaldılıb. O vaxt bura Çandela sülaləsinin dini və mədəni mərkəzi olub. Bu sülalə haqqında məlumatlar 13-cü əsrdən sonra bitir.
Khalil Alqahəri
Khalil Alqahəri (ərəb. خلیل القاهري‎) Bəhreynlı iş adamı, yazıçı ve Trexsolnın prezidenti. == Həyatı == Khalil Alqahəri 1986-cu ildə baharında Bəhreynda Manama şəhərində doğulmuşdur.
Khami
Khami (həmçinin Kham, Kam və ya Kami) — Zimbabvenin Bulavayo şəhərindən 22 kilometr qərbdə yerləşən şəhər dağıntıları. Bir zamanlar Torva sülaləsinin idarə etdiyi Butua Krallığının paytaxtı idi. Ərazi indi milli bir abidədir və 1986-cı ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. == Kontekst == Bu gün görünən yaşayış məskəni, eramızın 13-cü əsrində Böyük Zimbabvedə meydana gələn memarlıq formasının inkişafı və yerli Kopye mədəniyyətidir. Khami qurulduğu mühiti tanıdan bir yeniliyi qeyd edir. Çay sahilində yerləşənə Khami ətrafındakı ərazilər isti və malyariya problemi ilə üzləşmişdir. Khamidə tapılan daş (laminar qranit) Zimbabvenin digər ərazilərindəki daşdan (biotit) fərqli idi. Dolerit qarışığı olan bu daşı sındırmaq çətindi və bundan formasız bina daşı istehsal edilirdi. Bu karxanalarda istehsal olunan daşın 60%-dən çoxunun bina keyfiyyəti olmayacağını təxmin etmək olar. Beləliklə, tikinti blokları forma almağa ehtiyac duydu, lakin bundan sonra da daşlar sərbəst dayanan quru daş divarları tikmək üçün uyğun deyildi.
Khan Academy
Khan Academy və ya Xan Akamdemiyası — 2008-ci ildə Sal Xan tərəfindən yaradılan sinif daxilində və xaricində öyrənmək istəyənlərin özlərinə ən uyğun şəkildə öyrənə bilmələri üçün çalışma tapşırıqları, öyrədici videolar, interaktiv çalışmalar vasitəsilə şəxsiləşdirilmiş öyrənmə təcrübəsi vəd edən amerikan qeyri-kommersiya təşkilatı. Riyaziyyat, fizika, proqramlaşdırma, tarix, incəsənət, iqtisadiyyat və daha bir çox bunlar kimi mövzulara toxunur. Boşluqları və güclü cəhətləri aydınlaşdırıb uyğun olaraq tapşırıq vermə alqoritmamızdan istifadə edərək riyaziyyat üzrə ibtidai sinifdən universitet səviyyəsinə qədər bütün şagirdlərə bələdçilik edir. Sayt həmçinin daha mütəxəssisləşdirilmiş məzmun vəd etmək üçün NASA, Modern Sənət Muzeyi, Kaliforniya Elmlər Akademiyası və MIT kimi qurumlarla əməkdaşlıq edir. Veb-sayt və onun məzmunu əsasən ingilis dilində verilir, bununla yanaşı, eyni zamanda, azərbaycan, benqal, bolqar, çin, çex, danimarka, ərəb, holland, fransız, gürcü, alman, ivrit, hindi, indoneziya, italyan, yapon, koreya, norveç, polyak, portuqal, serb, ispan, isveç, tamil, teluqu, türk, urdu və özbək dillərində də fəaliyyət göstərir. == Tarixçə == Qurumun qurucusu Salman Xan, ABŞ-nin Nyu-Orlean şəhərində bir benqallı ata və bir hind anasının övladı olaraq doğulub böyüdü. Massaçusets Texnologiya İnstitutunda üç fərqli sahə üzrə təhsil aldıqdan sonra dörd il ərzində Harvardda biznes idarəetməsi fakültəsi üzrə magistratura pilləsini qazandı. 2004-cü ilin sonlarına yaxın əmisi oğlu Nadiaya riyaziyyat tədris edərkən, bənzər kurs istəkləri tələbi ilə Youtube videolarını hazırlamağa başlayan Salman Xan, hazırladığı dərsləri yüksək qiymətləndirənlərin sıx marağına görə 2009-cu ildə işini tərk etmiş və 2010-cu ildən bəri "Khan Academy" adlı qeyri-kommersiya təşkilatı yaratmış və dərslər hazırlamağa başlamışdır. Məlumatın ehtiyacı olan hər kəs üçün sərbəst olacağına inanan Xan, maliyyə sektorunda uğurlu bir karyeradan imtina edərək, ən dəyərli bir şey olduğuna inandığı biliklərini paylaşmağı seçir. Khan Academy, qazanc üçün deyil, ianə ilə dəstəklənən və təhsil sahəsindəki sosial sahibkarlığın nümunəsidir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.16 dəfə / 1 mln.
2007 •••••••••••• 0.63
2012 ••••• 0.26
2013 •••••• 0.29
2014 •••• 0.17
2016 •••• 0.17
2017 •••••••••••••••••••• 1.14
2020 ••• 0.13

"kh" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kh nədir? #kh sözünün mənası #kh nə deməkdir? #kh sözünün izahı #kh sözünün yazılışı #kh necə yazılır? #kh sözünün düzgün yazılışı #kh leksik mənası #kh sözünün sinonimi #kh sözünün yaxın mənalı sözlər #kh sözünün əks mənası #kh sözünün etimologiyası #kh sözünün orfoqrafiyası #kh rusca #kh inglisça #kh fransızca #kh sözünün istifadəsi #sözlük