III Mömün Vaçaqan
III Mömin Vaçaqan (487-510) – Qafqaz Albaniyasının Arşakilər sülaləsindən sonuncu hökmdarı.
464-484-cü illərdə Cənubi Qafqazda Sasanilərə qarşı yenidən üsyanlar başlanmışdı. Bu hərəkat nəticəsində 485-ci ildə əldə olunmuş Nvarsaq sülhünə görə Albaniyada müstəqillik və xristianlıq bərpa edilir. Dövlətin yeni hökmdarı 487-ci ildə III Vaçaqan olur. Onun hakimiyyət illəri Albaniyanın yüksəlişi dövrüdür. Ölkə təsərrüfatı dirçəldilir, ticarət əlaqələri genişlənir, əkinçilik, hevandarlıq və sənətkarlıq durmadan inkişaf edirdi. Albaniyada feodal şəhərləri təşəkkül tapır. Bunlar Bərdə, Dərbənd, Şamaxı, Qəbələ, Beyləqan, Şabran, Xalxal və Şəki idi. Şəhərlərdə iri bazarlar mövcud olmuşdur. Sənətkar və tacirlərin öz ittifaqları yaranırdı.