pivə sözü azərbaycan dilində

pivə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • pivə • 91.3527%
  • Pivə • 8.5188%
  • PİVƏ • 0.1284%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Pivə
Pivə - taxıl (buğda, arpa və ya çovdar) və şərbətçiotu olan qarışığın qıcqırdılmasından alınan dünyanın ən çox içilən spirtli içkisidir. Qıcqırma prosesinin idarə olunması üçün mayadan (elmi adı Saccharomyces cerevisiae) istifadə edilir. Bundan əlavə qarışığa zövqə görə meyvələr, otlar və ədviyyat da əlavə edilir. Almaniya və Avstriyada normal pivə sortunun tərkibində olan alkoqolun həddi 4,5-6 % arasındadır. Pivə həm sərinləşdirici, həm də alkoqollu içkidir. Bu içkinin digərlərindən fərqi istifadə olunan məhlulun tərkibindəki şəkərin miqdarının yüksək olub, proses zamanı heç bir distillə, yəni saflaşdırma mərhələsindən istifadə edilməməsindədir. Şərabın istehsalında şəkər kimi bitkillərdən alınma və heyvan mənbələrindən əldə edilmiş (bal) şəkərlərdən istifadə edildiyi halda, pivə üçün ilkin mənbə nişasta götürülür. Pivə hələ qədim Misirdən, Babilistandan, Çindən məlum olan içkidir. Fərziyyələrə görə insanlar Misirdə buğda və arpanı ilk zamanlarda yalnız pivə bişirmək üçün əkib becəriblər, çörək bişirmək isə sonralar yaranıb. Qazıntılar zamanı Misirdə ən qədim pivə bişirmək resepti tapılmışdır.
Azərbaycanda pivə
Azərbaycanda pivə populyar alkoqollu içkilərdən biridir. Pivəni Azərbaycanda "narıncı qızıl" da adlandırırlar. Carlsberg Azərbaycan ölkədəki ən böyük pivə istehsalçısıdır. 2014-cü ilin məlumatına əsasən Azərbaycan pivə istehlakına görə müsəlman ölkələri arasında dördüncü yerdədir. 2020-ci ildə Azərbaycanda 54,7 milyon litr pivə istehsal olunub və Azərbaycandakı arpa ehtiyatlarının cəmi 0,96 %-i (13.203 ton) pivə istehsalına sərf olunub. == Tarixi == === 1868–1960 === Azərbaycanda pivə istehsalının əsası XX əsrdə Yelenendorfda yaşayan almanlar tərəfindən qoyulub. Yelenendorfdakı alman icmasına mənsub olan Forer qardaşları 1868-ci ildə pivə zavodu tikdiriblər. Zavodun illik pivə istehsal əvvəlcə cəmi 12 min litr idi. Vaxt keçdikcə Azərbaycanda pivəyə olan təlabat artmış və 1911-ci ildə zavodda 21.900 vedrə pivə istehsal olunmuşdur. Bu zavod gücünə görə XX əsrin əvvəllərində Zığda yerləşən Bakı pivə zavodundan sonra ikinci yeri tuturdu.
Pivə qiyamı
Pivə qiyamı və ya Hitler-Lüdendorf qiyamı (alm. Hitler-Ludendorff-Putsch‎) — Münhendə 1923-cü il 9 noyabr tarixində Hitlerin rəhbərliyi altındakı nasional-sosialistlərin, "Kampfund" təşkilatı və general Lüdendorfun birgə səyi ilə təşkil edilmiş hakimiyyəti ələ keçirmək uğrunda uğursuz qiyam (putç). 1920-ci illərin əvvəllərində NSDAP Bavariyada güclü təşkilatlardan birinə çevrilirdi. Partiyanın silahlı dəstələrinə Ernst Rem rəhbərlik edirdi. Partiyanın liderlərindən olan Hitler isə Bavariyada nəzərəçarpan və əhəmiyyətli şəxsə çevrildi. 1923-cü ildə Rur ərazisinin Fransa tərəfindən işğal edilməsi Almaniyada yeni gərginlik yaratdı. Əvvəlcə xalqı mübarizəyə səsləyərək ölkədə iqtisadi böhrana səbəb olan sosial-demokrat hökuməti, sonradan Fransanın tələblərini qəbul etməklə həm sağ təmayüllü qüvvələr, həm də kommunistlər tərəfindən tənqidlərə məruz qaldı. Bu şəraitdə nasistlər Bavariyada hakimiyyətdə olan sağ konservativ-separatçılarla ittifaqa girərək Berlindəki sosial-demokrat hökumətinə qarşı birlikdə çıxış etməyə qərar verdilər. Bavariya sağlarının rəhbəri və Bavariya torpağının diktator səlahiyyətlərinə malik olan komissarı fon Karr rəsmi Berlinin bəzi tələblərinə əməl etməkdən, xüsusilə də nasist dəstələrini buraxmaq və "Xalqın nəzarətçiləri" qəzetini (alm. Völkischen Beobachters) bağlamaqdan imtina etdi.
Xırdalan (pivə)
Xırdalan — Azərbaycanın məşhur pivə brendi. Xırdalan pivəsinin 2 növü vardır: Xırdalan klassik və Xırdalan Draft. Xırdalan brendinin tarixi 2000-ci ilin əvvəlindən başlayır. Brend "Baltika-Bakı" zavodunun yerləşdiyi Xırdalan şəhərinin adının şərəfinə adlandırılıb. Bu gün "Xırdalan" ticarət nöqtələrinin 94%-də təqdim olunur və Azərbaycan Respublikasında liderlik etməyə davam edir. Xırdalan ənənəvi reseptlə istehsal olunur - tərkibinə yalnız klassik inqrediyentlər: maya, mayaotu və su daxildir. "Baltika-Bakı" zavodunda quraşdırılmış müasir avadanlıq, pivəbişirənlərin ustalığı, o cümlədən ən yaxşı xammaldan istifadə Xırdalan pivəsini əlverişli qiymətə dəyişilməz yüksək keyfiyyət və əla dadla təmin edir. Xırdalan pivəsi Azərbaycan istehlakçılarının üstünlük verdiyi dadların nəzərə alınması ilə işlənib hazırlanmışdır. "Xırdalan Klassik" - Azərbaycanın ən populyar pivə brendidir, yalnız sudan, mayadan və mayaotundan istifadə etməklə pivəbişirmənin təmizliyi barədə gizli qanuna uyğun olaraq ənənəvi reseptlə bişirilmiş klassik açıq pivədir. Onun hazırlanması zamanı pivəyə nəcib acılığı verən acı mayaotu növlərindən istifadə olunur.
Yaponiyada pivə
Yaponiyada pivə (日本のビール, Nihon no biiru) ən populyar içkilərdən biridir və 2002-ci ilin məlumatına əsasən sakedən 5 dəfə çox istehlak edilir. Yaponiyada pivə istehsalı ilə məşğul olan əsas şirkətlər Asahi, Kirin, Sapporo və Suntory şirkətləridir. Bu şirkətlər yüngül pivələr istehsal etməyə üstünlük versələr də, bütün mümkün bazarlarda olmaq üçün xüsusi dadlar malik, mövsümi pivələr də istehsal edirlər. Yaponiyada düyüdən fərqli bitkilərdən spirtli içkilərin alınma tarixi qədim olsa da, arpadan alınan spirtli içkilər ilk dəfə Qərb dünyası tərəfindən tanıdılıb. Yaponiyada ilk pivə zavodu 1870-ci ildə amerikalı Vilyam Koplend tərəfindən qurulmuşdur. Yaponiyada pivə istehlakının inkişafı hərbi tarixlə sıx əlaqəlidir. XX əsrin birinci yarısında məcburi hərbi xidmət zamanı şəhərətrafından olan bir çox oğlan pivə ilə tanış olmuşdurlar. İkinci dünya müharibəsindən sonra Yaponiyada başlayan işğal dövrü zamanı ABŞ əsgərləri pivəni daha da populyarlaşdırmışdılar. 1960-cı illərdən etibarən isə pivə Yaponiyada dayanmadan populyarlaşan içki olmuşdur. Pivə ABŞ-də aşağı sinif içkisi hesab olunsa da, Yaponiyada orta sinif içkisi kimi tanınır.
London pivə seli
London pivə seli (ing. London Beer Flood) — 17 oktyabr 1814-cü ildə İngiltərənin London şəhərinin Sent-Eqidi prixodunda baş vermiş tragikomik faciə. Totenhem-Kort-Roadda yerləşən "Meux and Company" pivə zavodunda bir pivə sisternin partlaması nəticəsində 610 m³ pivə ətrafa yayılmış və digər pivə sisternlərinə də domino effekti ilə təsir göstərərək, partlamasına səbəb olmuşdu. Nəticədə isə 1470 m³-dan çox pivə küçələrə dağılmış və ağlasığmaz dağıntılar meydana gətirmişdi. Pivə dalğası iki evi dağıtmışdır. "Tavistock Arms" barının divarını çökməsi nəticəsində Elanor Kuper adlı gənc işçi dağıntılar altında qalmışdır. Bir neçə dəqiqə ərzində Corc Strit və Nyu-Striti alkaqol basmış, nəticədə bu zaman çay içən ana və qızı ölmüşdürlər. == Tarixi == Pivə zavodu Sent-Eqidinin kasıblar yaşayan məhəlləsinin mənzillərinin arasında yerləşirdi. Burada ailələrin hamısı zirzəmi evlərdə yaşayırdılar. Faciə nəticəsində azı səkkiz kişi boğulmuş və ya aldığı yaralardan ölmüşdür.
Sapporo Pivə Muzeyi
Sapporo Pivə Muzeyi (サッポロビール博物館, Sapporo Biru Hakubutsukan) – Yaponiyanın Hokkaydo prefekturasının Sapporo şəhərində yerləşən muzey. Yaponiyada pivəyə həsr olunmuş yeganə muzey olmaqla yanaşı, "Sapporo Breweries" pivə şirkətinin tarixini işıqlandırır. Muzeyin yerləşdiyi bina 1890-cı ildə tikilmiş və 1905–65-ci illərdə pivə zavodu kimi istifadə olunmuşdur. 1987-ci ildə binada pivə muzeyi açılmışdır. Muzey Yaponiyanın pivənin tarixinə və pivə istehsalına həsr olunmuşdur. Ziyarətçilər müxtəlif pivə nümunələrinin dadlarına baxa bilərlər. Muzeyin yaxınlığında Sapporo Pivə Bağı yerləşir. Bu struktura pivə zalları və restoranlar daxildir.
Adambaşına pivə istehlakına görə ölkələrin siyahısı
Adambaşına düşən çeşidlənmiş illik pivə istehlakına görə dünya ölkələrinin siyahısı, 2012-ci il.
Vilyam Koplend (pivəçi)
Vilyam Koplend (ing. William Copeland; 10 yanvar 1834, Arendal[d] – 11 fevral 1902, İşikavaço[d]) və ya əsl adı ilə Yohan Martinius Toresen (norv. Johan Martinius Thoresen) – Norveç əsilli ABŞ pivəçisi. 1869-cu ildə Yaponiyada Spring Valley Brewery pivə şirkətinin əsasını qoymuşdur. O, Yaponiyada südçülük və pivəçilik ilə məşğul olmuş ilk əcnəbi şəxsdir. Vilyam Koplend 1834-cü ildə Norveçdə Yohan Martinius Toresen adı ilə doğulmuşdur. 1840-cı illərin sonlarında Norveçdə yaşayan bir alman pivə ustasının yanında 5 il işləmişdir. O, 1850-ci illərdə ABŞ-yə miqrasiya etdikdən sonra özünə Vilyam Koplend adını götürmüş və ABŞ vətəndaşı olmuşdur. Koplend 1864-cü ildə Yaponiyanın Yokohama şəhərinə köçmüş və araba biznesi ilə məşğul olmağa cəhd etmiş, daha sonra südçülüyə yönəlmişdir. Onun adı "Yokohama şəhərinin yazılı tarixi" əsərində 1868-ci ildə burada yaşayan avropalı və amerikalıların siyahısında göstərilmişdir.

pivə sözünün leksik mənası və izahı

  • 1 is. [rus. пиво] Arpa səmənisindən hazırlanan azspirtli köpüklü içki. Pivə mayası. Mayaotu pivəyə xarakterik və acıtəhər dad verir. – [İlyas:] Mənə də iki stəkan pivə verdilər, içdim. Ə.Məmmədxanlı.

    Azərbaycan dilinin izahlı lüğəti / pivə

pivə sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 PİVƏ Girdik pivəxanaya, iki stəkan pivə ilə bir nəlbəki noxud gətirdilər (Qantəmir); ABCO [Mübaşir Məmməd:] Mən bilirəm ki, Şiraz şərabı abcodan ləzzətlidir (M.İbrahimov); ARPASUYU (dan.) Çünki o, arpasuyunu övladından da çox istəyir (F.Mustafayev).

    Azərbaycan dilinin sinonimlər lüğəti / pivə

pivə sözünün rus dilinə tərcüməsi

  • 1 1. пиво; 2. пивной;

    Azərbaycanca-rusca lüğət / pivə
  • 2 1 сущ. пиво. Bir parç pivə кружка пива, çex pivəsi чешское пиво, jiquli pivəsi жигулёвское пиво, Bakı pivəsi бакинское пиво II прил. пивной: 1. относящийся к пиву. Pivə köpüyü пивная пена, pivə mayası пивные дрожжи 2. предназначенный для пива. Pivə köşkü пивной ларёк, pivə çəlləyi пивная бочка, pivə anbarı пивной склад, pivə zavodu пивной завод 3. свойственный пиву. Pivə dadı пивной вкус ◊ pivə çəlləyi kimidir как пивная бочка (о толстом человеке)

    Azərbaycanca-rusca lüğət / pivə

pivə sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. beer; açıq (rəngli) ~ pale beer, ale; tünd rəngli (qara) ~ dark beer, porter; təzə ~ fresh beer, acı ~ bitter beer; tünd (alkoqollu yüksək) ~ strong beer II. s.: ~ zavodu brewery; ~ parçı beer / ale mug

    Azərbaycanca-ingiliscə lüğət / pivə

pivə sözünün fransız dilinə tərcüməsi

  • 1 is. bière f ; açıq rəngli ~ bière blonde ; tünd rəngli ~ bière brune ; qara rəngli ~ bière noire ; təzə (sərin) ~ bière fraîche ; alkoqolsuz ~ bière non-alcoolisée ; ~ zavodu brasserie f ; bir bakal ~ une chope (un bock) de bière

    Azərbaycanca-fransızca lüğət / pivə

pivə sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [rus. пиво] сущ. пиво (цӀирай мухакай ийидай тӀимил спирт галай, каф алай хъвадай затӀ); // пиводин (мес. бочка).

    Azərbaycanca-ləzgicə lüğəti / pivə

"pivə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#pivə nədir? #pivə sözünün mənası #pivə nə deməkdir? #pivə sözünün izahı #pivə sözünün yazılışı #pivə necə yazılır? #pivə sözünün düzgün yazılışı #pivə leksik mənası #pivə sözünün sinonimi #pivə sözünün yaxın mənalı sözlər #pivə sözünün əks mənası #pivə sözünün etimologiyası #pivə sözünün orfoqrafiyası #pivə rusca #pivə inglisça #pivə fransızca #pivə sözünün istifadəsi #sözlük