* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. dan. İnanmaq, etibar etmək, bel bağlamaq, xatircəm olmaq, arxayın olmaq (çox vaxt “ürəyi” sözü ilə bərabər). Ona heç qızmaq olmur. – [Şəhrəbanı xanım:] De görüm, ürəyim dürüst qızasıdırmı? Çünki bu iş çox çətin işdir. M.F.Axundzadə. [Şahnisə xanım:] Axı, ürəyim qızmır, – dedi, – yad ölkə, uzaq yer… Çəmənzəminli. Hacı ilk dəfə bu məsələni ürəyi qızan adamlara açdı. Mir Cəlal.
Azərbaycan dilinin izahlı lüğəti / qızmaq2 f. 1. Bərk istilik almaq, hərarət almaq, çox istilənmək, hərarəti artmaq. Su qızmamışdır. Havalar getdikcə qızır. – Qızdı günəş, əsdi isti yellər; Qarlar əridi, axışdı sellər. A.Şaiq. …Otağa cənub küləyinin ilıq şüaları dolur, beləliklə, ev bir az daha qızırdı. Ə.Əbülhəsən. 2. məc. Hirslənmək, hiddətlənmək. …Bakıya dönməyi israr və təkid edərkən rədd cavabı alınca [Əhməd] qızaraq: – Bilmirəm, bu nə ölümdür… – demişdi. A.Şaiq. Əşrəf, anasının bu böyük xəbəri etinasız qarşılamasına qızdı. Mir Cəlal. 3. məc. Qızışmaq, coşmaq. Çırmanırıq keçməyə çay gəlməmiş; Başlayırıq qızmağa yay gəlməmiş. M.Ə.Sabir.
Azərbaycan dilinin izahlı lüğəti / qızmaq1 Köz kəlməsi ilə kökdaşdır. Köz, kösöv, qızmaq, kömür kəlmələrinin hamısı eyni kökdən əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / qızmaq5 1. QIZMAQ Gün qızmışdı. Arxacda iri göy çibinlər vızıldaşırdı (İ.Şıxlı); İSİNMƏK ..havalar yavaş-yavaş isinməyə başlayır (S.Şamilov). 2. qızmaq bax hiddətlənmək, coşmaq 2 3. qızmaq bax inanmaq 1
Azərbaycan dilinin sinonimlər lüğəti / qızmaq1 QIZMAQ – SAKİTLƏŞMƏK Əşrəf anasının bu böyük xəbəri etinasız qarşılamasına qızdı (Mir Cəlal); Mən yenə sakitləşdim (S.Qədirzadə). QIZMAQ – SOYUMAQ Tez qızar, gec soyuyardı (R.Rza). QIZMAQ – ÜŞÜMƏK Ümid və sevincin istisindən canı qızdı (M.İbrahimov); – Bəs onda mən niyə üşümürəm? – deyə qız başını qaldırmadan soruşdu (S.Qədirzadə).
Azərbaycan dilinin antonimlər lüğəti / qızmaq1 QIZMAQ I f. Hərarət almaq, istilənmək. Qızdı günəş, əsdi isti yellər; Qarlar əridi, axışdı sellər (A.Şaiq). QIZMAQ II f. İnanmaq, bel bağlamaq, etibar etmək. Axı, ürəyim qızmır, – dedi, – yad ölkə, uzaq yer (Çəmənzəminli).
Azərbaycan dilinin omonimlər lüğəti / qızmaq1 1. согреться, нагреваться; 2. горячиться, сердиться, злиться; 3. возбуждаться; 4. доверять, полагаться;
Azərbaycanca-rusca lüğət / qızmaq2 1 глаг. 1. согреваться, согреться, нагреваться, нагреться. Su qızdı вода согрелась, hava qızdı vozdux soqrelsə, torpaq qızdı почва согрелась; soba qızdı печка нагрелась 2. перен. разг. горячиться, рассердиться, разолиться 3. возбуждаться, возбудиться 2 глаг. разг. kimə доверяться, довериться кому; полагаться, положиться на кого. Ona qızmaq olar ему можно довериться
Azərbaycanca-rusca lüğət / qızmaq1 f. 1. to get* / to grow* warmer; to be* heated; to get redhot; 2. (acıqlanmaq) to be* irritated, to get* excited / angry, to fly* into a rage; ürəyi ~ to trust (d. to), to entrust (intrust) (d. to); gözü ~ to be* beside oneself (with anger / passion); 3. bax qızıxmaq
Azərbaycanca-ingiliscə lüğət / qızmaq1 гл. рах. чӀалахъ хьун, агъун, ихтибар авун, далу кутун, архайин хьун.
Azərbaycanca-ləzgicə lüğəti / qızmaq2 гл. 1. чими хьун; чим акъатун, чим гьатун; 2. пер. хъел атун, хъел акатун; 3. пер. къизмиш хьун.
Azərbaycanca-ləzgicə lüğəti / qızmaq