Raba sözü azərbaycan dilində

Raba

Yazılış

  • Raba • 85.7143%
  • raba • 14.2857%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Raba çayı
Raba, Rab (alm. Raab‎, mac. Rába) — Avstriyada və Macarıstanda çay, Dunay çayının sağ qolu. Uzunluğu təqribən 400 km, hövzəsinin sahəsi 18 min km²-dən çoxdur. Fişbax Alp dağlarından başlanır. Aşağı axarı kanallaşdırılmışdır. Körmend şəhərindən aşağı gəmiçiliyə yararlıdır. Suvarmada istifadə olunur. Dyor şəhəri Rabanın mənsəbindədir.
Bilal ibn Rabah
Bilal ibn Rubah əl-Həbəşi (ərəb. بلال بن رباح‎ Bilal ibn Rabah al-Habaşi) — Məhəmməd peyğəmbərin səhabəsi. İlk müəzzin. == Həyatı == Bilal əslən Afrika həbəşlərindən olan Rəbbahın oğlu idi. Bilalın Fil ilindən on il ötmüş dünyaya gəldiyi bildirilir. Bilalın ata-anası qul olmuşdur. Bilalın fitri paklığı qul olmasına baxmayaraq, onu nəzərə çarpdırırdı. Ona ehtiram göstərir, böyük işlər tapşırırdılar. Bilal məhrumluq və təhqir nəzərincə başqa qullardan fərqlənməsə də, yaxşı xüsusiyyətlərinə görə seçilirdi. Onun qəlbində müşriklərə, zalım ağalara qarşı daim qəzəb alovlanırdı.
Dobriana Rabadjiyeva
Dobriana Rabadjiyeva (14 iyun 1991) - bolqarıstanlı voleybolçudur.14.06.1991 tarixində Bolqarıstanda doğulub. Hal-hazırda Türkiyənin Qalatasaray klubunun və Bolqarıstan milli komandasının heyətlərində çıxış edir.
Murtuzəli Rabadanov
Murtazəli Xulatayeviç Rabadanov (14 yanvar 1962, Xasavyurd rayonu, Dağıstan MSSR) — 2008-ci ildən Dağıstan Dövlət Universitetinin rektoru, fizika-riyaziyyat elmləri doktoru. == Həyatı == Rabadanov Murtazəli Xulataeviç 14 yanvar 1962-ci ildə Xasavyurd rayonunun Sulevkənd kəndində anadan olmuşdur. Onun valideynləri 1944-cü ildə sakinləri Çeçenistana köçürülən Daxadayevski rayonunun Sulevkənd kəndindəndir və 1957-ci ildə çeçenlərin Qazaxıstandan geri qayıtması ilə Dağıstana, Xasavyurt rayonu ərazisinə qayıtmışdılar. Milliyətcə dargidir. == Təhsili və elmi fəaliyyəti == 1985-ci ildə Dağıstan Dövlət Universitetinin fizika fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1989-cu ildə SSRİ Elmlər Akademiyasının Kristalloqrafiya İnstitutunda aspirantura təhsilini başa vurmuş, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini almaq üçün dissertasiya işini müdafiə etmişdir. 1989-cu ilin yanvarından 1993-cü ilin iyununa qədər Rusiya Elmlər Akademiyasının Dağıstan Elmi Mərkəzinin Fizika İnstitutunda elmi işçi vəzifəsində çalışmışdır. 1993-1998-ci illərdə Dağıstan Dövlət Universitetində Fiziki Kimya kafedrasının dosenti vəzifəsində çalışmışdır. 2000-ci ilin yanvarından Rusiya Elmlər Akademiyası A,V,Şubnikov adına Kristalloqrafiya İnstitutunun Struktur Analizi Laboratoriyasında baş elmi işçisi vəzifəsində çalışmışdır. 2003-cü ilin fevralından 2007-ci ilin iyuluna qədər Rusiya Elmlər Akademiyasının Kristalloqrafiya İnstitutunda rentgen struktur analiz laboratoriyasının müdiri vəzifəsində çalışıb.
Pako Raban
Pako Raban (fr. Paco Rabanne), əsl adı Fransisko Rabaneda-i-Kuervo (isp. Francisco Rabaneda y Cuervo); 18 fevral 1934[…], Pasahes[d], Gipuskoa vilayəti[d], İspaniya – 3 fevral 2023[…]) — fransız modelyeri. == Həyatı == Francisco-i- Rabanedanın uşaqlığı qeyri-adi keçib. Oğlan 1934-cü ildə İspaniyanın San-Sebastyano şəhərində dünyaya gəlib və 5 yaşı olanda ailə vətənlərindəki müharibəyə görə Parisə köçürlər. Respublikaçı atası inqilab vaxtı itkin düşdü, Françiskonun tərbiyəsi ilə ateist, Marks ideyalarını dəstəkləyən anası və okkultizm sahəsində gizli biliklərə sahib olan çox dindar nənəsi məşğul olurdu. Bu müxtəlif tərəfli təsir- dəbin gələcək dahisinin xarakterini formalaşdırdı- sədaqət, alicənablıq, bütün yeniliklərə açıq fikirlilik, reallığın çox tərəfli və variantlı olmasına inam. 18 yaşlı Françisko Parisdə Milli sənət məktəbinin arxitektur fakültəsində oxumağa başladı. Təhsilinin pulunu ödəmək üçün Balenciaga Moda Evinə hazırladığı aksesusarları, düymələri təklif etdi. Onun ideyalarə iltifatla qəbul edilmişdi- ilk növbədə Cristobal Balenciagln köməkçisi işləmiş anasının sayəsində.
Rabab Aşour
Rabab Aşour (1 yanvar 1979) — Misirli qadın ağır atlet. 53 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Misiri təmsil edir. Rabab Aşour dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 1998 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Rabadan Nurov
Rabadan Nurov (1889, Dağıstan vilayəti – 1942) — Dargin şairi və dramaturqu, Dargin sovet ədəbiyyatının banilərindən biri. 1934-cü ildən SSRİ Yazıçılar Birliyinin üzvü. == Bioqrafiya == Rabadan Nurov 1889-cu ildə Sanamaxı kəndində (indiki Dağıstanın Levaşi rayonunda) kəndli ailəsində anadan olmuşdur. Mədrəsədə təhsil almışdır. Gəncliyində Maykopdakı neft yataqlarında çalışır və burada bir gizli təşkilatın üzvü olur. 1914-1917-ci illərdə tətildə iştirak etdiyi üçün həbsxanaya salınır. Oktyabr inqilabından sonra Maykopa qayıdır. Əvvəlcə Sovetlər İcraiyyə Komitəsinin üzvü, sonra isə nümayəndəsi seçilir. 1918-ci ildə Rabadan Nurov Dağıstana qayıdır. Dağıstanda Sovet hakimiyyətinin qurulması uğrunda mübarizədə fəal iştirak edir.
Rabat
Rabat (ərəb. الرباط‎ — ar-Rabāṭ və ya ar-Ribāṭ, mənası "möhkəmləndirilmiş qəsr") — Mərakeşin paytaxtı və üçüncü ən böyük şəhəri.
Rabat (Urmiya)
Rabat (fars. ربط‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 194 nəfər yaşayır (36 ailə).
Rabat (Xudabəndə)
Rabat (fars. رباط‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 65 nəfər yaşayır (16 ailə).
Rabat (dəqiqləşdirmə)
Rabat — Mərakeşin paytaxtı və üçüncü ən böyük şəhəri. ‎Rabat (Xudabəndə) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd.
Rabati qalası
Akhaltsikhe qalası (gürc. ახალციხის ციხე) — Gürcüstanın Axaltsixe bölgəsində yerləşən orta əsrlərə aid qaladır. Doqquzuncu əsrdə tikilmiş bu qala Osmanlı İmperiyasının buranı zəbt etməsinə qədər yerli insanlar tərəfindən Lomisa qalası kimi adlanırdı. == Tarix == Kartlis tsxovrebaya görə şəhərin əsası 9-cu əsrdə Tao kralının oğlu sayılan Quaram Mampal tərəfindən qoyulmuşdur. 13-cü əsrdən 14-cü əsrin sonuna kimi şəhər Mesxeti prinsliyinin paytaxtı idi. 1393-cü ildə şəhər Əmir Teymurun hücumlarına məruz qalmışdır. Türk-Moğol işğallarına baxmayaraq qala müqavimət göstərməyə davam etmişdir. 1550-ci ildə İstanbul sülh müqaviləsinə görə Mesxeti prinsliyi bütünlüklə Osmanlı İmperiyasının ərazisinə qatılmışdır. Türklər qalanı ən çox müdafiə məqsədilə istifadə etmişdir. 1752-ci ildə Rabatidə ilk məscid tikilmişdir.
Taş Rabat
Taş Rabat — Qırğızıstanın Narın vilayətinin Atbaşı rayonunda qədim karvansara. == Tarixi == Taş Rabat karvansarası Böyük İpək yolunun yaxınlığında, Fərqanə vadisi ilə İssık-Kul gölünü birləşdirən strateji əhəmiyyətli bir məkanda yerləşdiyi üçün burada insanlar lap qədim dövrlərdən məskunlaşmağa başlamışdılar, amma sərt iqlimə malik olan bu yerdə yaşayan insanların bu gün də öz nəhəngliyi və möhtəşəmliyi ilə hamını heyran qoyan qalanı hansı məqsədlər üçün inşa etdikləri hələ də bir sirr olaraq qalmaqdadır. İş orasındadır ki, Qobi səhrasından Xəzər dənizinədək uzanan böyük bir ərazidə böyük daşlardan istifadə etməklə tikilən bu qalanın analoqu yoxdur. Taş Rabat karvansarası elə inşa edilib ki, günəş çıxanda onun 4 tərəfini eyni zamanda işıqlandırır. Daşlara düşən günəş işığı otaqlarda valehedici qəribə bir mənzərə əmələ gətirir. Bir sözlə, qala divarlarına düşən günəş şüaları otaqların isidilməsində bir enerji, istilik mənbəyi rolunu oynayır. Qalanı tədqiq edən alimlər bu günə kimi qədim memarların bu qala daşlarından otaqların isidilməsi üçün necə enerji mənbəyi kimi istifadə etmələrinin sirrini aça bilməyiblər. Nə qədər qəribə olsa da qalanın bəzi yerlərində bərpa işləri aparıldıqdan sonra məlum olub ki, istifadə edilən yeni daşlar artıq istilik mənbəyi rolunu oynaya bilmirlər. Tədqiqatçıların son araşdırmaları göstərir ki, bayırda 30 dərəcəyədək şaxta olduqda belə otaqlarda müsbət 10–18 dərəcə istilik olur. Şaxta 40 dərəcəyə çatanda isə otaqları isitmək üçün buxarı tipli isitmə sistemindən istifadə edilib.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.04 dəfə / 1 mln.
2009 •••••••••••••••••••• 0.32
2010 •••••• 0.09
2018 •••••••••• 0.15

"raba" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#raba nədir? #raba sözünün mənası #raba nə deməkdir? #raba sözünün izahı #raba sözünün yazılışı #raba necə yazılır? #raba sözünün düzgün yazılışı #raba leksik mənası #raba sözünün sinonimi #raba sözünün yaxın mənalı sözlər #raba sözünün əks mənası #raba sözünün etimologiyası #raba sözünün orfoqrafiyası #raba rusca #raba inglisça #raba fransızca #raba sözünün istifadəsi #sözlük