Rado sözü azərbaycan dilində

Rado

Yazılış

  • Rado • 61.3333%
  • RADO • 34.6667%
  • rado • 4.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Rado
"Rado" firması 1957-ci ildə yaranıb. 1962-ci ildə dünyada ilk dəfə cızılmaya dözümlü saatı məhz bu firma istehsal edib. Daima həm keyfiyyətinə, həm də dizaynına görə bir-birindən fərqlənən modellər istehsal edir. "Rado" həmişə klassik formalara üstünlük verir. Təsis edildiyi vaxtdan "Rado" bərk metal, Sapfir, kristial, keramika, brilyant kimi materiallardan istifadə edərək yeni saat növləri yaradır. Demək olar ki, hər bir ölkədə fəaliyyət göstərən saat satışı mərkəzlərində "Rado"nun markalarına rast gəlmək mümkündür.
Ana Radoviç
Ana Radoviç (21 avqust 1986, Sarayevo) — Monteneqronu təmsil edən həndbolçu. == Karyerası == Ana Radoviç Monteneqro yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 26:24 hesabı ilə məğlub olan Monteneqro yığması, London Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Inje (Vanya Radovanoviç mahnısı)
Inje (azərb. Çən‎) — Monteneqronun 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Vanya Radovanoviç "Inje" mahnısı ilə Monteneqronu Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmişdir. Balkan balladası üslubunda olan mahnı Radovanoviçin özü tərəfindən bəstələnmişdir.
Inje (Vanya Radovinoviç mahnısı)
Inje (azərb. Çən‎) — Monteneqronun 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Vanya Radovanoviç "Inje" mahnısı ilə Monteneqronu Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmişdir. Balkan balladası üslubunda olan mahnı Radovanoviçin özü tərəfindən bəstələnmişdir.
Qavril Radomir
Qavril Radomir — Samuilin oğlu, çar. Atasının dövründə sərkərdəlik etmişdir, cəngavərliyi ilə şöhrət sahibi olmuşdur. Əmisi oğlu İvan Vladislavı və atasını ölümdən qurtarmışdır. Bununla belə 1014-cü ildə taxta çıxandan sonra Bizansa etdiyi hücumların birində Ostrovo yaxınlığında əmisi oğlu İvan Vladislav tərəfindən öldürülmüşdür.
Radok gölü
Radok — Antarktidanın şərqində yerləşən şirinsulu göl. Göl Biver gölündən 5 km cənub-qərbdə, Aramis silsiləsindən isə 24 km cənub-şərqdə yerləşir. Antarktidanın ən dərin gölü hesab edilir. Onun dərinliyi 362 metrdir. Göl ilk dəfə 1956-cı ildə Avstraliya Millli Antaktika Araşdırma ekspedisiyası tərəfindən xəritəyə salınmışdır. Adı ekspedisiyanın qlyasiologiya proqramına böyük dəstəyi olan Melburn Universitetində məruzə oxuyan meteoroloq Uve Radokun şərəfinə adlandırılmışdır. Göl Antarktidanın dəqiq şəkildə müəyyənləşən ən dərin gölü olmaqla yanaşı həm də indiyənə kimi məlum olan yeganə şirinsulu göldür. Gölün sahilində buzlaq dili mövcuddur..
Radon
== Radon (Rn) == Radon (Ra)- D.İ. Mendeleyevin elementlərin dövri sistemində 86-cı element. Radonun başlıca mənbəyi torpaq, tikinti materialları və yeraltı mənbədən olan sular hesab olunur. Quruda onun fon konsentrasiyası 10 Bk/m³ təşkil edir. Bk – bekkerel – radioaktivlik ölçüsü olub, 1 dəqiqə ərzində radioaktiv parçalanmanın sayıdır, 1 Bk 1 saniyə ərzində bir radioaktiv parçalanmaya uyğun gəlir. Radonun mənzilə əsas daxil olma yolu – binanın özülünün (bünövrəsinin) altından onun infiltrasiya olunmasıdır, o, özüldə olan çat və yarıqlarla, həmçinin zirzəmi və divarlardan sızılaraq keçir. Mənzilin daxilində radonun konsentrasiyası adətən açıq sahədəkindən yüksək olur, odur ki, insan orqanizminə onun əsas hissəsi, havası yaxşı təmizlənməyən mənzillərdə daxil olur. Radon mənzillərdə tikinti materiallarından, dağ süxuru və qruntdan hazırlanmış döşəmə, divar və tavandan, həmçinin mənzildəki materiallarından, sudan və yandırılan yanacaqdan toplanır. Radonun miqdarı tikinti materiallarının xassəsindən və ərazinin geoloji xüsusiyyətindən asılıdır. Radonun konsentrasiyası, xüsusən havası yaxşı dəyişilməyən evlərin birinci mərtəbəsində kürsülü və zirzəmi mənzillərdə yüksək olur. Rütubətlik radonun ayrılmasını artırır.
Radonizm
Radon təşkilatçılığı. Radonizm düşüncələri. Radonist təlimləri Radonizm 2014 cü ildə yaradılmış idarə etmə təşkilatıdır. Adı kimyəvi element olan Radonun adından götürülmüşdür. Arc Sinus ləqəbli bir şəxs tərəfindən yaradılmış bu gizli təşkilat hal hazırda Y nəfər tərəfindən idarə olunur. Simvol: Radon simvolu qədim kelt mədəniyyətində istifadə olunan triquetra simvoludur. Təşkilatda idarə etmə: Radon təşkilatı Y nəfər tərəfindən demokratik şəkildə idarə olunur. Üzvlər arasında fərq qoyulmur. Radonist təlimi məntiqi, siyasi düşüncələri, dostluğu əks etdirir. Radonizm təşkilatında dini, irqi fərq qoyulmur.
Radoslav Kalujnıy
Radoslav Kalujnıy (pol. Radosław Kałużny;) — Polşalı futbolçu. 2002 FİFA Dünya Kubokunda Polşa milli futbol komandasında yarımmüdafiəçidir. O, Zaqlembe Lyubin FK, Visla Krakov FK və Bayer 04 FK klublarında, eləcə də Polşa millisində oynaması ilə tanınır.
Radoslav Vanko
Radoslav Vanko (1983, Jilinа) — tanınmış slovak Top-Model. Vanko fiziki tərbiyə və idman fakültəsini bitirmiş, müəllim və personal trener üzrə magistr dərəcəsi almışdı. == Karyera == Radoslav hakim qərb bazarları və "Valentino", "Dolce and Gabbana", "Giorgio Armani", "Gucci", "Pierre Cardin", "Louis Vuitton" və "Prada" kimi tanınmış brend kompaniyalar üçün çəkilmişdir. O həmçinin "Men’s Health" və "DNA" kimi populyar jurnalların üz qabığını da bəzəmişdi. İdmançı oğlan Vanko öz boş vaxtlarında velosiped sürməyi, tennis oynamağı və idman zalında məşq etməyi çox sevir. O həmçinin səyahəti sevir — yeni məkanları seyr etmək və çəklişlərdə iştirak etmək məqsədilə. O tanınmış fotoqraflar ilə çalışmışdı, onlar arasında Bryus Veberin adını xüsusi ilə qeyd etmək olar. Bu əməkdaşlığın bəhrəsi kimi, Radoslav keçən il Men's Health jurnalının alman dilində olan nəşrinin üz qabığını bəzəmişdi. === Maraqlı faktlar === Radoslav Vankonun anketi: Boyu : 1.85 sm Çəkisi : Sinə ətrafı : 98 cm Beli : 78 cm Omba genişliyi : 98 cm.
Radoslav Voytaşek
Radoslav Voytaşek (pol. Radosław Wojtaszek; doğ. 13 yanvar 1987) — Polşa şahmatçısı, qrosmeyster (2005), ölkəsinin ən yüksək əmsallı oyunçusudur. == Şahmat karyerası == 2004-cü ildə 18 yaşadək gənclər arasında Avropa və Dünya Çempionatının, həmçinin Krakov Open şahmat yarışının qalibi olub. 2005-ci ildə Polşa çempionatının qalibi olmuşdur.2006-cı ildə Turində keçirilən 37-ci Şahmat Olimpiadasında Polşa komandasının tərkibində çıxış etmiş və 11 oyundan 9 xal toplamışdır.2008-ci ilin dekabrında sürətli şahmat üzrə Avropa Çempionatının qalibi olmuşdur.2009-cu ildə Polşa çempionatının və birinci dəfə keçirilən “Lyublin Qrossmeyster Turniri”nin ikincisi (İsrail şahmatçısı Mixail Royz ilə birlikdə) olub. Eyni ildə həmçinin, Varşavada Migel Naydorfun xatirəsinə həsr olunmuş turnirin qalibi olmuşdur. 2010-cu ilin yanvarında o, Stokholmda keçirilən 39-cu Rilton Kubokunda — Eduardas Rozentalis, Pavel Ponkratov, Lyuk Makşeyn və İqor Lısıyla birlikdə 6,5 xal toplayaraq birinci və beşinci yerləri bölüşdürmüş, həmçinin yenidən Polşa çempionatının ikincisi olmuşdur. 2010-cu ilin iyulunda 5-ci Polonia Vrotslav beynəlxalq turnirinin qalibi olub. Eyni ilin avqustunda 9 oyundan 6.5 xal toplayaraq Pamplonada keçirilən San Juan beynəlxalq turnirində birinci olmuşdur.Voytaşek Xantı-Mansidə keçirilən 39-cu Şahmat Olimpiadasında ölkəsini birinci lövhədə təmsil etmiş və 9 oyundan 6 xal toplamışdır. 2011-ci ilin iyununda Macarıstanda keçirilən 9-cu Giorgi Marks xatirə turnirinin qalibi olub.2013-cü ilin dekabrında 37-ci Sürix Kristmas Open turnirində birinci olub.2014-cü ildə karyerasında ikinci, 2016-cı ildə isə üçüncü dəfə Polşa çempionu olmuşdur.
Radovan (memar)
Radovan (Latınca Raduan; XIII əsr, Trоqir, Split-Dalmatiya jupaniyası[d] – XIII əsr) — XIII əsrdə Trogirdə yaşamış Xorvat heykəltaraş və memar. == Haqqında == Radovan XIII əsrdə Xorvatiyanın Trogir şəhərində anadan olmuş və həmin şəhərdə ömür sürmüş heykəltaraş və memardır. Xorvatiyada Usta Radovan kimi tanınırdı. Trogir Kafedralında Roman portalındakı abidəsi istisna olmaqla şəxsiyyəti və bu sənətkarın fəaliyyəti barədə heç bir məlumat yoxdur. Radovan adını və əsas portalı hazırlama tarixini - 1240-cı ili girişdə Lunette üzərində qeyd etmişdir. Mətn məlumat verir ki, usta Radovan heykəltaraşlıq sahəsində ən yaxşılardan idi və layihə Tuskan, Florensiyalı Trequan Trogir yepiskopu olanda tamamlanıb. Radovan Trogirin doğma ppoğlu idi və XIII əsr Trogir arxivlərində onun adı da xatırlanır. Onu müəllifi olduuğu portal 4 hissədən ibarətdirː Qapının girişində şirlərlə birgə təsvir olunan Adam və Həvvanın üryan fiqurları; içəridə çoxsaylı barelyeflər və ov səhnələri və son olaraq mərkəzdə Məsihin həyatından səhnələri əks etdirən təsvirlər. Məsihin çağırışından Dirilişə timpanium ətrafında arkalar var. Son olaraq isə Məsihin doğum timpanimudur.
Vanya Radovanoviç
Vanya Radovanoviç (mont. Vanja Radovanović; 28 oktyabr 1982, Belqrad) — Monteneqro müğənnisi və bəstəkarı. O, "Inje" mahnısı ilə Monteneqronu 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Bioqrafiya == Vanya Radovanoviç 28 oktyabr 1992-ci ildə Yuqoslaviya Sosialist Federativ Respublikasının tərkibində olan Serbiyada, Belqrad şəhərində anadan olmuşdur. 2004-cü ildə musiqi karyerasına başlayan ifaçı ilk dəfə Monteneqroda keçirilən Pjesma Mediterana mahnı festivalında iştirak etmişdir. Radovanoviç festivalda ifa etdiyi "Dripac" mahnısı sayəsində "Ən yaxşı debütant" mükafatına layiq görülmüşdür. 2005-ci ildə o, yenidən eyni festivalda özünün bəstələdiyi "Krila olovna" mahnısı ilə iştirak etmişdir. Mahnı Monteneqro və Serbiyada hit olmuşdur. Həmin ildə Radovanoviç həm də Serbiyada keçirilən Radio festivalda öz bəstəsi olan "Izvini ne menja ljude" mahnısı ilə çıxış etmişdir. 2006-cı ildə isə ifaçı Serbiyanın "Beovizija" mahnı yarışmasında "Kad me jednom za te ne bude" mahnısı ilə iştirak etmişdir.
İnna Osipenko-Radomska
İnna Osipenko-Radomska (ukr. Iнна Володимирiвна Осипенко-Радомская d. 20 sentyabr 1982; Xerson, Ukrayna) — Ukrayna və Azərbaycanı təmsil edən kanoeçi. Ukrayna yığmasının heyətində Sidney, Afina, Pekin və London Olimpiadalarına qatılıb və bir qızıl, iki gümüş, bir bürünc medal qazanıb. Azərbaycan yığmasının heyətində isə Rio-de-Janeyro Olimpiadasında qüvvəsini sınayan İnna Osipenko-Radomska bürünc medal qazanıb. == Karyerası == === 1999-cu il: === İnna Osipenkonun birinci beynəlxalq turniri 1999-cu ilin 22–25 iyulunda Xorvatiyanın Zaqreb şəhərində baş tutan gənclər arasında Dünya Çempionatı oldu. İnna Osipenko bu çempionatda K2–500 və K4–500 turnirlərində mübarizə apardı. Əvvəlcə K4–500 turnirində çıxış edən İnna Osipenko və yığma üzvləri 1:42.446 dəqiqə nəticə göstərdi və final mərhələsini doqquz yığma sırasında beşinci pillədə başa vurdu. Daha sonra isə K2–500 turnirində çıxış edən İnna Osipenko və yığma üzvü 1:52.984 dəqiqə nəticə göstərdi və bu səfər də final mərhələsini doqquz idmançı sırasında beşinci pillədə başa vurdu. === 2001-ci il === 18 yaşlı İnna Osipenko 2001-ci ilin 22–26 avqustunda Polşanın Poznan şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı.
Radomısl qalası
"Radomısl qalası" tarixi-mədəni kompleksi (ukr. Історико-культурний комплекс «Замок Радомисль») — ukraynalı həkim, tibb elmləri doktoru Olqa Boqomolets tərəfindən Radomışl şəhərində (Ukrayna, Jitomir vilayəti) yaradılmış özəl muzey kompleksi. Buraya Avropada yeganə Ukrayna Ev İkonası Muzeyi daxildir. By, Olqa Boqomoletsin 1995-ci ildən topladığı şəxsi ikonalar kolleksiyasına əsaslanır. Kompleksin ekspozisiyaları və fondlarına həmçinin müqəddəs sənət kolleksiyaları və kilsə əşyaları, Ukrayna və Avropa qədim əşyaları daxildir. Kompleksin adında Radomışl şəhərinin XVI əsrin birinci yarısından başlayaraq yazılı mənbələrdə qeyd olunan köhnə adından istifadə olunur. == Tarixi == Radomısl qalası 2007–2011-ci illərdə yaradılmışdır. Onun əsasını 1902-ci ildə Radomışl şəhərində tikilmiş köhnə dəyirmanın binası təşkil edir. Bu, köhnə tikilinin bərpası zamanı aparılan tədqiqatlar zamanı əsası qoyulmuş və köhnə tikilinin bünövrəsinin qalıqları üzərində ucaldılmışdır. Alimlərə görə, dəyirman binasının yerləşdiyi şəhər rayonu Papirnya (ukrayn dilindən tərcümədə "kağız zavodu" mənasını verir) adlandığı üçün belə qənaətə gəlmək olar ki, əvvəllər Radomışlda kağız fabriki fəaliyyət göstərirdi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.30 dəfə / 1 mln.
2004 •••• 0.34
2006 •••••••••••••••••••• 1.80
2008 •••••••••••••• 1.22
2009 •• 0.16
2010 ••••••••••••••• 1.27
2012 •• 0.17
2013 •••• 0.29
2019 •• 0.14

"rado" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#rado nədir? #rado sözünün mənası #rado nə deməkdir? #rado sözünün izahı #rado sözünün yazılışı #rado necə yazılır? #rado sözünün düzgün yazılışı #rado leksik mənası #rado sözünün sinonimi #rado sözünün yaxın mənalı sözlər #rado sözünün əks mənası #rado sözünün etimologiyası #rado sözünün orfoqrafiyası #rado rusca #rado inglisça #rado fransızca #rado sözünün istifadəsi #sözlük