Tolışi sədo
Tolışi sədo (azərb. Talışın səsi) — 1992–2011-ci illərdə Azərbaycanda nəşr olunan talış milli qəzeti.
== Tarixi ==
"Tolışi Sədo"nun ilk nömrəsi 1992-ci il fevralın 20-də işıq üzü görüb. Qəzetin yaradıcıları sədri Novruzəli Məmmədovun olan Talış Mədəniyyət Mərkəzi (TMM) olub, Seyfulla Əsədullayev isə baş redaktor təyin edilib. 8501 tiraj ilə qəzet ayda 2 dəfə nəşr olunurdu.
1993-cü il yanvarın 16-da Əvəz Sadıxov baş redaktor oldu. Qəzet həftədə bir dəfə 3094 nüsxə tirajla nəşr olunurdu. Daha sonra özəl sponsorlar sayəsində tiraj 6837-ə yüksəldi. 1993-cü il oktyabrın sonunda baş redaktor Fəxrəddin Abbasov oldu və 1994-cü ilin sentyabr ayının sonuna qədər qəzetə rəhbərlik etdi. Onun redaktorluğu ilə qəzetin 7 nömrəsi nəşr olunub.