* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Başda, üzdə olan tüklər. Saç-saqqalını vurdurmaq. – [Hüseyn:] Mən sizi 6-7 ay əvvəl bir kişi ilə bərabər gəzən görərdim. Onun yıpranmış vücudu, bozarmış saç-saqqalı yaşının əllidən artıqlığını bildirirdi. S.Hüseyn. Saç-saqqalında bir dənə də ağ tük yox idi. M.Hüseyn. ◊ Saç-saqqal ağartmaq – bax saçınısaqqalını ağartmaq. Sən səhnədə saç ağartdın, doğrudan da sənətkarsan; Sən daima ətir saçan, güllər açan bir baharsan. S.Vurğun. [Qoca:] Biz köhnələr bu çöllərdə çox vuruşmuşuq, saç-saqqalımız bu işdə ağarıbdır. H.Nəzərli. Saçı-saqqalı bir-birinə qarışmış – səliqəsiz, pəjmürdə, dalğın halda. Dükan qabağında isə saçı-saqqalı bir-birinə qarışmış bir dustaq dayanmışdı və Babək tələsik cibindən bir daraq çıxartdı. Ə.Məmmədxanlı. Saçını-saqqalını ağartmaq – bir işdə uzun müddət işləyib qocalmaq. [Alı] ömrünü, gününü [paşanın] qapısında çürüdüb, saçınısaqqalını ilxı dalında ağartmışdı. “Koroğlu”. [Baba:] Saçımı-saqqalımı bağ-bağça işində ağartmışam. Mir Cəlal. Saçının-saqqalının ağaran vaxtında – qocalanda, qoca vaxtında. Ancaq budur, saçının-saqqalının ağaran vaxtında yenə dinc dayanmamış, gedib cavanlara qoşularaq Gülsənəmi “od parçalarının” içində tək qoymuşdu. V.Şıxlı.
Azərbaycan dilinin izahlı lüğəti / saç-saqqal1 сущ. собир. волосы (растительность на голове и на щеках). Saç-saqqal basmaq обрасти волосами, бородой ◊ saç-saqqal ağartmaq: 1. доживать, дожить до седин; 2. иметь многолетний опыт в чем-л.
Azərbaycanca-rusca lüğət / saç-saqqal1 i. hair and beard; ~ ağartmaq to go* / to grow* / to turn grey, to be* touched with grey; məc. to become* experienced; ~ basmaq to be* unshaven, to be* overgrown with hair, to let* one’s beard grow*
Azərbaycanca-ingiliscə lüğət / saç-saqqal1 is. ~ ağartmaq grisonner vi, devenir vi (ê) gris, -e ; blanchir vi
Azərbaycanca-fransızca lüğət / saç-saqqal1 сущ. чӀарарни ччуру; кьилел, ччинал алай чӀарар; ** saç-saqqal ağartmaq кил. saçını-saqqalını ağartmaq; saçını-saqqalını ağartmaq кьил-ччуру рехи (лацу) авун, са кардал гзаф кӀвалахна кьуьзуь хьун.
Azərbaycanca-ləzgicə lüğəti / saç-saqqal