Tərəkəmə (tarixi-coğrafi ərazi)
Tərəkəmə — yuxarı və aşağı hissələrə bölünən tarixi-coğrafi rayon. Hazırda ərazi Dağıstanın Dərbənd, Qaytaq, Qayakənd və Tabasaran rayonlarının bir hissəsidir.
== Tarixi ==
Bölgənin əsası XVI əsrin sonlarında Tərəkəmələri Şirvandan buraya köçürən Qaytaq Usmisi Sultan-Əhməd tərəfindən qoyulmuşdur.
Yuxarı Tərəkəmə ərazisinə Ərkit, Canaq, Quli, Mola-kent, Yengikənd , Tumanlar, Çumlı, həmçinin Başlı kəndi daxil idi.
Tərəkəmə camaatının çoxu rəiyyət idi. Hazırda da bu kəndlərin əhalisinin çoxunu azərbaycanlılar təşkil edir.
1820-ci ildə Usmi idarəçiliyi ləğv edildikdən sonra Tərəkəmələrin məskunlaşdığı ərazi rus pristavına tabe olan xüsusi Tərəkəmə ərazisinə çevrildi. Lakin tezliklə yenidən Qaytaq usmiliyinin idarəçiliyinə verildi. 1860-cı ildən Tərəkəmə mahalı Dağıstan vilayətinin tərkibində yaradılmış Qaytaq-Tabasaran dairəsinin Aşağıqaytaq bölməsinin tərkibinə daxil edildi. 1866-cı ildə burada Naib idarəçiliyi tətbiq edildi.